Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə43/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   39   40   41   42   43   44   45   46   ...   159

140

Pənahi Makulu

rülən adamın kim olması idi. Bu adamın kənd əhalisindən ol-

madığı məlum idi. Çünki kənd camaatı hamısı öz yerində idi. 

Bu hər kəs isə kəndin kənarında öldürülüb sürütlənə-sürütlənə 

bura gətirilmişdi. Hamı bu sirrin kəndxuda tərəfi ndən həll olu-

nacağına xatircəm idi. Kəndxudanı da aciz gördükdə xalqın 

şaşqınlığı və həyəcanı daha da artırdı.

Bir o qədər çəkmədi ki, kəndxudanın  əmri ilə  cənazə 

ağac dan endirilib məscidə aparıldı. Bu qəribə hadisəni Səməd 

bəyə  xəbər vermək və bu işin açılmasında onun təcrübə  və 

bili yindən istifadə etmək niyyəti ilə  kəndxuda bu müdhiş 

mənzərə ilə birinci dəfə qarşılaşan azançı Seyid ilə Kərbəlayı 

Səmədi də özü ilə bərabər götürüb evinə tərəf yollandı. Onlar 

həyətə daxil olan zaman orada hələ də böyük bir sükut hökm-

fərma idi. Bu, Bağır bəyin xeyli şadlanmasına səbəb oldu, o 

inandı ki, kənddəki hay-küy Səməd bəyə gəlib çatmayıb və o, 

rahatca öz şirin yuxu sunu yatmaqdadır. Həyətdəki tutun dibin-

də qonaqlar ilə birlikdə oturduqdan sonra, Bağır bəy Səməd 

bəyin atına bir dəfə də baş çəkmək üçün Vəli kişini tövləyə 

göndərdi. Bağır bəy arvadı Qön çə xala ilə oğlu Xudamurada 

səhər yeməyi haqqında yenə  bəzi tapşırıqlar verdiyi zaman 

Vəli kişi də tövlədən qayıdıb on ların yanına gəldi.

Bağır bəy qonaqları ilə asta-asta söhbət edərək Səməd bə-

yin yuxudan oyanmasını gözləyirdi. O, Kərbəlayı  Səmədin 

çox təşvişdə olduğunu görüb ondan bunun səbəbini soruşmaq 

istə disə, ancaq bu fi krindən vaz keçib heç nə soruşmadı. Kər-

bəlayı Səmədin narahat olması əbəs deyildi.

Bu iş azançının o qədər vecinə gəlməsə də, bədbəxt Kər-

bə layı  Səməd bu işdən ona böyük sədəmələr toxunacağına 

şübhə etmirdi. O bilirdi ki, bəhanə axtaran jandramlar üçün 

onun cən gəlindən asılan ölüdən böyük bəhanə ola bilməz. 

Buna görə də başını aşağı dikib fi kir dəryasına qərq olmuşdu. 

Demək olar ki, bu vaxt nə Bağır bəy, nə də onun qonaqları heç 

bir kəlmə  də danışmırdılar. Hər kəs öz daxili düşüncələrinə 




141

İntiqam dəstəsi

dalmış, öz aləmi ilə məşğul idi. Elə bu zaman həyət qapısının 

cırıltı ilə açılması hər üçünün də nəzərini cəlb etdi. Gələn Qu-

lamverdi kişinin iyir mi yaşlı oğlu Əlimərdan idi. Bağır bəygi-

li tutun altında görüncə Əlimərdan da onların yanına gəldi. O, 

kənd cavanlarına məxsus ədəb və hörmətlə salam verib cavab 

aldıqdan sonra Bağır bəyin icazəsilə  məclisin aşağı başında 

oturdu.


Bağır bəy Əlimərdanın alnında üstünə yağlı qara basılan 

yara yerini görüncə, onu qəribə bir xəyalat götürdü. Nə təhər 

ol sa, o yaşlı bir kəndxuda idi, bu cür işlərdən çox görüb-gö-

türmüş idi. Əlimərdanın üzündə yara yerinin olması, özünün 

də bu tez likdə onun evinə gəlməsi Bağır bəydə bir şübhə do-

ğurdu, o fi k rində Əlimərdanı bu sirli qətl ilə əlaqələndirməyə 

başladı. O yə qin edirdi ki, Əlimərdan bu xüsusda bir izahat 

verməsə də, müt ləq bu işdən xəbərsiz deyil. Buna görə də o, 

yoğun xınalı bığ larını iki barmağının arasına alaraq tumarla-

yandan sonra üzünü Əlimərdana tutub soruşdu:

– Alnın nə üçün yaralanıbdır?

Əlimərdan fövqəladə bir sadəlik və soyuqqanlılıqla əlini 

yarasına aparıb gülümsəyərək cavab verdi:

– Elə mən ondan ötrü bu səhər vaxtı xidmətinizə gəlmi şəm.

Şübhəsinin doğruluğuna daha çox inanan Bağır bəy Əli-

mər danı tələsdirdi:

– Tez de görüm oranı kim yaralayıb?

Əlimərdan yenə də həmin sakitliklə:

– Bəli, mən elə bu işdən ötrü xidmətinizə gəlmişəm, əlbət-

tə ki, tamam əhvalatı bütün təfsilatı ilə ərz edəcəyəm.

Səməd bəy yuxudan durana kimi Bağır bəy bu sirli qətlin 

təfsilatını Əlimərdandan öyrənəcəyinə ümid edib sevindi. O, 

və kil başının yanında özünün layiqli bir kəndxuda olduğunu, 

bu cür cinayətləri kəşf etməyi bacardığını göstərə biləcəkdi. 

Bu isə Bağır bəy üçün az şey deyildi. Çünki jandarm vəkilbaşı 

Səməd bəy və onun rəisləri milli hökumət yıxılandan sonra 




142

Pənahi Makulu

əhalidən heç kəsə inanmır və özlərinə yaxın bildikləri kənd-

xu daların belə ço xuna şübhə ilə yanaşırdılar. Bağır bəy indi 

belə bir işin kəşfi ndə qoçaqlıq göstərməklə Səməd bəyin eti-

madını qazana bilərdi ki, bu da ona başını birtəhər girləməyə 

imkan vermiş olardı. O, ye rində diklənib oturdu və qulaqlarını 

şəkləyib böyük acgözlük ilə Əlimərdanın sözlərini eşitməyə 

hazır olduğunu göstərdi. Bu za man Əlimərdan sözə başlayıb 

alnının yaralanmasının səbəblərini belə nağıl etdi:

– Dünən səhər dəllək Kərbəlayı  Məhərrəm atamın xəs-

təliyi ni  müayinə edəndən sonra beş dənə səna-məki həbi tapıb 

atma sını  məsləhət gördü. Mən burada Kərbəlayı  Qəzənfər, 

Məşədi Həsən, Əliyar kişi, Hacı Qənbərin dükanlarına bax-

dım, həmin həblərdən yox idi, hətta Hacı Qənbər özündə olan 

başqa bir həbi həmin səna-məki həbinin əvəzinə atmasını ata-

ma məsləhət gör düsə  də, atam: “Mən Kərbəlayı  Məhərrəm 

kişinin davasından sa vayı başqa adamın davasını yemərəm” 

– deyə üstümə qışqırdı. Nəhayət, mən də cibimə bir tümən pul 

qoyub həmin həblərdən almaq üçün Şot kəndinə yola düşdüm. 

Sallı gədiyə təzəcə yetişmişdim ki, o dar döngənin yanında-

kı qırmızı daşın dibindən endiyim zaman nə təhər oldusa da, 

ayağım büdrədi, üzü üstə yerə yıxıldım. Əgər əllərimi qabağa 

verməsəydim, tamam sir-sifətim parçalanacaq idi. Amma al-

laha şükür yenə də yaxşı qur tardım, ancaq alnım yaralandı və 

qan axıb üz-gözümü boyadı.

Əlimərdanın söhbəti yalnız Bağır bəyi deyil, azançı Seyid 

ilə Kərbəlayı Səmədi də yaman maraqlandırmışdı. Çünki hər 

üçü də böyük bir həvəslə onun sərgüzəştinə qulaq asırdılar. 

Onlar Əli mərdanın söhbətinin mütləq qətl əhvalatı ilə qurtara-

cağını səbrsizlik ilə gözləyirdilər. Onların bu cür maraqla qu-

laq asdığı nı görən Əlimərdan duruxmadan öz söhbətinə daha 

həvəslə da vam etdi:

– Mən, alnımın yaralanıb qanının üz-gözümü boyamasına 

o qədər də əhəmiyyət verməyərək öz yoluma davam etdim. 




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə