Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə40/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   36   37   38   39   40   41   42   43   ...   101

 
112 
“təkvini  vilayət”ə  malik  olduqlarını  göstərir.  Belə  hallar  çoxdur  və 
biz burada onların bir neçəsini xatırlamaqla kifayətlənirik: 
1. Ġmam Əli (ə) “Nəhcül-bəlağə”nin “Qasiə” xütbəsində diqqəti 
cəlb edən bir möcüzəyə iĢarə edərək buyurur: “Mən Peyğəmbərin (s) 
yanında  idim.  Bu  zaman  QüreyĢ  tayfasının  böyükləri  onun  yanına 
gəlib  dedilər:  “Ya  Məhəmməd!  Sən  çox  böyük  bir  iddia  edirsən. 
Halbuki  əsil-nəsəbin,  ata-babaların  belə  bir  iddia  etməmiĢlər.  Biz 
səndən bir  möcüzə istəyirik!  Əgər razı  olub,  möcüzə göstərə  bilsən, 
peyğəmbərsən, yox, əgər göstərə bilməsən, sənin yalançı və sehrbaz 
olduğun bizə aydın olacaq!” 
Peyğəmbər  (s)  “Ġstəyiniz  nədir?”  deyə  soruĢduqda,  onlar 
dedilər:  “Bu  ağacı  çağır,  kökündən  çıxıb  irəli  gəlsin  və  qarĢında 
dursun!” 
O həzrət buyurdu: “Allah-taala hər bir Ģeyə qadirdir. Əgər bu iĢi 
görsəm, mənə iman gətirib, haqq olduğuma Ģahid duracaqsınızmı? 
Dedilər: “Bəli!” 
Həzrət  buyurdu:  “Ġndi  istədiyinizi  edəcəyəm.  Lakin  bilirəm  ki, 
siz  xeyir  və  yaxĢılığa  doğru  qayıtmayacaqsınız.  Sizin  aranızda 
“Bədr”  quyusuna  atılan,  eləcə  də  “Əhzab”  ordusuna  qoĢulanlar 
vardır!” Sonra o həzrət ağacı belə səslədi: “Ey ağac! Əgər Allaha və 
qiyamət  gününə  iman  gətirib,  mənim  peyğəmbər  olduğumu 
bilirsənsə,  kökündən  ayrılıb  yanıma  gəl  və  Allahın  əmrilə  mənim 
qarĢımda dur!” 
Onu  haqq  olaraq  peyğəmbər  göndərən  Allaha  and  olsun!  Ağac 
öz  köklərilə  yerdən  ayrılıb  irəli  gəldi.  O  səmada  qanadlarını  çırpan 
quĢ kimi səs salırdı. Ağac Allahın Rəsulunun (s) qarĢısında dayandı 
və budaqlarından bir neçəsi quĢ lələkləri kimi yerə töküldü. Bir neçə 
uca  budağını  Peyğəmbərin  (s),  bir  neçəsini  də  mənim  çiynimə  sarı 
əydi. Mən o həzrətin sağ tərəfində durmuĢdum. 
QüreyĢ  böyükləri  bu  vəziyyəti  müĢahidə  etdikdə,  qürur  və 
təkəbbürlə  dedilər:  “Ağaca  əmr  et  ki,  yarısı  irəli  getsin,  yarısı  öz 
yerində  qalsın.”  Peyğəmbər  (s)  əmr  verdi.  Ağacın  yarısı  dəhĢətli 
səslə Peyğəmbərə (s) o qədər yaxınlaĢdı ki, həzrətə toxundu! 
Onlar yenə küfr edib dedilər: “GöstəriĢ ver ki, ağacın bu hissəsi 
də  qalan  hissəsinə  bitiĢib,  əvvəlki  vəziyyətə  düĢsün!”  Peyğəmbərin 
(s) göstəriĢi ilə ağac əvvəlki vəziyyətə düĢdü. Mən dedim: “La ilahə 
illəllah!  (Allahdan  baĢqa  Allah  yoxdur!)  Ya  Peyğəmbər!  Mən  sənə 
iman  gətirən  birinci  Ģəxsəm  və  Ģəhadət  verirəm  ki,  ağac  Allahın 


 
113 
əmrilə  sənin  peyğəmbərliyini  və  dəvətini  təsdiq  edərək  istəyini 
yerinə yetirdi.” 
Onlar yenə dedilər: “Xeyr, o yalançı sehrkardır. Qəribə bir sehr 
göstərdi  və  öz  iĢində  çox  mahirdir.  Sənin  peyğəmbərliyini  bunun 
kimilərindən  baĢqa  (məni  deyirdilər)  kim  təsdiq  edəcək?!”  Lakin 
mən  Allah  yolunda  heç  bir  danlaqdan  qorxmayanlardan,  doğru 
danıĢanlardan 
və 
sözlərində 
xeyirdən 
baĢqa 
bir 
Ģeyi 
düĢünməyənlərdənəm!  Onlar  gecələri  (ibadət  üçün)  oyaq  qalar, 
gündüzlərə  aydınlıq  verər,  Qurana  bağlanar,  Allahın  və  Rəsulunun 
sünnəsini dirildər, nə təkəbbür göstərər, nə özlərini üstün bilər, nə də 
fitnə-fəsad  törədərlər.  Qəlbləri  behiĢtdə,  bədənləri  isə  dünyadadır. 
HəmiĢə öz vəzifələrinə əməl edərlər!” 
Xütbənin  ifadələrindən  açıq-aydın  görünür  ki,  bu  xariqüladə  iĢ 
Peyğəmbərin  (s)  xarici  aləmə  təsiri  ilə  baĢ  vermiĢdir.  Xütbənin 
“ağac  Allahın  əmri  və  izni  ilə  hərəkətə  gəldi”  ifadəsində  Allahın 
izni,  qeyd  olunmuĢ  və  Allah-taala  Peyğəmbəri  (s)  belə  iĢlərə  qadir 
etmiĢdir.  Burada  əvvəldən  axıra  qədər  “Allahın  izni”  ifadəsi 
iĢlədilmiĢdir.  Beləliklə,  “Ey  ağac,  kökündən  ayrılıb  yanıma  gəl...” 
ifadəsi  aĢkar  surətdə  Ġslam  peyğəmbərinin  (s)  “təkvini  vilayət”ə  və 
xaric aləmdə təsirə malik olduğunu göstərir. 
*** 
2.  Mərhum  Əllamə  Məclisi  “Biharul-ənvar”  kitabında  Salman 
Farsidən  belə  nəql  edir:  “Peyğəmbər  (s)  Mədinəyə  gələndə  camaat 
onun  dəvəsinin  yüyənindən  yapıĢdı.  Hər  kəs  Həzrəti  öz  evinə 
aparmaq istəyirdi. Peyğəmbər (s) isə buyurdu: “Dəvəni azad buraxın 
və kimin evinin qapısında yatsa, mən onun evində qalacağam!” (Bu, 
ixtilaf və ayrıseçkiliyi aradan qaldırmaq üçün ən yaxĢı yol idi.) 
Onlar  dəvəni  buraxdılar.  Dəvə  Mədinə  küçələrinə  daxil  oldu. 
Nəhayət,  Əbu  Əyyub  Ənsarinin  evinin  qapısında  yatdı.  Mədinədə 
Əbu  Əyyub  Ənsaridən  yoxsulu  yox  idi.  Camaat  Peyğəmbərlə  (s) 
birgə olmaq səadətindən məhrum olduqları üçün təəssüfləndi. 
Əbu  Əyyub  Ənsari  qıĢqırdı:  “Anacan,  qapını  aç!  Ġnsanların 
sərvəri,  Rəbiə  və  Müzər  qəbilələrinin  ən  əziz  Ģəxsi  Məhəmməd 
Mustəfa (s), Rəsuli-Müctəba təĢrif gətirib!” Onun anası qapını açıb, 
çölə  çıxdı.  Qadının  gözləri  görmürdü.  Dedi:  “KaĢ,  görə  biləydim, 
mövlam və sərvərim Peyğəmbərin (s) camalına baxaydım!” Bu vaxt 
Peyğəmbər  (s)  əlini  Əbu  Əyyubun  anasının  üzünə  sürtdü  və  onun 
gözləri  açıldı.  Bu,  Peyğəmbərin  (s)  göstərdiyi  ilk  möcüzə  idi. 


 
114 
(Mümkündür  “əlini  üzünə  sürtdü”  –  ifadəsində  məqsəd  əl  ilə  iĢarə 
etmək, yaxud əlini paltar üstündən sürtmək və sair olsun.)
1
  
3.  Həm  Ģiə,  həm  də  əhli-sünnənin  mötəbər  kitablarında  nəql 
olunmuĢdur  ki,  Xeybər  müharibəsində  bəzi  sərkərdələr  vasitəsilə 
qələbə  əldə  edilmədikdə  Peyğəmbər  (s)  buyurdu:  “Sabah  bayrağı 
Allah  və  Rəsulunun  sevdiyi  bir  Ģəxsə  tapĢıracağam!”  Səhəri  gün  o 
həzrət  Əlinin  (ə)  yanına  getdi.  Əlinin  (ə)  gözü  bərk  ağrıyırdı. 
Peyğəmbər (s) ağzının suyunu onun gözünə çəkdi və əli bir daha ağrı 
hiss  etmədi.  Sonra  bayrağı  ona  tapĢırdı  (və  “Xeybər”  qalası  o 
həzrətin əlilə fəth edildi)!
2
  
Bu  hədisdə  bildirilir  ki,  Peyğəmbər  (s)  Allahın  izni  və  təkvini 
təsiri ilə Əlinin (ə) gözünə Ģəfa vermiĢdir. 
*** 
4.  Bir  dəfə  Əmirəl-möminin  Əlinin  (ə)  dövründə  Fərat  çayı 
daĢmıĢdı,  hətta  Kufə  camaatı  qorxuya  düĢmüĢdü.  Onlar  Əlinin  (ə) 
yanına  gedib  dedilər:  “Qorxuruq  ki,  sel  bizi  aparsın.  Fəratın  suyu 
xeyli çoxalıb. Ġndiyə qədər belə olmamıĢdır. Bütün küçələri su tutub. 
Səni Allaha and veririk ki, bizim dadımıza çat!” 
Əmirəl-möminin  Əli  (ə)  atına  mindi,  camaat  da  onunla  birgə 
hərəkətə baĢladı... Fərat çayına çatdıqda, çayın coĢğun dalğaları hər 
yerə  yayılırdı.  Əli  (ə)  dayandı.  Camaat  o  həzrətə  tamaĢa  edirdi.  O 
həzrət ibrani dilində nəsə dedi və Fəratın suyu bir “zira” (iki qarıĢ) 
azaldı.  Sonra  Həzrət  üzünü  camaata  tutub  buyurdu:  “Bu  qədər 
kifayət edərmi?” 
Dedilər: “Bir az da azalsın!” 
Ġmam Əli (ə) əlindəki çubuqla suya vurdu və su tamamilə yatdı. 
(Camaat sevinc içərisində Fəratın ətrafından dağıldılar!) 
Görəsən,  Əlinin  (ə)  bu  iĢi  Allahın  izni  ilə  təkvini  aləmə  təsir 
deyildimi? 
*** 
5.  Yenə  imam  Əlinin  (ə)  həyatında  oxuyuruq:  O  həzrət  Kufə 
yaxınlığından  keçərkən,  bir  qrup  yəhudi  o  həzrətə  yaxınlaĢıb  dedi: 
“Sən imam Əli ibn Əbi Talibsənmi?” 
Ġmam buyurdu: “Bəli!” 
                                                 
1
 “Biharul-ənvar”, 19-cu cild, səh. 121. 
2
 “Kamilut-tarix”, İbn Əsir, 2-ci cild, səh. 219; “Sireyi-Nəbəviyyə”, 3-cü cild, 
səh. 349 və “Biharul-ənvar”, 21-ci cild, səh. 298, hədis: 30. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə