Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə146/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   142   143   144   145   146   147   148   149   ...   159

512

Valeh Şiri

* * *


... Səhər çağı həyət yaş idi. Yağış yağmışdı. Bəlkə də gecə 

qarı ağlamışdı. Zarıltısı gecəni qoymamışdı yatam. Pişiyin də 

iniltisi bir yandan!.. Günəş saçırdı. Cola-cola çuxurlarda yığı-

şan yağışın suyu par-par parlayırdı. Yerə baxdıqda özümdən 

başqa bir kimsəni görmürdüm. Həyət aynalıq idi. Şəklimi tər-

sinə görürdüm. Ara-sıra buludlu göy başım üstə sərilmişdi... 

“Miyu!”. Pişik miyoldadı. Şəpit tayını ayağımdan çıxarıb 

pişiyə doğru tolazladım. Gündüzlər sümsünməyə gedib qarını 

tək buraxır. Bəlkə də cütləşmiş idi. Gecə yarısı da evdə tapı-

landa erkəklərnən miyoldaşıb, məni yuxudan eləmişdi...

Pişiklərin quru-quru miyoltusundan, boğuşub atışmaların-

dan dik yerimdən daşlandım. Elə diskinib qorxmuşdum ki, səhər 

onunla hesablaşmanı özümə söz verdim. Qaranlıq yer-göyü qo-

vuşdurmuşdu. Yuxum qaçmışdı. Yorğanı başıma çəkib, yenidən 

yatmağa can atdım. Gözlərimi bərk sıxdım. Yuxum gəlmirdi. 

Sağ-sola axındım... Yavaş-yavaş yuxu gözlərimə dolurdu... Qu-

lağım pıçıltıya düşdü. Nəsə bir səs gəlirdi. Saymadım. Səs uca-

lırdı... Qulaq yatırtdım... Qarabasdı deyildi. Pıçıltı həyəti özünə 

bürümüşdü. Yavaş-yavaş axınıb yatağıma dolmuşdu... 

Haradandı?.. Bilmirəm!.. Olmoya qarının otağındandı?.. 

Ola bilməz. Qarı danışammır... Qulaq as, səslər çeşitlənir. De-

yimləri fərqlənir... Bəlkə qarının evinə doluşublar... Ola bil-

məz. Nəyi var onun... Bir güzgüsü, bir darağı... Güzgüsünün 

də üzünü həmişə divara sarı çevirir... Ancaq özünə baxanda 

güzgünü üzünə çevirir... Deyirəm, səncə qarı laldı?... Ola bil-

məz... Bəs bu pıçıltılar nədi?.. Haradan bəlli qarının ola... Bir 

qulaq as... Qarı səsinə oxşamır... Uşaq səsi ağlayır... Doğru-

dan elədi... Durum görüm nədi?.. Dayan, dayan! Arvad-uşaq 

səsi bir-birinə qarışıb... Görən qarı eşidir? Bilmirəm? Eşitsəy-

di, salamıma əleyk deyərdi...  Bəlkə özü ilə danışır? Kimsə ilə 

danışmadan fi kirləri dilə gəlib ucadan danışır? Qorxmusan?.. 

Nədən? Bütün günü qarının dodaqları pıçıldayır. Səsi çıxma-




513

Salam, xanım!

dan!.. Sus! Səslər boğuntulaşır. Ayırd edilmir. Arı  vızvızına 

çevrilir... Bir təhər gülüşə bənzəyir... Nə! Gülüşə? 

Həyət şaqqah səsi ilə doluşdu. Pıçıltılar bir-birinə qovu-

şub sual-cavaba çevrildilər!.. Quru-quru şaqqahlar. Yaş-yaş 

püskürtülər. Ayırd etmək olmurdu. Səs səsin qarnına girirdi. 

Pişik inildəyirdi. Kimsə zarıldayırdı... Bu qarı səsi idi. Oxşa-

yırdı. Səs titrəyirdi. Pişiklərin səsi bir-birinə qovuşub iniltiyə 

düşdülər... Yatağımın altı boşa getdi. Bir anlığa göydə qaldım. 

Güzgü divardan üzüqoylu yerə düşdü. Dam-daşın ağacları cı-

rıltıya düşdü. Pişik çımxırdı. Dik yerimdən sıçradım. Həyətdə 

qaça-qaç düşdü. Pəncərədən həyətə qaçdım... Əllərimi başıma 

sıxaraq divarın bucağına sığındım... Qarıdan bir səs çıxmadı. 

Otağı sönük idi. Qap-qaranlıq!.. Həyət bomboşdu...

* * *

...Gözlərində heç nə anlamaq olmurdu. Bomboş, quru, 



soyuq!.. Qarıdan, beynimdə  əbədiyyətə qovuşan  şəkil, gün-

dəki gündə gördüyüm Lehistan səndəli. Uzun çəlik.  Əlləri 

çəlik başına qıfıllanmış. Çənəsi çəliyə söykənmiş... Gözləri 

həyət qapısına dikilmiş idi. Kirpik çalmadan nəsə yol gözlə-

yirdi. Bəlli deyilidi. İki il tas-tamam idi, qapını döyən yox 

idi. Gözləri gahdan sərirdi... Özünə aid özəl vaxt ayırmışdı 

güzgüyə baxmağa. Zaman aşırımı adətləri  əlimə  gəlmişdi. 

Günəş  təpəm üstə mil dayananda, günü dəqiq yarı böləndə, 

qarı  dəhlizdən otağına keçib güzgünü çevirib baxırdı. Özü 

ilə gülüşüb, sürmələnib mızıldayırdı. Güzgünün üzün divara 

çevirib qayıdırdı. Səndəl üstə oturub qapıya baxıb dalırdı... 

Bu anlarda gözlərinə baxmaqdan üşünürdüm. Soyuqluğu

ürəyimin qızmarın almış, quruluğu da dilimin suyun alırdı. 

Dişlərim qıfıllanıb quru püskürtüyə düşürdüm.  İki qat olub 

əllərim qarnımda, dizlərimə çala-çala, gözlərim püskürtüdən 

yaşa dolurdu. Şaqqah çəkib gülürdüm!.. Bu anlarda qarıdan 

çəkinirdim. Daha doğrusu, günün üçdə ikisi belə durumda idi. 



514

Valeh Şiri

Həyətə çıxanda gözlərimi gözlərindən qaçırırdım. Ayaqyolu-

na gedəndə dəhlizin ağzından keçməyə məcbur idim. Əlimi 

gözlərimə qənşər edirdim. Olmasın ki, gözlərim gözlərin sez-

sin. Hər nə olmasa da gözlər bir-birinə sataşanda tanış olub 

əski əhvalatlarını bir-birindən yoxlayırlar... Mən də bunun da-

dını bir yol dadmışdım. Bu mənə nəfəsim var ikən yetər idi...

Axşam çağı idi. Günəşin darıxmış çağları. Otaqda un qovu-

rub halva çalırdım. Ağac qaşıq əlimdə, ləyən dolusu una şəkər 

qarışdırırdım. Birdən qaşıq əlimdə qıvrılıb tova düşdü. Qaşıq 

əlimdən çıxmış ləyəndə gəzirdi. Şaşırıb ağzım yarım açıq, göz-

lərim ləyəndə qurudu. Həndəvərimə baxmağa qadir deyildim. 

Udqunan yerdə birisi əlimdən yapışdı. Qaşıq dayandı. Başımı 

qaldıranda, qarı idi. Çəlik əlində başım üstə dayanmış idi. 

Özümdən getmiş, haçan durdum bilmədim. Qaranlıq çök-

müşdü. Qarı  pəncərənin qənşərində oturmuş,  əli ilə halvanı 

göstərdi. Anlatdı ki, halva yeməyə oturacaq. Ləyəni qoydum 

ortaya. Həyət qımrıqlaşdı. Bir kimsə gözə görünmədən, səs, pı-

çıltı həyəti ağzına almışdı. Qarı ilə üz-üzə oturmuşdum. Cınqı-

rım çıxmadan. Tərpənmədən. Qarı bir əli ləyəndə halvadan ba-

yıra tolazlayırdı. Dayanmadan əli tova düşürdü. Tova düşdükcə 

də həyətdən pıçıltılar kəsilirdi. Səs kəsildi. Qarı durdu. Qıçların 

çəkə-çəkə dəhlizinə doğru yönəldi... Ləyəndə yalnız bir nəfərin 

payını saxlamışdı... Ayağa qalxanda şalvarım islanmışdı...

* * *

...Qat-qat istəmişdim bu evdən gedim. Bu gün, sabah iki 



ilə uzanmışdı. Nə az, nə çox. Düz iki il. Nə isə əl-ayağımın 

suyu alınmışdı.  Əlim işə getmirdi... Xərc yerdə idi. İşləmə-

li idim... Sərgim  yaxınlaşırdı. Qırx tərh sahmanlamalı idim. 

Düz qırx tərh. Sözsüz-sovsuz!.. Hər gün günəş  pəncərədən 

içəri boylananda yuxudan ayılırdım. Palet  üstə  rənglərimi 

yenidən düzürdüm... Nədənsə əlim işə getmirdi... Günəş sa-

çırdı. Qarı dəhlizdə kölgədə əsnəyib gözlərin dalana dikirdi, 



Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə