Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə42/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   38   39   40   41   42   43   44   45   ...   159

137

İntiqam dəstəsi

üç dənə qollu-budaqlı qarağac yan-yana tikilən bir neçə kənd 

dükanını və kənd məscidini öz qalın kölgələrinin altına almış-

dı. Bu dükan ların və  məscidin qarşısındakı kiçik meydança 

demək olar ki, kəndin bazarı və mərkəzi sayılırdı. Bu ağacla-

rın dibində bir skamya enində tikilmiş uzun daş səkilərin üstü 

bir dəqiqə də olsun boş qalmazdı. Kəndlilər bu səkilərdə otu-

rub cürbəcür söhbətlərə məşğul olduqları kimi, kəndə gələn 

dərvişlər də öz mərəkələrini burada qurardılar. Kənd dəlləyi 

öz müştərilərini hə min  səkinin üstündə oturdub, sarı bürünc 

camını Sükkar arxın dan doldurduqdan sonra onların başlarını 

həmin su ilə isladıb qırxmağa başlar, qurtaranda isə tük ilə 

dolu olan qırmızı fi təsini də həmin arxa çırpardı. Dişləri ağrı-

yan adamların da dişləri bura daca çəkilərdi. Kəndin sınıqçısı 

qol-qıçı çıxan adamların qol-qıçını burada yerinə salar və ya 

nova qoyub bağlardı. Müxtəsər kəlam kəndin tamam işləri bu-

rada əncam tapardı. Dövlət və ər bab  əmrlərini də gizir Vəli 

burada xalqın qulağına çatdırardı. Bu meydançada dörd nəfər 

hər şeyi satıb və hər zad alan dükandan başqa bir də bir çayçı 

dükanı var idi. Bu dükanın sahibi Kər bə layı Səməd çay, piti, 

yağ, yumurta, çörək satdığı kimi, bəzən davardan, maldan da 

kəsib dükanının qabağındakı qara ğa cın budaqlarından asıb 

satardı. Kərbəlayı Səməd də öz qon şuları kimi bir işə baxmaz, 

çayçı olduğu halda qəssablıq da edərdi. Kər bəlayı  Səmədin 

çayı  həmişə gün çıxmazdan  əvvəl hazır ol du ğu kimi, onun 

kəsdiyi keçilərin şaqqaları da lap tezdən qa ra ğacın budağın-

dan asılmış olardı.

Kərbəlayı Səmədin evi də dükanının dalında idi. O, dünən 

müştərisi az olduğu üçün gecə  həmişəkindən tez dükanını 

bağla yaraq  qəhvəxanasının damına çıxıb yatmışdı. Kərbəlayı 

Səməd hələ şirin yuxuda idi ki, məscid damında yatan azançı 

Seyidin sə sini  eşidib yuxudan oyandı. Seyidin onu yuxudan 

oyatması sə bəbsiz deyil idi. Kərbəlayı ilə azançı Seyid öz ara-

larında qərar qoy muşdular ki, onlardan hər hansı biri yuxudan 




138

Pənahi Makulu

tez oyanarsa digərini də oyatsın. Buna görə  də Seyid çağı-

rıb Kərbəlayını oyat mışdı. Bunlar hər ikisi də Sükkar arxında 

dəstəmaz alandan son ra Kərbəlayı  tələsik namazını  qılıb öz 

işinə məşğul olardı, azançı da azan deməyə başlardı.

Bu gün Kərbəlayı namazı qurtarar-qurtarmaz, dünən 

alıb hə yətə bağladığı ala keçini kəsməyə hazırlaşdı. O, keçi-

ni arxın qırağına çəkdi, azanını qurtarıb damdan aşağı enən 

azançının köməyi ilə  kəsdi. Onu üfl əyərək qarnına bir-iki 

yumruq vurduq dan sonra soymağa başladı. Bu zaman kənd-

lilər də yavaş-yavaş yuxudan oyanıb mal-qaranı çölə buraxır-

dılar. Kərbəlayı keçini yerdə soyub qurtardıqdan sonra onun 

içalatını çıxardı və özünü şaqqalamaq üçün azançı Seyid ilə 

birlikdə arxın başından götü rüb zıqqana-zıqqana qarağacın al-

tına gətirdilər. Qarağacın altın da “ya allah” deyib, özlərinə bir 

dəfə dəxi güc verdikdən sonra, keçini budaqdan asılan dəmir 

çəngələ tərəf qaldırdıqları zaman, nəhəng əjdaha üstünə ayaq 

basan adam kimi hər ikisi birdən dəh şətlə geri çəkilərək qey-

ri-təbii səslə qışqırdı. Bu zaman keçi nin də cəmdəyi əllərin-

dən yerə düşüb torpağa bulandı. Onların gözləri bərəlib dilləri 

kəkələyirdi. Rəngləri ağappaq ağarmışdı. Heç biri ayaq üstə 

dayana bilmirdi. Azançı Seyid vücudca zəif olmasına baxma-

yaraq görünür ki, Kərbəlayıdan cəsarətli idi. O, Kərbəlayıdan 

əvvəl özünə  gəlib “ay havar!” – deyə  kəndə  qış qı rıq saldı. 

Kənd evlərindən çıxan arvad və kişi havarçıya tərəf qaçıb gəl-

dilər. Adamların bir-biri ardınca həyəcan və  təşvişlə bu raya 

yüyürmələrinə baxmayaraq Seyid “ay havar!” – deyə bağırır, 

camaatı yığıb buraya tökürdü.

Bu gün kəndxuda Bağır bəy dəxi gündəkindən əvvəl yu-

xu dan  durmuşdu. O, Vəli kişi ilə birlikdə Səməd bəyin atını 

ra hat ladı, sonra da özü üçün layiqli bir səhər yeməyi hazır-

lamağa məş ğul oldu. Azançının bağırtısını onlar da eşitdilər. 

Bu bağır tıdan Səməd yuxudan kal oyanıb boğçadakı üzünü 

göstərməsin deyə azançının harayını  kəsmək üçün hər ikisi 




139

İntiqam dəstəsi

kəndin mərkəzi sayılan qarağaclara tərəf yüyürməyə başladı. 

Bu zaman orada böyük bir izdiham var idi. Hamı qışqırır, ağız 

deyəni qulaq eşit mirdi. Camaat bir-birini sıxışdırıb qabağa 

keçmək istəyirdisə də, lakin bu heç kəsə mümkün olmurdu. 

Kəndxuda ilə gizir hələ uzaqda ikən ora toplaşan camaatdan 

kimsə onları görüb dedi:

– Budur, kəndxuda özü gəldi, indi hər şey aydınlaşar.

Bu vaxt tamam nəzərlər kəndxudaya tərəf çevrildi və 

hamı bir səs ilə dedi:

– Qoyun keçsin qabağa, bəlkə o tanıya bildi.

Bir-birinə gəyişərək vahid kütlə şəklini almış olan cama-

at bir an yerindən tərpənib geriyə çəkildi. Kəndxuda və gizir 

Vəli camaat arasında açılan dar yol ilə  Kərbəlayı  Səmədin 

gündə ət asıb satdığı qarağaca tərəf irəlilədilər. Damdan-dama 

addımla yaraq  məscid damına yığılan qadınların da miqdarı 

diqiqəbə də qiqə artmaqda idi. Hələ bəzi nazik qəlblilərin hə-

zin-həzin ağla maları da eşidilirdi. Bağır bəy və Vəli kişi qara-

ğacın dibinə ye tişər-yetişməz hər ikisi özlərini saxlaya bilmə-

yib gördükləri dəh şətli mənzərədən bir addım geri çəkildilər 

və heyrət içərisində yerlərində donub qaldılar.

Doğrudan da, gördükləri mənzərə olduqca dəhşətli və 

qor xunc  idi.  Qarağac budağından xırxıracı kəsilmiş bir adam 

ayaq larından dəlinərək təpəsi üstə asılmış idi. Adamın üzünün 

və dö şünün ətlərinin getməsindən onun üzü üstə sürükləndiyi 

anlaşı lırdı. Cəsədin boynundan asılan ipə bir kağız dəxi dəlib 

keçir miş dilər. Bu kağızın üzərində yazılan bir neçə söz nəzəri 

cəlb etməkdə idi. Lakin bura toplaşan bu qədər camaat arasın-

da bir nə fər də savadlı yox idi ki, həmin kağızı oxumaqla bu 

sirli ha disəni kəşf etsin. Kənddə bir qədər azsavadlı cavanlar-

dan var idisə, onlar da demokrat fi rqəsinə yazıldıqları və ya 

fədai olduq ları üçün tutulub həbs edilmişdi. Kəndin mollası 

da təsadüfən başqa kəndə gedib hənuz kəndə dönməmişdi. 

Kənd camaatını hər şeydən artıq maraqlandıran məsələ öldü-




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə