128
onun mövlasıdır!” Bu göstəriĢ özündəndir, yoxsa Allah-taala
tərəfindən?”
Peyğəmbər (s) buyurdu: “Yeganə məbud olan Allaha and olsun
ki, Allah tərəfindəndir!”
Bu vaxt Nöman ibn Haris üzünü döndərib dedi: “Ġlahi! Əgər bu
söz haqq və Sənin tərəfindəndirsə, onda bizim baĢımıza bir daĢ
endir!” Elə bu zaman birdən səmadan bir daĢ düĢüb, onun baĢını
yardı və qeyd etdiyimiz ayələr nazil oldu.
Bu
rəvayət
“Məcməül-bəyan”
kitabında
Əbül-Qasim
Həskanidən nəql olunmuĢdur.
1
Uyğun rəvayəti əhli-sünnə
təfsirçiləri də öz kitablarında, o cümlədən, Qurtubi (öz təfsirində),
Alusi (“Ruhul-məani” kitabında) və Əbu Ġshaq Sələbi (öz təfsirində)
azacıq fərqlə nəql etmiĢlər.
2
Əllamə Əmini “Əl-qədir” kitabında bu rəvayəti otuz nəfər əhli-
sünnə alimindən (mənbə və mətnləri ilə birlikdə), o cümlədən,
Hələbinin “Sirə”, Həməvinin “Fəraidus-səmteyn”, ġeyx Məhəmməd
Zərəndinin “Durərus-səmteyn”, ġəmsəddin ġafeinin “Əs-siracul-
munir”, Süyutinin “ġərhu-camiis-səğir”, Hafiz Əbu Übeyd
Hərəvinin “Təfsiru-ğəribil-Quran” və Əbu Bəkr NəqqaĢın “Təfsiru-
Ģəfais-südur” kitablarından nəql etmiĢdir.
Ġmam Əlinin (ə) fəzilətlərini çarəsizlikdən və ikrahla qəbul edən
təfsir və hədis alimlərindən bəziləri yuxarıdakı ayələrin nazil olma
səbəbinə müxtəlif iradlar tutmuĢlar. “Əl-mənar” kitabının müəllifi və
digər əhli-sünnə alimləri qeyd etdiyimiz rəvayəti nəql etdikdən sonra
belə iradlar irəli sürmüĢlər:
Birinci irad:
“Məaric” surəsi Məkkədə nazil olmuĢdur. Belə
isə, “Qədir-Xum" hadisəsi ilə necə uyğun gələ bilər?
Cavab:
Bir surənin “məkki” (Məkkədə nazil olan) adlanması o
demək deyil ki, onun bütün ayələri Məkkədə nazil olmuĢdur. Qurani-
kərimin bir sıra surələri məkki adlansa da, onların bəzi ayələri
Mədinədə nazil olmuĢdur. Eynilə bunun əksinə, “mədəni”
(Mədinədə nazil olan) adlanan surələrin də bəzi ayələri Məkkədə
nazil olmuĢdur. Buna “məkki” adlanan “Ənkəbut” surəsini misal
göstərmək olar. Halbuki Təbəri, Qurtubi və digər alimlərin
yazdıqlarına əsasən, bu surənin ilk on ayəsi Mədinədə nazil
1
“Məcməül-bəyan”, 9-10-cu cild, səh. 352.
2
“Təfsiri-Sələbi”, 10-cu cild, səh. 6757.
129
olmuĢdur.
1
Yaxud “Kəhf” surəsi “məkki” adlansa da, Qurtubi və
Süyutinin öz kitablarında yazdıqlarına görə, onun ilk yeddi ayəsi
Mədinədə nazil olmuĢdur.
2
Həmçinin bunun əksi olaraq, “mədəni”
adlanan, lakin bəzi ayələri Məkkədə nazil olan surələrdən də
“Mücadilə” surəsini misal göstərmək olar. Bəzi təfsirçilərin
yazdıqlarına əsasən, bu surənin ilk on ayəsi Məkkədə nazil
olmuĢdur.
3
Bir sözlə, Qurani-kərimdə bəzi surələr vardır ki,
Məkkədə, yaxud Mədinədə nazil olsa da, onların bir neçə ayəsi
həmin Ģəhərdə nazil olmamıĢdır. “Məaric” surəsi də bu qəbildəndir.
Ġkinci irad:
“Məaric” surəsinin ilk ayələrinin nazil olma
səbəbi nəql olunan rəvayətdə göstərilir ki, Haris ibn Nöman “Əbtəh”
adlı yerdə Peyğəmbərlə (s) görüĢmüĢdür. “Əbtəh” Məkkədə bir
dərənin adıdır. Bu isə “Qədir-Xum” hadisəsi ilə uyğunlaĢmır.
Cavab:
Əvvəla, “əbtəh” sözü bütün rəvayətlərdə yox, bəzi
rəvayətlərdə nəql olunmuĢdur. Ġkincisi, “əbtəh” və “bətha” sözləri
ümumiyyətlə, içərisində çınqıl daĢları olan arxlara və qumsal yerlərə
deyilir. Mədinədə və baĢqa məntəqələrdə belə yerlər az deyil.
Maraqlıdır ki, ərəb ədəbiyyatında dəfələrlə buna iĢarə edilmiĢdir. O
cümlədən, ġəhabəddinin Əhli-beytin (ə) Ģəninə söylədiyi məĢhur
Ģerlərində onların qatilləri ilə bağlı belə deyilir:
“Mələkna fəkanəl-əfvu minna səciyyətən,
Fələmma mələktum, salə bid-dəmi əbtəhu,
Və həlləltumu qətləl-usari və taləma,
Ğədəvna ənil-əsra nəfu və nəsfuhu.”
“Qurduğumuz dövlətdə səciyyəmiz əfv idi
Sizsə hakim olandan, “əbtəh” qan ilə dolmuş!
1
“Təfsiri-Təbəri”, 20-ci cüz, səh. 86 və “Təfsiri-Qurtubi”, 13-cü cüz, səh. 323.
2
Əlavə məlumat əldə etmək istəyənlər “Əl-qədir” kitabının 1-ci cildinin
256-257-ci səhifələrinə müraciət edə bilərlər.
3
“Təfsiri-Əbis-Süud” (Fəxri-Razinin “Kəbir” təfsirinin haşiyəsində), 8-ci
cüz, səh. 148 və “Əs-siracul-munir”, 4-cü cild, səh. 310.
130
Siz hətta keçmədiniz əsirlərin qanından,
Bizimsə güzəştimiz könüllərdə yer almış!”
Aydındır ki, Peyğəmbərin (s) Əhli-beytinin əksər övladları Ġraq,
Kərbəla, Kufə və Mədinədə qətlə yetirilmiĢdir və Məkkədə yerləĢən
“Əbtəh” adlı məntəqədə qan tökülməmiĢdir. Bəli, Məkkədən
təxminən, on fərsəx aralı yerləĢən “Fəxx” məntəqəsində də Ģəhadətə
yetənlər olmuĢdur. Lakin “Əbtəh” məntəqəsi Məkkənin lap
yaxınlığındadır.
1
ġairlərdən baĢqa birisi Ģəhidlərin sərvəri imam Hüseyni (ə) bu
sayaq mədh edir:
Və təinnu nəfsi lər-rübui və qəd ğəda,
Bəytun-nəbiyyi muqəttəul-ətnabi,
Bəytun li-alil-Mustəva fi Kərbəla,
Zərbuhu bəynə əbatihin və rəvabi.
“Mənim canım Peyğəmbərin (s) viran edilmiĢ evlərinin əsər-
əlamətindən nalə edir. O cümlədən, Kərbəlada Peyğəmbərin (s)
Əhli-beytindən bir ev “əbtəh”lərin və hündür təpələrin arasında
bərpa edilmiĢdi.” (Burada “əbtəh” qumluq yerlər mənasındadır.)
Ġçərisində “əbtəh”, yaxud “əbatih” ifadələri olan və Məkkədəki
müəyyən məntəqəyə aid olmayan Ģerlər çoxdur. Bir sözlə, “əbtəh”
Məkkədə bir məntəqənin adı olsa da, onun ümumi mənası bir
məntəqəyə məxsus deyil.
3-BU AYƏLƏRĠN ÖZÜNDƏN ƏVVƏL VƏ SONRAKI
AYƏLƏRLƏ ƏLAQƏSĠ NECƏDĠR?
Bəzi təfsirçilər “təbliğ” ayəsindəki həqiqətdən yayınmaq
məqsədilə bəhanəyə əl atmıĢ, demiĢlər ki, bu ayənin əvvəlki və
sonrakı hissələri “kitab əhli” barəsində söz açdığından, onun imamət,
vilayət və xilafət məsələsilə heç bir uyğunluğu yoxdur. Belə bir fərq
qoyulması isə Qurani-kərimin bəlağət və fəsahətinə ziddir.
2
1
“Əl-qədir”, 1-ci cild, səh. 255.
2
“Əl-mənar”, 6-cı cild, səh. 466.
Dostları ilə paylaş: |