Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə41/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   37   38   39   40   41   42   43   44   ...   101

 
115 
Dedilər:  “Bizim  kitablarımızda  altı  peyğəmbərin  adı  yazılmıĢ 
böyük  bir  daĢdan  söz  açılır  və  biz  o  daĢı  nə  qədər  axtarırıqsa,  tapa 
bilmirik. Əgər sən imamsansa, onu bizim üçün tap!” 
Həzrət  buyurdu:  “Mənim  ardımca  gəlin!”  Yəhudilər  həzrətin 
ardınca  getdilər.  Onlar  bir  səhralığa  çatdılar  ki,  orada  çınqıl  daĢlı 
böyük  bir  təpə  var  idi.  Ġmam  buyurdu:  “Ey  külək,  Allahın  böyük 
adlarına  xatir,  çınqıl  daĢları  böyük  daĢın  üzərindən  qaldır!”  Bu 
zaman  külək  əsib,  çınqıl  daĢları  apardı  və  həmin  böyük  daĢ 
göründü.
1
  
Həm  Ģiə,  həm  də  sünnilərin  tarix,  təfsir  və  hədis  kitablarında, 
Ġslamın müxtəlif mənbələrində belə misallar olduqca çoxdur. Biz isə 
qeyd  etdiyimiz  bir  neçə  nümunə  ilə  kifayətlənirik.  Qeyd  edilən  ayə 
və rəvayətlərdə açıq-aĢkar göstərilir ki, ilahi övliyalar, peyğəmbərlər 
və  imamlar  Allahın  əmri  və  izni  ilə  təkvini  aləmə  təsir  və  nüfuz 
etmək  imkanına  malik  olmuĢlar.  Bu  qüvvə  yalnız  dua  və  Allahdan 
istəklə  yaranmır.  Təkvini  təsir  Allah  tərəfindən  verilən  xüsusi 
qüdrətdir  və  biz  buna  “təkvini  vilayət”  deyirik.  Əlbəttə,  “təkvini 
vilayət”in  mənəvi  yardımlarla  haqqı  qəbul  etməyə  hazır  olan 
qəlblərə  təsir,  mənəvi  nüfuzla  ləyaqətli  Ģəxsləri  hidayət  və  tərbiyə 
etmək kimi nümunələri var. Məsələn, Peyğəmbər (s), yaxud məsum 
imamların  hüzuruna  gələn  Ģəxslər  bəzən  bir  an  içində  qəribə  hala 
düĢür, yaĢayıĢlarını tamamilə dəyiĢirdilər. 
Belə  qəribə  və  ani  dəyiĢikliklər  də  “təkvini  vilayət”in 
təsirlərindəndir. 
 
 
 
                                                 
1
  “Biharul-ənvar”,  41-ci  cild,  səh.  237.  (Biz  bu  əhvalatı  qısa  şəkildə  bəyan 
etdik!) 


 
116 
 
BEġĠNCĠ FƏSĠL 
XÜSUSĠ ĠMAMƏT VƏ VĠLAYƏT 
ĠĢarə: 
“Ümumi  imamət”dən  sonra  “xüsusi  imamət”  məsələsini, 
Peyğəmbərdən  (s)  sonrakı  məsum  imam  və  ilahi  caniĢinin  kim 
olması  mövzusunu  araĢdırmağa  baĢlayırıq.  Bu  araĢdırmada  Ġslamın 
müxtəlif mənbələrinə, ayə və rəvayətlərə, eləcə də, ilahi rəhbərlərin 
tanınmasında  ən  gözəl  üsullardan  olan  “Ģahidlər  toplusu”na  istinad 
edəcəyik. 
Allahdan  düĢüncəmiz,  qələmimiz  və  bəyanımıza  haqq  və 
həqiqəti  cari  etməyi,  hər  bir  büdrəmə  və  çaĢqınlıqdan  uzaq  olmağı 
diləyirik! 
Əvvəlcə,  Quran  ayələrinə  üz  tutaraq  “xüsusi  imamət”lə 
əlaqədar ayələri araĢdırırıq. Bu ayələri iki qismə bölmək olar: 
1. Ġmamət haqda aĢkar söz açan ayələr; 
2. Bu haqda qeyri-müstəqim (və dolayısı yolla) söz açan ayələr. 
Ümumiyyətlə,  hər  iki  qismə  aid  olan  ayələr  çoxdur.  Lakin 
məqsədimiz imamətə dəlalət edən daha aydın ayələri araĢdırmaqdır. 
Birinci qismə aid ayələr: 
1-“Təbliğ” ayəsi və “Qədir-Xum” əhvalatı; 
2-“Vilayət” ayəsi; 
3-“Ulil-əmr” (əmr sahibləri) ayəsi; 
4-“Sadiqin” (sadiq olanlar) ayəsi; 
5-“Qurba” (ən yaxınlar) ayəsi. 
Ġkinci qismə aid ayələr: 
Bu  ayələr  imamət  və  xilafət  məsələsini  birbaĢa  açıqlamasa  da, 
Əmirəl-möminin  Əlinin  (ə)  fəzilətlərini  sübut  edir.  Uyğun  ayələr 
Həzrətin Ġslam ümmətinin ən fəzilətlisi, Peyğəmbərdən (s) sonra ən 
üstün Ģəxsiyyət olduğunu göstərir. Belə nəticə alırıq ki, Peyğəmbəri-
əkrəmdən  (s)  sonra  ümmətin  rəhbərliyini  öhdəsinə  götürməyə  ən 
layiqli Ģəxs odur. 
Bu  ayələr  daha  çox  olduğundan,  yalnız  iyirmi  beĢ  ayəni  qeyd 
edəcəyik: 
1-“Mübahilə” ayəsi; 


 
117 
2-“Xeyrul-bəriyyə” (yaradılmıĢların ən yaxĢısı) ayəsi; 
3-“Leylətül-məbit” ayəsi; 
4-“Hikmət” ayəsi; 
5-“Həl-əta” surəsinin ayələri; 
6-“Bəraət” surəsinin ilk ayələri; 
7-“Siqayətul-hacc” (hacılara su vermə) ayəsi; 
8-“Salihul-muminin” (möminlərin əməlisalehi) ayəsi; 
9-“Vəzarət” (vəzirlik) ayəsi; 
10 və 11-“Əhzab” surəsinin ayələri; 
12-“Bəyyinə” (Ģahid) ayəsi; 
13-“Siddiqun” (sadiqlər) ayəsi; 
14-“Nur” ayəsi; 
15-“Ġnzar” (qorxudan) ayəsi; 
16-“Mərəcəl-bəhreyn” (iki dənizin bir-birinə qovuĢma) ayəsi; 
17-“Nəcva” (pıçıltı, gizli söhbət) ayəsi; 
18-“Sabiqun” (öndə olanlar) ayəsi; 
19-“Uzunun-vaiyə” (eĢidib yadda saxlayan qulaq) ayəsi; 
20-“Məvəddət” (məhəbbət) ayəsi; 
21-“Münafiqun” (münafiqlər) ayəsi; 
22-“Ġyza” (əziyyət) ayəsi; 
23-“Ġnfaq” ayəsi; 
24-“Məhəbbət” ayəsi; 
25-“Məsulun” (sorğu-suala tutulanlar) ayəsi. 
1-“TƏBLĠĞ” AYƏSĠ 
 اَؾ لْاًِاَعلْاِفاَر لْاُِمٌَّ ْ إاَٚ اَهدِّثمَّه ٓ ِ اَهلْاِ١اٌَ إ اَي ئةُأ باَِ لْاِػدٍِّاَث ةُيٛةٍُمَّوٌا باَُّٙ٠اَأ باَ٠
 ةُٗاَزاٌَباٍَ ه  اَذلْاِؽمٍَّاَث باَِ
  آَ٠ و ـباَىلْاٌِا اََ لْاِٛاَملْاٌِا ٞ للْاِٙاَ٠ اَلا اَ ّالله  مَّْ إ  ًبمٌَّٕا  آَ ِ اَهةُّ ٖلْاِعاَ٠ ةُ ّاللهاَٚ
“Ya Peyğəmbər! Allah  tərəfindən sənə  nazil olanı  (camaata) 
çatdır. Əgər (bunu) etməsən, Onun risalətini yerinə yetirməmiĢsən. 
Allah  səni  insanlardan  (onların  ehtimal  verilən  təhlükələrindən) 
qoruyacaq. Allah kafir camaatı hidayət etməz.”
1
  
*** 
                                                 
1
 “Maidə” surəsi, ayə: 67. 


 
118 
AYƏNĠN NAZĠL OLMA SƏBƏBĠ 
Bir çox əhli-sünnə alimlərinin təfsir, hədis və tarix kitablarında 
(Ģiənin  bütün  məĢhur  kitablarında)  yuxarıdakı  ayənin  imam  Əli  (ə) 
haqda nazil olduğu qeyd edilmiĢdir. Bu rəvayəti bir çox səhabələr, o 
cümlədən,  Əbu  Səid  Xudri,  Zeyd  ibn  Ərqəm,  Cabir  ibn  Abdullah 
Ənsari,  Ġbn  Abbas,  Bərra  ibn  Azib,  Hüzeyfə,  Əbu  Hüreyrə,  Ġbn 
Məsud  və  Amir  ibn  Leyli  nəql  etmiĢlər.  Onların  rəvayətlərində  bu 
ayənin  imam  Əli  (ə)  və  “Qədir-Xum”  hadisəsi  barəsində  nazil 
olduğu göstərilmiĢdir. 
Diqqəti  cəlb  edən  budur  ki,  bu  rəvayətlərin  bəzilərinin  ravilər 
silsiləsi,  o  cümlədən,  Əbu  Səid  Xudrinin  və  Ġbn  Abbasın  hədisinin 
on bir, Bərra ibn Azibin hədisinin isə üç qrupdan ibarət olduğu nəql 
olunmuĢdur. Bu  hədisləri  öz əsərlərində  (istər  geniĢ, istərsə  də  qısa 
Ģəkildə) qeydə alan məĢhur alimlər aĢağıdakılardan ibarətdir: 
–Hafiz  Əbu  Nəim  Ġsfahani:  “Ma  nuzzilə  minəl-Quran  fi 
Əliyyin” kitabı (“Əl-xəsais” kitabından nəql, səh. 29); 
–Əbülhəsən Vahidi NiĢapuri: “Əsbabun-nüzul” kitabı, səh. 150; 
–Ġbn  Əsakir  ġafei:  (“Əd-durrul-mənsur”  kitabından  nəql,  2-ci 
cild, səh. 298); 
–Fəxri-Razi: “Kəbir” təfsiri, 3-cü cild, səh. 636; 
–Əbu Ġshaq Həməvini: “Fəraidus-səmteyn” kitabı; 
–Ġbn Səbbağ Maliki: “Füsusul-muhimmə” kitabı, səh. 27; 
–Cəlaləddin  Süyuti:  “Əd-durrul-mənsur”  kitabı,  2-ci  cild,  səh. 
298; 
–Qazi ġovkani: “Fəthul-qədir” kitabı, 3-cü cild, səh. 57; 
–ġəhabuddin Alusi ġafei:  “Ruhul-məani” kitabı, 6-cı cild, səh. 
172; 
–ġeyx Süleyman Qunduzi Hənəfi: “Yənabiul-məvəddət” kitabı, 
səh. 120; 
–Bədrəddin  Hənəfi:  “Umdətul-qari  fi  Ģərhi  Səhihi-Buxari” 
kitabı, 8-ci cild, səh. 584; 
–ġeyx  Məhəmməd  Əbduh  Misri:  “Əl-mənar”  təfsiri,  6-cı  cild, 
səh. 463; 
–Hafiz ibn Mərdəveyh (vəfatı: 418 h.q) (Süyutinin “Əd-durrul-
mənsur” kitabından nəql) və s. 
Əlbəttə,  unutmaq  olmaz  ki,  bu  alimlərin  bəziləri  ayənin  nazil 
olma  səbəbini  və  rəvayətləri  nəql  etməklə  yanaĢı,  sonradan  iĢarə 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə