ifaçının fərdi yaradıcılıq keyfiyyəti, yəni onun ifa mədə
niyyətinin peşəkar səviyyəsi durur. Çünki hər bir ifaçı-
musiqiçinin fərdi yaradıcılığında bu və ya digər folklor
havasının ifasında onun ifa üslubu, interpretasiya xüsusiy
yətləri durur. Eyni zamanda folklorun aktiv təbliğatçıları
olan ifaçılar; musiqiçilər, məişət və mərasim folkloru
iştirakçıları ifa etdikləri mərasim oyunlarına, havalarına
fərdi üslub və keyfiyyətlərlə zəngin olan öz dəsti-xəttini, ifa
bacarığını və mədəniyyətini gətirirlər. Belə ki, eyni bir
folklor havasının ayrı-ayrı folklor mühitlərində ifaları
arasmda üslub, vokal, instrumental ifa fərqlərini izləmək
olar. Fərqli intonasiyaların, ifa mədəniyyətlərinin, bir çox
hallarda sözlərin ifadəsindəki fərqli cəhətlər lokal folklor
mühitinin özəl cəhətlərini ümumregional səviyyədə təqdim
edir. Bununla da regional folklorun bədii ifa mədə
niyyətinin bir çox ifa cizgiləri formalaşaraq həmin mühitin
folkloruna dil, üslub, ifa xüsusiyyətinə fərdi keyfiyyətlər,
özəl xüsusiyyətlər gətirir. Buna görə də B.Abdulla yazır ki,
«Folklorun bədii dili, əsrlər ərzində kristallaşaraq bütün
bədii mədəniyyətin estetik norması səviyyəsinə qədər
yüksəlib» (97, s.3).
Təhlillər göstərdi ki, Naxçıvanın muiqi folklorunda
bir çox janrlar forma, üslub xüsusiyyətlərinə, rəngarəng
çeşidlərinə görə bir-birindən və Azərbaycanın digər re
gionlarında olan eyni tip musiqi folkloru nümunələrindən
fərqlidirlər. Bu fərqləri üzə çıxarmaq üçün təhlilə cəlb
etdiyimiz folklor örnəklərinin musiqi nəzəri təhlillərinə
diqqət yetirək.
Naxçıvanın zəngin folklor mühitində musiqi folk
lorunun əhəmiyyətini öyrəndikdə yerli dialektin folklor
nəğmələrinin oxunmasında və yallı rəqslərinin mahnı ilə
müşayiətində də xüsusi rol oynadığının şahidi olduq.
Məsələn: «Xırman nəğmələri»ndə uşaqları əvəzinə uşaxları,
sovurur əvəzinə savırır və s. ifadələrinin yerli dialektlə ifa
olunması bu mahnının melodik ifadə vasitələrinin
intonasiyalarınm daha yumşaq, lirik planda səslənməsinə
şərait yaratdığını gördük. Mətnlərin müqayisəsi göstərir ki,
samit səslərdən «q», «x»-ya nisbətdə daha şaqraq,
intonasiya baxımından isə bir qədər sərtliyi ilə seçilir. Sait
səslərdən isə «a», «ı», saitləri «o» və «u» saitlərinə görə
tembrə görə daha aşağı, mülayim səslənir. Əlbəttə folklor
musiqi nümunələrində belə incə məqamlara diqqət
yetirilməsi yerli ənənədə mövcud olan spesifk cəhətlərin
üzə çıxarılması amilləri ilə bağlıdır. Folklor musiqisinin
məhz bu cəhətlərinə xüsusi diqqət yetirilməsinin zəruri
liyindən yazan V.M.Şurov göstərir ki, «yerli ləhcənin ifadə
xüsusiyyətlərinə diqqət yetirmək vacibdir. Bu, ilk növbədə
sözün ifadə olunması zamanı bir sıra mühüm ifa
məziyyətlərinin, detallarının müəyyən edilməsinə kömək
edir...» (132, s.27).
Azərbaycanın hər yerində olduğu kimi Naxçıvanın
folklor mühitində də yas mərasimlərinin keçirilməsinə rast
gəlirik. Yas mərasimləri məişətdə iki formada özünü
göstərmişdir. Birincisi ailə-məişət ənənəsi ilə bağlıdırsa,
ikincisi bütün müsəlman dühasında, xüsusən də şiələrin
ənənəsində özünə dərin kök salmış «məhərrəmlik» ayında
keçirilən təziyələrin icra olunması ilə bağlıdır.
Ailə-məişət ənənəsində mövcud olan yas mərasimi
dar çərçivədə; ailə, qohum-əqraba, bəzi hallarda, xüsusən
də kənd yerlərində məhəllə, el səviyyəsində keçirilir. Bu
mərasimlər məzmun və mahyyətinə görə ailə problemi
olduğu üçün daha dərin hüznlə, qəm və kədərlə keçirilir.
Naxçıvan folklorunda bu ənənə xüsusi mərasimlərlə
müşayiət olunur. Qeyd etdiyimiz ailə ənənəsində mövcud
olan yas mərasimində, adətən, musiqidən istifadə edilməz.
Yasda, ilk olaraq ölü basdırmada «şivən» mərasimi olar ki,
o da əsasən qadınların keçirdiyi ağlaşma ayinindən ibarət
olar. «Şivən» ayinində diz döymə, saç yolma, üz cırma, sinə
vurma, ağı söyləmə reçitativ şəkildə, sadəcə yad etmə,
təsvir etmə formasında söylənər. Bu zaman, ağıların
oxunması üç, yeddi, qırx vermə mərasimlərində oxunan
ağılardan köklü şəkildə fərqli olar. Ölü götürmə məra
simində ağılar qəmli, kədərli səslə sırf sözlərlə, hay küylə
müşayiət olunarsa, sonrakı qeyd etdiyimiz ayinlərdə
məclisə xüsusi «qadm-ağıçı» dəvət olunar ki, o da yas
mərasimini idarə edər. Bu tip mərasimlərdə ağılar qəm,
kədər üstündə köklənmiş musiqi intonasiyaları üzərində
oxunar. Adətən bu ağıların səs diapazonu böyük sekunda
və kiçik tersiya hüdudunda olur. Melodik frazalar qısa,
monoton, sadə formada icra edilir. Məclisi idarə edən
«ağıçı»nm ifa qabiliyyətindən, məclis əhlini səsi ilə
təsirləndirmək bacarığından asılı olaraq oxunan ağılar ayrı-
ayrı milli ladlar üzərində qurulan avazlardan ibarət olur.
Ağıların oxunuşunda həm solo, həm də birsəsli xor
şəklində oxuma formasından istifadə olunur. Ağıların
musiqi avazları üstündə oxunması məclisi xüsusi ilə
qızışdırır və öz təsir dairəsinə görə seçilir.
Naxçıvanın yas mərasimlərində, məhərrəmlik ayında
ауп-ауп dindarlar, xüsusən də dini ehkamların güclü
olduğu rayon və kəndlərdə «şəbeh»lər keçirilərdi. Müasir
dövrdə bu bir qədər səngisə də yenə də belə təziyələrin
keçirilməsinə rast gəlinir. Bu tip təziyələrdə musiqidən
geniş istifadə edilməz. Lakin bir sıra hallarda zərb, sinc
alətlərindən və oxuma formasından geniş istifadə olunar.
Məhərrəmlik ayında «Aşura» günü məscidlərdə, bir sıra
yerlərdə ayrı-ayrı şəxslər imamlara ehsan vermək məqsədi
ilə məclislər qururlar. Bu məclisləri həmin rayonun mol
laları, mərsiyəxanları aparar. Mərsiyələrin mətni şəhid
olmuş imam Hüseynin, Əli Əleyhissəlamm, onların tərəf
darlarının şücaətinə həsr olunar. Adətən belə mətnlər avaz
üstündə, müəyyən həzin, qəm-kədər bildirən melodiyalar
üzərində oxunar. Bu tip melodiyalar folklor musiqi
nümunələri olub şifahi şəkildə nəsildən-nəslə ötürülən
havalardır.
Tədqiqatlar göstərir ki, Naxçıvan bölgəsində yas
mərasimlərində musiqidən istifadə formaları mövcuddur.
Lakin həmin istifadələr əksərən vokal ifa formasında,
təksəsli şəkildə həyata keçirilir. Belə ayinlərdə musiqi
alətlərindən adətən istifadə edilməz.
Naxçıvanın folklor mühitində musiqi folklorunun
rolu və əhəmiyyətinin öyrənilməsi sübut edir ki, musiqi
folkloru, folklor mühitinin tərkib hissəsi kimi insanın
Dostları ilə paylaş: |