158
Həbib Sahir
Axundun içərisi bir neçə gözə bölünmüş yekə bir sandığı
da vardı. O, kəllə qəndləri, girvənkə çayları bir gözə, yemişlə-
ri bir gözə, xələtləri də başqa bir gözə yığardı.
* * *
Təzə il bayramı idi. Bayramdan sonra axund birdən-birə
xoşgüləş və mehriban olmuşdu. Artıq uşaqları fələqqəyə bağ-
la mırdı, söymürdü. Çünki çarşablı xanım hər gün göyərçin
kimi axundun pəncərəsinə qonurdu.
Bir gün məktəbdən qaçıb Sahibəmir meydanında lotu
İb rahi min ayı oynatmasına tamaşaya getdim. O, meydanda
mərəkə qurmuşdu. Ayının əlinə dəyənək vermişdi, ayaq üstə
oynada-oy nada avazla oxuyurdu:
Ləl lə ləla, ləl ləli,
Dusyə ləla, ləl ləli.
Yeri, yeri, çoban, yeri,
Dağları dolan, yeri.
Ayı isə meydanda yanlarını basa-basa gəzişir və tamaşa-
çılara diş qıcırdırdı. Lotu İbrahim öz sənətkarlığı ilə tamaşa-
çıları həm heyrətləndirir, həm də güldürürdü. O, gahdan bir
gözbağ lıcılıq da edirdi, bir yetim uşağı torba üstə oturtdurub
“qıd-qıd” edə-edə onun dövrəsinə dolanır və yumurtladırdı.
Lotu İbrahimin öz dilimizdə oxuduğu qoşmalar yağ kimi
döşümə yayılırdı. Amma axundun dilini anlamırdım.
Əgər soruşsanız ki, hansının “dərsi” faydalıdır? Deyər-
dim:
– Lotu İbrahimin!
159
Leyla
LEYLA
Yayın ən gözəl və aydın günlərindən biri idi. Qəranqu ça-
yının duru suları Bulaq otunun saçaqlarını və ətirli yarpızları
yalaya-yalaya Miyanaya sarı axırdı. Qoşunun ilxılarını yalnız
dağ ətəklərindəki çəmənliklərdə deyil, kəndin meşəliklərin-
də də otladırdılar. Nəsimin xəfi f nəfəsi və günəşin hərarətilə
yarpaq lanıb yaşıl örtüyə bürünən cavan ağaclar bir həftə için-
də çılpaq laşardılar. Kəndlilərin zəhmətilə göyərib sünbülləşən
zəmilər də atların ayağı altında paymal olardı. İlxını qoruyan
bir sürü əs gərin başçısı sərvan
1
rütbəli, yaraşıqlı bir cavan idi.
Gözlərindən biclik yağırdı, sağlam dişləri par-par parıldayır-
dı. Bilmirdin ki, gülür, yoxsa köpək kimi diş qıcırdır. İlxıçılar
kənd əhalisilə birlikdə obaları da bir parça çörəyə və bir kasa
ayrana möhtac qoymuşdular...
Kəndin təzə gəlinləri və qızları bulağa gedərkən meşənin
qırağından süzülə-süzülə keçərdilər. Çünki əsgərlərdən qorxur-
dular. Lakin kəndin gözəli Leyla heç də ilxı adamlarından
çəkin məzdi. O, məğrur və cəsarətli idi. Çıxıq yanaqlar, qıyıq,
cazibəli gözlər onun türkmən simasına xüsusi gözəllik gətirir-
di. Sərvan ona göz dikmişdi. Marağadan gələn bəylər, obadakı
cavanlar, dağda-daşda qoyun otaranların hamısı bu bəstəboy
gözələ aşiq olmuşdu. Lakin Leyla yalnız birinə könül vermişdi,
adaxlan mışdı. Anası payızı gözləyirdi ki, qızını köçürsün.
Qaranlıq gecələrdən birində at ayaqlarının xofulu tappıl-
tıları, köpəklərin hürüşməsi, tükürpədici qadın havarı biri-bir-
nə qarışdı. Havar təpən Leylanın dul anası idi.
O, çığıra-çığıra deyirdi:
– Amandı, qonşular, ey adamlar, gəlin, dadıma çatın, gö-
zü mün işığı bir dənə qızımı qaçırtdılar.
1
kapitan
160
Həbib Sahir
Bütün kənd, arvadlı-kişili, uşaqlı-böyüklü eşiyə ağnaşıb
dağ-daşı, çöl-meşəni, çay-çəməni axtardılar, obaları gəzdilər,
am ma Leylanı tapmadılar. Gün çırtlayıb dağların başından
boy la nanda çiynində kuzə çaydan gələn qızcığaz camaata
dedi:
– Leylanı gördüm, çay qırağında yerə sərilib, Sərvan da
onun yanında uzanıb.
Hamı qız deyən yerə axışdı. Leylanın rəngi gömgöy gö-
yər mişdi, gözləri qapanmışdı, onu kimsə boğmuşdu. Sərvanın
açıq qalmış gözləri göyə zillənmişdi, bağrına sancılmış xən-
cərin yerindən axan qan mundirini islatmışdı.