13
Ayədə qeyd olunan “imamət”in itaətin vacibliyi mənasında
təfsiri də düzgün deyil. Çünki hər bir peyğəmbərə itaət vacibdir.
Əgər məqsəd Ġbrahimə (ə) itaət etməyin vacibliyidirsə, artıq bu onun
üçün üstün məqam sayıla bilməz.
Bəziləri də baĢqa bir təfsirlə demiĢlər: “Ġmamda məqsəd din və
dünya iĢlərinə rəhbərlikdir. BaĢqa sözlə, hökumətə baĢçılıq nəzərdə
tutulur.”
Bu təfsir qeyd etdiyimiz digər iki təfsirdən fərqli olsa da,
imamətin dərin mənasını aydın göstərmir. Bizim nəzərimizcə, bu
zəmində digər ayələrə diqqət yetirdikdə imamətin daha yüksək bir
məqama aid olduğu aydınlaĢır. O da geniĢ mənada ilahi proqramların
həyata keçirməsindən – həm hökumət məsələləri, həm əmr və
hökmlərin icrası, həm də insanların zahiri və batini tərbiyəsindən
ibarətdir.
Ġzah:
Peyğəmbərlərin
göndərilməsində
əsas
məqsəd
bəĢəriyyəti hidayət etmək, doğru yola yönəltməkdir. Bu hidayət iki
mərhələdə həyata keçirilir:
1. Haqq yolu göstərmək; bu bütün ilahi peyğəmbərlərin
vəzifəsidir.
2. Məqsədə çatdırmaq; bu da iki hissəyə bölünür:
a) “TəĢrii hidayət”;
yəni dinin əsaslarını gerçəkləĢdirmək,
istər hökumət qurub hökmləri icra və ictimai ədaləti bərpa etməklə,
istərsə də əməli olaraq insanları tərbiyələndirməklə hər iki iĢ
peyğəmbərlərin hədəf və məqsədlərinin gerçəkləĢməsi üçün vasitə
olsa da, onları həyata keçirmək asan deyil. Bu iĢin sahibi mütləq
elm, təqva
1
, Ģücaət və müdiriyyət kimi xüsusiyyətlərə malik
olmalıdır.
1
“Təqva” sözü əsasən Allahın əzəmət və cəlalından qafil olmamaq, Onun
hökmləri ilə müxalifət etməmək, inadkar və günahkarların qazandıqları ilahi
əzabların çətin və ağır olmasından qorxmaq mənasındadır. Təqvanın müxtəlif
dərəcəsi vardır: 1-Günah və haram işlərdən uzaq olmaqdan ibarət olan xalqın əmr
olunmuş təqva həddidir; 2-Məxsus insanların əldə etdikləri təqva həddidir ki, təkcə
haram işlərdən deyil, həm də məkruh və bəyənilməz işlərdən də uzaq olmaq və
pəhriz etməkdir; 3-Məxsusların məxsusunun nail olduqları təqva dərəcəsinə şamil
olur. Bu seçilmiş şəxsiyyətlər hətta bəzi mübah və halal olan, lakin insanın özünü
məşğul edib, onu Allahın yadı və zikrindən yayındıran əməllərdən çəkinib pəhriz
edirlər. (“Camieyi-kəbirə ziyarətnaməsinin şərhi”, Seyid Abdullah Şübbər, səh. 98.)
(Müt.)
14
b) “Təkvini hidayət”;
yəni mənəvi təsirlə hidayət nurunu
insanların qəlbinə Ģüalandırmaq. Bu mənəvi və daxili bir hərəkət,
seyrdir. Ġlahi rəhbər və peyğəmbərlər öz ardıcıllarını zahiri və xarici
seyrlə inkiĢaf etdirirlər. ġübhəsiz, belə bir proqram icra etmək
istəyən Ģəxs bir çox xüsusiyyətlər və hazırlıqlara malik olmalıdır.
Hidayətin hər iki qismində dini və ilahi vəzifələr həyata keçirilir,
layiqli insanlar maddi və mənəvi, zahiri və batini təkamülə çatdırılır.
Ayədə qeyd olunan imamətdə məqsəd məhz budur! Həzrət Ġbrahim
(ə) xüsusi sifət və xislətlərə malik olmasaydı bu məqama çata
bilməzdi!
Qeyd edilənlərdən belə nəticə çıxarırıq ki, bir Ģəxs həm imamət,
həm də peyğəmbərlik məqamına nail ola bilər. Ulul-əzm
peyğəmbərlərdən Ġbrahimi (ə) və Ġslam peyğəmbərini (s) misal
göstərmək olar. Eləcə də, bir Ģəxs peyğəmbər olmadığı halda,
imamət məqamına nail ola bilər. “Rəsul” və “nəbi”dən fərqli, vəhy
almayan məsum imamları misal çəkmək olar.
Ümumiyyətlə, ayənin baĢlanğıcında buyurulan “Mən səni
insanlara imam təyin etdim” cümləsində imamət məqamının
böyüklüyü və imamın Allah tərəfindən seçilməsi aydın olur. Həmin
ayənin davamında bu nöqtə daha təkidlə qeyd edilir. Belə ki, Ġbrahim
(ə) bu məqama nail olduqda gələcək nəsli haqda da düĢünüb deyir:
“Ġlahi! Nəslimdən də? (Onları da imam qərar verəcəksənmi?)” Bu
zaman Allah tərəfindən belə xitab gəlir: “Mənim (imamət və vilayət)
əhdim heç vaxt zülmkarlara çatmaz!” Yəni ey Ġbrahim! Sənin
övladlarından yalnız zülm və günahdan uzaq, pak olanlar bu
məqama layiqdir!
ġübhəsiz, burada “zülm” deyərkən, yalnız baĢqalarına rəva
görülən zülm və haqsızlıq yox, həm də geniĢ mənada ədalətin əksi
(antonimi) olan zülm nəzərdə tutulur. Ədalət geniĢ mənada hər Ģeyin
yerini düzgün təyin etmək, zülm isə onun yerini səhv salmaqdır.
Qurani-kərimdə həzrət Loğmanın (ə) oğluna belə dediyi buyurulur:
مَّْ إ مَّللَّب ث لْاِن ولْاِْةُر اَلا مَّٟإَةُث باَ٠
ةٌُ١ ظاَ ةٌُلْاٍِةُظاٌَ اَنلْاِودٌِّْا
“Oğlum! Allaha Ģərik qoĢma; çünki Ģirk böyük zülmdür!”
1
Aydındır ki, burada ədalət kamil ədalət, baĢqa sözlə, imamətlə
uyğunlaĢan ismət məqamıdır. Günahla yanaĢı ədalət isə imamət
1
“Loğman” surəsi, ayə: 13.
15
məqamından uzaqdır və ona layiq deyil. Bəli, yuxarıdakı ayə imamın
məsum və günahsız olmasına bir sübutdur.
Maraqlıdır ki, biz ədalət üçün ömrün əvvəlindən sonuna qədər
hər bir günahdan uzaqlığı Ģərt saymalıyıq, yoxsa yox?
Bəziləri ”üsul” qaydalarına əsaslanaraq deyirlər: “Əgər bir kəs
müəyyən sifətlə vəsf edilərsə, həmin halda ona malik olmalıdır.
Məsələn, “ayaq üstə duran” sifətini o kəsə aid edə bilərik ki, həmin
vaxt ayaq üstə olsun. Əvvəlcə ayaq üstə olub, sonra oturan Ģəxsə
bunu aid etmək düzgün deyil. Buna əsasən, ayənin məfhumu belə
olur ki, imam imamət məqamına nail olduğu zaman zülm, Ģirk,
günah və çirkinliklərdən uzaq olmalıdır. Deməli, ədalət və ismət
sifətləri ömrün əvvəlinə Ģamil olmur.
Lakin hədislərə əsasən, Əhli-beyt imamları (ə) Ġslam
peyğəmbərinə (s) istinadən “imam”ın ömür boyu ədalətli olduğunu
bildirmiĢlər. Abdullah ibn Məsud Allahın Rəsulundan (s) belə nəql
edir ki, Allah-taala Ġbrahimə (ə) buyurdu:
ٜلْاِ ةُا لا
اَه زمَّ٠دِّهةُم لْآِ ِ ُ ٌبّظٍ ٌ ًاللْاِٙاَ اَه٠
“Mən (imamət) əhdimi övladlarından zülmkar olanlara əta
etmərəm!”
اَيبل
دِّةاَه ب٠
نمٌَّا یللْاٌِةُٚ لْآِ ِ ةُُ ٌبّظٌا ٓاَِاَٚ
؟اَن للْاِٙاَ ةُيبٕاَ٠ لا ی
Ġbrahim (ə) dedi: “Ġlahi! Sənin əhdinə nail olmayan zülmkar
övladlarım kimlərdir?”
ْةُٚك لْآِ ِ ءٍُإَاَٖ ٌ اَلاَغاٍَ لْآِاَِ اَيبل
ًبِبِ ا اَْةُٛىاَ٠ لْاِْاَا ةُؼاٍَ لْاِٖاَ٠ لااَٚ ًالاَثاَا ًبِبِ ا ةُٗةٍُاَع لْاِعاَا لا ی
Allah buyurdu: “Məni qoyub, bütə səcdə (pərəstiĢ) edən kəsi
heç vaxt imam təyin etmərəm. O, imamlığa layiq deyil!”
1
Bunu əhli-sünnənin məĢhur alimi Ġbn Məğazili “Mənaqib”
kitabında azacıq fərqlə Ġbn Məsuddan nəql edir ki, Peyğəmbəri-
əkrəm (s) bu ayənin təfsirində buyurdu: “Allah-taala Ġbrahimə (ə)
buyurdu: “Məni qoyub, bütə səcdə (pərəstiĢ) edən kəsi heç vaxt
imam təyin etmərəm!” Sonra Həzrət sözünə əlavə etdi: “Nəhayət,
Ġbrahimin duası mənə və qardaĢım Əliyə çatdı. Bizim heç birimiz
bütə əsla səcdə etməmiĢik!”
2
1
“Əmali”, Şeyx Müfid, “Burhan” təfsirindən nəqlən, 1-ci cild, səh. 151,
hədis: 13.
2
“Mənaqib”, İbn Məğazili, “Əl-mizan” kitabından nəqlən, 1-ci cild, səh. 278,
həmin ayənin təfsirində.
Dostları ilə paylaş: |