qolu olan qoyunçuluq Naxçıvanın rayonlarında daha çox
inkişaf etdiyi üçün bölgədə sayaçı mahnılarının əsas
məzmunu qoyunçuluğa, çobanın əməyinə, onun yaşadığı
məişətə həsr olunmuşdur. «Sayaçılar əsas etibarı ilə, köçəri
həyat sürür və haraya istəsələr gedə bilirdilər. Odur ki,
onlar müxtəlif təbəqələr arasında-obalarda, böyük maldar
ailələrində, çobanlar arasında və s. yerlərdə gəzib dola
şırdılar... maldarlıq təsərrüfatı ilə əlaqədar olaraq yaranan
folklor daha geniş və zəngindir. İnqilabdan əvvəlki
Azərbaycanda xüsusi maldar aşıqlar meydana gəlmişdi ki,
bunlar öz yaradıcılığım məhz maldarlıq təsərrüfatına həsr
etmiş, onun ayrı-ayrı sahələrinə söz qoşub tərif və tənqid
etmişlər. Bu aşıqlara «sayaçı» deyirdilər» (55, s.19). Deyilən
fikrə əlavə olaraq qeyd edək ki, Naxçıvan bölgəsində
aparılan tədqiqatlara istinadən deyə bilərik ki, sayaçılıqla
bağlı nəğmələri əsasən qadmlar, qız-gəlinlər oxuyardı. İstər
yay aylarmda yaylaqlarda pendir tutan, nehrədə yağ
çalxalayan və ya qoyunları sağan qadınlar, istərsə də qış
aylarında soyuq aylarda evdə məişət işləri görən maldarlıq
təsərrüfatı aparan qadmlar sayaçı mahnılarım düzüb-qoşar
və ya eşitdikləri nəğmələri oxuyardılar. Belə sayaçı nəğ
mələrindən birini misal olaraq göstərə bilərik:
Canım a qəmər qoyun,
Balası əmər qoyun.
Yiyən sənin ucunnan
Qurşuyub kəmər qoyun.
Nənəm, a ağbaş qoyun,
Qarlı dağlar aş qoyun.
Yağından plov olar,
Quyruğundan aş, qoyun. (10, s.24-25)
Say açı nəğməsinin mətn strukturundan aydın olur
ki, əsas motiv ailənin çörək ağacı olan heyvandarlıq, qoyun-
çuluq peşəsinə, məxsusən qoyuna olan sevgi üzərində
qurulub. Mətnin poetik-semantik strukturu qoyuna olan
sevgi və məhəbbət üzərində qurulmuşdur. Sayaçı mahnı
larının məzmunundan, motivdən irəli gələn xarakterik
xüsusiyyətlər onların lirik-mahnı formasında olmasını
şərtləndirir. Bu isə həmin tip nəğmələrin forma, üslub, janr
xüsusiyyətlərini ortaya çıxarmış olur. Sadə folklor nəğ
mələri silsiləsindən olan sayaçı mahnıları janr tipinə görə
xalq mahnıları ailəsinə məxsus olub əmək mahnıları janrına
aiddirlər. Naxçıvanda maldarlığın geniş yayıldığını nəzərə
alsaq bu janra məxsus nəğmələrin çoxluq təşkil etdiyinin
şahidi olarıq. Hər bir sayaçı nəğməsində sadə əmək
adamının yaşayış tərzinin, istək və arzusunun, ümidinin və
heyvana olan qayğısmm, nəvazişinin mülayim tonda
ifadəsini görə bilərik. Sadaladığımız xüsusisiyyətlər də öz
növbəsində sayaçı nəğmələrinin lirik, məhəbbət motivləri
ilə zəngin olan intonasiyalarını, forma quruluşunu üzə
çıxarır.
Mərasim nəğmələri
Naxçıvanın zəngin musiqi folkloru janrları arasında
ənənəvi mərasim və etiqad mahnı və rəqs nümunələrinə bu
gün də rast gəlmək olur. Bu ənənəvi etiqad və mərasim
аз/inlərində qədim azərbaycanlıların təbiət qüvvələrinə-
yağışa, quraqlığa, günəşə qalib gəlməyə səy etməsindən;
təbiətin ölüb yenidən dirilməsi, qışın qurtarıb, yazm
başlaması kimi bir prosesdən, mübarizədən danışılır-deyən
B.Hüseynli sonradan göstərir ki, xalq arasında «Kosa-kosa»,
«Xıdır ilyas» («Xıdır Nəbi»), «Qodu-qodu» və s. adlarla
məşhur olan ənənəvi etiqad və mərasim ayinləri buna gözəl
nümunədir.
Qədim insanlar kortəbii hadisələr qarşısında aciz
qalarkən çıxış yolu axtarır, «ovsuna, tilsimə və fövqəltəbii
qüvvələrə» arxalanmalı olur, özləri üçün xilasedicilər və
onlara həsr edilmiş mərasimlər yaradırdılar (127, s.158).
Yaradılan mərasimlərdən el arasında ən çox, geniş yayılmış
«Kosa-kosa» oyunudur.
«Kosa-kosa» fəsillərin dəyişməsi ilə əlaqədar olan ən
qədim ənənəvi mərasimdir. Burada ifa olunan reçitativ
üslubunda hava Novruz mərasimində o qədər geniş şəkildə
ifa edilir ki, artıq o, xalqın ən çox və sevə-sevə oxuduğu
musiqi nümunələrindən birinə çevrilmişdir.
Mərasim
oyunda Kosa ilə Keçi arasında gedən mübarizə göstərilir.
Bu mübarizədə Keçinin qalib gəlməsi yazm qış üzərində
qalibiyyəti kimi diqqəti cəlb edir (18, s.9-10). «Kosa-kosa»
mərasimi Naxçıvanda Bahar bayramı günlərində keçirilir.
Bu ərəfədə «Səməni», «Xıdır ilyas» mərasimləri də keçirilir.
Azərbaycanın ayrı-ayrı regionlarında bu mərasimlərin
keçirilməsində oxunan və rəqs edilən bu havalar müxtəlif
ifa formalarında təqdim olunsa da Naxçıvanda hər üç
nəğmə və rəqsin melodik quruluşu 6/8 metrik ölçüdə,
reçitativli oxuma üslubunda ifa edilir. Uzaq kəndlərdə sadə
insanlar bu havalan oxuyarkən onu reçitativli ifa
formasında təqdim edirlər. «Arşm uzun bez qısa, kəfənsiz
öldü kosa» sözlərinin oxunuşunda eyni səsin intonasiyaları
mətnin struktur quruluşundan asılı olaraq çərək, səkkizlik
notlarının müxtəlif ardıcıllaşmasından istifadə olunaraq ifa
edilir. Sözsüz ki, burada melodiyadan, melodik xəttin
zənginliyindən, inkişafından danışmaq əbəsdir. Sırf folklor
mühiti nümunəsi olan bu ifada, reçitativli ifa üsulundan
istifadə olunması, ilk növbədə bu ifanın sadə əməkçi xalq,
qeyri-peşəkar musiqi ifaçıları tərəfindən oxunmasını
təsdiqləyir.
Naxçıvanın özündə, şəhər mühitində musiqiçilərin,
teatr aktyorlarının ifalarında melodik quruluş bir qədər
başqa formada təqdim edilir. Əlbəttə, rayon və kənd
mütində zurna, balaban, bəzən isə folklor icraçılarının
musiqi (müşayiət) olmadan öz ifalarını ağızda oxuyaraq
müşayiət edirlərsə, şəhər mühitində keçirilən bayram
şənliklərində həmin havalar peşəkar musiqiçilərin ifaları ilə
müşayiət olunur. Reçitativli ifanı melodik quruluşlu musiqi
cümlələri əvəz edir ki, bu da bayatı şeir formasında
yazılmış mətnlərin ifadəliliyini, melodikliliyini daha da
zənginləşdirir. Şəhər mühitində səslənən həmin havalar
Dostları ilə paylaş: |