Günah lüğət elmində


  Vəd  və  əhd-peymanlara  sadiq  qalmaq



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə37/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   33   34   35   36   37   38   39   40   ...   101

 
103 
2. 
Vəd  və  əhd-peymanlara  sadiq  qalmaq:
  Onların 
dəvətlərində  böyük  əhəmiyyət  daĢıyan  cəhət  öz  vəd  və  əhd-
peymanlarına  vəfalı  qalmalarıdır.  Əgər  onlar  sadiq  və  vəfalı 
olmasalar, xalqın etimadını itirərlər. 
3. 
ġəriətin  və  ilahi  hökmlərin  qorunmasında 
əmanətdarlıq:
 Bu da etimadın əsas Ģərtlərindən biridir. 
4. 
Ġnsanlara  məhəbbət  və  ürək  yandırmaq:
  Əgər  bu 
xüsusiyyət olmazsa, camaatla, xüsusilə nadan, təəssübkeĢ və inadkar 
insanlarla keçinmək çətinliklər və əzab-əziyyətlərlə müĢayiət olunar. 
5. 
Ġxlas:
  Ġlahi  rəhbərlər  maddi  baxımdan  təmənnasızdırlar. 
Onların  bütün  iĢləri  ixlas  və  saf  niyyət  üzərindədir.  Əks  təqdirdə 
onların dəvət və çağırıĢları etibarsız olar. 
6. 
Xeyirxahlıq  və  yaxĢılıq:
  Ġmam  yer  üzündə  mehribanlıq 
cilvəsidir.  Bu  isə  rəhbər  Ģəxslə  ardıcılları  arasında  mənəvi  bağlılığı 
qorumaq üçün zəruridir. 
7. 
ġücaət:
  ġücaət  və  Allahdan  qeyrisindən  qorxmamaq  ilahi 
Ģəxslərin əsas xüsusiyyətlərindəndir. Ümumiyyətlə, müvəffəqiyyətin 
əsas rəmzi budur! Ona malik olmayan Ģəxs rəhbərlik edə bilməz. 
8. 
Allaha mütləq Ģəkildə təvəkkül edib güvənmək:
 Bəzən 
ilahi  rəhbər  tək-tənha  qalır.  YaĢadığı  mühit,  ona  hakim  fitnə-fəsad 
rəhbərə qarĢı olur. Belə hallarda yalnız Allaha güvənməsə, yolundan 
dönməməsi çox çətin olacaqdır. 
9. 
Gözəl əxlaq və mülayimlik:
 Bütün ilahi rəhbərlərin (istər 
peyğəmbər, istərsə də məsum imamların) xüsusiyyətlərindən biri də 
gözəl əxlaq, camaatla mülayim davranmaqdır. Tünd və sərt xasiyyət, 
daĢürəklilik 
camaatın 
onlardan 
uzaqlaĢmasına, 
ətrafından 
dağılmasına,  eləcə  də  hədəf  və  məqsədə  çatmamalarına  səbəb 
olacaqdır. 
10. 
Ağır sınaqlardan keçmək:
 Qurani-kərimdə buyurulduğu 
kimi, Ġbrahim peyğəmbər özü ağır imtahan və sınaqlardan keçdikdən 
sonra imamət məqamına nail oldu. 
Əslində  məsum  rəhbərlər  çətin  imtahanlardan  qalib 
çıxmalıdırlar ki, möminlərə cismən və ruhən rəhbərlik edə bilsinlər. 
*** 


 
104 
ĠMAM ALLAH TƏRƏFĠNDƏN TƏYĠN OLUNUR 
Ġmamın  xüsusiyyətləri  və  peyğəmbərlərə  bir  çox  cəhətlərdən 
oxĢarlığından belə nəticə çıxarırıq ki, məsum imamlar (Peyğəmbərin 
(s)  caniĢinləri)  Allah  tərəfindən  təyin  olunmalıdır.  BaĢqa  sözlə, 
burada nə camaatın, nə ümmətin icmasının, nə də xüsusi bir qrupun 
müdaxilə etməyə haqqı yoxdur. Çünki imamın ismət məqamı, qeyri-
adi  elmi  və  Allahdan  baĢqa  kimsənin  xəbərdar  olmadığı  digər 
xüsusiyyətləri vardır ki, bunlarsız imamət məqamı təsəvvür olunmur. 
Kim  deyə  bilər  ki,  filankəs  xəta  və  günahdan  uzaqdır,  onun  elmi 
bütün  Ģəri  və  həyati  məsələləri  əhatə  edir?!  Hətta  imamın  yuxarıda 
qeyd  etdiyimiz  bir  neçə  xüsusiyyətinin  ayırd  edilməsi  insanların 
əksəriyyəti, bəzən də hamısı üçün çətin və qeyri-mümkündür. Nəticə 
çıxarırıq ki, imamın təyini məhz Allah tərəfindən olmalıdır. Allahın 
təyini üç yolla həyata keçir: 
1.  Peyğəmbər  (s),  yaxud  əvvəlki  məsum  imam  öz  caniĢinini 
Allahın  əmrilə  təyin  etməli  və  bunu  insanlara  çatdırmalıdır. 
Həqiqətdə,  o  da  Allahın  əmrini  xalqa  çatdırmaqda  yalnız  vasitə 
rolunu oynayır. 
2.  “Nübüvvət”in  Ģərtlərində  qeyd  olunduğu  kimi,  möcüzəli  iĢ, 
kəramət  göstərməyə  qadir  olmalıdır;  belə  ki,  ilahi  rəhbər  və  imam 
bəĢərin  qüdrətindən  xaric  olan  xariqüladə  iĢləri  bacarmalı  və  bu  iĢə 
məhz  baĢqaları  onu  qəbul  etmədikdə,  əl  atmalıdır.  Lakin  bu 
məsələdə peyğəmbər peyğəmbərlik, imam da imamət iddiası ilə çıxıĢ 
etməlidir.  BaĢqa  sözlə,  imam  olduğunu  iddia  edən  Ģəxs  xariqüladə 
bir  iĢi  peyğəmbərlik  yox,  imamət  iddiası  ilə  həyata  keçirməlidir. 
ġübhəsiz, belə bacarıq ona Allah tərəfindən əta olunur. Hikmətli və 
hər  Ģeyi  bilən  Allah  bu  imkanı  yalançı  iddiaçıların  ixtiyarına  əsla 
verməz. 
3. 
“Nübüvvət”  Ģərtlərində  deyildiyi  kimi,  əlamətlərin 
müĢahidəsi  ilə  imam  müəyyən  olur;  belə  ki,  bir  sıra  xüsusiyyətləri 
müĢahidə etməklə məsum imam və ilahi rəhbəri tanımaq olar. Həmin 
Ģəxsin elm və biliyi, əxlaqi səciyyələri, insani keyfiyyətləri, keçmiĢi, 
əməlləri, danıĢığı və fikirləri birlikdə məsum imam və Peyğəmbərin 
(s) caniĢinini aĢkara çıxarır.
1
  
                                                 
1
  Əlavə  məlumat  əldə  etmək  istəyənlər  “Peyami-Quran”  kitabının  7-ci 
cildinin, 303-309-cu səhifələrinə müraciət etsinlər. 


 
105 
 
DÖRDÜNCÜ FƏSĠL 
PEYĞƏMBƏR VƏ ĠMAMLARIN “TƏKVĠNĠ” 
VĠLAYƏTĠ 
ĠĢarə: 
Bildiyimiz kimi, vilayət iki qismə bölünür: 
1. ”TəĢrii vilayət”; 
2. “Təkvini vilayət”. 
“TəĢrii vilayət” qanun çərçivəsində rəhbərlik və hakimiyyətdən 
ibarətdir. Bəzən o, ata və babanın öz övladı üzərindəki vilayəti kimi 
məhdud olur, bəzən də hökumət və məmləkətin iĢlərini əhatə edir. 
“Təkvini  vilayət”  isə  bir  kəsin  yaradılıĢ  aləmində  Allahın  izni 
ilə  qanunları  dəyiĢdirməyə  qadir  olmasından  ibarətdir.  O,  Allahın 
izni  ilə  ixtiyarı  çatan  həddə  əlacsız  xəstəyə  Ģəfa  verə  və  ölüləri 
dirildə  bilər.  Ġnsanların  cismində  və  təbiətdə  bir  sıra  qeyri-adi 
dəyiĢikliklər etmək də bu qəbildəndir. 
“Təkvini vilayət” dörd qismə bölünə bilər; bu bölgünü bəziləri 
qəbul, bəziləri inkar edir: 
1. 
Dünyanın yaradılıĢında vilayət:
 Allah-taala bir bəndəyə, 
yaxud  mələyə  bir  varlıq  yaratmaq,  yaxud  bir  varlığın  həyatını  geri 
almağa  icazə  verir.  Sözsüz  ki,  bu  iĢ  qeyri-mümkün  deyil.  Çünki 
Allah-taala hər bir Ģeyə qadirdir və istədiyi qüdrəti istədiyi Ģəxsə əta 
edə  bilər.  Lakin  Quran  ayələri  göstərir  ki,  varlıq  aləminin,  yer  və 
göylərin, insan, cin və mələklərin, heyvan və bitkilərin, dağ, dərə və 
dənizlərin  yaradılıĢı  mələklərin,  yaxud  xüsusi  bəndələrinin 
ixtiyarında  yox,  məhz  Allahın  qüdrət  əlindədir.  Bu  isə  (geniĢ 
mənada)  qeyrisinə  əsla  verilməmiĢdir.  Buna  əsasən,  yer,  göy  və 
bütün canlıların xaliqi yalnız aləmlərin rəbbi olan Allahdır. 
2. 
“Təkvini feyz vasitəsi”:
  Yəni  Allah  tərəfindən  bəndələrə, 
yaxud varlıq aləminin digər məxluqlarına yardım, rəhmət, bərəkət və 
qüdrət  ilahi  övliyalar  və  xüsusi  bəndələr  vasitəsilə  çatdırılır. 
Məsələn,  Ģəhər  evlərinə  çəkilən  borular  suyu  mənbədən  alır  və 
ünvanlara  paylayır.  Burada  mənbədən  ayrılan  ilk  Ģaxəyə  “feyz 
vasitəsi” demək olar. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə