Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə44/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   40   41   42   43   44   45   46   47   ...   159

143

İntiqam dəstəsi

Yı xıldığım yerdən yarım ağac qədər uzaqlaşmışdım ki, Şot 

kən din dən gəlib Qarazəmiyə gedən bir nəfər atlı jandarma 

rast gəldim. Jandarm mənim üz-gözümü qanlı görən tək gü-

lümsündü. O belə xəyal elədi ki, doğrudan da, bir adam məni 

döyübdür və mən də şikayət etmək üçün jandarm postuna ge-

dirəm. Buna görə də o, üzünü mənə tutub dedi: “Yazıq cavan, 

səni kim bu hala salıb?” Mən cavab verib ona dedim: “Vəkil-

başı, vallah məni heç kəs ya ralamayıb, ayağım daşa ilişdiyi 

üçün yıxılmışam, alnım da yara lanıbdır. Özün də bilirsən ki, 

yolda su-fi lan yox idi ki, yuyub tə miz ləyəydim”.

Bu zaman gizir Vəli də  məclisə yaxınlaşıb yavaşcadan 

Ba ğır bəyə dedi:

– Dedim, birdən Səməd bəy oyanıb bizi axtarar, yanında 

ol marıq, pis olar. Çıxdım dama baxdım, ancaq deyəsən vəkil-

başı yerində deyil.

Gizir Vəlinin söhbətin  şirin yerində  gəlib  Əlimərdanın 

sö zü nü  kəsməsindən narazı olan Bağır bəy acıqlı bir tövr ilə 

gizirə tərəf dönüb dedi:

– Necə yəni yoxdur? Sən lap yaxından baxdınmı?

– Düzdür, bir o qədər yaxınlaşmağa cəsarət edə bilmədim, 

ancaq...


– Elə isə get bir də bax, – deyə Bağır bəy onun sözünü 

kəsdi – yerində olmasa yəqin ki, ona bağışlayacağımız qoçu 

görmək üçün bağçaya enibdir, hər halda həyətdə ol, gələn 

kimi su tök əl-üzünü yusun, səhər yeməyi ilə çay da ki, hazır-

dır. Buyursun bura.

Doğrudan da, bir tərəfdə sarı samovar pıqqapıq ilə qayna-

yır, mükəmməl səhər yeməyi də bir məcməyidə hazır dururdu. 

Gizir Vəli dam yoluna dönər-dönməz Bağır bəy Əlimərdana 

söh bətinə davam etməsini söyləyib özü də əvvəlki kimi huş-

guş ilə qulaq asmağa başladı. Əlimərdan isə yenə həvəslə da-

nışmağa başladı.



144

Pənahi Makulu

– O, dübarə mənə dedi ki, sən heç qorxma, səni döyən 

hər kəs isə mənə de, gör onun necə atasını yandırıram. – Mən 

hər nə qədər dedim ki, məni heç kəs döyməyib, özüm yıxıl-

mışam, jan darm inanmadı, mən allaha, peyğəmbərə, imama, 

şahın cıqqa sına and içdimsə də, bu adam məndən əl çəkmə-

di. İki ayağını bir başmağa təpib deyirdi: “Səni bu hala sa-

lan kim isə onu mənə göstər, qalanı ilə  sənin işin olmasın. 

Əgər xan nayıbın özü də olsa, atasını yandıracağam! Necə 

ola bilər ki, belə bir ədalət ölkəsində bir nəfər vurub o biri-

sini bu hala sala? Məgər xuda nə kərdə əlahəzrət şahənşahın 

başına bir iş gəlibdirmi və yainki ədalət məhkəmələrimizin 

qapıları bağlanıbdır ki, birisi sənin ba şına belə oyun aça?” 

Müxtəsər kəlam, o bu sözlərdən o qədər danışdı ki, lap zəh-

ləmi apardı. Axırda belə qərara gəldik ki, mən də onunla bə-

rabər qayıdıb yıxıldığım və alnım yaralanan yeri ona nişan 

verim. Bu da ondan ötrü idi ki, özü danışdığı kimi, o, vicdan 

əzabından xilas olub, arxayın öz işinin dalınca gedə bil sin. 

Hərçənd ki, o qədər yolu geri dönüb bir də indi durduğumuz 

yerə kimi qayıtmaq mənim üçün çətin bir iş idi, amma belə 

vicdanlı vəzifəşünas bir adamı vicdan əzabına giriftar etməyi 

mən də özüm üçün insafsızlıq və vicdansızlıq hesab edirdim. 

Hər ikimiz mən yıxılan daşa tərəf döndük. Həmin yıxıldığım 

yerdə alnımı yaralayan daşı jandarma göstərib dedim: “Bax, 

buradaca yıxıldım və başımı da yaralayan həmin bu daşdır”. 

Mən bu sözü deyib Şot kəndinə dönmək istədiyim zaman, 

jan darmın atından yerə endiyini görüncə mən də ayaq saxla-

dım. O, atından enəndən sonra məni adım ilə səsləyib yanına 

çağırdı. Atının cilovunu mənə verib özü isə alnım toxunub 

yaralanan daşın yanına getdi, hər iki əllərini böyrünə vura-

raq gözlərini bir qədər daşa bərəltdikdən sonra başını qaldırıb 

məndən xəbər aldı:

– Başını yaralayan bu daşdırmı?

– Bəli özüdür ki, var.




145

İntiqam dəstəsi

Mənim bu cavabımdan sonra jandarm çəkməsinə taxdığı 

sim qamçısını çıxardaraq üzünü daşa tutub dedi:

– Ay köpək oğlunun daşı, məgər məmləkəti sahibsiz gör-

müsünüz? Məgər siz bilmirsiniz ki, İranda heç kəsin haqq-

hü ququna toxunmaq olmaz. Şahənşahın ədaləti sayəsində heç 

kəs heç kəsin gözünü də püfl əyə bilməz.

Belə-belə sözlərdən xeyli danışandan sonra əlindəki qam-

çı ilə daşı bir neçə kərə vurdu. Doğrudan da, bu kişinin ədalət-

pər vərliyinə  mən heyran qalmışdım. Öz-özümə deyirdim: 

“Kişilərin adları bədnamçılığa çıxıb, içlərində belə vicdanlı-

ları da az de yil”. O, daşı bir neçə kərə qamçıladıqdan sonra 

üzünü mənə tu tub soruşdu:

– Qardaş oğlu, razı qaldınmı?

Mən isə:

– Çox razıyam, allah sənin kimi ədalətpərvər jandarmları 

əlahəzrət padşaha çox görməsin, – deyə cavab verdim. Bu cür 

xeyir-dua və razılıqdan sonra atının cilovunu əlinə verib yo-

luma düzəlmək istədikdə o, əlini mənim çiynimə qoyub gülə-

gülə de di:

– Qardaş oğlu, hara?

– Şota.


Mənim bu cavabımdan sonra jandarm gülümsədi, özü də 

bir növ utanan kimi:

– Bəs bizim dəhyek qulluq nə olsun? Əgər sənin alnını 

ya ralayan adam olsaydı, ondan bir şey qoparardım, daşdan nə 

ala cağam? Onun cəriməsi isə sənin boynuna düşür.

Mən təəccübümdən quruyub qalmışdım, heç bilmirdim 

ki, bu adama nə cavab verim, söz tapmırdım danışam, axırda 

birtə hər deyə bildim.

– Hansı dəhyek qulluq?

– O qamçıların zəhmət haqqı!




146

Pənahi Makulu

– Əvvəla, mən sənə şikayət etmədim və sən də məni yo-

lumdan qoyub daşa bir neçə qamçı vurmaqdan başqa bir şey 

eləmədin, daha nə zəhmət haqqı?

Jandarm istehzalı gülüşlə gülüb qəti bir ifadə ilə dedi:

– Mənim üçün nə fərqi var? Sənin başını sındıran adam 

ol saydı, daha yaxşı idi. Mən qanuni vəzifəmi sənin öz gö-

zünün qarşısında yerinə yetirdim. Hətta sən özün də mənim 

ədalətli di vanımdan razı qaldığını söylədin. Bu surətlə qanuni 

dəhyek qul luğu verməlisən. On tüməndən bir şahı da əskik 

olsa almaya ca ğına dəfələrlə and içdi. Axırda ciblərimi axtardı, 

bir tüməndən artıq pul tapmadı və onunla kifayətlənib yaxam-

dan əl çəkdi. O, atına minib məndən ayrıldı. Mən də kəndə 

qayıdıb əhvalatı ata ma danışdım. Kimdən isə atam Səməd bəy 

vəkilbaşının sizdə qonaq olduğunu eşitmişdi. Məni göndərdi 

ki, həmin əhvalatı Səməd bəyə deyim, bəlkə bu jandarmdan 

mənim bir tümən pu lumu alıb özümə qaytara, ta mən də gedib 

həmin pula atam üçün dərman alam.

Əlimərdanın bu sərgüzəştini eşidəndən sonra Bağır bəy 

azançı ilə xeyli güldülər, ürəyi dərd-qüssə ilə dolu Kərbəla-

yı be lə özünü saxlaya bilməyib gülümsədi. Bağır bəyin belə 

uğun ma sına ümdə səbəb Əlimərdan haqqında özünün nə göz-

ləyib nəti cə də nə eşitdiyi idi. Bağır bəy xeyli güləndən sonra 

Əlimərdana dedi:

– Oğul, sən bunların nəyini görübsən, hərəsi min oyundan 

çıxıb, yüzlərlə  şəhər dolanıb, minlərlə  fənd-feil öyrəniblər. 

Bun ların əlindən allah da bezardır.

Bağır bəy hələ söhbətini bitirməmişdi ki, həyət qapısı-

nın yanında at ayaqlarının səsi eşidildi. Bağır bəy yerindən 

qalxmağa macal tapmamış həyət qapısından jandarm Musta-

fanın başı gö ründü. O öz dalınca kürən dayçasını da çəkirdi. 

Əlimərdan bu zaman Bağır bəyə tərəf əyilib pıçıldadı:

– Bax, məndən tüməni alan bu jandarmdır.



Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə