- Dedi, nədir biçarə?
- Dedim, biçarəyə çarə.
- Dedi, məməli üzərlik,
Dibi kölgəli üzərlik,
Dər sal oda çatlasm,
Yaman gözlər pırtlasın.
Bir, iki, üç, dörd, beş, altı, yeddi,
Qada-bəla bizdən getdi.
Üzərliyim çırtladı,
Yaman gözlər pırtladı.
Başı börklü üzərlik,
Köməcli, köklü üzərlik.
Səni salıram bu oda,
Görsət hökmün, üzərlik (10, s.15).
Qeyd etmək istərdik ki, «Üzərliksalma» mərasimi
təkcə Naxçıvanın musiqi folkloru ilə bağlı deyil. Bu folklor
nümunəsi Azərbaycanın bütün ərazilərində bir ənənə
oldaraq öz arxaikliyini saxlamışdır.
«Üzərliksalma» mərasimində oxunan nəğmənin
adətən 7 hecalı olması (bəzi misralar 8 hecalıdır) və şeirin
məzmunundan irəli gələn ahəngin sakit, lirik formada
oxunması onu göstərir ki, bu tip musiqi havaları ev və ya
qapalı, bağlı məkanda oxunardı. Bu sahədə apanlan
müşayiətlər göstərir ki, üzərliksalma mərasimində oxunan
nəğmələr
qadınlar
tərəfindən
müşayiətsiz
şəkildə
oxunardı. Adətən bu tip nəğmələr bir neçə qadının yığışıb
üzərliksalma prosesində xor, yəni birsəsli formada olan
nəğmənin kütləvi oxunması ilə icra olunurdu. Bu cür nəğ
mələr psixoemosional baxımdan insanlara ümid vermə,
onları bədnəzərdən qorumaq əhval-ruhiyyəsi aşıladığı
üçün müsbət təsir edirdi. Mərasimin sonunda insanlar
özündə müəyyən yüngüllük hiss etməklə, yüksək əhval-
ruhiyyəyə sahib olurdular. Belə ayinlərdə həm musiqinin
emosional təsir gücü, həm də mərasimin öz ab-havası
insanlara yaşamaq eşqi aşılayırdı, onları harmonik
cəhətdən kökləyirdi.
Naxçıvanın mərasim nəğmələri içərisində mahnı-
dialoq formasında olan çoxlu lirik mahnılara da rast
gəlinir. Belə mahnılar əsasən toy-düyünlərdə və ayrı-ayrı
mərasimlərdə ifa olunur. Bu tip mahnılar təkcə xalq mahnı
yaradıcılığı üçün xas deyil. Aşıq yaradıcılığında da mahnı-
dialoq, deyişmə ifa formalarına rast gəlinməsi bu janrın
məişətdə geniş yayılması və xalq tərəfindən sevilməsi ilə
izah olunur. Bunu şərh edən V.Belyayev yazır ki,
«Azərbaycanın məişət nəğmələri arasında başqa xalqlarda
olduğu kimi gənc oğlan və qızlar və ya bir qrup oğlan ilə
qızlar arasında öz lirikliyi, zarafatyanalığı ilə seçilən
mahnı-dialoqa da rast gəlinir» (109, s.19). Mahnı-dialoqlar
janr etibari ilə üç formada özünü göstərir:
1. Reçitativ və melodik ifa formasında olan mahnı-
dialoqlar.
2. Mahnı-oyunlar.
3. Mahnı-rəqslər.
Reçitativli mahnı-dialoqlara əsasən uşaq oyun*
larında və mərasimlərdə oğlan və qızlardan təşkil olun
muş iki qrup gənclər arasında ifada rast gəlmək olur.
Melodik ifa formasında olan mahnı-dialoqlara isə
iki gənc və ya ana ilə qız, qaynana ilə gəlin arasında gedən
dialoqlarda rast gəlmək olur. Adətən belə mahnı-dialoqlar
tamaşa xarakterli olub mərasimlərdə nümayiş etdirilmək
üçün ifa olunar.
«Ana ilə qız» mahnı-dialoqun mətnindən görün
düyü kimi ana ilə qız arasında gedən dialoqda bir qədər
yumor, zarafat mövcuddur. Adətən belə mətnlər bir çox
bəndlərdən ibarət olar və müxtəlif bənzətmələrdən, isti
fadə edilməklə yumor daha da dərinləşdirilər. Mərasim
lərdə keçirilən belə dialoqlar mərasimə toplaşanları
güldürmək, əyləndirmək üçün söylənilərdi. Belə mahnı-
dialoqlar müəyyən musiqi tonunun üzərində qurular və
reçitativ şəkildə oxunardı. Mətnlərdə yumorun, zarafatın
deyiliş intonasiyalarının dəqiq ritmik ölçüdə ifa olunması
üçün şeirin strukturu aaba sxem üzərində qurulardı.
İki gənc - bir oğlanla qız arasında olan lirik-məhəb
bət mövzulu mahnı-dialoqlar bütün folklor mühitlərində
olduğu kimi Naxçıvan bölgəsində də çoxluq təşkil edir. Bu
tip mahnı janrları həm şəhər, həm də kənd mühiti üçün
xarakterik olmuşdur. Onların mövzusu əsasən məhəbbət
üzərində qurulsa da bu mahnı janrları dialoqun xarak
terindən irəli gələn özünün zarafat, yumor, bir-birinə söz
atma xüsusiyyətlərinə, mətn quruluşuna malikdir. Bu tip
mahnı janrları mövsüm-mərasim ayinlərində, el şən-
üklərində daha çox ifa olunardı. Kənd mühiti üçün
xarakterik olan «Çobanla qız» mahnı-dialoqunda bu qeyd
etdiyimiz keyfiyyətləri, xarakterik xüsusiyyətləri görə
bilərik.
Oğlanla qız arasında mahnı-dialoqlara aid «Urmu
qızı» mahnısını da göstərə bilərik. İki gənc arasında olan
bu tip dialoqlar adətən bir sıra bəndlərdən təşkil olunar və
vəsf xarakterində ifa olunar. Yəni oğlan qızın könlünü,
razılığını almaq məqsədi ilə gözəlləmələrdə, vəsfnamə-
lərdə olduğu kimi bir sıra təşbehlər işlədər və qızın cava
bından onun razı olub-olmadığını eşidərdi. Şeirin mətni
uzun olduğu üçün bir bəndi nümunə olaraq göstəririk:
- Ay Urmu qızı,
- Can-can əfəndi.
- Göstər gözünü,
Mən alım səni.
- Neynirsən gözüm.
Bir cüt piyala -
Gördüyün kimi. (10, s.297-298).
Yuxarıda qeyd etdiyimiz mahnı-dialoq reçitativÜ ifa
ilə oxunur. Bu tip mahnı-dialoqlarm əksəriyyəti bu
üslubda icra olunar.
Naxçıvan
folklorunda
mahnı-dialoqlar gəlinlə
qaynana arasında da mövcuddur. Məişətin bir çox prob
lemlərindən, gəlinlə qaynana arasında olan münasi
bətlərdən bəhs edən belə mahnılarda da yumor, istehza və
s. ilə rastlaşırıq. «Bədəsil gəlinlə qaynana» arasında olan
Dostları ilə paylaş: |