Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə48/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   44   45   46   47   48   49   50   51   ...   159

158

Həbib Sahir

Axundun içərisi bir neçə gözə bölünmüş yekə bir sandığı 

da vardı. O, kəllə qəndləri, girvənkə çayları bir gözə, yemişlə-

ri bir gözə, xələtləri də başqa bir gözə yığardı.

* * *

Təzə il bayramı idi. Bayramdan sonra axund birdən-birə 



xoşgüləş və mehriban olmuşdu. Artıq uşaqları fələqqəyə bağ-

la mırdı, söymürdü. Çünki çarşablı xanım hər gün göyərçin 

kimi axundun pəncərəsinə qonurdu.

Bir gün məktəbdən qaçıb Sahibəmir meydanında lotu 

İb   rahi min  ayı oynatmasına tamaşaya getdim. O, meydanda 

mərəkə qurmuşdu. Ayının əlinə dəyənək vermişdi, ayaq üstə 

oynada-oy nada avazla oxuyurdu:

Ləl lə ləla, ləl ləli,

Dusyə ləla, ləl ləli.

Yeri, yeri, çoban, yeri,

Dağları dolan, yeri.

Ayı isə meydanda yanlarını basa-basa gəzişir və tamaşa-

çılara diş qıcırdırdı. Lotu İbrahim öz sənətkarlığı ilə tamaşa-

çıları həm heyrətləndirir, həm də güldürürdü. O, gahdan bir 

gözbağ lıcılıq da edirdi, bir yetim uşağı torba üstə oturtdurub 

“qıd-qıd” edə-edə onun dövrəsinə dolanır və yumurtladırdı.

Lotu İbrahimin öz dilimizdə oxuduğu qoşmalar yağ kimi 

döşümə yayılırdı. Amma axundun dilini anlamırdım.

Əgər soruşsanız ki, hansının “dərsi” faydalıdır? Deyər-

dim:


– Lotu İbrahimin!


159

Leyla

LEYLA

Yayın ən gözəl və aydın günlərindən biri idi. Qəranqu ça-

yının duru suları Bulaq otunun saçaqlarını və ətirli yarpızları 

yalaya-yalaya Miyanaya sarı axırdı. Qoşunun ilxılarını yalnız 

dağ  ətəklərindəki çəmənliklərdə deyil, kəndin meşəliklərin-

də də otladırdılar. Nəsimin xəfi f nəfəsi və günəşin hərarətilə 

yarpaq lanıb yaşıl örtüyə bürünən cavan ağaclar bir həftə için-

də çılpaq laşardılar. Kəndlilərin zəhmətilə göyərib sünbülləşən 

zəmilər də atların ayağı altında paymal olardı. İlxını qoruyan 

bir sürü əs gərin başçısı sərvan

1

 rütbəli, yaraşıqlı bir cavan idi. 



Gözlərindən biclik yağırdı, sağlam dişləri par-par parıldayır-

dı. Bilmirdin ki, gülür, yoxsa köpək kimi diş qıcırdır. İlxıçılar 

kənd əhalisilə birlikdə obaları da bir parça çörəyə və bir kasa 

ayrana möhtac qoymuşdular...

Kəndin təzə gəlinləri və qızları bulağa gedərkən meşənin 

qırağından süzülə-süzülə keçərdilər. Çünki əsgərlərdən qorxur-

dular. Lakin kəndin gözəli Leyla heç də ilxı adamlarından 

çəkin məzdi. O, məğrur və cəsarətli idi. Çıxıq yanaqlar, qıyıq, 

cazibəli gözlər onun türkmən simasına xüsusi gözəllik gətirir-

di. Sərvan ona göz dikmişdi. Marağadan gələn bəylər, obadakı 

cavanlar, dağda-daşda qoyun otaranların hamısı bu bəstəboy 

gözələ aşiq olmuşdu. Lakin Leyla yalnız birinə könül vermişdi, 

adaxlan mışdı. Anası payızı gözləyirdi ki, qızını köçürsün.

Qaranlıq gecələrdən birində at ayaqlarının xofulu tappıl-

tıları, köpəklərin hürüşməsi, tükürpədici qadın havarı biri-bir-

nə qarışdı. Havar təpən Leylanın dul anası idi.

O, çığıra-çığıra deyirdi:

– Amandı, qonşular, ey adamlar, gəlin, dadıma çatın, gö-

zü mün  işığı bir dənə qızımı qaçırtdılar.

1

 kapitan




160

Həbib Sahir

Bütün kənd, arvadlı-kişili, uşaqlı-böyüklü eşiyə  ağnaşıb 

dağ-daşı, çöl-meşəni, çay-çəməni axtardılar, obaları gəzdilər, 

am ma  Leylanı tapmadılar. Gün çırtlayıb dağların başından 

boy la nanda  çiynində kuzə çaydan gələn qızcığaz camaata 

dedi:


– Leylanı gördüm, çay qırağında yerə sərilib, Sərvan da 

onun yanında uzanıb.

Hamı qız deyən yerə axışdı. Leylanın rəngi gömgöy gö-

yər mişdi, gözləri qapanmışdı, onu kimsə boğmuşdu. Sərvanın 

açıq qalmış gözləri göyə zillənmişdi, bağrına sancılmış xən-

cərin yerindən axan qan mundirini islatmışdı.




161

GƏNCƏLİ SƏBAHİ

Gəncəli Səbahi (1906-1990) Güney Azərbayca-

nın  Mə rənd  bölgəsinin Miyab kəndində anadan olmuş-

dur. Yeddi yaşın da  ikən Quzey Azərbaycana pənah gətir-

miş, ibtidai təhsi lini  Şəmkirdə, orta təhsilini isə Gəncədə 

almışdır. 1932-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun 

fi lologiya bölümünü bitirmiş, bir müddət  Şəmkirdə orta 

məktəbdə mü dir işləmişdir. Lakin çox çəkmədən siyasi 

səbəblərdən ailəsi ilə birlikdə Qazaxıstana sür gün olun-

muşdur.

Səkkiz ildən artıq davam edən sürgündən döndükdən 

son ra  1946-cı ildə Güney Azərbaycana gedərək yeni təsis 

edilmiş  Təbriz Dövlət Darülfünununda dil və  ədəbiyyat 

fakültəsinə  rəhbərlik edir. Həmçinin radioda ana dilin-

də verilişlər hazırlayır, qəzet və jurnallarda məqalələrlə 

çıxış edir. 

Azərbaycan Milli Hökuməti devrildikdən sonra “mü-

hacir” adı ilə Bən dərabada, oradan da Loristana sürgün 


162

Gəncəli Səbahi

edilmişdir. İki illik sürgün həyatından sonra Təbrizə qayı-

dır, lakin höku mə tin  tələbi ilə Tehrana köçürülür. 

Ədəbi yaradıcılığa erkən yaşlarında  şeirlə başlasa 

da, son ralar daha çox nasir və tənqidçi kimi tanınmışdır. 

Müxtəlif dövrlərdə yazılmış “Həyat faciələri”, “Qartal”, 

“Gül dəs təsi”, “Ana qəlbi”, “Arsız Qafar”, “Оvçu” və 

başqa pоvеst və he kayələrin müəllifi dir. 

Sürgün və  həbsxana həyatı  ədibin yazı la rının  əsas 

möv zusunu  təşkil edir. İran siyasi rejiminin bütün təzyiq 

və təhdid lə rinə baxmayaraq əsərlərini ana dili olan Azər-

baycan türkcəsində yazmışdır.

Gəncəli Səbahi bədii nəsrlə yanaşı, ədəbi tənqidlə də 

məş ğul olmuş, mə qalələrinin mühüm bir qismini “Varlıq” 

(Tehran) dərgisində dərc etdirmişdir.

Ədibin ölümündən sonra çap olunan “Ötən gün-

lərim” xa 

tirə-pоvеsti memuar ədəbiyyatının  ən gözəl 

nümunələrin dəndir.

Gəncəli Səbahi Tehranda dünyasını dəyişmiş, Behişti 

Zəh ra  məzarlığında dəfn olunmuşdur. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə