şəkildə göstərir. Mətnin poetik-semantik strukturu, ilk
növbədə, məzmunun bədii şəkildə açımmı verir. Burada
Tanrıdan yağışın dilənməsi mövzunun əsas semantikasmı
təşkil edir. Mövsüm mərasimində yağışın çağırılması ilə
bağlı başqa nəğmələr də olmuşdur.
«Yağ yağışım» nəğməsi haqqında Azərbaycan folk
loru I cild antologiyası «Naxçıvan folkloru»nda məlumat
verilmişdir. Onun musiqi materialını folklor söyləyici-
lərindən əldə etmək mümkün olmuşdur. Musiqişünaslıq
elmi üçün onun maraqlı olacağını nəzərə alaraq bu barədə
qısa da olsa məlumat vermək istərdik. Deyilənlərə görə
quraqlıq aylarmda uzun müddət yağış yağmayanda kənd
yerlərində palçıq yoğurub təndirə yapardılar .Palçıq tən
dirdə tam quruduqdan sonra onu çıxarıb suya salardılar və
aşağıdakı, sözləri oxuyardılar:
Ay can, ay can, torpağım,
Odda az yan, torpağım.
İndi yağış yağacaq,
Sən düş islan, torpağım.
Yandı torpax qupquru,
Suya saldım dupduru,
Yağ, yağışım, çoxlu yağ,
Çöllər oldu qupquru. (10, s. 25-26).
Mövsüm nəğmələrindən
«Çömçəxatun» ilə «Yağ
yağışım» nəğmələrinin poetik-semantik strukturları bu
nəğmələrin arxaik mərasim nəğmələri olmasını təsdiqləyir.
Hər iki nəğmənin mövzu və semantikası yağışın Tanrıdan
dilənməsi və bununla bol məhsul və südün əldə olun
masıdır. Bu tip nəğmələrin bölgənin folklor mühitində
olması, ilk növbədə, onu təsdiq edir ki, Naxçıvanın musiqi
folklorunda mahnı janrının rəngarəngliyi milli ənənələrin
qorunması və günümüzə qədər yaşadılması ilə bağlıdır.
Naxçıvanın musiqi folklorunda əkinçiliklə bağlı
«Xırman nəğməsi» adı altında bir sıra nəğmələr vardır ki,
onların semantikası küləyin çağrılması ilə bağlıdır. Əmək
mahnılarının xarakterik xüsusiyyətlərindən yazan mu
siqişünas M.S.İsmayılov qeyd edir ki, «Zəhmət prosesini
əks etdirən mahnılar, tarlada yer şumlanarkən, toxum
səpini zamanı, xırmanda taxıl döyülərkən, xalı-xalça to
xuyan dəzgah yanında, həsir hörülərkən, bir sözlə, əmək
əsnasında meydana çıxmışdır» (55, s.19). Təhlilə cəlb
etdiyimiz «Xırman nəğməsi»nin iki variantının mətn
quruluşundan aydın olur ki, o, iki hissədən ibarətdir.
Birinci altı misralı şeirin məzmunu, insanlarm küləyə
inamlı nida ilə üz tutub söylədikləri müraciətdir və ondan
dilədikləri istək, arzudur. Şeirin bu hissəsi bəzi region
larda reçitativ şəkildə oxunur, bəzilərində isə melodik
formada ifa edilir. Reçitativ formasında deyilmiş müra
ciətdə musiqidən istifadə olunmur. Bu ayinin icraçıları-
xırmanda işləyən əkinçilər xırmanın sovrulması prose
sində yel əsmədikdə süpürgə yandırıb onun tüstüsünü
havaya verib yelin gəlməsini imitasiya edərək deyərdilər:
Yan süpürgə
Yel gəti, gəl!
Süpürgə yandı,
Yandı, Oddandı.
Yanmağa tələs,
Əs, küləyim, əs! (10, s.15-16)
Yuxarıda verilən şeirin mətninin birinci iki mis
rasında ilkin olaraq süpürgəni yandıran adamın süpür
gəyə müraciəti öz əksini tapmışdır. İkinci fikirdə, yəni 3-4
misralarda süpürgənin yanması və onun odlanması
• •
prosesi göstərilir. Üçüncü fikir isə əsas fikrin yekunu kimi
səslənir və küləyin əsməsinin tezləşdirilməsi arzulanır.
Mətnin poetik-semantik quruluşu mərasim mənşəli olub
əkinçilik əməyinin qədim tarixi prosesinin inikasını əks
etdirir. Bu, ilk növbədə, əməkçi insanın ictimai-psixoloji
davranışının, gündəlik həyat tərzinin formuludur.
Xırman nəğməsinin sonrakı mətn quruluşu 7 hecalı
olduğu üçün musiqi üzərinə daha uyğun gəldiyindən o,
melodik tərzdə oxunarmış. Lirik, dilək, arzu intonasiyaları
üzərində olan «Xırman nəğməsi»nin mətni insanın yeli
çağırmaq arzusunu əhatə edir. Mətnin poetik-semantik
strukturu təsvir xarakterli olub sırf məişət hadisəsini əks
etdirir. Yeddi bənddən ibarət olan mahnının aşağıda
seçilmiş bir bəndinə diqqət yetirək:
Çətir-çətir bulut, gəl!
Uşaxları ovut, gəl!
Xırman savırır baba,
Arpa, buğda, noxut, gəl! (10, s. 16-17).
Şeirin mətnindən aşağıdakı qənaətləri əldə etmək
mümkündür:
1. Mətnin bədii-poetik strukturu ilkin olaraq arxaik
mərasimin təsvirini verir.
2. Mətn məzmun və mövzu baxımından sırf məişəti
vəsf edir və əmək prosesinin tərənnümü poetik dildə
ifadə edilir.
3. Mətnin mövzu və poetik dili bu nəğmənin musiqi
dilinin lirik, müraciət intonasiyalarından təşkil
olunmasını şərtləndirir.
«Xırman nəğməsi»nin tədqiqatın sonrakı fəslində
musiqişünaslıq təhlili onun intonasiyalarında müraciət,
dilək, istək, ümid intonasiyalarının üstünlük təşkil
etməsini bir daha əyani olaraq üzə çıxarır. Bu tip nəğ
mələrin janr xüsusiyyətlərində çağırış, dilək intonasiyaları
xüsusi əhəmiyyət kəsb edir. Nəğmənin məzmunundan
irəli gələn arxitektonik intonasiya seli melodik quruluşun
hansı səpkidə olmasını ortaya çıxarmış olur. Belə qu
ruluşlu nəğmələrdə müraciət və dilək intonasiyaları
üstünlük təşkil etdiyinə görə nəğmənin melodik dili həzin,
lirik xarakterdə olur.
Naxçıvan folkloru maldarlıqla bağlı əmək mahnıları
ilə də zəngin olmuşdur. Regionun maldarlıq sahəsinin əsas
Dostları ilə paylaş: |