Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə36/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   32   33   34   35   36   37   38   39   ...   159

118

Pənahi Makulu

İNTİQAM DƏSTƏSİ

Adamcıl qurdlar

Dağların arasından əsən güclü külək gecədən yağan təzə 

qarları sovuraraq, çala-çuxurlara doldurmaqda idi. Kəndal 

kən dindən Qarazəmi kəndinə gedən üç nəfər atlı baş-qulaq-

larını isti və yun şeylər ilə sarıdıqlarına görə və əsən küləyin 

uğultusun dan, bir-birinin dediyi sözləri güclə eşidə bilirdilər.

Ağ yoxuş deyilən yerdə çox sərt bir eniş başladığından 

süvarilərin üçü də atlarından yerə enib atlarını yedəklərində 

çək məyə məcbur oldular. Onsuz da küləyin, boranın şiddətin-

dən və havanın soyuqluğundan at üstündə oturmaq mümkün 

deyildi. Kü lək o qədər güclü əsirdi ki, yolçular və atlar ayaqla-

rını yerdən götürər-götürməz onların izlərini qar doldururdu.

Yolçular hələ Ağ yoxuşu tamamilə enməmişdilər ki, Kən-

dal düzünə yaxın Şot və Qarazəmi yolundan eşidilən bir neçə 

güllə  səsi onların diqqətini cəlb etdi. Hamıdan qabaqda, ağ 

mad yan  atını yedəyində çəkən gənc ayaq saxlayıb üzünü da-

lınca gə lən yoldaşlarına tutaraq əlini hovxura-hovxura soruşdu:

– Güllə səslərini siz də eşitdinizmi?

Həmin gəncin arxasında arıq və  qırmızı yabısını  çəkən 

kişi dinmədisə də, başının hərəkəti ilə güllə səslərini eşitdi-

yini bil dirdi. Arxadan gələn gənc isə durduğu yerdə uca səslə 

cavab verdi:

– Toqay bacı, mən lap yaxşı eşitdim, özü də Şot və Qara-

zəmi yolundan gəlirdi.

Arada olan yaşlı yolçu gəncin sözünü kəsib saymazyana 

bir tövr ilə:

– Görəsən, hansı yazığın biridir. Havaya güllə atıb havar 

çağırır.



119

İntiqam dəstəsi

Toqay bacı deyə çağrılan yolçu, kişi libası geymiş bir qa-

dın idi. Hərəkət etdiyi zaman onun döşündə bir şey parlayırdı, 

lakin bu heç də qadınlara məxsus daş-qaş və qızıldan qayrıl-

mış başqa zinət şeylərindən deyil idi. Bu İyirmi bir Azər inqi-

labında fəal bir surətdə  iştirak etdiyi üçün Azərbaycan Mil-

li Hökuməti tərəfi ndən bu qadına verilmiş “İyirmi bir Azər” 

medalı idi. Bu qara qaş, qara göz, uzun kirpik, yüksək boy, 

incəbel qadına geydiyi frenc və qalife şalvar çox yaxşı yara-

şırdı. Fədailərə məxsus olan qulaqlı məxmər börkü, boz şineli, 

parlaq çəkmələri, çiyinlərindən asdığı patron qatarları, əlində-

ki balaca bir tüfəng ona gözəlliklə bərabər, mərdlik və igidlik 

sifəti də verirdi. Eşit dikləri güllə səslərinə yaşlı yoldaşlarının 

əhəmiyyət vermədiyini görüncə, bu qadın bir az tutulan kimi 

oldu. O öz pərtliyini zahirə verməyərək üzünü həmin yaşlı 

yoldaşına tutaraq dedi:

– Elə isə onun harayına çatmalıyıq.

Kişi bu dəfə də laqeyd bir tövr ilə:

– İki şeydən biridir, – dedi, – ya biz ora yetişincə o adam 

özünü sağ-salamat kəndə yetirib canını qurtarar, ya da ki, 

adamcıl qurdlar onun işini bitirər, o ki qaldı  sən deyirsən

onun harayına çataq, sözüm yoxdur. Qar və boran bundan ar-

tıq yeri məyə imkan verirsə çataq. Görürsən ki, adam ayağını 

ata bilmir. Əgər düzdə qar az olsa, o zaman mümkündür ki, 

atlara bir az zor gələk.

Bu vaxt axırda gələn gənc ikinci dəfə olaraq sözə qarışıb 

dedi:

– Sizin danışığınızdan belə çıxır ki, guya o güllələri atan 



tək bir adamdır? Özü də heyvanatın qorxusundan güllə atıb 

özünə havarçı çağırır, belədirmi?

Qoca sözə başlamamış Toqay gəncə cavab verib dedi:

– Bəli, Həsən əminin fi krincə elədir.

Qətiyyən belə bir şey yoxdur, – deyə gənc Toqaya cavab 

verdi.



120

Pənahi Makulu

Bayaqdan bəri danışıqları fövqəladə bir soyuqqanlılıq ilə 

dinləyən qoca, bu dəfə əsəbi halda arxaya dönüb:

– Gedərik, görərik, – deyə gəncə etiraz etdi.

Qocanın bu əsəbiləşməsinə  əhəmiyyət verməyən gənc 

çox sadə bir tövrlə:

– Həsən əmi, acıqlanmayın, – dedi, – məsələ siz düşünən 

kimi deyil. Eşitdiyiniz güllə səslərini bir də xatirinizə gətirin. 

Həmin güllələr bir nəfərin yox, bəlkə bir neçə nəfərin tüfəngi-

nin ağzından bir anda çıxan güllə səsləri idi. Bir nəfərin gülləsi 

elə sürət ilə dalbadal açıla bilməzdi. Bunlardan əlavə, havar-

çı çağır maq üçün havaya atılan güllələrin səsi həmişə havada 

yayılar. Bu güllələrin gumbuldayıb həmin dəqiqə  səslərinin 

kəsilməsi atılan güllələrin havayı güllə olmayıb hədəfə dəyən 

güllə olduğunu göstərir. Buna görə də atılan bu güllələri adi bir 

şey hesab etmək olmaz. Məncə, biz bacardığımız qədər sürə-

timizi artırıb  özü mü zü  Şot və Qarazəmi yoluna yetirməliyik.

Gəncin bu düzgün mülahizəsi Toqaydan əlavə yaşlı yol-

daş ları olan Həsən əmini də qane etdi. Bu söhbətlərdən sonra 

yolçular öz hərəkətlərini sürətləndirmək istədilərsə də, arzula-

rına müvəffəq ola bilmədilər. Həsən əmi demişkən, qar, boran 

bun dan  artıq yeriməyə imkan vermirdi.

Onlar Ağ yoxuşun ayağına yetişməmişdilər ki, on addım-

lıqda güclü bir qar boğanağına rast gəldilər. Həsən  əmi: “Qız, 

dayan” – deyə qışqırdı. Toqay dərhal dayandı və Həsən əmi nin 

bu gözlənilməz bağırtısından öz təəccübünü gizləyə bilmədi. Bu 

zaman Həsən əmi tələsik tüfəngini çiynindən aşırıb çaxma ğını 

çaqqıldatdı. Həsən əminin bu nagahani bağırması və onun dalın-

ca patronu sandıqdan lüləyə yeritməsi tək Toqayı deyil, gənc yol-

daşları İslamı dəxi təəccübləndirmişdi. Həsən əminin bu halətinə 

hər ikisi mat qalmışdılar. Bu zaman Həsən əmi dübarə səslənib:

– Nəyə durub baxırsınız, görmürsünüz məgər? – deyə ba-

ğırdı və onlara yaxınlaşan qar boğanağını barmağı ilə göstərib 

qışqırdı: – Adamcıl qurdlar!




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə