Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə143/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   139   140   141   142   143   144   145   146   ...   159

501

Cəhənnəm iliyi

Qıçları neçə müddət idi qaşınmağa başlamışdı. O anda hazır 

idi hər nəyin versin, ancaq bir dəfə özünü qaşısın. Dizləri alı-

şırdı. Sanki od vurmuşdular onlara… İndi bədəninin tamam 

yerləri qaşınırdı.  Ətrafındakı boğultulu və anlaşılmaz səslər 

onu daha vəhşətə salmışdı. Gözlərinə vəhşicə şaxan lampanın 

işığı söksə  də, onları açıq saxlamağa cəhd edirdi. Ətrafında 

vız-vız səsləri ucalırdı. Dərin bir çılğınlıqda özünü hiss edir-

di… Başı üstə birini gördü. Özü görünmürdü. Başı lampanın 

işığı arxasında qaranlıqda idi. Birdən sağ qolunda acı bir ağ-

rını sezdi. 

– İndi qıfıllanmış diliniz açılar… Cəhənnəm iliyi açardır… 

Nəfəsin duydu üzündə… Gözləri şüşə kimi saf və ehsassız idi. 

Bir gizlin qorxu canına doldu. Səsi qurudu. Neçə  ləhzə 

səy etdi özünü itirməsin. Lakin damarlarında qan yerinə dağ 

qur ğuşun dolanmasını birdən ehsas etdi. Əlləri keyləşirdi. 

Barmaq ların tərpətməyə çalışdı, tərpəntilərin duymadı. Göz-

lərinin dərisi çəkilirdi, bir kimsə maqqaş ilə çəkirdi sanki… 

Dişləri qıfıllandı. Nəfəs çəkmək yavaş-yavaş çətinləşirdi. Nə 

üçün o vəziyyətə düşdüyündən xəbərsiz idi. Öz vüqar və du-

rumun saxlamağa çalışdı. Səhənd dağı gözü önündə idi. Bəzz 

qalası dumanda; Babək atlıları ilə məhv olurdu uzaqda… Bir 

qalın çən dağı bürüyürdü… 

Neçə ləhzə idi adi haldan çıxmışdı. Sudan dışarı düşmüş 

balıq kimi yerə-göyə atılırdı. Otağın sərin havasında havasız-

lıqdan boğulurdu. Dərindən tövşüyürdü, dalbadal. Ağır gələn 

nəfəsi boğazından xırıltılı səslə eşiyə çıxırdı. Yavaş-yavaş üzü 

qaralırdı. Boğazını sıxırdı bir kimsə sanki. Gözləri hədəqədən 

eşiyə çıxmışdı. Neçə ləhzə idi nəfəs çəkməyi duyulmurdu… 

Qadın onun hər an qiyafəsinin dəyişməsini görəndə axır-

da: – Nə oldu sənə?! – deyə soruşdu – Qorxubsanmı!? 

Başın buladı: 

– O ləhzələri bir dəfə də yaşamaq istəmirəm. Bilmirsən, o 

ağ otaqda huşun başına gələndə, min dəfə arzu edirsən… arzu 




502

Toğrul Atabay

edirsən, nə istəyirlər verim, ancaq məni buraxsınlar… Bir 

dəfə də o cəhənnəm iliyin təcrübə etməyim… – Hansı… ağ 

otaq… nə cəhənnəmi?! – təəccüblə soruşdu. – Burax!.. Çox 

dəhşətlidir… Deyə bilmərəm… – Döydülərmi səni? 

– Kaş döyərdilər… Bax, iki yol ayrımında qalmışam. Bil-

mirəm nə edəm… 

Qadın gözlərinə baxdı. Neçə ləhzə sükut yarıqaranlıq ota-

ğa hakim oldu. 

– Mən sənin şeirlərinə inanıram… Onlarda olan mənalara 

da… Hətmən millət də sənə inanır. Bir gün bu ölkə sənə gü-

vənəcək! – Bilirəm… Bilirəm nə edim… 

* * *

Ədəbiyyat və incəsənət məclislərində yeni bir kitabdan 



söz-söhbət gedirdi. Hamı o kitab haqqında qızğın bəhslər 

edirdi. Özəlliklə, onun bir şeiri haqqında ətrafl ı bəhslər olu-

nurdu. Hamı o şeiri cəsarətli və təhlükəli bilirdi… O şerin adı 

«Cəhənnəm iliyi» idi. 



TİKANLI MƏFTİLLƏR

Neçə dəfə idi ki, tikanlı məftillər arxasında durmuş, ma-

raqla o taya baxırdı . 

Tikanlı məftillərdən neçə metr o yanda, enli çay, özünü 

sahilin daşlarına çala-çala qaranlıqda məhv olurdu.

Neçə gün idi ki, bu məntəqəyə  əsgər verilmişdi. Hələ 

özünə bir yoldaş tapmamışdı. 

Neçə yerdən çayın üstünə körpü salınmışdı. Körpülərin 

ətrafında zəncir, zəncirlərin kənarında silahlı əsgərlər...

İlıq havada, kənardakı körpüyə baxdı. İki sahili bir-birinə 

qovuşduran körpü üstə kimsəni görə bilmədi. Dərin bir sukut-

da, suyun şırıltı səsindən, qulaqları qamaşırdı. Heç bir umu-




503

Tikanlı məftillər

du yox idi buraya düşsün! Ölkənin son sərhədi bilirdi buranı. 

Dərsdə coğrafi ya kitablarında belə oxumuşdu. Araz çayı  və 

onun qolları neçə ləhzə gözünün önündə dayandı... Şirin bir 

əfsanə bu... 

Üzbəüz sahildən sərin bir yel tanış bir mahnı səsini gəti-

rirdi bu taya, sudan, məftillərdən  aşa-aşa ... uşaqlıqda da belə 

bir mahnını dinləmişdi, anasının və atasının sazının tellərin-

dən ... buraya gəlmədən demişdilər: “Ölkənin sərhədində xid-

mət etməyə gedirsiz! Çox ehtiyatlı olmağınız gərəkdir”.

Neçə ləhzə dərin bir uçurum tərkində özünü gördü, ilhamlı 

səslər içrə... dərindən tövşüdü. Əllərini ətrafa açıb qaranlıqda 

ətirli havanı dərindən sinəsinə çəkdi. Çox tanış idi bu havanın 

qoxusu. Yüngülluk duyurdu özündə... Bir daş götürüb tikanlı 

məftillər üstündən suya atdı... Üzbəüz sahildə çox uzaqlarda, 

bəzi yerlərdə çıraqlar  pırıl-pırıl yanırdılar ... O taydan isə bir 

daş suya atıldı. Diqqət etdi; onu gördü. Özü kimi bir əsgər idi 

o. Əlin tərpətdi ona. Sonra sağ əlin irəli uzatdı. Sanki onunla 

görüşmək istəyirdi. Aralarında enli bir çay olsa da, əlində bir 

qızğınlıq və istilik duydu. Ürəyi şiddətlə döyünməyə başladı. 

Axşamdan yatağa girsə  də, səhərəcən heç yata bilmədi. 

Sanki boğazına bir zad tıxanmışdı.  İndiyəcən belə bir və-

ziyyətlə qarşılanmamışdı... Sürətlə axan çay, hər iki ölkənin 

adının bir olduğu, tanış mahnılar və hər zaddan artıq tikanlı 

məftillər onu fi krə salmışdı.



504

Valeh Şiri

VALEH ŞİRİ

Valeh Şiri 1977-ci ildə Güney Azərbaycanın Ərdəbil 

böl gəsinin Kəladərə kəndində anadan olmuşdur.

“Ayaqyalın oxu” (2007), “Sus” (2010), “Vahimə” 

(2011) adlı hekayələr kitabının müəllifi dir.

Çağdaş Güney Azərbaycan  ədəbiyyatında daha çox 

nasir, tər çü məçi və publisist kimi tanınır.

Hazırda Ərdəbil şəhərində yaşayır.


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə