77
Qeyri-adi elm və biliksiz belə ağır məsuliyyəti (imamət məqamını)
kimsəyə tapĢırmaq olmaz.
***
ĠMAMLARIN ELMĠ MƏNBƏLƏRĠ
Məsum imamların elmi ilə bağlı diqqəti cəlb edən ən mühüm
məsələ onların elmi mənbələridir. Görəsən, onlar din və dünya ilə
əlaqədar bu qədər məlumatı haradan almıĢlar? Onlara vəhyin nazil
olmadığına, Peyğəmbəri-əkrəmin (s) vəfatından sonra vəhyin
kəsildiyinə heç bir Ģəkk-Ģübhə qalmadığı halda, Ģəriət məsələlərini,
Ġslam və müsəlmanların məsləhətlərini, ümmətin hidayəti ilə bağlı
zərurətləri, eləcə də, keçmiĢ və gələcəyi haradan bilirdilər?
Quran ayələri və rəvayətlərə diqqət yetirdikdə, bir çox mənbələr
gözə dəyir. Onlar aĢağıdakılardan ibarətdir:
1.
Allahın kitabı Qurani-kərim (kamil Ģəkildə agah
olmaq Ģərtilə):
Məsum imamlar Qurani-kərimin təfsir və təvilini, zahir və
batinini, “möhkəm və mütəĢabih” ayələrini çox gözəl bilirdilər.
Qurani-kərimdə buyurulur:
اَؿاَو لْاًِةُل ًلااٍَ لْاِوةُِ اَذلْاَِاٌَ لْاِاٚةُواَفاَو آَ٠ نمٌَّا ةُيٛةُماَ٠اَٚ
ةُٖاَلٕ لْآِاَِاَٚ لْاُِةُىإَلْاِ١اَثاَٚ ٟ ٕلْاِ١اَث اًل١ ٙاَّ ّللَّب ث ٜ
ةباَز ىلْاٌِا ةُُلْاٍِ
“Kafirlər “Sən peyğəmbər deyilsən” deyirlər. Onlara belə
cavab ver: “Mənimlə sizin aranızda Allahın və kitabdan xəbərdar
kəsin Ģahidliyi kifayətdir!”
1
Bu ayədən aydın baĢa düĢülür ki, Allahın kitabından agah
olanlar vardır. Diqqət yetirmək lazımdır ki, “elmül-kitab” (kitabdan
xəbərdar olmaq) mütləq Ģəkildə (qeydsiz) iĢlədildiyindən, bütün
ilahi kitablarda mövcud olanlara Ģamildir. Lakin “Nəml” surəsinin
40-cı ayəsində Allahın kitabından cüzi xəbərdar olan kəs haqda
buyurulur:
اَهةُـ لْاِواَٛ اَهلْاِ١اٌَ إ مَّلاَر لْاِواَ٠ ْاَأ اًَلْاِجاَل ٗ ث اَه١ رآ بأَاَأ ةباَز ىلْاٌِا آَدِِّ ةٌُلْاٍِ ةُٖاَلٕ ٞ نمٌَّا اَيباَل
“Kitabdan bir qədər bilən kəs dedi: “Mən onu sənə bir göz
qırpımında gətirərəm!”
1
“Rəd” surəsi, ayə: 43.
78
ġübhəsiz, Allahın kitabı elm və bilik mənbəyi, hər iĢin açarıdır.
Belə ki, Süleyman peyğəmbərin vəziri Asəf ibn Bərxiya Allahın
kitabından cüzi xəbərdar olduğu halda zahirən mümkün olmayan bir
iĢin yerinə yetirilməsini öhdəsinə götürdü və Səba padĢahının taxtını
bir göz qırpımında Ərəbistanın cənubundan (Yəməndən) Ģimalına
(Suriyanın ġam Ģəhərinə - Süleyman peyğəmbərin hökumət
mərkəzinə) gətirdi. ġübhəsiz, Allahın bütün kitabı və onda olan
bütün elmlərdən agah olan Ģəxs istənilən çətin və ağılagəlməz iĢləri
görməyə qadirdir. Amma “Görəsən, kim kitabın elminə vaqifdir və
Allahın kitabını bilənlər kimdir” sualının cavabı Qurani-kərimdə
üstüörtülü qeyd edilmiĢdir.
Bəzilərinin əqidəsinə görə, həmin Ģəxs Allahın Özüdür. (Belə
olduqda, “mən indəhu elmul-kitab” (kitabdan xəbərdar olan kəs)
cümləsi kəlamın zahirinin əksinə olan bir təfsir bağlayıcısından
ibarət olacaqdır!)
Bəzi təfsirçilərin nəzərincə, məqsəd əvvəllər kitab əhlindən
olmuĢ, Ġslam peyğəmbərinin (s) niĢanələrini keçmiĢ səmavi
kitablarda görmüĢ və onun haqq olduğunu qəbul edən Salman Farsi
və Abdullah ibn Salam kimi alimlərdir.
Lakin bir çox təfsir alimləri yazmıĢlar ki, bu ayə Əli ibn Əbi
Talib (ə) (hidayət imamı) barəsindədir.
MəĢhur təfsirçi Qurtubi bu ayənin təfsirilə əlaqədar Abdullah
ibn Ətadan belə nəql edir: “Mən Əbu Cəfər ibn Əli ibn Hüseynə
“Camaat elə güman edir ki, ayədə qeyd olunan “əlləzi indəhu elmul-
kitab” (kitabı bilən Ģəxs) ifadəsindən məqsəd Abdullah ibn
Salamdır!” dedikdə, o cavab verdi: “O (Allahın kitabını bilən) kəs
yalnız Əli ibn Əbi Talibdir.” Bunu Məhəmməd ibn Hənəfiyyə də
təsdiq etmiĢdir.”
1
Diqqəti cəlb edən budur ki, surə (“Rəd” surəsi) Məkkədə nazil
olmuĢdur. Halbuki Abdullah ibn Salam, Salman Farsi və kitab
əhlindən olan digər alimlər Ġslam dinini Mədinədə qəbul etmiĢdilər.
Bu fikir Səid ibn Cübeyrdən də nəql olunmuĢdur. Belə ki,
ondan “ayədə qeyd olunan “mən indəhu elmul-kitab!” (Allahın
kitabını bilən Ģəxs) Abdullah ibn Salamdırmı”, deyə soruĢduqda,
1
“Təfsiri-Qurtubi”, 5-ci cild, səh. 3565.
79
belə cavab vermiĢdi: “O deyil, çünki bu surə Məkkədə nazil
olmuĢdur!”
1
Həmçinin ġeyx Salman Qunduzi Hənəfi
2
“Yənabiul-məvəddət”
kitabında Sələbi, Ġbn Məğazili və Abdullah ibn Ətadan nəql edir ki,
Məhəmməd Baqirlə (ə) birgə məsciddə oturmuĢdum. Bu zaman
Abdullah ibn Salamın oğlunu görüb dedim: “Bu Allahın kitabını
bilən Ģəxsin oğludur!” Məhəmməd Baqir (ə) buyurdu: “(Xeyr!) Ayə
Əli ibn Əbi Talib (ə) barəsində nazil olmuĢdur.”
3
Həmin kitabda baĢqa bir rəvayətdə Ətiyyə Ovfi, Əbu Səid
Xudridən belə nəql edir: “Peyğəmbəri-əkrəmdən (s) “əlləzi indəhu
elmun minəl-kitab” (“Nəml” surəsinin 40-cı) ayəsi haqda
soruĢulduqda o həzrət buyurdu: “O, qardaşım Süleyman ibn Davud
peyğəmbərin vəziri idi!” Sonra “De ki, Allah və Onun kitabından
xəbərdar olan Ģəxsin mənimlə sizin aranızdakı Ģahidliyi mənə
bəsdir” ayəsinin kimin haqqında nazil olduğu soruĢuldu. Həzrət
buyurdu: “O, qardaşım Əli ibn Əbi Talibdir!”
4
BaĢqa bir rəvayətdə Ġbn Abbas belə deyir: “Allahın kitabını
bilən Ģəxs yalnız Əlidir. O, Quranın təfsir və təvilini, nasix və
mənsuxunu bilir!”
5
Bir sözlə, bu ayəni kitab əhlindən olan alimlərə aid etmək əsla
düzgün deyil. Çünki bu surə Məkkədə nazil olmuĢdur. Onlar isə
hicrətdən sonra Mədinədə Ġslamı qəbul etmiĢdilər. Yuxarıdakı
rəvayətlərə əsasən, bu ayə imam Əlinin (ə) barəsində nazil olmuĢdur
(o həzrətdən sonrakı məsum imamlara da elmdən irs çatmıĢdır).
Bəli, Qurani-kərim, onun sirr və incəlikləri, zahir və batini
mənaları məsum imamların əsas elm mənbələrindəndir.
6
Buna sübut göstərilən ayələrdən biri də “Ali-Ġmran” surəsinin
“Və ma yələmu təviləhu illəllahu vər-rasixunə fil-elm” (Quranın
1
“Əd-durrul-mənsur”, 4-ü cild, səh. 69.
2
Qunduz – Əfqanıstanın şimalında yerləşən bir şəhərin adıdır və adıçəkilən
əhli-sünnə alimi o şəhərə mənsubdur.
3
“Yənabiul-məvəddət”, səh. 102.
4
Yenə orada, səh. 103.
5
Yenə orada, səh. 104.
6
Bu barədə Əhli-beytdən (ə) də çoxlu rəvayət nəql olunmuşdur. Əlavə
məlumat əldə etmək istəyənlər “Kənzüd-dəqaiq” kitabının 6-cı cildinin 48-cı
səhifəsinə, eləcə də “Burhan” təfsirinə (bu ayənin təfsirinə) müraciət etsinlər!
Dostları ilə paylaş: |