Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə38/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   34   35   36   37   38   39   40   41   ...   159

124

Pənahi Makulu

İslam burada Həsən əminin sözünü kəsib soruşdu:

– Güllənin yaxından dəyməsini nədən bilirsiniz?

– Bax gör yaranın dövrəsini barıt necə yandırıbdır, – deyə 

Həsən əmi öz təhqiqatına davam edib cəsədlərin birini çevirmək 

istədi. Bu zaman Toqay ilə İslam da atlarının cilovlarını yəhərin 

qaşında bərkidib Həsən əmiyə köməyə gəldilər. Qabaq tərəfdən 

cəsədin libasları və üz-gözü cırılıb dağılmasa da, üzündə do-

nub qalan qanlı qarlar onun tanınmasına mane olurdu. Cəsədin 

üst paltarı əvvəldən çıxarıldığı üçün onun ağ köynəyi də qan-

lara bu laşıb bədəninə yapışmışdı. Nədənsə onların tanınmasına 

Toqay hər ikisindən artıq ciddi-cəhd edirdi. O, bayaqdan bəri 

başına sarıdığı yun başlığı başından açıb, təmiz qarlarla isla-

daraq cəsə din  qanlı üzünü silməyə başladı. O qədər çəkmədi 

ki, cəsədin üzü təmizlənib tanınmaq dərəcəsinə gəldi. Bu adam 

Qarazəmi rayon komitəsinin xəzinədarı Mərdan idi.

Mərdan Qarazəmi rayon komitəsinin fəal üzlərindən olub 

kənd əhalisinin qayğısına qalan mehriban və xoşsifət bir adam 

idi, buna görə  də  kənd camaatının yanında onun xüsusi bir 

hörməti var idi. Toqayın özü və əri, yəni həmin kəndin rayon 

komitəsi sədri Əziz bu adamın xatirini hamıdan artıq istərdilər. 

Buna görə də Toqay və yoldaşları bu dəhşətli həqiqətə təsadüf 

etdikləri zaman ildırım vurmuş bir adam kimi quruyub öz yer-

lərində qaldılar. Onların rəngləri qar kimi ağarmışdı. Üçü də 

sorucu nəzərlər ilə bir-birinin üzünə baxırdılar. Heç cür məna 

verə bilmədikləri bu iş barəsində hərəsinin qəlbindən cürbə-

cür fi kirlər keçməkdə idi. Bayaqdan bəri öz gələcəyi üçün bəd 

fallar vuran Toqay, o fi kirlərin bir həqiqət ola biləcəyini dü-

şündükcə özünü titrəməkdən saxlaya bilmirdi. Həsən əmi ilə 

İslamın halı Toqayınkından yaxşı deyil idi. Bir az sonra Toqay 

möhkəm bir iradə ilə, gözləri yaşardığı halda, həmin cəsədin 

başını qar üstə qoyub, o biri cəsədi arxası üstə çöndərdi və 

üz-gözünü təmiz lə məyə başladı. Bu zaman Həsən əmi nə isə 

düşünüb Toqayı me yitdən uzaqlaşdırmağa çalışdı, mümkün 




125

İntiqam dəstəsi

olmadı. Toqay öz-özü ilə danışırmış kimi “Mərdan ilə  Əziz 

bir dəqiqə  də olsun ay rılmazdılar. Allah eləməsin bəlkə...”. 

Meyitin çevrilməsi ilə To qayın “Əziz” qışqırıb meyidi bağrı-

na basması bir oldu.

Doğrudan da, bu cəsəd Toqayın sevgili əri  Əzizin 

parçalan mış meyiti idi. 

   


   

Səhra məhkəməsinin qalıqları

Axşam saat səkkiz tamam idi. Altı nəfər dustağı əlləri qara 

nazik qəzil

1

 ilə daldan bağlanmış halda jandarm idarəsindən 



çıxararaq, qapı ağzında duran “stutobeker” maşınına doldurub 

skamyaların arasında yerə oturmağa məcbur etdilər. Maşının 

o tərəf-bu tərəfi ndə olan skamyalarda isə on iki nəfər silah-

lı jan darm oturdu. Adamlar yerbəyer olandan sonra, jandarm 

vəkil başısı dəxi şoferin yanında oturdu. Dustaqların üzlərini 

tük bas masına baxmayaraq, onların altı nəfərinin də gənc ol-

duğu aydın görünürdü. Bu altı nəfər dustaq yüzlərlə azadxah 

dustaqların qa lıqları idi. İstər qabaqca göndərilən dustaqlar və 

istərsə  həmin altı  nəfər səhra məhkəməsinin uzun müddətli 

həbs cəzasına məh kum  etdiyi  inqilabçılar idi. Makuda rəsmi 

zindan olmadığı üçün bunları  tədrici surətdə Təbrizə aparıb 

oranın təzə qayrılmış möhkəm zindanına təhvil verirdilər.

Maşının motorundan ətrafa yayılan gurultunun əks-sədası 

artıq  şəhəri öz qanadı altına almış Sarı qayadan kəsilmişdi. 

Maşın abadanlıqdan uzaqlaşıb düzə çıxdığı üçün öz sürətini 

daha da artırırdı. Çünki Maku ilə Xoy arasında işləyən  şo-

ferlərin hamısı bu bədbəxt yükü daşımaqdan təngə  gəlmiş-

dilər. Bu iş üçün jandarm idarəsində heç bir məxaric nəzərdə 

tutulmadı ğın dan  belə yükləri, həmin idarə məccani və məc-

1

 Qəzil – keçi yunundan toxunmuş ip.




126

Pənahi Makulu

buri olaraq bu yol da işləyən maşınlara daşıtdırırdı. Buna görə 

də şoferlər anbaan maşınların sürətini artırıb mümkün qədər 

mənzilə tez çatmağa və jandarmlardan yaxalarını qurtarmağa 

çalışırdılar.

Şoferin yanında oturan jandarm vəkili Müsəvi maşının 

güclü lampalarının qabağında gözü işığa düşüb karıxan dov-

şanı görüncə bu səfərinə bir bəd fal vurdu. O, xalq arasında 

deyilən “Dovşan, keşiş, molla qarşıya çıxarsa səfər uğurlu 

olmaz” sö zünü dəfələrlə  eşidərək buna inanmışdı. Lakin bu 

fi kir Müsə vinin beynini ancaq bir an məşğul edə bildi. O, bu 

səfərdəki mədaxil-məxaricini düşünməklə pis fi kirləri başın-

dan qovdu.

Maşın artıq Qızıldağ  kəndini keçib Eşşək meydanı de-

yilən yerdə quş kimi uçmağa başlamışdı. birazdan sonra Qı-

zıl-ulumun döngələrindən dəxi ötüb keçdi və İsti suya enən 

döngəyə döndü, lakin elə buradaca böyük bir parıltıdan sonra 

sol tərəfdə olan kiçik bir xəndəyə doğru əyildi. Şofer maşını 

doğrultmaq üçün nə qədər əl-ayaq çaldısa da, bir fayda olma-

dı, “Stutobeker” böyrü üstə yumşaq torpağa əyləşdi. Maşının 

skamyalarında iki sırada altı-altı oturan jandramlar bir-birinin 

üstünə töküldülər. Onların əllərində dik saxladıqları tüfənglər 

bir-birinin baş-gözü nü  yaraladı. Şofer və jandarm vəkilbaşı-

sı Müsəvi də şofer müa vininin altında qalmışdılar, zərrəcə də 

olsun hərəkət etməyə qadir deyil idilər. Bu ağırlıqda maşının 

tam sürətlə getdiyi halda aşmasından əmələ gələn toz sıx bir 

duman kimi maşının  ətrafını bürüyərək ay qaranlığı gecəni 

daha da qaranlıqlaşdırmışdı. Bu rada asanlıq və salamatlıq 

ilə özlərini yerə tullayan ancaq dus taqlar olmuşdu. Bunun da 

ümdə səbəbi maşının üstünün açıq lığı idi. Oturduqları yerdən 

maşın onları yumşaq torpaqların üstünə tulladığı zaman, on-

ların dördünün əllərinə bağlanan iplər zərb dən qırılıb parça-

lanmışdı. İki nəfər əlləri açılmayanların da əllərini o biri dörd 

nəfər fövrən açdı.  Əbədi həbsə  məhkum edilən və  bəlkə  də 




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə