Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə45/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   41   42   43   44   45   46   47   48   ...   159

147

İntiqam dəstəsi

Mustafanın dalınca ala çadraya bürünmüş bir nəfər qoca 

arvad dəxi qırmızı bir madyanın cilovunu çəkib həyətə daxil 

oldu.


Bu zaman otaq damından enib tutun kölgəsinə tərəf gələn 

gizir Vəli də həyətdəki qonaqlara yetişib Bağır bəyin əmrinə 

görə Əlimərdan ilə birlikdə qonaqların atlarını rahatlamaqla 

məş ğul oldu. Qonaqlar isə üzlərində dəhşətli qorxu əlamətləri 

ol duqları halda Bağır bəygilin yanına gəlib hənuz yerə otur-

ma mış jandarm Mustafa sözə başlayaraq dedi:

– Əvvəlcə mənə deyin görüm bizim vəkilbaşı buradadır-

mı, yoxsa yox?

Qonaqların iztirabını azaltmaq niyyətilə Bağır bəy ona 

say mazyana cavab verib dedi:

– Nə olub? Hələ oturun, bir az dincəlin, vəkilbaşı da indi 

yuxudan durub gələr.

Bu sözdən sonra kəndxuda qadına tərəf dönüb soruşdu:

– Xeyir ola, Zeynəb, sən nə əcəb?

Zeynəb çadrasına daha da bərk bürünərək kişi səsinə ox-

şar bir səslə cavab verib dedi:

– Allah o qızın üzünü qara eləsin, kişinin kəbinlisi ola-ola 

axşam gəlib görəydin nə işlərdən çıxdı.

Burada jandarm Mustafa sözə qarışaraq əlavə elədi:

– Adamın üstə allah var, Qurban olmasaydı, həyətə adam 

buraxan deyil idi, kişi özünü çox da yaxşı müdafi ə edirdi. An-

caq arvadın daldan onu oraq ilə düz kürəyinin arasından vur-

ması bəd bəxtin birdəfəlik işini bitirdi.

Bu qarışıq sözlərdən Bağır bəy bir şey başa düşə bilməsə 

də, qəribə bir hadisənin üz verdiyi ona məlum oldu. Buna 

görə də o, üzünü Mustafaya tutub hadisəni müfəssəl surətdə 

söyləmə sini  xahiş elədi. Mustafa tüfəngini tut ağacına söykə-

yib hadisəni bu növ danışmağa başladı:

– Vəkilbaşının Toqayı kəbin altına aldığını labüd ki, in-

diyə kimi eşidibsiniz. Toqayın qardaşlarının bir az bundan 




148

Pənahi Makulu

əv vəl zin dandan qaçıb bu mahalda od yağdırdıqlarını da bil-

məmiş olmaz sınız. Bu gədələrin gec-tez öz bacıları Toqayın 

sorağına gələcək lərini vəkilbaşı nəzərə alaraq Toqay yaşayan 

evin hər tərəfi nə jandarm nəfərləri qoyub bunların tutulmasını 

əmr etmişdi. Əl bəttə, həmin Zeynəb bacı da jandarmlara lazı-

mi qədər köməklik etməyə söz vermişdi. Bu köməkliyi də et-

məyə o borclu idi. Çün ki vəkilbaşı həmin gədələrin torpaq və 

həyətlərini bu arvadın əri Rəhim bəyə vermişdi. Qərar belə idi 

ki, Zeynəb bacı hər dil ilə olsa, onları aldadıb evə salan kimi 

başlarını qarışdıraraq jan darmlara xəbər versin, ta jandarm-

lar da öz vəzifələrini yerinə yetirsinlər. Haradansa onlar bu 

nəqşədən xəbərdar olub, hətta jandarmların durduqları yerləri 

belə öyrənirlər. Jandarmlardan bədbəxt  Əsədulla ilə Qulam 

öz postlarında olduqları halda tü fəng qundağı ilə başlarından 

vurulub öldürüldülər. Yaxşı vuru şub üzümüzü ağardan bircə 

Qurban idi ki, onu da vəkilbaşının sevgilisi Toqay oraq ilə 

daldan vurub yerə sərdi.

Hadisənin qəribəliyindən təəccüblənən və eyni halda qəl-

bən bir növ şadlanan kəndxuda təəccüblü bir tövr ilə Mus ta-

fanın sözünü kəsib soruşdu:

– Toqay bəs necə oldu?

– Necə olacaq, ərinin demokrat vaxtı geydiyi paltarları 

ha ra da  isə gizlətmişdi. O dəqiqə həmin paltarları geyib biçarə 

Qur ban jandarmdan qalan tüfəng fi şəngi də götürüb qardaşları 

ilə bir likdə bir qədər də kənddə bu Zeynəb arvadı axtarandan 

sonra çıxıb getdilər.

– Bəs Zeynəbi nə edirdilər?

Jandarm cavab verməmiş Zeynəb özü dilə gəlib dedi:

– Nə edəcək idilər, öldürmək üçün bilmirəm hansı dili 

şiş miş Hacı Axundun yanında mənim Toqayın əvəzinə iqrar 

ver məyimi o saat gedib onların ovcuna qoyub. Mən qalaxda 

gizlən mişdim, onlar məni axtaranda öz aralarında danışıb de-

yirdilər:  “Kaftar, sən istəyirdin ki, bizim bacımızı qanlı düş-




149

İntiqam dəstəsi

mənimiz olan bir adama ərə verəsən?” Qız da tez-tez deyirdi: 

“Dadaş, siz gəl məsəydiniz də mən o adamdan Əzizin intiqa-

mını alacaqdım. Mən onun üçün elə bir müdhiş ölüm tədarükü 

görmüşdüm ki, ta mam dünyaya səs salacaq idi. İndi ki, gəldi-

niz hamımız birlik də intiqamımızı almalıyıq”.

Məsələni indi yaxşı başa düşən Bağır bəy:

– Bəs demək siz bura jandarmların qırılıb, Toqayın da qaç-

masını vəkilbaşıya xəbər vermək üçün gəlibsiniz, eləmi? – dedi.

– Bəli, bəli, bunun üçün gəlmişik.

Bu sözdən sonra Mustafa vəkilbaşını yuxudan oyatmağı 

təklif etdisə də, Bağır bəy kişini yuxudan eləyib belə bir pis 

xə bəri söyləmələrini məsləhət görmədi. Lakin bu zaman gizir 

Vəli yetişib müztərib bir tövr ilə Bağır bəyə dedi:

– Kəndxuda! Hər yerə baxdım. Bağçada deyil, tövlədə də 

yoxdur. Yerində də deyil.

Eşitdiyi hadisənin təsiri bir yandan, gizirdən eşitdiyi bu 

xə bərin təsiri də o biri yandan Bağır bəyin  əhvalını pozdu. 

O, dər hal  yerindən durdu, orada oturanlar da onun dalınca 

ayağa qalx dılar. Bu kiçik dəstə birinci növbədə dama çıxıb, 

səssiz-küysüz, barmaqlarının ucunda vəkilbaşı yatan yatağa 

yaxınlaşdı. Onlar hələ də gizir Vəlinin sözlərinə inanmırdılar, 

qorxurdular ki, Sə məd bəyi yuxudan oyadıb onun qəzəbinə 

düçar olsunlar. Bun ların bu hərəkətindən darıxan gizir onlar-

dan qabağa keçib cəsa rətli addımlarla yeriyərək özünü yatağa 

yetirdikdən sonra əl atıb yorğanı göyə qaldıraraq səsləndi:

– Hanı, hanı burada Səməd bəy?

Bir az sonra məlum oldu ki, jandarm vəkilbaşı Səməd bə-

yin tüfəng və tapançasından başqa hər  şeyi, hətta paltarı da 

to xunulmadan  olduğu kimi başının altında qalır. Ancaq özü 

yoxa çıxıbdır.

İndi ikinci hay-küy kəndxudanın evindən ucaldı. Təşviş 

içində olan kənd camaatı çox keçmədən qarağacların dibindən 

buraya gəldi. Hər ağızdan bir söz eşidilirdi. Bədbəxt kənd-




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə