Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə145/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   141   142   143   144   145   146   147   148   ...   159

509

Salam, xanım!

o gizli adı, bilinməz gücü alqışlayırdı. Qorxudan dilə gəldim. 

Başladım özümlə danışmağa. Bəlkə danışıqla canıma dolmuş 

bu soyuq qorxunu yuyam? Yaramadı, işə gəlmədi... Canımı di-

şimə yığıb məchula doğru yönəldim... Şəpitləri ayağıma keçir-

mədən, ayaqyalın otağın qapısını cırıldatmadan açdım. Gedib 

dəhlizin qapısında dayandım. Günəş doğu yönümü qızdırma-

da, batı yönüm kölgədə titrəmədə... Nəfəsimi ürəyimə qapsa-

yıb dəhlizin ağzından keçdim. Bir anlıq olsa da qarını, çökmüş 

dəhlizdə sezdim. Çevrələnmiş soyuq qaranlıqda, yumurta sifəti 

ağappaq. Bir də qayıtdım. İyirmi bir saat idi səndəlindən tərpən-

məmişdi. Düzdür, mən bu evə daşınandan hər kəs öz işində idi. 

Kimsə kimin işinə qarışmazdı. Hər kəs öz durumunda... Kimsə 

kimin otağına baş uzaldıb girməzdi. Amma indi qarı hər şeyi 

vurmuşdu bir-birinə. Qaydanı pozmuşdu. Daha dayanmadım. 

Sanışdığım sözlərimlə toxdaqlaşdım...  İlk yol olaraq dəhlizə 

ayaq basdım. Ürəyimdə “Salam, xanım” deyə-deyə!.. Üşün-

düm. Burnumu geri çəkdim. Canım bir təhər titrədi. Dəhliz nə 

soyuq idi, nə də isti. Bu hava ilə tam yabançı idim... 

“Xanım!” – yavaşdan onu səslədim. Bir dönə, iki dönə 

xanımı səslədim. Cavab çıxmadı. 

Üçüncü dönə xanımı səsləyərkən səndəlin arxasına iki yol 

döydüm qapı tək: “Taq! Taq!”.  

Çəlik iki bölündü. 

“Şarap!” – Xanım üzüquylu yerə sərildi!..

“Taq-taq!” – qapı döyüldü.

* * *

“Çömbələk dığırlanar yerini tapar! – Kirayəçi dedi, – lap 



belə axtarıb yerini tapmısan. Daha axtarma. Sənə bir otağım 

var lap belə öz yaraşığında”. 

Bir ucuz, dinc və susqun otaq istədiyimi bu çal papaqlı 

kişiyə açıqlamışdım. Yorğun-arğın süzdüyü çayı  nəlbəkiyə 

töküb içdim. 



510

Valeh Şiri

“Aylığını vaxtli-vədəli gətirib özümə verməlisən. Bundan 

başqa sözüm yox”. – Sağ əli ilə açarı torbalanmış cibindən çıxar-

dıb, sol əlimi açdı. Açarı ovcuma qoyub yumdu. Əlim əlində giz-

ləndi. Əlimi sıxdı. Şaşırıb üşündüm. Gözləri parlayıb, şaqqıltı ilə 

güldü. Ara-sıra ağzında yerləşən sapsarı dişləri dışarı pırtladı. 

“Püf! – Ağzının suyu üz-gözümə püskürüldü. Şinelimin 

qolu ilə üzümü sildim. – Ondan başqa get-gəlini də özün 

bilərsən!.. Çalış çox get-gəl olmasın”, – deyə artırdı. 

“Mən get-gəl adamı deyiləm... Başım özümdə”. 

“Daha yaxşı! Niyə dayanmısan?”

“Unutmuşan ünvanını”.

 Söz ağzımdan çıxan kimi ətək-baş  məni sezib, gözləri 

gözlərimə zilləndi... Çəkindim. Addım-addım geri qayıdıb di-

vara söykəndim. Kirpik çalmadan gözləri bərəlmişdi. Kirpik 

çaldı. Nəsə yanılmaya bir də ətək-baş sezdi. 

“Məyər bilmirsən hara gedəcəksən?” 

“Haradan bilim? 

“Bilmirsən?.. Bəs burada nə qayırırsan?”

 Susdum. Ağzımı açdım. Yenə susdum. Danışırdım, səsim 

çıxmadan. Dodaqlarım tərpənsə də səsim çıxmadı... Qolunu 

qoluma salıb daxmadan bayıra çıxdıq. Şəltəsinin qoxusu göz-

lərimi yaşartdı. Bayırda qolumu sıxdı. Gözlərim qurudu...

 “Buradan düz gedərsən dörd yol ayrımına. Sonra sola 

dönərsən – Qarağacdı. Qarşında bir darısqal küçə. İki tağlı bir 

taxta qapıdı... Barmağı ilə yolu göstərdi, görüşərik” – sözün 

yeyib dodağın dişlədi. 

Sap-sarı dişləri dışarı pırtlayıb, yaş öskürüb, quru güldü. 

Solaxaydan, kürəyimə güpsəyib düz yola saldı... Mən təzə bil-

dim o solaxay imiş. Kürəyimə yatımlı yatırtmışdı... 

“Qayıt bura!” – arxadan səsləndi. 

Açarı alıb: 

“Qapı açıqdı” – dedi. Püskürtü ilə quru-quru üzümə gül-

dü. Yaş öskürəkdən keçinib iki əlli qarnını tutmuşdu. Gözlərim 




511

Salam, xanım!

dəhşətə dolmuş, az qala kasasından pırtlasın, əllərimi gözlə-

rimə basdım. Artıq keçinib dizlərinə çala-çala quru şaqqıltıya 

düşdü. Qara soyuqdan sümüklərim giziltidə, iliklərim iniltiyə 

düşdü. Arxama baxmadan dönüb qaçdım. Səsi kəsilmədən 

arxamda quru-quru püskürüb keçinirdi...   

* * *

... İki tağlı qapı yarım açıq idi. Eşik tağına günəş saçmış-



dı. Kölgəsi dalana açılan qapının çiyinlərinə ağırlıq edirdi. Ev 

çökəkdə idi. Dam-daş külələnib yerə batmış idi. Qapını bağla-

yıb, qaranlıq və darısqal dalana yenən yeddi qat pillələri yen-

dim. Dalanın duvarları şeh çəkmiş, bumbuzdur. Özümdən asılı 

olmadan əllərim qoltuğuma basıldı. Bir anlıq olsa da qızış dım. 

Əllərimi hövküyüb həyətə keçdim. Pişik evə qaçdı. Günəş sa-

çırdı. Canımı yumşaldırdı. Gərnəşib,  əlim ağzımda  əsnəmək-

də quruyub qaldım. Qarı  dəhlizin ortasında səndəlin üstə  əy-

ləşmişdi. Dəhlizin qapısı taybatay açıq idi. Əlimi yanıma salıb 

əyin-başımı düzəltdim. Ev yiyəsinə “salam” dedim. Cavab eşit-

mədim. Qarının gözləri gözümdə, uzun çəlik əlində çənəsinə 

söykənmiş idi. Nə iş gördüyümü bilmədən uzun zaman durdu-

ğum yerdə dayandım... Qarı Lehistan səndəlindən qalxıb yola 

düşdü. Qıçların çəkə-çəkə... Dəhlizin qapısında kölgədə da-

yandı. Çəlik əlində həyətin doğusunda yerləşən otağı göstərdi. 

Anladım. “Hə xanım!” – dedim. Yenə məni eşitmədən çəliyini 

batıya doğru mavalı göstərdi. Dinib-danışmadan ayaqların sü-

rütləyə-sürütləyə çəlik əlində gedib səndəlində oturdu. Hamamı 

eşiyə getməli idim. Kirayəçi anlatmış idi: 

“Qadın hamamına getmək olmaz”. 

İlk və son dəfə idi qarını ayaq üstə görürdüm. Niyə?.. Bir 

yol da gəlib mənim yanımda halva yemişdi... Dayandığım 

yerdə qarı ilə göz-gözə durmuşdum. Geri çəkilib otağıma sarı 

yola düşdüm. Qarının gözləri yenə həyət qapısına zilləndi...




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə