Musiqi folklorunun regional xüsusiyyətlərindən, onun
rəngarəng ənənələrindən irəli gələn janr səciyyəsindən
asılı olaraq mərasim nəğmələri arasında, xüsusən də toy
mərasimlərində tez-tez dialoq formasında olan mahnı-
rəqslərə də rast gəlmək olur. Belə mahnı-rəqslərdən biri də
toyun ertəsi günü bəy evinin adamlarının yığışıb keçirdiyi
«Duvaqqapma» mərasimidir. Bu mərasim ayrı-ayrı ərazi
lərdə bir qədər fərqli formada keçirilir. Məsələn, Nax
çıvanda toyun sabahı günü oğlan evi yığıncaq təşkil edir
və bu yığmcağa qız evinin (gəlinin) adamları (gəlinin
anasından başqa) qonaq gəlirlər. Onlar özləri ilə «Ziratov»,
«Qayğanaq» kimi şirin nemətləri pay gətirirlər. Mərasimdə
oğlan evi tərəfindən gəlinə alınmış pal-paltar, qızıl dəstləri
nümayiş olunur. Bəzi regionlarda, xüsusən kənd yerlə
rində bu mərasim mahnı-rəqs janrı kimi yox, sadəcə
mahnı(mahnı-dialoq-G.M.) formasında keçirilir. Prinsipcə
bu fərq çox şeyi dəyişmir. Mahnı olduğu kimi dialoq
formasında ifa edilir. Lakin həmin mərasimə xüsusi
musiqiçilər dəvət edilmədiyi üçün rəqslər icra olunmur.
Mahnının melodiyasını isə mərasimə toplaşanlar xor
şəklində ifa edərlər.
«Duvaqqapma» mərasimində oxunan mahnı-rəqs
faktiki olaraq 3 hissədən ibarətdir. Birinci iki hissə mahnı-
dialoq formasında ifa edilir. Üçüncü hissədə isə ifaya
deklamasiya əlavə edilir. Bu zaman qızlar xorunda bəzi
hissələr melodik tərzdə yox, sadəcə sözlərin deyiliş
formada, reçitativ şəkildə ifadə edilməsi ilə rastlaşırıq. Bu
sözləri qızların hamısı bir yerdə deyir. Adətən reçitativ
şəkildə deyilən sözlər xorun iki dəfə ardıcıl ifaya daxil
olması zamanı baş verir. İfanın birincisini xor reçitativ
şəkildə, ikinci misrasını isə melodik şəkildə ifa edir.
Reçitativ şəkildə oxunan sözlər aşağıdakı sözlərdir:
Qızlar xoru: Yerində-yurdunda qayım-qədim olsun.
Qızlar xoru: Dəstərxanı açıq, nehrəsi yağlı olsun.
«Duvaqqapma»
mahnı-rəqsinin mətn quruluşu
özünün poetik-semantik strukturuna görə iki qismə
bölünür. Birinci iki hissədə mətnin əsas məzmunu gəlinin
sözləri üzərində qurulur. Gəlinin obrazını yaradan və onun
düindən söyləyən aparıcı «Hanı atam? Hanı anam? Hanı
mirzəm? Yox qardaşım, yoxdu bacım » ifadələri ilə dialoqu
qurur və bəy evinin adamları ona ürək-dirək verərək
«Qaynatan sənin atan, qaynanan sənin anan və s.» bu kimi
ifadələrlə gəlinin yeni evdə, yeni həyata başlamasını
alqışlarla qarşılayırlar. Oğlan evinin adamları «ay gəlin, xoş
gəldin, xoş gəldin, bizim evə tuş gəldin, tuş gəldin» sözləri
ilə öz sevinc və təbriklərini bildirirlər. Bu mərasimdə biz,
ilk növbədə etnosdaxili ictimai münasibətləri, bununla da
ictimai-psixoloji davranışı görürük. Mətndə bədii təsvir və
el ifadə tərzinin sadəliyi mahnının mərasimi mənşəyini üzə
çıxarmaqla yanaşı keçirilən mərasimin etnopsixoloji xüsu
siyyətlərini, ənənəvi cəhətlərini də ortaya qoyur. Mətnin
üçüncü hissəsində dialoq iştirakçıları bir növ yerlərini
dəyişir və bəy evinin adamları «gəlin gəldi, nə gətdi?» sualı
ilə aparıcıya müraciət edib onu dialoqa dəvət edirlər. O da
öz növbəsində gəlinin gətirdiyi cehizləri sadalamaqla yenə
də el adətində mövcud olan adət ənənəni etnopsixoloji
hadisə kimi təqdim edir.
«Duvaqqapma» mahnı-rəqsinin bəy evinin adam
larının «başımız uca olsun» sözləri ilə bitməsi mərasimin
mənasının məntiqi yekunudur. Bu havanın mahnı-rəqs
janrında olması və onun ifasında reçitativli ifa tərzinə
xüsusi yer ayrılması janrın sırf milli adət ənənəni folklor
dilinin sadəliyi ilə tərənnüm olunmasının təsvirindən,
etnopsixoloji durumundan irəli gəlir.
Rəqs musiqi janrları.
Naxçıvanın folklor mühitində rəqslərin ifa formaları
və şəkilləri rəngarəngdir. Burada ayrıca kişilərin ifa etdiyi
və ya kişilərin iştirakı olmadan qadınların ifa etdiyi rəqslər
də mövcuddur. Məişət rəqsləri içərisində fərdi (solo)
rəqslər, iki kişinin və ya iki qadının qoşa şəkildə ifa etdiyi
rəqslər, qrup şəklində və kütləvi formada ifa edilən rəqslər
vardır. Qoşa rəqslər ya üz-üzə, ya da yan-yana bir-birinin
belindən tutmaqla ifa edilən rəqslərdir.
Rəqs
musiqisinin
xalq
yaradıcılığında
böyük
əhəmiyyət kəsb etməsini Bülbül belə şərh edir: «Xalq
musiqisi xəzinəsində çoxlu gözəl oyun havaları vardır.
• •
Özünə məxsus gözəlliyi olan həmin havalar son dərəcə
ahəngdardır. Azərbaycanda rəqslər olduqca müxtəlifdir-
zurna və dəfin müşayiəti ilə, öz ritminə görə, sürətli,
coşqun, eləcə də yüngül, rəqqasənin incə hərəkətləri ilə
fərqlənən rəqslər vardır»(27, s. 28).
Ənənəvi xalq mahnı və rəqslərinin bir çox nümu
nələri Naxçıvanm musiqi folklorunda qorunub saxlanıl
mışdır. Ənənəvi mahnı və rəqslər iki növ olur-deyən
B.Hüseynli onları aşağıdakı şəkildə təsnif edir:
a) ənənəvi mərasim və etiqad mahnı, oyun və
rəqsləri;
b) ənənəvi bayram, toy mahnı, oyun və rəqsləri.
Ənənəvi mərasim və etiqad mahnı və rəqsləri
növünə öz məişətinə görə çox uzaq keçmişlərlə bağlı olan
bir sıra ayin nəğmələri, oyunları və rəqsləri daxildir. Bu
ənənəvi etiqad və mərasim ayinlərində qədim azərbay
canlıların təbiət qüvvələrinə-yağışa, quraqlığa, günəşə qalib
gəlməsindən səy etməsindən; təbiətin ölüb yenidən diril
məsi, qışm qurtarıb, yazm başlaması kimi bir prosesdən,
mübarizədən danışılır (48, s.69-70).
Naxçıvanın musiqi folklorunda xüsusən də Şahbuz,
Şərur, Ordubad rayonunda tulumda mahnı və rəqslərin ifa
olunması, həmin regionun folklor mühitinin zənginliyindən
xəbər verir. Tulum (səs tembri zurnanın səsinə bənzədiyi
üçün bəzən ona "tulum zurnası" da deyilib. Tulum xüsusi
üsulla aşılanıb yumşaldılmış keçi və ya qoyun dərisindən
hazırlanır. Bütöv soyulmuş dərinin iki ayağı möhkəm
bağlanılır. Qalan ikisindən birinə tuluma hava doldurmaq
üçün sümükdən və ya qamışdan hazırlanmış, ağzında
tıxacı olan boru, digərinə isə aləti ifa etmək üçün iki qoşa
boru (gövdə) bərkidilir) ən qədim milli musiqi alətlərindən
sayılır. İnstrumental musiqi tədqiqatçılarının öz əsərlərində
Dostları ilə paylaş: |