Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə47/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   43   44   45   46   47   48   49   50   ...   159

153

İntiqam dəstəsi

təsirli bir nitq söy lədikdən sonra, üzünü kənd cavanlarına tu-

taraq dedi:

– İndi bizim üç dənə artıq tüfəngimiz və lazımi qədər pat-

ronumuz var, kim istəyirsə, bizim ilə gələ bilər.

Mir Heydər hələ sözünü ağzından qurtarmamışdı ki, iyir-

miyə yaxın kənd cavanı ortalığa çıxıb azadlıq yolunda can-

dan keçməyə hazır olduqlarını bildirdilər. Cavanların xatiri 

qalmasın deyə, üç nəfər qürə atmaq yolu ilə seçilib intiqam 

dəstəsinə qa rışdı. Bu üç nəfərdən biri də Əlimərdan idi. Bir 

az sonra on səkkiz nəfərdən ibarət olan intiqam dəstəsi öz iki 

məhbusları ilə kəndi tərk etdikləri zaman qadınlar arxalarınca 

su səpib xeyir-dua verdilər.

 



154

HƏBİB SAHİR

Həbib Sahir (1903-1988) Güney Azərbaycanın Təb-

riz şə hə rində anadan olmuşdur. İlk təhsilini mollaxanada 

almış, daha sonra Təbrizdə mədrəsə bitirmişdir. Yaşadığı 

ölkədə ana dilində oxumaq ya saq olduğundan, Türkiyəyə 

getmiş,  İstanbul Univer 

sitetinin tarix-coğra fi ya  fa kül-

təsində təhsil almışdır. O, İstan bul da  çağdaş türk və fran-

sız poeziyası ilə yaxından tanış olmuşdur.

Təhsilini bitirdikdən sonra bir müddət müəllim kimi 

fəa liy yət göstərmişdir. Azərbaycan Milli Hökumətinin 

süqutundan sonra işdən çıxarılaraq sürgünə göndərilmiş-

dir. Əvvəlcə roman tik şeirlər yazan müəllifi n yazılarında 

sürgün həyatından sonra ictimai məzmun güclənmişdir.

Əsərlərini doğma ana dilində yazmışdır. Ədə biyyatda 

yeni ləşmə hərəkatının tərəfdarı olan Tağı Rüfətlə tanış lığı 

onun sər bəst şeirə meyillənməsinə səbəb olmuşdur.

Yaradıcılığında poeziya aparıcı yer tutur. Bununla 

ya naşı, nəsr, publisistika və tərcümə sahəsində də fəaliy-


155

yət göstərmişdir. Lamatinin “Göl” poemasını Azərbaycan 

türkcəsinə  çe vir mişdir.

Həbib Sahir xalqının İslam inqilabından sonrakı il-

lərdə üz ləşdiyi ədalətsizliyə və təhqirlərə dözməyərək, ha-

belə rejimin ona qarşı edəcəyi təzyiq və işgəncələri göz 

önünə gətirərək Teh ran yaxın lı ğındakı Aria şəhərində ya-

şadığı mənzildə intihar et mişdir. 


156

Həbib Sahir

GÜLÜSTAN DƏRSİ

Necə ki, bir məhkumu zindana aparırlar, eləcə də məni bir 

bahar günü bir axundun məktəbxanasına apardılar. Ağaclar gül 

açarkən mənim könlümün gülləri solmağa başladı. Günəşli ha-

vada baharın ətri hər yeri bürüdüyü zaman “məktəbin” alaqa-

ran lığı, pis qoxusu ürəyimi bulandırdı. Məktəb xaraba məscid-

də yer ləşirdi, yuxarı başda çalsaqqal, qorxunc və  bədheybət 

bir kişi oturmuşdu. O, məktəbdar axund idi. Diz üstə düz ax-

şamadək ürəyim sıxıla-sıxıla oturdum. Həmin gün axund məni 

dindir mədi. Demə, bəs təzə qonağa hörmət edirmiş.

Məktəbdə keçə börklü, zəncirəli börklü, qara börklü, ağ 

tu manlı, ala tumanlı, corablı-corabsız oğlan uşaqları həsir üstə 

yan-yana oturub vızvıza kimi vızıldayıb dərs oxuyurdular.

Axund uşaqların bir neçəsinə dərs verib yola saldı, bir ne-

çəsini də döydü. Elə bu heyndə çarşablı bir qadın məscidin 

pən cərəsinə kölgə saldı. Rübəndini qaldırıb qaşlarını oynatdı, 

lüm sədi, mollaya bir şeylər pıçıldadı... Anlamadım. Ancaq 

gör düm ki, mollamızın qaş-qabağı açıldı, qələmdanı açıb bir 

kağız götürdü, cızmaqara edib gülə-gülə xanıma verdi.

Axşam dərsdən sonra axund məni səsləyib dedi:

– Həbib, sabah gələndə “Gülüstan” kitabını gətir.

Ertəsi gün anam məni tezdən oyatdı, çay-çörək verdi, yola 

salanda heybəmə “Gülüstan” kitabı qoyub dedi:

– Get, bala, allaha tapşırdım.

Budur, axundun hüzurundayam, diz çöküb kitabı açmı-

şam. Axund kitabdan farsca oxuyur. Heç nə başa düşməsəm 

də,  de dik lərini tutuquşu tək əzbərləyib evdə anama və xalama 

oxuyu ram.  İkinci gün şam yeməyindən sonra eyvanda oturub 

ulduzlara baxır və ürəyimdə mollanın keçdiyi dərsi təkrarlayı-

ram. Hər bir cümlədən cürbəcür məfhumlar yaradıram:

– Minnət – minnət qoymaq.



157

Gülüstan dərsi

– Xuda – yeri və göyü yaradan.

– Əz – bəs əz nə deməkdir? Yəni dur, pişiyin başını əz.

– Cəl – yəni gəl.

Xülasə, günlər bir-birinin ardınca gəlib keçirdi. Mən mək-

təb xanada  “Gülüstan”ın sirləri arasında çabalarkən, dünənki 

xa nım pəncərəyə qondu. Axund dərsi saxladı.

* * *


Neçə aylar ötdü, “Gülüstan”ı anlamadan yarı elədim.

Bu kitabdan öyrəndiyim şey bir çox məlakə və dərvişlərin 

adı oldu.

Qışın son günləri idi. Axund uşaqlara qitə (rəngbərəng şə-

killər) payladı. Bu qitələrdə Şirin çeşmə başında saçlarını da-

rayırdı. Rüstəm ağ divlə güləşirdi, bir padşah taxt üstə oturub 

yan-yörəsində nökər-nayıblar əl bağlayıb durmuşdular.

Axund  əvvəlcə dövlətli balalarını çağırıb gözəl  şəkillə-

ri onlara verərdi, tör-töküntülərini isə yoxsul uşaqlarına  əta 

edərdi. Axund qitələri müftə paylamazdı, onların  əvəzində 

xələt dilərdi. Məsələn, kəllə qənd, şirni, qumaş parça, bir də 

çərşənbə yemişi.

Axır çərşənbə axşamı anam mənə  təzə paltar geyindi-

rib başıma zəncirli börk qoydu, bir böyük boşqab çərşənbə 

yemişi ilə, bir neçə arşın ağ parça (axunda tumanlıq) qoyub 

məktəb xanaya yola saldı. Hədiyyələri axundun qabağına qo-

yub dedim:

– Axund, bağışla, azına-çoxuma baxma.

Axund qaşqabağını turşutdu, demə, “Bərge səbze dərvi-

şan”mış


1

 bizim hədiyyələr.

1

  Sədinin: “Bərge səbz əst töhfeyi dərviş,



   Biçarə çe konəd həmin darəd” 

   (Dərvişin töhfəsi göy yarpaqdır,

   Biçarə nə eləsin ki, olanı budur) – beytinə işarədir.



Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə