Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə32/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   28   29   30   31   32   33   34   35   ...   101

 
88 
 ةُٗاَعاَِ ةُخمَّّ  اَلاا ٝ ـاٚ اَٚ  اَُ لْاِواَعلْاٌِا  الله ةُيٛةٍُاَه ٝ ـاٚ  خاَعةُّةُغلْاٌِا ةُخاٍَلْاِ١ٌٚ  اَْبو ام ا
  ة ّلا ا بٕ ٔاللْاِثاَا ٌٝ ا بٕةُؽاٚ لْاِهاَا ُّكاَوةُر لااَـ ،لْاُِةُٙاَعاَِاَٚ
بٔلْاِلاَملْأِاَ اَلا اَه ٌام لا لْاِٛاٌَاَٚ ،ءٍكبفاَزلْاَِةُِ ءٍُلْاٍِ  
 :
“Cümə  axşamı  çatanda  Peyğəmbəri-əkrəm  (s)  (o  həzrətin 
müqəddəs ruhu)  ilahi  ərşə enir  və  imamların ruhu  onunla  görüşür. 
Mənim  də  ruhum  onlarla  birgə  oraya  gedir.  Sonra  ruhumuz  yeni 
məlumatla  bədənimizə  qayıdır.  Əgər  belə  olmasa,  biliyimiz  sona 
yetər!”
1
  
Bu  fəsildə  qeyd  edilənlərdən  məlum  olur  ki,  imamların  elm 
mənbələri  sadə  bir  məsələ  deyildir.  Bu  mənbələr  onları  digər 
insanlardan fərqləndirir, Ġslamı qorumaq, Quran təlimi və bəndələrin 
hidayəti  ilə  əlaqədar  ağır  vəzifələrin  yerinə  yetirilməsində  mühüm 
rol oynayır. 
*** 
ĠMAMLARIN MƏSUM VƏ GÜNAHSIZ OLMASI 
ĠĢarə: 
Xəta,  səhv,  unutqanlıq  və  günahdan  uzaqlıq  ilahi  imamların 
ümumi 
səciyyələridir.  Həqiqətdə,  imamların  məsuliyyətləri 
peyğəmbərlərin  məsuliyyətlərinə  yaxın  olduğundan,  peyğəmbərlərin 
məsum  və  günahsızlığına  dəlalət  edən  bütün  imtiyazlar  onlara  da 
aiddir.  Düzdür,  Ģəriət  sahibi  Peyğəmbəri-əkrəmdir  (s)  və  birbaĢa 
vəhylə  əlaqə  saxlayır.  Lakin  imamlar  da  onun  Ģəriətini  qoruyur. 
Hərçənd,  onlara  vəhy  nazil  olmur.  Onlar  insanların  hidayəti,  ilahi 
hökmlərin  icrası  və  dini  maarifin  kamil  Ģəkildə  çatdırılmasında 
Peyğəmbərin  (s)  ardınca  hərkət  edirlər.  Buna  görə  də  imamlar 
Peyğəmbərlə  (s)  əksər  xüsusiyyətlərdə  müĢtərəkdir  və  bir-birinə 
bənzəyirlər.  Buna  əsasən,  peyğəmbərlərin  isməti  ilə  əlaqədar  bütün 
dəlillər məsum imamlara da aiddir. 
*** 
Söhbətə  bu  barədə  nazil  olan  Quran  ayələrindən  bir  neçəsinə 
istinad etməklə baĢlayırıq: 
 اَد لْاُِةُواَودِّٙاَلةُ٠اَٚ  ذلْاِ١اَجلْاٌِا اًَلْاِ٘اَأ  اٌَ لْاِعدِّوٌا ةُُةُىٕاَ   اَت ٘لْاِنةُ١ ٌ ةُ مَّالله ةُل٠ وةُ٠ باَّمَّٔ إ
 اًو١ ٙلْاِٛ
                                                 
1
 “Üsuli-kafi”, 1-ci cild, səh. 254. 


 
89 
“Həqiqətən, Allahın istək və iradəsi budur ki, siz Əhli-beytdən 
çirkinliyi uzaqlaĢdırsın, sizi (hər cəhətdən) pak-pakizə etsin!”
1
  
Ötən  bəhslərdə  imamət  və  vilayət  məqamının  əzəmət  və 
böyüklüyü  haqda  Ġbrahim  peyğəmbərin  əhvalatını  açıqlayan 
“Bəqərə” surəsinin 124-cü ayəsini qeyd etdik. Dedik ki, Allah-taala 
o  böyük  peyğəmbəri  bir  çox  ağır  sınaqlara  çəkəndən  və  Həzrət  də 
onların  öhdəsindən  layiqincə  gələndən  sonra  buyurdu:  “Həqiqətən, 
Mən  səni  insanlara  imam  təyin  etdim.”  (Burada  “imamət”  bəĢərin 
cisminə, 
canına, 
ruhuna 
və 
təlim-tərbiyəsinə 
rəhbərlik 
mənasındadır!) 
Ġbrahim  (ə)  da  övladlarının  bu  məqama 
yiyələnməsini  istədikdə,  Allah-taala  Ģərti  cavab  verərək  buyurdu: 
“Mənim  (imamət)  əhdim  zülmkarlara  çatmaz!”  (Yəni  sənin 
övladlarından yalnız pak və məsum olanlara bu məqam veriləcək!) 
Bu ayənin düzgün təfsiri imamların və ilahi rəhbərlərin məsum 
və  günahsız  olduğunu  göstərir.  Əqidəsi  Ģirk  və  küfrlə  dolu  olan, 
yaxud  əməllərində  zülm  və  haqsızlıq  görünənlər  bu  məqama  layiq 
deyillər.  Çünki  zülm  geniĢ  mənada  həm  Ģirk,  küfr  və  əqidə 
azğınlığına, həm də baĢqalarına, eləcə də, bir Ģəxsin günah  etməklə 
özünə rəva gördüyü haqsızlığa da Ģamil olur. Bir sözlə, Qurani-kərim 
baxımından  imamlıq  və  ilahi  rəhbərlik  Ģərtlərindən  biri  ismət  və 
günahsızlıqdır. 
Burada yenidən “Təthir” ayəsinə qayıdır və bu ayədə açıqlanan 
ismət məsələsini araĢdırırıq: 
Bu  ayə  Peyğəmbərin  (s)  zövcələrindən  söz  açan  ayələrin 
arasında yerləĢsə də fərqli tona və mühüm bir hədəfə malikdir. Çünki 
ondan  əvvəl  və  sonrakı  bütün  ayələrin  əvəzlikləri  qadın  cinsinin 
cəm,  (bu  ayədə  isə  kiĢi  cinsinin  cəm  formasında)  iĢlənmiĢdir.  Bu 
ayənin baĢlanğıcında Peyğəmbərin (s) zövcələrinə göstəriĢ verilir ki, 
öz  evlərində  otursunlar,  cahillik  dövrünün  adət-ənənələrinə  uyğun 
camaat arasına çıxmasınlar,  iffətlərini qorusunlar,  namaz qılıb  zəkat 
versinlər,  Allaha  və  Rəsuluna  tabe  olsunlar.  Ayədəki  altı  əvəzliyin 
hamısı qadın cinsinin cəm formasındadır. Sonra isə ayənin üslubu və 
deyiliĢ tərzi dəyiĢir və buyurulur:  
 دِّوٌا ةُُةُىٕاَ   اَت ٘لْاِنةُ١ ٌ ةُ مَّالله ةُل٠ وةُ٠ باَّمَّٔ إ
 اًو١ ٙلْاِلاَر لْاُِةُواَودِّٙاَلةُ٠اَٚ  ذلْاِ١اَجلْاٌِا اًَلْاِ٘اَأ  اٌَ لْاِع
                                                 
1
 “Əhzab” surəsi, ayə: 33. 


 
90 
“Allah siz  Əhli-beytdən çirkinlik  və günahı  uzaqlaĢdırıb,  sizi 
tamamilə pak-pakizə qərar vermək istəyir!” 
Ayənin bu  hissəsindəki  əvəzliklərin  hər  ikisi  kiĢi  cinsinin  cəm 
formasındadır.  Adətən,  hər  bir  ayənin  əvvəli  ilə  axırı  eyni  bir 
məsələni bəyan edir. Lakin bu o zaman baĢ verir ki, ona qarĢı dəlil 
olmasın. Belə isə ayənin bu hissəsinin də Peyğəmbər (s) zövcələrinə 
aid  olduğunu  deyənlər  yanılırlar.  Çünki  ayənin  hissələri  arasındakı 
zahiri  fərq  tam  aydındır  və  əvəzliklər  də  bir-birindən  fərqlənir. 
Bundan əlavə,  Ģiə  və  sünni alimləri  Peyğəmbəri-əkrəmdən  (s) çoxlu 
rəvayət  nəql  etmiĢlər.  Hər  iki  firqənin  məĢhur  və  məqbul 
mənbələrində  bu  fakt  müĢahidə  olunur.  Bütün  bu  rəvayətlərə  görə, 
hazırkı ayə Ġslam peyğəmbərinin (s) zövcələrinə yox, yalnız Həzrətin 
özünə,  imam  Əliyə  (ə),  Fatiməyə  (ə.s),  imam  Həsənə  (ə)  və  imam 
Hüseynə (ə) aiddir. (Bu barədə geniĢ izahat veriləcək.) 
Rəvayətləri araĢdırmazdan öncə “Təthir” ayəsində iĢlədilən söz 
və ifadələri Ģərh etmək zəruri görünür: 
“Ġnnəma”  sözü  adətən,  “həsr  və  inhisar”  üçün  iĢlədilir  və 
dilimizdə “yalnız”, “ancaq” və “təkcə” mənalarını bildirir. 
“Yuridu”  (Allah  istəyir,  iradə  edir)  feli  Allahın  “təkvini” 
iradəsini bildirir. Yəni Allah-taala qəti qərar vermiĢdir ki, Əhli-beyti 
bütün çirkinliklərdən pak və uzaq etsin. Burada məqsəd “təĢrii” iradə 
ola  bilməz.  Çünki  “təĢrii”  iradə  onların  çirkinliklərdən  qorunmağa 
vəzifəli  olduğunu  bildirəcək.  Bu  isə  təkcə  Peyğəmbər  (s)  Əhli-
beytinin yox, bütün müsəlmanların vəzifəsidir. 
Bəzilərində belə təsəvvür oyana bilər ki, “təkvini” iradə bir növ 
məcburiyyət  yaradır  və  bu  iradə  əsasında  məsumluğun  heç  bir 
fəziləti yoxdur. 
Burada  qısa  Ģəkildə  deməliyik  ki,  məsumlar  iki  növ  məqama 
malikdirlər:  “zati  məqam”  və  “iktisabi  (əməllərlə  qazanılan) 
məqam”.  Bunların  heç  biri  onların  ixtiyarsız  olduğunu  göstərmir. 
BaĢqa  sözlə,  ilahi  iradə  uca  məqama  nail  olmaq  və  müvəffəqiyyət 
üçün  zəmin  hazırlayır.  Onları  qazanmaq  isə  məsumların  öz 
iradəsindən asılıdır. Onların günahı tərk etməsi cəbri yox, iradi hissə 
əsaslanır.  Məsələn,  bir  din  aliminin  Ģərabı  özü  ilə  məscidə  aparıb, 
camaatın  qarĢısına  çıxaraq  içməsi  qeyri-mümkündür.  Lakin  bu  iĢ 
zatən  qeyri-mümkün  deyil.  Onun  adi  və  ixtiyari  qeyri-mümkün 
sayırıq.  Ağıllı  bir  insan  heç  vaxt  küçə-bazara  çılpaq  vəziyyətdə 
çıxmaz. Amma onun belə bir iĢ görməsi qeyri-mümkün deyil. Onun 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə