Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə40/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   36   37   38   39   40   41   42   43   ...   159

130

Pənahi Makulu

gümüş  bəndli, qa mış lüləli nəqari

1

 hoqqaya yapışdıraraq 



çəkməyə başladı və bir az sonra üzünü Bağır bəyə tutub:

– Bilirsən nə var? Neçə gün əvvəl qaçan gədələr mümkün-

dür ki, dörd nəfər sofi  və muxur demokratlarını da özləri ilə 

bə rabər qaçırmış olalar. Sən bu barədə bir şey bilmirsən?

Jandarm vəkilindən bu xəbəri eşidən kəndxuda özünü bir 

az da Səməd bəyə tərəf verərək soruşdu:

– Hansı gədələr?

– Mir Heydər ilə qardaşı.

– Buyurduz dörd nəfər də başqa dustaqları özləri ilə bəra-

bər qaçırdıblar?

– Dörd nəfər dustaqdan əlavə on iki nəfər jandarmın da 

əl-qolunu bağlayıb özləri ilə aparıblar. Məlum deyil bədbəxt-

lərin başına nə oyunlar gətiriblər.

– Bəs indi siz nə eləyirsiniz?

– Nə eləyəcəyik, qız qarıyanda dayısının boynuna dü  -

şər. İşin zəhməti yenə də mənim boynumdadır. Cənab sər-

həng

2

 bu yurub bunları tutsa-tutmasa, yenə  də  Səməd bəy 



tutacaqdır.

– Əvvəldən də sən olmasaydın, onları heç vaxt tuta bil-

mə yəcək idilər. Sənin yağlı dillərin ilanı yuvasından çıxar-

dar. Hər gah  sənin o and-qəsəmin olmasaydı, bu mahalın de-

mokratların dan biri də ələ keçməyəcək idi.

– Nə faydası, bilən kimdir?

Kəndxuda bir az da Səməd bəyə tərəf sürüşüb soruşdu:

– Yaxşı, nə təhər oldu ki, onlar səkkiz ay zindanda qa lan-

dan sonra qaça bildilər?

– Onların hər birinə iyirmi il həbs kəsmişdilər, özün bilir-

sən ki, uzun müddətli dustaqları buralarda saxlamaq olmaz, 

gə rək Təbrizə getsinlər. Bunlar yolda əmələ gələn maşın ha-

disəsin dən istifadə edib qaçıbdırlar.

1

 Nəqari hoqqa – içərisində otuz ilə yaxın tiryək çəkilmiş hoqqaya deyilir.



2

 Sərhəng – polkovnik.




131

İntiqam dəstəsi

– Bəs sənin bunlar ilə olan təzə qohumluğun necə olacaq?

– Qohumluq başqa, qulluq başqa.

– Necə yəni, qohumluq başqa, qulluq başqa. Bir yandan 

kişilərin bacısını evinə gəlin gətirirsən, bir yandan da kəndbə-

kənd düşüb qardaşlarını axtarıb edama göndərmək istəyirsən. 

Yax şı, sabah Toqayın üzünə necə baxacaqsan?

Bağır bəyin bu sözlərinə Səməd bəy gülüb başını tovladı:

– Mən Toqayın əri Əzizin haqqında necə fi kir çəkdimsə, 

qardaşlarına da eləcə bir fi kir çəkərəm.

Bağır bəy başını bulamaqla jandarm vəkilinin sözləri ilə 

ra zı olmadığını bildirərək: – Bu bir qohumluq olmadı, – dedi.

– Nə qohumluq? Hamı bilir, üç ildir ki, mən Toqaya aşi-

qəm, hələ Azərbaycan Milli Hökuməti qurulmadan çox əvvəl 

onun  əri  Əzizi aradan qaldırıb Toqayı almaq nəqşəsini çək-

miş dim.  Əzizin demokrat yazılıb rayon komitə sədri olması 

bu işi dala saldı. Gördün ki, milli hökumət yıxılan kimi işi nə 

cür yo luna qoyub ətini adamcıl qurdlara yedizdirdim.

Bağır bəy nə isə bir az fi krə gedəndən sonra təəccüblə 

soruşdu:


– Doğrudan da, o vaxt səndən heç soruşan olmadı ki,  bu 

iki adamı nə üçün öldürtdün?

Səməd bəy hoqqanın qamışını sümürərək nəşə ilə güldü və:

– O vaxt yox, heç indi də demokrat öldürənlərə sorğu-su-

al yoxdur. Bu növ qətllərin kağızını baş idarələr səndən daha 

qabaq yazırlar.

– Necə yəni? Bunlara nə ad qoyurlar?

– Ada nə var, rəhmətlik oğlu. Qaravulların qabağından 

qaç maq  istədikləri üçün onlar tərəfi ndən vuruldu. Vəssalam. 

İki səhifə kağız da yazıb qoyurlar, o biri kağızlarının yanına.

Mən eşitmişəm ki, Toqay ərinin qanını almağa and 

içibdir.


Bağır bəyin bu sözündən Səməd bəy bir az tutulan kimi 

olsa da, özünü o yerdə qoymayıb cavab verdi:




132

Pənahi Makulu

– Qoy yüz kərə and içsin, arvad deyilmi? İkinci ərə getdi, 

hər şeyi unudar.

– Vallah, nə deyim, o bilsə ki, əri sənin əlinlə öldürülüb 

və qardaşlarını da tutdurub zindana salmısan, qətiyyən sənə 

gəlməyə razı olmaz.

– Səməd bəy məğrur gülüşlərdən sonra:

– Razı olmayıb nə edəcək, – dedi. – Razı olmaz, iki qar-

daşı da əri kimi məhv edilər.

– İndi qardaşlarının zindandan qaçmasını eşidərsə?

– O mümkün deyil.

– Nədən ötrü?

Ondan ötrü ki, evinin ətrafına adamlar qoymuşam, iş 

qur tarana kimi müəyyən adamlardan başqa evinə kimsəni 

burax mayacaqlar.

– Kəbin kəsilibdirmi?

– Hacı axund kəsibdir.

– Toqay sənə gəlməyə nə cür razı oldu?

Səməd bəy yenə də ucadan gülüb dedi:

– O cür işlərin çarəsi asandır.

– Necə yəni?

– Onun əvəzinə Rəhim bəyin arvadı Zeynəb xanım axund 

hüzurunda hazır olub razılıq verdi.

– Yaxşı, tutaq ki, axundun yanında Zeynəb onun əvəzinə 

razılıq verdi, bəs sabah sənin evinə onu nə cür gətirəcəklər? 

Adam bu işə heç inana bilmir ki, Toqay gəlib sənin evində ya-

şayıb arvadlıq eləsin.

Səməd bəy istehzalı bir tövr ilə gülüb:

– Peyğəmbərlər şikəstə nəfs olarlar, – dedi. Toqay bizim evə 

gəlməsə, mən onun evinə gedərəm. Sən onu de ki, bircə bu zalım 

oğlanlarını ələ keçirə bilsəydim, ondan sonra qalanı asan dır.

– Mən bu qədər deyə bilərəm ki, qardaşlarının zindandan 

qaçdığını anlayandan sonra, dünya yığışsa da, Toqayı sənə ar-

vad olmağa razı edə bilməz.




133

İntiqam dəstəsi

– Onu mən də yaxşı bilirəm, çoxu da elə buna görə, özüm 

düşüb daşbadaş bunları axtarıram.

– Sənin fi krincə, onlar bu tərəfl ərdədirmi?

– Əlbəttə, bu tərəfl ərdədir, dünən gecə Palantökən jandarm 

postuna həmlə edib, Kazım vəkilbaşı ilə iki jandarm nəfərini 

öldürənlər, sənin ağlınca kimlər ola bilər? – Səməd bəy səsini 

bir qədər ucaldıb qəzəblə dedi: – Bu köpək oğlanları kəndlilər, 

hələ də onların tərəfi ni saxlayırlar. Hələ də bu ümiddədirlər ki

milli hökumət xortlayıb onları torpaq sahibi edəcəkdir. Buna 

görə də tamam kəndlərdə bu bişərəfl ərə yer verib saxlayırlar. 

Neçə gün əvvəl Qılıç jandarm postunun rəisini Bölçək ilə Qı-

lıç arasında tutub aparmışlar. Heç bilmək olmur ki, yazıq ki-

şinin başına nə oyun gətiriblər. Köpək oğlanları adamcıl qurd 

kimi saatda on ağac yol gedirlər. Burdan vurub oradan çıxır, 

oradan vurub buradan çıxırlar. Neçə gün əvvəl Rind kəndinin 

kəndxudasını tutub öz evində asmışlar. Bunlara əhəmiyyətsiz 

baxmaq olmaz, çünki bunlar indi özlərini bir intiqam dəstəsi 

kimi göstərir, bir dəqiqə bir yerdə aram tutmurlar. Əgər iş bir 

az da belə gedərsə, onların dəstələri yekəlib böyüyəcək, onla-

rın öhdələrindən heç vaxt gəl mək mümkün olmayacaq.

Səməd bəyin bu söhbətinə diqqətlə qulaq asan Bağır bəy 

ona özünü canıyanan göstərərək:

– Siz də bir az sayıq dolansanız yaxşıdır.

Jandarm vəkilbaşısı qalxıb yerində dik oturandan sonra 

məğ rur-məğrur dedi:

– Sən məndən arxayın ol, mən onların qulağını küçük-

lük dən kəsmişəm, onlar adamlarını çox yaxşı tanıyırlar. Mən 

allah dan  istəyirəm ki,  onlar ilə üzbəüz gəlib haqlarını ovuc-

larına qo yam.

Səməd bəy ilə Bağır bəy Vəli kişinin verdiyi əqiqi çay-

lardan içib bu cür söhbətlərdən xeyli edəndən sonra, Səməd 

bəy dalbadal neçə  kərə  əsnədi və sonra qoynundakı gümüş 

saatını tirmə qabından çıxarıb baxdı:




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə