16
Mötəbər kitablarda bu zəmində Əhli-beytdən (ə) nəql olunan
digər rəvayətlər də var. Bütün bu rəvayətlərdən aydın olur ki,
Ġbrahim (ə) Allahdan imamət məqamını zülmkar və müĢrik kəsə əta
etməsini heç vaxt istəməmiĢdir. Onun Allaha duası sonradan tövbə
edərək haqq-ədalət yolunu tutanlar üçün olmuĢdur. Bu zaman
Allahdan xitab gəlir ki, imamət əhdi yalnız əzəldən zülm etməyən və
Allaha Ģərik qoĢmayanlara nəsib olacaq!
Böyük təfsir alimi Əllamə Təbatəbai “Əl-mizan” təfsirində
yazır: “Bu ayənin imamların (ömür boyu) məsumluğuna dəlil oması
barədə ustadlarımızın birindən soruĢduqda belə cavab verdi:
“Ġnsanlar əql və məntiq baxımından dörd qrupa bölünür:
1. Ömrünü əvvəldən axıra qədər zülm və haqsızlıqla keçirənlər;
2. Ömrü əvvəldən axıra qədər hər bir günah və zülmdən pak
olanlar;
3. Ömrünün əvvəlində zülmkar olan, axırda isə bu iĢdən
çəkinənlər;
4. Ömrünü əvvəlcə ədalətlə baĢlayan, sonra isə zülmlə baĢa
vuranlar.
ġübhəsiz, həzrət Ġbrahim kimi peyğəmbərin Allahdan birinci və
dördüncü qrupa aid olanlar üçün imamət məqamı istəməsi əsla
təsəvvür olunmur. Burada iki qrup qalır və Allah-taala üçüncü qrup
üçün imamət məqamını rədd edir. Beləliklə, yalnız bir qrup qalır -
ömrünün əvvəlindən sonuna kimi pak və günahdan uzaq olanlar!
1
Fəxri-Razi “Kəbir” təfsirində etiraf edir ki, bu ayə
peyğəmbərlərin məsum olmasını göstərir. Diqqəti cəlb edən budur ki,
peyğəmbərin məsum olması onun imamət məqamı ilə sübuta yetir,
yəni hər bir peyğəmbər imamdır.”
Bütün bu qeydlərdən sonra Qurani-kərim baxımından imamət
məqamının əzəmət və böyüklüyü məlum olur. Məqsədimiz məhz bu
nöqtəni aydınlaĢdırmaq idi.
***
ĠMAMIN VÜCUDUNUN FƏLSƏFƏSĠ (SƏBƏBĠ)
Ġbrahimin (ə) imamət məqamından söz açan ayədə imamın
vücudunun əhəmiyyəti qısa Ģəkildə qeyd olundu. Lakin mövzu
1
“Əl-mizan”, 1-ci cild, səh. 274.
17
yüksək əhəmiyyətə malik olduğundan burada ayrıca, geniĢ
araĢdırmanı lazım görürük.
Ümumiyyətlə, peyğəmbərlərin gəliĢindəki məqsəd, yaxud
vücudunun zərurəti haqda deyilənlər imamlara da aiddir.
Xacə Nəsrəddin Tusi “Təcridul-etiqad” kitabının “Nübüvvət”
fəslində peyğəmbərlərin besətinin səbəbini açıqlayarkən doqquz
səbəb qeyd etmiĢdir. Biz burada onları qısaca nəzərdən keçirəcək və
görəcəyik ki, onların çoxu məsum imamlara da Ģamildir.
1. Əqli mərifətin nəqli yolla qüvvətləndirilməsi. Belə ki, insan
əql qüvvəsilə bir çox nəzəri və əməli həqiqətləri dərk etsə də, bəzən
qəlbində Ģübhələr baĢ qaldırır. Bu isə bir Ģeyə inam və imanın
qarĢısını alır. Amma əqlin hökmləri ilahi və məsum rəhbərlərin
bəyanı ilə təsdiq edildikdə, bütün maneələr aradan qalxır, insan
qəlbən rahatlıq tapır və hər hansı iĢə meyli artır.
2. Bəzən insan bir sıra iĢlərdən çəkinir və qorxur ki, onun əməli
Allahın istəyinə əks olsun. Ġlahi rəhbərlərin icazəsi ilə bu qorxu
aradan qalxır.
3. Ġnsanın bütün əməl və rəftarları “əql yaxĢı-pisi dərk edir”
ölçüsünə yerləĢmir. Çox olar ki, əql bir iĢin yaxĢı, yaxud pis
olduğunu dərk etməsin. YaxĢını pisdən ayırd etmək üçün ilahi
rəhbərlərə ehtiyac duyulur.
4. Ġnsan ilahi rəhbərlər olmadan, yalnız öz düĢüncəsi ilə xeyir-
ziyanını dərk etməyə qadir deyildir.
5. Ġnsan ictimai bir varlıq olduğundan fərdlər bir-birləri ilə
həmkarlıq və bir-birlərinə kömək etmədən həyatın problemlərini həll
etməyə qadir deyillər. ġübhəsiz, bütün fərdlərin hüquqlarını qoruyan,
onları düzgün istiqamətləndirən qanunlar olmadan ictimai ədalət
bərpa olunmayacaq, istənilən nəticə əldə edilməyəcək. Bu qanunları
tam mənada düzgün ayırd və icra edə bilən kəs yalnız agah, pak,
məsum ilahi rəhbərlər ola bilər.
6. Ġnsanlar kamilliyi dərk etmək, elm və maarifə yiyələnib
fəzilətlər qazanmaq baxımından bir-birlərindən fərqlənirlər; bəziləri
buna tam qadir, bəziləri isə acizdirlər. Ġlahi rəhbərlər birinci qrupa
təkan verir, ikinci qrupa kömək edirlər ki, hər ikisi mümkün kamala
çatsın.
7. Ümumiyyətlə, insan həyatı elm, sənət və digər sahələrlə sıx
əlaqədardır. Ġlahi rəhbərlər isə onların inkiĢafında çox güclü
mühərrikdirlər.
18
8. Ġnsanlar öz əxlaqi səciyyələri ilə bir-birlərindən fərqlənirlər.
Onların düzgün təlim-tərbiyəsində pak və məsum kəslərə ehtiyac
vardır.
9. Ġlahi rəhbərlər itaətlə bağlı savab və mükafat, günahla bağlı
cəza və əzabdan tam agahdırlar. Onların əməllərin aqibəti ilə bağlı
xəbərdarlıqları hər hansı vəzifənin düzgün yerinə yetirilməsində
güclü amil sayılır.
1
Ġmamət məqamı nübüvvətin davamı olduğu üçün qeyd edilən
səbəblərin çoxu məsumlara da aiddir.
Qurani-kərimdə bütün bunlar, hətta onların ən üstün üç qismi
ixtisarla verilmiĢdir: “təlim”, “tərbiyə” və “ədalətin icrası”. Bir çox
ayələrdə onlara toxunulmuĢ və bir ayədə Ġslam peyğəmbərinin (s)
besət fəlsəfəsi belə bildirilmiĢdir:
ؾ اَشاَعاَث ٞ نمٌَّا اَٛةُ٘
اَةباَز ىلْاٌِا ةُُةُٙةُّدٍِّاَعةُ٠اَٚ لْاُِ ٙ١دِّواَيةُ٠اَٚ ٗ رباَ٠آ لْاُِ ٙلْاِ١اٍَاَ ٛةٍُلْاِزاَ٠ لْاُِةُٙلْإِدِِّ ًلاٛةٍُاَه آَ١دِّ١دِِّةُ لْاِلْا ٞ
ءٍٓ١ جُِّ ءٍي اَلااَٙ ٟ فاٌَ ةًُلْاِجاَل ٓ ِ اٛةُٔباَو ْ إاَٚ اَخاَّلْاِى ؾلْاٌِااَٚ
“Yazıb-oxumaq
bilməyən
ərəblər
arasından
onların
özlərindən olan bir peyğəmbər göndərən Odur! Bu Peyğəmbər
onlara Allahın ayələrini oxuyar, onları saflaĢdırar, onlara kitab və
hikmət öyrədər. Hərçənd, əvvəllər açıq-aĢkar azğın yolda idilər!”
2
Bu ayədə Peyğəmbər (s) və imamların ən mühüm vəzifəsi olan
“təlim” və “tərbiyə” məsələsinə iĢarə edilmiĢdir.
BaĢqa bir ayədə buyurulur:
ٜلْاَِ ملْاٌِب ث ةًُبمٌَّٕا اََٛةُماَ١ ٌ اَْااَي١ ّلْاٌِااَٚ اَةباَز ىلْاٌِا ةُُةُٙاَعاَِ بإَلْاٌِاَئاَأاَٚ دبإَدِّ١اَجلْاٌِب ث بإَاٍَةٍُةُه بإَلْاٍِاٍَ لْاِهاَأ لْاِلاَماٌَ
“Həqiqətən, Biz peyğəmbərlərimizi açıq-aĢkar dəlillərlə
göndərdik, onlarla birlikdə (səmavi) kitab və tərəzi (haqqı batildən
ayırd edən ədalətli qanunlar) nazil etdik ki, insanlar ədaləti
bərqərar etsinlər.”
3
Bu ayədə düzgün təlim-tərbiyə üçün zəmin yaradan ictimai
ədalət məsələsinə toxunulmuĢdur.
Adətən, hakim təbəqə mövqe qazanmaq, yaxud bir qrupun
mənafeyinə xidmət fikrində olduğu üçün kütlənin mənafeyini bu
yolda qurban verir. Yalnız pak və ilahi rəhbərlər bəĢərin hüquq və
mənafelərini yetərincə müdafiə etmiĢlər. Qeyri-ilahi rəhbərlər haqq-
1
“Şərhi-təcrid”, səh. 271 (ixtisarla).
2
“Cümə” surəsi, ayə: 2.
3
“Hədid” surəsi, ayə: 25.
Dostları ilə paylaş: |