məişətində, onun keçirdiyi mərasim və ayinlərdə xüsusi,
əvəzedilməz rol oynayır. Folklor mühitində, mərasimlərin,
ayinlərin keçirilməsində elə bir sahə yoxdur ki, musiqidən,
rəqsdən, aşıq yaradıcılığından istifadə edilməsin. Bu sahədə
aparılan tədqiqatlar sübut edir ki, Naxçıvan folklorunda
istifadə edilən musiqi müxtəlif janrlarda və formalarda
mövcud olmuşdur. Hər bir musiqi havası yerli, regional
mühitin spesifik cəhətlərini, adət və ənənədən irəli gələn ifa
mədəniyyətinin bəzi xüsusiyyətlərini özündə əks etdir
mişdir. Məsələn, tulumdan, yalh rəqs nümunələrinin rən
garəng tiplərindən, mərasimlərdə istifadə edilən mahnıların
və mahnı-rəqs janrlarının ifa xüsusiyyəti öz fərdiliyi və ifa
ilə seçilir. Bütün deyilən faktları mövsüm və
mərasim ayinlərində istifadə edilən musiqinin janr tiplə
rində nəzərdən keçirək.
Naxçıvanın qədim mövsüm nəğmələri
Naxçıvanın musiqi folklorunda mövsüm və məişət
nəğmələri, xalq mahnıları, aşıq musiqisi, yallı rəqsinin 40-
dan artıq növünün olması bir daha sübut edir ki, bu
bölgənin çox qədim və zəngin musiqi folkloru mövcuddur.
Regional folklorun hərtərəfli şəkildə, yəni ədəbi və musiqi
janrlarının sinkretik şəkildə araşdırılması bir çox jam
xüsusiyyətlərinin qabarıq formada üzə çıxmasına da geniş
şərait yaradacağı şübhəsizdir. Azərbaycan xalq musiqisinin
janr xüsusiyyətlərindən yazan Q.Qasımov qeyd edir ki,
«Azərbaycan musiqisinin zənginliyi, ilk növbədə, onun
mədəniyyəti
musiqi formalarının çoxcəhətliliyi və xalq musiqisinin janr
rəngarəngliyi ilə müəyyənləşir. Azərbaycan xalqının müa
sir mahnı yaradıcılığı üçün bütün məlum mahnı janrları
xasdır: əmək, mərasim, məişət, lirik, qəhrəmanlıq, yumo
ristik, satirik və s. daha qədim mahnılar əməyi vəsf edən
əkinçiliklə, maldarlıqla, bağçılıqla və s. bağlı olan əmək
mahnılarıdır» (118, s.6).
Azərbaycan folklorunun gözəl ənənələrini və rən
garəng nümunələrini özündə hifz etmiş Naxçıvanın musiqi
folkloru janrları arasında elə formalar, janrlar, spesifik
cəhətlər, xüsusiyyətlər var ki, onlar nəinki regionun musiqi
folklorunun, bütövlükdə Azərbaycanın musqi folklorunun
zənginliyini təmin edir. Azərbaycan xalq mahnılarının janr
xüsusiyyətlərindən yazan V.Belyayev qeyd edir ki,
«Azərbaycan musiqi mədəniyyətinin kökü və inkişaf
mənbəyi məzmunca və ifadə formasma görə çox zəngin
olan Azərbaycanın xalq mahnılarıdır ki, orada xalqın həyat
tərzi, xarakterik xüsusiyyətləri özünü parlaq şəkildə
göstərir. Oz məzmununa, üslubuna görə xırman nəğmələri
əkinçilik nəğmələrinə daha çox yaxındır. Əgər əkinçilik
nəğmələri reçitativ-improvizə üslubuna görə əmək pro
sesini göstərirsə, xırman nəğmələrində dəqiq ritmik for
mullar iş zamanı insan hərəkətlərini xarakterizə edir»(106,
s.4). Naxçıvan bölgəsində mövsüm və mərasimlərdə
istifadə edilən ayrı-ayrı musiqi janrlarının fərqli və spesifik
cəhətlərinə və musiqinin janr tiplərinə diqqət yetirək.
ilkin olaraq qeyd etmək lazımdır ki, Naxçıvanın
folklor mühitində mövcud olan musiqi janr tipləri bölgənin
b
i
müasir musiqi mədəniyyətinin formalaşmasında xüsusi rol
oynamışdır. Bu sahənin inkişafı musiqi ifa mədəniyyətinin,
yeni instrumental ifa sahəsinin inkişafına təkan vermişdir.
Bölgədə sovet dövründən əvvəl, yəni musiqi məktəblərinin,
klubların, cəmiyyətlərin və digər orta ixtisas və ali məktəb
lərin açılmasından çox qabaq instrumental musiqinin inki
şafı yalnız folklor musiqi mühiti, sonradan isə şifahi ənə
nəyə söykənən peşəkar musiqi sənətinin inkişafı zəminində
qurulmuşdur. İnstrumental musiqi ifaçxlığı sənətinə
yiyələnən musiqiçilər, musiqişünas və bəstəkarlar ilk olaraq
musiqi ifaçılıq sənətinin sirlərini mərasim havalarını, rəqs
musiqisini ifa etməklə öyrənir. Sonrakı tədris prosesində
peşəkar ifa sənətinə yiyələnilir. Bu faktın özü sübut edir ki,
bölgənin musiqi folklorunun ayrı-ayrı janrlarmm musiqi
ifaçılıq sənətinin inkişafında xüsusi rolu və əhəmiyyəti
olmuşdur.
Musiqi folkloru nümunələri bəstəkar yaradıcılığında
geniş istifadə olunduğu üçün yeni-yeni peşəkar əsərlərin
yaradılmasında xüsusi rol oynamışdır. Bu dəlillər bir daha
sübut edir ki, bölgənin musiqi folklorunun janr tiplərinin,
onun spesifik xüsusiyyətlərinin araşdırılması müasir
musiqişünaslıq üçün xüsusi əhəmiyyət daşıyır.
Naxçıvanın folklor mühitində keçirilən maraqlı mə
rasimlərdən biri də «Çömçəxatun» nəğməsinin ifasıdır. Bu
nəğmə, mövsüm mərasimləri içərisində, fikrimizcə, ən
maraqlı nəğmələrdən biridir. Mövsüm nəğməsi olan bu
janrın əsas məzmunu quraqlıq ilə bağlıdır. Əkin işlərinin
bitdiyi və ondan bir müddət keçdikdən sonra dəmiyəlik
olan ərazilərdə yağış yağmadıqda Naxçıvanda yaşamış
qədim əcdadlarımız «Çömçəxatun» nəğməsini ənənəvi
olaraq keçirərdilər. Quraqlıq düşən aylarda keçirilən bu
mərasimdə əsas oyunçular uşaqlar olur. Onlar bir-birindən
tutaraq, yarı əyilmiş formada, özlərini quzuya bənzədərmiş
kimi, əllərinə bir taxta çömçə alarmışlar və qapı-qapı gəzib
aşağıdakı sözləri oxuyarmışlar:
Çömçəxatun nə istər?
Tanrıdan yağış istər.
Qoyunlara ot istər.
Quzulara süd istər, mə-ə-ə. (10, s.23-24).
Uşaqların pay istəməsindən sonra onlara pay verən
qapı sahibləri uşaqların zarafatyana diləklərinə elə zarafatla
cavab verərək həmin məzmunda və formada, həmçinin
həmin melodik ifadə tərzində cavab nəğməsini aşağıdakı
sözlərlə oxuyardılar:
Çömçəxatun nə istər?
Quzulara pay istər.
Çobanlara bolca ot,
Cavanlara toy istər, mə-ə-ə. (10, s.24).
«Çömçəxatun» nəğməsinin sonrakı fəsildə musiqi
şünaslıq təhlili onun melodik dilinin, metroritmik qurulu
şunun, lad quruluşunun və forma xüsusiyyətlərinin mət
nin melopoetik səciyyəsi ilə uyğunluq təşkü etməsini əyani
✓
Dostları ilə paylaş: |