Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə43/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   39   40   41   42   43   44   45   46   ...   101

 
122 
Peyğəmbər  (s)  buyurdu:  “Allah  mənim  mövlam  və  rəhbərim, 
mən  də  möminlərin  mövlası  və  rəhbəriyəm.  Onlar  üzərində 
özlərindən  daha  artıq  ixtiyar  sahibiyəm  (mənim  əmrim  onların  hər 
bir  istəyindən  irəlidir)!”  Sonra  buyurdu:  “Mən  kimin  mövlası  və 
rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.” O həzrət bunu üç 
dəfə  (bəzi  ravilərin  dediyinə  görə,  dörd  dəfə)  təkrar  etdi.  Sonra 
baĢını səmaya qaldırıb belə dua etdi: 
 ةُٗاَٚاَؽلْاِثاَا  لْآِاَِ  لْاِ٘ ؽلْاِثاَااَٚ ةُٗمَّجاَؽاَا  لْآِاَِ  لْاِت ؽاَااَٚ ةُٖاكب   لْآِاَِ اَكب اَٚ ةُٖلااٚ  لْآِاَِ  ياٚ مَُّةٌٍُّٙاَا
 اَهاك  ةُشلْاِ١اَؽ ةُٗاَعاَِ مَّكاَؾلْاٌِا  هلْاِكاَااَٚ ٗاٌَاَناَف  لْآِاَِ لْاِيةُن لْاِفااَٚ ةُٖاَواَٖأَ  لْآِاَِ  لْاِوةُٖلْأِااَٚ
 :
“İlahi!  Onun  dostunu  Sən  də  dost  bil,  onun  düşmənini  Sən  də 
düşmən  bil,  onu  sevəni  Sən  də  sev,  onu  qəzəbləndirənə  Sən  də 
qəzəbli  ol,  dostlarına  kömək  et,  onu  tək  qoyub  xar  edənləri  Sən  də 
xar  və  zəlil  et,  haqqı  həmişə  onunla  qərar  ver  və  onu  haqdan 
ayırma!” 
Sonra  buyurdu:  “Hazır  olanlar  bu  xəbəri  burada  olmayanlara 
çatdırsınlar!” 
Peyğəmbərin  (s)  xütbəsi  sona  yetdi.  Həzrətin,  Əlinin  (ə)  və 
camaatın üz-gözündən tər axırdı. Hələ camaat dağılmamıĢdı ki, vəhy 
mələyi nazil olub, Peyğəmbərə (s) bu ayəni çatdırdı: 
ٟ زاَّلْاِع ٔ لْاُِةُىلْاِ١اٍَاَ   ةُذلْاِّاَّلْاِراَأاَٚ لْاُِةُىإَ٠ ك لْاُِةُىاٌَ  ةُذلْاٍِاَّلْاِواَأ اََ لْاِٛاَ١لْاٌِا
...
 
“Bu gün sizin dininizi təkmilləĢdirdim, nemətimi sizə 
tamamladım...” 
Peyğəmbər  (s)  buyurdu:  “Allahu-Əkbər,  Allahu-Əkbər!  Allah 
Öz  dinini  kamil  etdi,  nemətini  bizə  tamamladı.  Mənim  risalət  və 
peyğəmbərliyimdən, məndən sonra isə Əlinin vilayətindən razıdır!” 
Bundan sonra hacılar Əliyə (ə) doğru gəlməyə baĢladılar və onu 
bu  məqama  nail  olduğuna  görə  təbrik  etdilər.  Onu  təbrik  edən 
tanınmıĢ Ģəxslərdən Əbu Bəkr və Öməri misal göstərmək olar. Onlar 
cəmiyyətin qarĢısında bu sözləri dillərinə gətirdilər:
 
 اَٞ اَهاٌَ  ىٍّـاَث  ىٍّـاَث
  ةاَا  آَلْاِثاا
 ءٍٓ ِمةُِ دًِّةُو لا لْاِٛاَِاَٚ اَٜلا لْاِٛاَِ  اَذلْاِ١اََلْاِِاَااَٚ  اَذ لْاِؾاَجلْإِاَا ءٍت ٌبٛ ٜ
 ءٍخإَ ِمةُِاَٚ
 :
“Afərin  sənə,  afərin  sənə,  ey  Əbu  Talibin  oğlu!  Sən  mənim, 
bütün mömin kiĢi və qadınların mövlası və rəhbəri oldun.” Bu zaman 
Ġbn  Abbas  dedi:  “Allaha  and  olsun!  Bu  əhd-peyman  hamının 
boynunda qalacaqdır.” 
MəĢhur Ģair Həssan ibn Sabit Peyğəmbərdən (s) bu münasibətlə 
bir Ģer söyləmək üçün icazə istədi, sonra belə dedi: 


 
123 
 
Yunadihim yovməl-Ğədiri Nəbiyyuhum, 
Bi-Xummin və-əsmi bir-Rəsuli munadiyən. 
Fəqalə, fəmən movlakum və nəbiyyukum? 
Fəqalu, və ləm yəbdu hunakət-təamiyən, 
Ġlahukə movlana və əntə nəbiyyuna, 
Və ləm təlqi minna fil-vəlayəti asiyən. 
Fəqalə ləhu, qum ya Əliyyu, fə-innəni, 
Rəziytukə min bədi imamən və hadiyən, 
Fə-mən kuntu movlahu, fə-haza vəliyyəhu, 
Fəkunu ləhu ətbaə sidqin muvaliyən! 
Hunakə dəa, Əllahummə, vali vəliyyuhu, 
Və kun lilləzi ada Əliyyən muadiyən! 
 
“Qədir-Xumda Peyğəmbər nidası, 
Yayıldı carçısıyla hər sədası. 
Dedi: “Kimdir sizin mövla, nəbiniz?” 
Bir ağızdan: “Allah bizim Rəbbimiz! 
Ondan sonra sən də peyğəmbərimiz! 
Vilayətə asi olmaz birimiz!” 
Peyğəmbərin Əliyə buyruğuyla: 
“Qalx ayağa, həqiqət sorağıyla. 
Məndən sonra imam, hidayətçisən, 
Mövlası olduğumun rəhbərisən! 
Bəs, itaət edin buyruqlarıma, 
Allahdan əmanət qoyduqlarıma! 
Allah, Sən də sev, onu sevənləri 
Düşməninə  düşmən olsan, var yeri 
 
Bu,  Ģiə  və  sünni  alimlərinin  kitablarında  nəql  olunan  “Qədir-
Xum” hadisəsinin xülasəsi idi! 
“TƏBLĠĞ” AYƏSĠ ÜZƏRĠNDƏ YENĠ BĠR TƏHLĠL 
Əgər biz “təbliğ” ayəsinin nazil olma səbəbi, eləcə də, “Qədir-
Xum”  barəsində  nəql  olunan  bütün  rəvayətləri  nəzərə  almayıb,  elə 
bu  və  bundan  sonrakı  ayələrin  mənasını  diqqətlə  nəzərdən  keçirək, 


 
124 
Ġslam peyğəmbərinin (s)  caniĢinlik və xəlifəliyi  ilə bağlı  vəzifəmizi 
ayırd edə bilərik. 
Ġzah:
  Bu  ayə  özü  müxtəlif  ifadələrlə  üç  mühüm  məsələyə 
toxunur: 
1. Ayədən məlum  olur ki,  bu məsələ  Ġslam baxımından  yüksək 
əhəmiyyətə  malik  olmuĢdur.  Hətta  Allah  tərəfindən  Peyğəmbəri-
əkrəmə (s) göstəriĢ verilmiĢdir ki, mütləq onu xalqa çatdırsın. Əgər 
çatdırmasa,  vəzifəsini  yerinə  yetirməmiĢ  olacaqdır!  BaĢqa  sözlə,  bu 
məsələ peyğəmbərlik qədər  ağır vəzifə imiĢ.  Əgər elan  edilməsəydi, 
sanki Peyğəmbərin (s) vəzifəsi yarımçıq qalacaqdı! 
Məlum  olduğu  kimi,  burada  sadə  bir  Ģərt  nəzərdə  tutulmayıb. 
Əgər o pozulsa, Peyğəmbərin (s) risaləti Ģübhə altına düĢür. Ayənin 
zahirindən  göründüyü  kimi,  burada  çox  mühüm  məsələnin  qarĢıya 
qoyulduğu  və  onun  birbaĢa  peyğəmbərlik  məqamı  ilə  əlaqələndiyi 
vurğulanmıĢdır. 
2.  Bu  ilahi  əmr  sözsüz  ki,  namaz,  oruc,  həcc,  cihad,  zəkat  və 
digər  əməli  vəzifələrlə  bağlı  deyildir.  Çünki  bu  ayə  “Maidə” 
surəsində  yerləĢir  və  Ġslam  peyğəmbərinə  (s)  nazil  olan  sonuncu 
surədir (yaxud sonuncu surələrdən biridir). Yəni bu surə nazil olanda 
artıq  Ġslamın  əməli  vəzifələrilə  əlaqədar  bütün  məsələləri  bəyan 
edilmiĢdi.
1
  
3.  Ayənin  ifadələri  göstərir  ki,  elan  olunacaq  xəbər  bəzilərinin 
sərt  mövqeyi  ilə  qarĢılanacaq  və  bu  iĢdə  Peyğəmbərin  (s)  həyatı 
təhlükəyə  düĢəcəkdir.  Lakin  Allah-taala  o  həzrətə  qarĢı  xüsusi 
himayəsini  bildirərək  buyurur:
 
“Allah  səni  xalqdan  (onların 
ehtimal verilən təhlükələrindən) qoruyacaq!” 
Ayənin  sonunda  daha  təkidlə  buyurur:
 
“Allah  kafir  cəmiyyəti 
hidayət etməz!” 
Bu  ifadə  qəti  Ģəkildə  bir  qrup  müxaliflərin  əks  mövqe 
tutacaqlarını göstərir. 
                                                 
1
 Fəxri-Razi bu ayənin təfsirində yazır: “Hədis raviləri və “sirə” yazanların 
nəql  etdiklərinə  əsasən,  yuxarıdakı  ayə  nazil  olduqdan  sonra  Peyğəmbər  (s)  81, 
yaxud  82  gündən  artıq  həyat  sürmədi.  (“Kəbir”  təfsiri,  11-ci  cild,  səh.  139.)  “Əl-
mənar”  və  digər  kitablarda  da  “Maidə”  surəsinin  bütövlükdə  sonuncu  həcc 
mərasimində  nazil  olduğu  qeyd  olunmuşdur.  (“Əl-mənar”,  6-cı  cild,  səh.  116.) 
Əlbəttə,  bəziləri  “təbliğ”  ayəsi  nazil  olduqdan  sonra  Peyğəmbəri-əkrəmin  (s)  qeyd 
edilən gündən də az həyat sürdüyünu nəql etmişlər. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə