Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə35/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   31   32   33   34   35   36   37   38   ...   101

 
97 
əsasən,  ayədəki  “Əhli-beyt”də  məqsəd  “evdə  yaĢayanlar”  yox, 
Peyğəmbəri-əkrəmlə (s) nəsil qohumluğu olan Ģəxslərdir. Bundan da 
əlavə, əgər bütün bu iradları qəbul etsək, nəql olunmuĢ rəvayətlərlə 
nə etməliyik?! Görəsən, ayədə qeyd olunan “Əhli-beyt”i beĢ kimsəyə 
məxsus  bilən  və  “təvatür”  həddinə  çatan  rəvayətləri  etibarsız 
saymalıyıq? Bu hədisləri səhih və “təvatür” həddində hesab etməsək, 
onda  səhih  və  “təvatür”  həddində  hədis  tapa  bilmərik.  Əgər  bu 
rəvayətlərdə  aydınlıq  yoxdursa,  hansı  rəvayəti  aydın  hesab  edə 
bilərik? 
Bunların hamısından da maraqlı Əkrəmənin dedikləridir: “Əgər 
bir kəs mənimlə mübahiləyə hazır olsa belə, onunla mübahiləyə girib 
deyəcəyəm  ki,  bu  ayə  (“Təthir”  ayəsi)  Peyğəmbərin  (s)  zövcələri 
barədə  nazil  olub!”  O  vaxt  Əkrəmə  küçə-bazarlarda  car  çəkib 
deyirmiĢ  ki,  “Təthir”  ayəsi  Peyğəmbərin  (s)  zövcələri  haqda  nazil 
olmuĢdur. 
Doğrudan  da,  maraqlıdır!  Bu  Ģəxs  saysız-hesabsız  dəlili  və 
Ģahidi olan  bir məsələ ilə bağlı mübahiləyə çağırmaq, küçə-bazarda 
fəryad  qoparmaqla  nəyi  sübuta  yetirmək  istəyirmiĢ?  ġübhəsiz  ki, 
Peyğəmbər  (s)  özü  ilə  birgə  beĢ  nəfərin  üstünə  əba  çəkərək  onların 
adlarını  və  Əhli-beytdən  olduqlarını  söyləmiĢ,  sonra  da  Ümmü 
Sələmə və  AyiĢənin onlardan  olmadığını  demiĢdir. Daha  sonra  altı, 
yaxud  səkkiz,  yaxud  doqquz  ay  ardıcıl  sübh  namazı  vaxtı  qızı 
Fatimeyi-Zəhranın  (ə.s)  evinin  qarĢısına  gəlib,  Əhli-beyti  çağıraraq 
“Təthir” ayəsini oxumuĢdur. Ayədə inhisar bildirən “innəma” (yalnız 
və  yalnız)  ədatı  da  göz  qabağındadır.  Peyğəmbər  (s)  özü  ardıcıl 
təkidlərlə bütün Ģübhələri aradan qaldırmıĢdır. Lakin Əkrəmə kimilər 
qərəzli  səbəblərdən  küçə-bazarda  car  çəkib,  həqiqəti  ört-basdır 
etmək istəmiĢlər. 
2. Əgər Əhli-beyt beĢ nəfərdirsə, bu, digər imamlara necə Ģamil 
olunur? 
Cavab: 
Ayə  nazil  olan  vaxt  Əhli-beytdən  yalnız  beĢ  nəfəri 
həyatda  idi.  Qalanları  sonradan  dünyaya  gəlmiĢ  və  imamlıq 
məqamını bir-birlərindən irs almıĢlar. 
3.  Əvvəldə  iĢarə  etdiyimiz  kimi,  Allahın  ayədə  qeyd  olunan 
iradə  və  istəyi  “təĢrii”  yox,  “təkvini”  iradə  və  istəkdir.  BaĢqa  sözlə, 
Allah-taala  Əhli-beytə  günahlardan  çəkinmək  göstəriĢi  vermir. 
Çünki bu  ilahi  göstəriĢ  (günahlardan  çəkinmək)  təkcə  “Kisa”  əhlinə 
deyil,  bütün  müsəlmanlara  ünvanlanmıĢdır.  Məlum  olur  ki,  Allahın 


 
98 
təkvini  iradə  və  istəyi  ilə  Əhli-beyt  (ə)  bütün  günahlardan  pak, 
Ģərdən  və  nəfsani  istəklərdən  uzaqdır.  ġübhəsiz  ki,  Allah-taala  Öz 
iradə  və  istəyinə  qarĢı  çıxmaz.  Bəzilərinin  Allah-taalanın  Öz 
iradəsinə  qarĢı  çıxdığını  deməsi  tam  nadanlıqdandır.  Maddi  aləmdə 
ilahi  istəyə  hansı  amil  mane  ola  bilər?!  Əlbəttə,  bu  yalnız  o  zaman 
baĢ verə bilər ki, ilahi iradə və istək müəyyən bir Ģeylə Ģərtlənsin və 
həmin  Ģərt  də  gerçəkləĢsin.  Məlum  olduğu  kimi,  “Təthir”  ayəsində 
ilahi iradə mütləqdir və heç bir Ģeylə ĢərtlənməmiĢdir. 
Bəziləri  deyirlər  ki,  bu  fikir  Peyğəmbərin  (s)  bütün 
səhabələrinin,  xüsusilə  Bədr  müharibəsində  iĢtirak  edənlərin  də 
məsum  olduğunu  nəzərdə  tutur.  Çünki  Allah-taala  səhabələr  haqda 
da belə buyurmuĢdur: “Allah sizi pak-pakizə qərar vermək, nemətini 
sizə tam çatdırmaq istəyir. Bəlkə, Onun nemətləri müqabilində Ģükür 
edəsiniz!”
1
  
Təəssüflər olsun ki, təəssübkeĢlik odu Ģölə çəkib alovlandıqda, 
hər  Ģeyi  bürüyüb  külə  döndərir.  Qurani-kərimdə  Bədr  müharibəsi 
haqda belə bir ayə yoxdur və həmin müharibə ilə əlaqədar nazil olan 
ayə yalnız budur: 
ا اَي لْاِع ه لْاُِةُىٕاَ   اَت ٘لْاِنةُ٠اَٚ  ٗ ث ُةُواَودِّٙاَلةُ١دٌِّ اباَِ اباَّمٌََّا ٓدِِّ ُةُىلْاِ١اٍَاَ  ةُيدِّيإَةُ٠اَٚ
  ْباَللْاِ١مٌَّْ
“Allah  sizi  pak-pakizə  etmək  və  ġeytanın  çirkinliyindən 
təmizləmək üçün səmadan sizə yağıĢ endirdi!”
2
  
Aydındır  ki,  bu  ayə  Bədr  müharibəsi  zamanı  yağıĢın  yağması 
müsəlmanların  ehtiyaclarının  ödənməsi,  onların  qüsl  və  dəstəmaz 
almaları  ilə  bağlıdır  və  bunun  bizim  mövzumuza  heç  bir  aidiyyatı 
yoxdur.  Lakin  təəssübkeĢ  alim  bütün  səhabələrin  pak  və  günahsız 
olduğunu  sübut  etmək  üçün  ayənin  əvvəlinə  diqqət  yetirmədən, 
yalnız “li-yutəhhirəkum” (sizi təmizləmək üçün) felini əsas götürür. 
“Və  lakin  yuridu  li-yutəhhirəkum...”  (Allah  sizi  pak-pakizə  qərar 
vermək, nemətini sizə tamamlamaq istəyir. Bəlkə, Onun nemətləri 
müqabilində  Ģükür  edəsiniz!)  cümləsi  isə  Bədr  döyüĢçülərinə  aid 
deyil  və  qüsl,  dəstəmaz  və  təyəmmüm  ayəsinin  davamıdır.  Məlum 
olduğu  kimi,  Ġslamda  qüsl,  dəstəmaz  və  təyəmmüm  də  paklıq 
                                                 
1
  “Ruhul-məani”  təfsiri,  Alusi,  22-ci  cild,  səh.  17  (“Əhzab”  surəsinin  33-cü 
ayəsinin təfsiri). 
2
 “Ənfal” surəsi, ayə: 11. 


 
99 
niĢanəsidir.  Həmin  təfsir  aliminin  bu  ayəni  “Bədr”  döyüĢü  ilə 
əlaqələndirməsi,  qüsl,  dəstəmaz  və  təyəmmümlə  bağlı  məsələni 
“ismət və günahsızlıq” bəhsi ilə qarıĢdırması çox maraqlıdır! 
BaĢqa  bir  sual  yarana  bilər  ki,  əgər  ayə  beĢ  nəfərin  ismət  və 
günahsızlığına aiddirsə, nə üçün “yuridu” (istəyir) feli indiki zaman 
formasında iĢlədilmiĢdir? Əgər onlar məsumdurlarsa, nə üçün “Allah 
əzəldən  sizin  pak  olmağınızı  istəmiĢdir”  yox,  “Allah  sizin  pak 
olmağınızı istəyir” buyurulmuĢdur?
1
  
Əgər  bu  irad  Quran  ayələrində  iĢlədilən  “yuridu”  (istəyir) 
ifadəsi  ilə  birgə  araĢdırılsa,  əsla  Ģübhə  yeri  qalmaz.  Çünki  Quranın 
əksər  ayələrində  bu  söz  keçmiĢdən  indiyə,  indidən  gələcəyə  qədər 
zamanı bütünlüklə əhatə edir. BaĢqa sözlə, keçmiĢ, indiki və gələcək 
zamanlar  hər  üçü  bu  sözlə  ifadə  olunur  və  aĢağıdakı  ayələr  buna 
sübutdur: 
  آَ١ ّاٌَباَعلْاٍِدٌِّ بًّلْاٍِةُظ ةُل٠ وةُ٠ ةُ ّالله باَِاَٚ
“Allah aləmlərə əsla zülm etmək istəmir!”
2
  
 ةُُةُى ث ةُل٠ وةُ٠ اَلااَٚ اَولْاَِةُ١لْاٌِا ةُُةُى ث ةُ ّالله ةُل٠ وةُ٠  اَ 
 
 اَولْاَِةُعلْاٌِا
“Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir!”
3
  
 لْاُِةُىٕاَ   اَؿدِّفاَقةُ٠ ْاَأ ةُ ّالله ةُل٠ وةُ٠
“Allah üzərinizdə olan çətinliyi asanlaĢdırmaq istəyir!”
4
  
ġübhəsiz ki, bu ayələrdə Allah-taalanın keçmiĢdə zülm etməsi, 
insanların  çətinlikdə  olmasını  istəməsi  və  sonradan  öz  qərarından 
dönüb,  onun  əksinə  çıxması  nəzərdə  tutulmur.  Əksinə,  bu  ayələrdə 
Allah-taalanın  istəyi  bütün  zamanları  əhatə  edir.  Qurani-kərimdə 
Ģeytan haqda belə buyurulur: 
  عاَث ًلااَلااَٙ لْاُِةُٙمٍَّ ٚةُ٠ ْاَأ  ةُْباَللْاِ١مٌَّْا ةُل٠ وةُ٠اَٚ
 اًل٠
                                                 
1
 “Ruhul-məani”, 22-ci cild, səh. 17. 
2
 “Ali-İmran” surəsi, ayə: 108. 
3
 “Bəqərə” surəsi, ayə: 185. 
4
 “Nisa” surəsi, ayə: 28. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə