mahnı-dialoqu nümunə olaraq göstərə bilərik. Bunun
məzmununda qeyd olunur ki, «Deyilənə görə, bir yetimli
evə gəlin gəlir. Bir müddətdən sonra qaynana ilə gəlin
arasında çəkişmə düşür. Qaynana gəlinə deyir:
- Ay gəlin, geyiminə-keciminə bu qədər fikir vermə,
ev-eşiyə əl yetir, bu yetim-yesirin əyin-başını qaydaya sal.
Gəlin deyir:
Mən gəlmişəm
sarı geyəm, sallanam.
Gəlməmişəm
çit-mit geyəm allanam. (10, s.296-297.)
Mətndən göründüyü kimi gəlinin qaynanaya cava
bında bir istehza, etiraz səsləri vardır. Yuxarıda qeyd etdi
yimiz kimi bu tip mahnı-dialoqlar müəyyən mərasimlərdə,
şənliklərdə oynanılar və məişətdə gəlin-qaynana müna
sibətlərini qabarıq şəkildə üzə çıxarmağa xidmət edər.
Kiçik bir epizodda tamaşa elementləri, mizan səhnə özünü
göstərdiyi üçün belə janrlar qeyd etdiyimiz kimi adi
məişətdə yox, müəyyən mərasimlərdə oynanılar. Gös
tərilən mahnı-dialoq reçitativli oxuma üslubu ilə ifa edilər.
Naxçıvanın folklor mühitində məktəbli yaşlarmda
olan gənclərin mərasimlərdə, bir sıra hallarda isə mək
təbdə tənəffüs vaxtı və ya həyətdə uşaqlarla bir yerdə
oynadığı mahnı-oyunlar və mahnı-tapmaca rəqsləri də
mövcuddur. Bu ənənə bu gün də saxlanılmaqdadır. Bu
haqda B.Hüseynli yazır ki, «Uşaq rəqslərinə uşaqların
gündəlik həyatında, bayram şənliklərində, məktəbdə və ya
düşərgədə onların özü tərəfindən ifa olunan müxtəlif oyun
və rəqslər daxildir. Bunlardan ən geniş yayılmışı və uşaq
lar tərəfindən böyük maraqla ifa olunanları «Bənövşə» və
«Bir quşum var bu boyda» oyun, mahnı və rəqsidir. Rəqs
ünsürlərinə malik olan bu oyun-mahnılar öz mənşəyinə
görə uşaq oyun, mahnı və rəqslərinin ən ilkisidir» (48,
s.76).
«Bənövşə»
oyun-mahnı-rəqs janrı
Naxçıvanda
musiqişünas B.Hüseynlinin göstərdiyindən nisbətən fərqli
şəkildə oynanılır. Həm mətndə mövcud olan fərq, həm
oyunun aparılma qaydası, həm də mahnı-rəqsin reçitativli
şəkildə icrası Naxçıvanda ifa edilən bu janrı başqa
bölgələrin eyni tip oyun-mahnı-rəqs janrmdan fərqləndirir.
B.Hüseynlinin verdiyi mahnı-rəqs janrında mətndə
«Bənövşə, bənövşə, bizdən sizə kim düşə» şəkildə
verilirsə, Naxçıvan folklorunda «Bənövşə, bəndə düşə,
bizdən sizə kim düşə» kimi ifa olunur. B. Hüseynlinin
təqdim etdiyi oyunda sözlərin oxunuşunda mahnıvarilik
var. Bizim təqdim etdiyimiz oyunda isə həmin sözlər
reçitativ şəkildə oxunur. Digər bir fərq də oyun qaydasının
aparılmasında özünü göstərir. Bu fərqlərə diqqət yetirək:
B.Hüseynli yazır ki, «Bənövşə» öz quruluşuna görə
mahnılı
oyundur. Oyunda iştirakçılar iki dəstəyə
bölünürlər. Hər dəstə əl-ələ tutaraq bir-birindən 10-15
metr məsafədə üz-üzə dayanır. Hər dəstənin öz başçısı
olur. Püşk atmaqla hansı dəstənin birinci olaraq mahnı-
oyuna başlaması müəyyən olunur. Mahnı-oyunu baş
lamaq hüququnu qazanan dəstə aşağıdakı sözləri
oxumağa başlayır:
Bənövşə, bənövşə, bizdən sizə kim düşə?
Gülşən düşə.
Qarşıda duran dəstənin başçısı o biri dəstədə iştirak
edən-oyunçulardan birinin adını deyir. Adı çəkilən oyun
çu, sürətlə qaçaraq qarşıdakı dəstənin cərgəsini yarmağa
çalışır. Əgər o, buna müvəffəq olursa, hansı iki oyunçunun
arasından keçə bilmişsə o, oyunçulardan birini öz dəs
təsinə aparır. Sonra dəstələr öz vəzifələrini dəyişirlər.
Bütün oyunçuları öz tərəfinə yığmış dəstə qalib gəlmiş
hesab olunur (48, s.76-77).
«Bənövşə» oyununun məzmunu, oyun qaydası
yuxarıda göstərilən qaydada gedir. Lakin cüzi fərqləri
qeyd etmək istərdik.
Əvvəla
oyun-mahnı-rəqsin
reçitativli
şəkildə
oxunmasında ritmik deyiliş ölçüsünə görə fərqlidir. Digər
tərəfdən B.Hüseynlinin verdiyi məlumatda oyunçular bir
yerdə durub «Bənövşə, bənövşə, bizdən sizə kim düşə»
sözlərini oxuyurlar. Naxçıvan folklorunda deyilən sözlər
oyunla müşayiət olunur. Yallı rəqsində olan ayaq hərə
kətləri; bir, iki, üç, dörd yan tərəfə yox, irəliyə doğru atılır
və həmin minvalla da geri qayıdılır. Oyunun bu səpkidə
icra olunması onun rəqsvariliyini bir daha təsdiq etmiş
olur.
Naxçıvan folklorunda «Bir quşum var bu boyda»
oyunu da mövcuddur. Bu oyunu mahnı-tapmaca adlan-
dıran В.Hüseynli onun solo və xor şəklində ifa olunmasını
qeyd edir. Bu oyun məişət oyun-mahnı-rəqsi kimi iki
formada ifa olunur. Həm gənclərin bir yerə yığışıb dairəvi
və ya pərakəndə şəkildə oturub ifa etdikləri, həm də iki
dəstənin qarşı-qarşıya durub oynadıqları bu oyun geniş
yayılmış janrlardan biridir. Düzdür, son illərdə bu oyun
artıq unudulmaq üzrədir, lakin yaşlı və orta nəsil
nümayəndələri bunu yaxşı xatırlayırlar. Oyunda tapmaca
deyən solo, onu müşayiət edən dəstə isə xor şəklində «Ley
qəlaha, ley qəlah» sözlərini oxuyur. Bu sözləri oxuyarkən
oyun iştirakçıları çırtıq çalmaqla özlərini müşayiət
edərdilər.
Oyunda tapmaca deyən fikrində tutduğu quşun
bütün əlamətlərini-dimdiyini, caynaqlarmı, qanadlarım
quyruğunu iri və xırdalığını münasib əl hərəkətləri ilə
göstərir, hətta rəngini də deyir və soruşur:
Quşum hansı quşdur?
Oyun iştirakçılarından biri irəli çıxaraq, oxşatdığı
quşun adını deyir. Əgər səhv deyirsə bu vaxt tapmaca
deyən əmr edir:
Yox! Vurun çatlasm!
Bütün oyunçular arasında çəkişmə, dartışma
başlanır, tapmacanı düz tapa bilməyəni yıxırlar, yumruqla
cəzalandırırlar. Əgər tapmaca düz tapılırsa, tapan özü
tapmaca deyir və oyun yenidən başlanır (48, s.77-78)
Naxçıvan folklorunda mərasim ayinlərində bir çox
mahnı və rəqslər sadə musiqi janrı formasında çalınıb
oxunmaqla mərasimin bəzəyi kimi diqqəti cəlb edər.
Dostları ilə paylaş: |