150
Pənahi Makulu
xuda ilə gizir Vəli özlərini büsbütün itirmişdilər, nə edib nə
qayıra caqlarını tamamilə unutmuşdular.
Bu zaman kəndin mollası qayıdıb gəlmişdi. Hadisəni eşi-
dər-eşitməz birbaş özünü kəndxudanın evinə yetirdi. Camaat-
dan kim isə onu görərək ucadan səslənib dedi:
– Baba, hələ ölənin boğazından asılan kağızı gətirin Mol-
la Yusif oxusun, görək nə yazılıbdır.
Kəndxuda və başqa ağsaqqallar da bu fi kri təsdiq etdilər.
Gizir Vəli ilə bir başqa adam məsciddə uzadılan ölünün boğa-
zından asılan kağızı gətirmək üçün oraya qaçdılar. Zeynəb ar-
vad ilə jandarm Mustafa isə özlərini kəndxudadan min dəfə
artıq iti rib yumurtası tərsə gələn toyuq kimi o yan bu yana
vurnu xur dular. Onlar bir yerdə qərar tuta bilməyib həyət-ba-
canı dolanır, başlarına nə gələcəyini bilmirdilər.
Altı nəfər demokratın zindandan qaçıb intiqam dəstəsi
təş kil verməklərindən tamamilə xəbərsiz olan kəndlilər bu cür
sirli bir hadisə ilə üzbəüz gəldikdə təəccüblərini gizlədə bil-
mirdilər. O qədər çəkmədi ki, gizir Vəli ilə birlikdə kağızın
dalınca gedən adam qayıdıb gəldilər və ölünün boğazından
götürdükləri kağızı mollaya verdilər. Kağızda belə yazılmışdı:
“Xalqın azadlığına, dilinə, namusuna toxunan xainlərin
hamısı bu cür cəzalanacaqdır. İntiqam dəstəsi”.
Kağızın altında qoyulan bu imza kəndliləri hamıdan ar-
tıq təəccübləndirdi. Bu intiqam dəstəsinin kimlərdən ibarət
olduğu nu kəndxuda, Mustafa, Zeynəb bilsələr də, onlarda elə
hövsələ yox idi ki, bu dəstənin kimlərdən təşkil tapdığını və
nə istə diklərini, bu neçə günün içində nə cür işlərdən çıxıb, nə
qədər jandarm və azadlıq düşmənlərini öldürdüklərini kənd-
lilər üçün danışıb izah etsinlər.
Artıq həmin çəngəldən asılan cəsədin Səməd bəy olduğu
hamıya məlum olduğu kimi, indi qatillərin həyət-bacaya tama-
milə bələd olduqları, Bağır bəyin evinin dalındakı bağçadan
dama çıxıb Səməd bəyi səssiz olaraq öz yatağında boğduqdan
151
İntiqam dəstəsi
sonra onu üzü üstə sürüyə-sürüyə aparıb qarağacdan asdıq-
ları aydın laş mışdı. Kəndxudanın evi, həyət qapısının ağzına
kimi arvad-uşaqla dolmuşdu. Hər ağızdan bir avaz gəlir, hərə
öz fi krini və mülahizələrini bir növ izah eləyirdi. Həmin bu
vaxtda on beş nə fər atlının atlarını çapa-çapa gəlib kəndxuda-
nın evini mühasirə etdiklərini birinci növbədə qapı qabağına
yığılan camaat gördü, atlıların görünməsi ilə camaatdan qıy
səsinin ucalması bir oldu. Bir az sonra evin mühasirəyə alın-
dığını həyətdəkilər də bildilər.
Tüfənglilər: “Kimsə yerindən tərpənməsin!” – deyə ca-
ma atı təhdid etdilər. Bu gözlənilməz hücumun mənasını an-
lamayan camaat o qədər heyrət içərisində idi ki, heç kəsdə,
doğrudan da, yerindən tərpənmək iqtidarı yox idi. Hamı ol-
duğu yerdə donub qalmışdı. Atlılardan bir neçə nəfər yerə
enib camaata tərəf irəli ləməyə başladı. Camaatın heyrəti bir
an içərisində sevincə çev rildi. Onlar Qarazəmi komitə katibi
Mir Heydəri, Moxur komitə katibi Əşrəfi və bir neçə nəfər
başqa yoldaşları görərkən içərində olduqları mühiti bir anlı-
ğa olsa da unudaraq özlərini sevdikləri və indi də arzusunu
çəkdikləri milli hökumət dövründə hiss et dilər. Bunun üçün
də hər kəs dalı çəkilib zindanda bildikləri yoldaşlarına səmi-
mi bir hörmət və məhəbbət ilə yol açdı. Onlar camaat arasına
keçdikcə xalq onların üzlərinə gülüb salam verir dilər. Qadın-
lardan bəzisi əlini torpağa vurub üzünə çəkərək onla rı azad
gördüklərinə görə allaha şükür edirdilər. Bunlardan iki nəfəri,
yəni Əşrəf ilə Mir Heydər fövqəladə soyuqqanlılıq ilə camaa-
ta əleykəssalam deyə-deyə və bəzilərinin kefi ni xəbər ala-ala
aralıqda açılan dar yoldan keçib Bağır bəyin həyətinə daxil
olduqdan sonra düz ağsaqqallar oturan yerə getdilər. Bunla-
rın da lınca yeriyən cavan oğlanı kənd camaatından bir nəfər
də ol sun tanıya bilməmişdi. Mir Heydər ilə Əşrəfi n həyətə
girdiyini görüb özünü camaat arasında gizlətmək istəyən
jandarm Mustafa arzusuna müvəffəq ola bilmədi. Bir ildən
152
Pənahi Makulu
yuxarı həbs də qalan bu iki nəfərin gözləri alıcı bir tərlanın iti
gözü kimi bunları seçdi. Mir Heydər hənuz sözə başlayaraq
öz məqsədlərindən Təzəkənd əhalisini xəbərdar etməmişdi ki,
Əşrəf jandarm gizləndiyi tərəfə dönərək onun qulağından tu-
tub camaat arasına gətirdi və:
– Niyə tülkü kimi gizlənirsən? – dedi, – Söylə, yoldaşın
ha radadır?
Əşrəf jandarmın yalvarmasına baxmayaraq yanında du-
ran cavana tərəf dönərək dedi:
– Toqay bacı, bu xain və bişərəfi təhvil ver uşaqlara.
Əşrəfi n məzkur cavanı Toqay bacı deyə çağırmasını görən
kənd adamları, xüsusən qadınlar bunun mərhum Əzizin arva-
dı Toqay olduğunu və öz əhdinə vəfa edərək əri Əzizin inti-
qamını almaq üçün qiyam etdiyini anladılar. Toqay jandarmı
bayırda du ran yoldaşlarına təhvil verib geri döndüyü zaman
Bağır bəyin hə yətindən özünü küçəyə atan ala çadralı bir qa-
dınla qarşılaşdı. Bu qadının Zeynəb olduğuna heç bir şübhə
yox idi. Buna görə də əlindəki balaca bir tüfəngin lüləsini
qadının kürəyinə dayayıb dedi:
– Daha qurtara bilməzsən!
Toqay, “Məni bağışla”, – deyə onun ayaqlarına yıxılan
qa dına məğrur-məğrur baxıb gülümsəyərək dedi:
– İntiqam dəstəsinin qətnaməsinə görə, xainlər kim olur
ol sun, öz cəzalarına çatdırılacaqlar.
Toqayın bu sözündən sonra kənarda duran tüfənglilərdən
biri qabağa gəldi, qadının qışqırıb yalvarmasına baxmayaraq
onu da arxada duran yoldaşlarının yanına apardı.
Bu zaman Mir Heydər uca bir yerdə durub, əvvəl özləri-
nin nə cür qaçdırlarını, bu az müddətin içərisində jandarmlar
və baş qa azadlıq düşmənlərindən necə intiqam aldıqlarından
müxtəsər bir surətdə danışdıqdan sonra kəndliləri zülm əley-
hinə birləşmə yə dəvət etdi, yaxın gələcəkdə milli hökumətin
daha əsaslı, daha möhkəm bir surətdə təşkil tapacağı ətrafında
Dostları ilə paylaş: |