Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə46/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   42   43   44   45   46   47   48   49   ...   159

150

Pənahi Makulu

xuda ilə gizir Vəli özlərini büsbütün itirmişdilər, nə edib nə 

qayıra caqlarını tamamilə unutmuşdular.

Bu zaman kəndin mollası qayıdıb gəlmişdi. Hadisəni eşi-

dər-eşitməz birbaş özünü kəndxudanın evinə yetirdi. Camaat-

dan kim isə onu görərək ucadan səslənib dedi:

– Baba, hələ ölənin boğazından asılan kağızı gətirin Mol-

la Yusif oxusun, görək nə yazılıbdır.

Kəndxuda və başqa ağsaqqallar da bu fi kri təsdiq etdilər. 

Gizir Vəli ilə bir başqa adam məsciddə uzadılan ölünün boğa-

zından asılan kağızı gətirmək üçün oraya qaçdılar. Zeynəb ar-

vad ilə jandarm Mustafa isə özlərini kəndxudadan min dəfə 

artıq iti rib yumurtası  tərsə  gələn toyuq kimi o yan bu yana 

vurnu xur dular. Onlar bir yerdə qərar tuta bilməyib həyət-ba-

canı dolanır, başlarına nə gələcəyini bilmirdilər.

Altı  nəfər demokratın zindandan qaçıb intiqam dəstəsi 

təş kil  verməklərindən tamamilə xəbərsiz olan kəndlilər bu cür 

sirli bir hadisə ilə üzbəüz gəldikdə təəccüblərini gizlədə bil-

mirdilər. O qədər çəkmədi ki, gizir Vəli ilə birlikdə kağızın 

dalınca gedən adam qayıdıb gəldilər və ölünün boğazından 

götürdükləri kağızı mollaya verdilər. Kağızda belə yazılmışdı:

“Xalqın azadlığına, dilinə, namusuna toxunan xainlərin 

hamısı bu cür cəzalanacaqdır. İntiqam dəstəsi”.

Kağızın altında qoyulan bu imza kəndliləri hamıdan ar-

tıq təəccübləndirdi. Bu intiqam dəstəsinin kimlərdən ibarət 

olduğu nu  kəndxuda, Mustafa, Zeynəb bilsələr də, onlarda elə 

hövsələ yox idi ki, bu dəstənin kimlərdən təşkil tapdığını və 

nə istə diklərini, bu neçə günün içində nə cür işlərdən çıxıb, nə 

qədər jandarm və azadlıq düşmənlərini öldürdüklərini kənd-

lilər üçün danışıb izah etsinlər.

Artıq həmin çəngəldən asılan cəsədin Səməd bəy olduğu 

hamıya məlum olduğu kimi, indi qatillərin həyət-bacaya tama-

milə bələd olduqları, Bağır bəyin evinin dalındakı bağçadan 

dama çıxıb Səməd bəyi səssiz olaraq öz yatağında boğduqdan 




151

İntiqam dəstəsi

sonra onu üzü üstə sürüyə-sürüyə aparıb qarağacdan asdıq-

ları aydın laş mışdı. Kəndxudanın evi, həyət qapısının ağzına 

kimi arvad-uşaqla dolmuşdu. Hər ağızdan bir avaz gəlir, hərə 

öz fi krini və mülahizələrini bir növ izah eləyirdi. Həmin bu 

vaxtda on beş nə fər atlının atlarını çapa-çapa gəlib kəndxuda-

nın evini mühasirə etdiklərini birinci növbədə qapı qabağına 

yığılan camaat gördü, atlıların görünməsi ilə camaatdan qıy 

səsinin ucalması bir oldu. Bir az sonra evin mühasirəyə alın-

dığını həyətdəkilər də bildilər.

Tüfənglilər: “Kimsə yerindən tərpənməsin!” – deyə ca-

ma atı təhdid etdilər. Bu gözlənilməz hücumun mənasını an-

lamayan camaat o qədər heyrət içərisində idi ki, heç kəsdə, 

doğrudan da, yerindən tərpənmək iqtidarı yox idi. Hamı ol-

duğu yerdə donub qalmışdı. Atlılardan bir neçə  nəfər yerə 

enib camaata tərəf irəli ləməyə başladı. Camaatın heyrəti bir 

an içərisində sevincə çev rildi. Onlar Qarazəmi komitə katibi 

Mir Heydəri, Moxur komitə katibi Əşrəfi   və bir neçə  nəfər 

başqa yoldaşları görərkən içərində olduqları mühiti bir anlı-

ğa olsa da unudaraq özlərini sevdikləri və indi də arzusunu 

çəkdikləri milli hökumət dövründə hiss et dilər. Bunun üçün 

də hər kəs dalı çəkilib zindanda bildikləri yoldaşlarına səmi-

mi bir hörmət və məhəbbət ilə yol açdı. Onlar camaat arasına 

keçdikcə xalq onların üzlərinə gülüb salam verir dilər. Qadın-

lardan bəzisi  əlini torpağa vurub üzünə  çəkərək onla rı azad 

gördüklərinə görə allaha şükür edirdilər. Bunlardan iki nəfəri, 

yəni Əşrəf ilə Mir Heydər fövqəladə soyuqqanlılıq ilə camaa-

ta əleykəssalam deyə-deyə və bəzilərinin kefi ni xəbər ala-ala 

aralıqda açılan dar yoldan keçib Bağır bəyin həyətinə daxil 

olduqdan sonra düz ağsaqqallar oturan yerə getdilər. Bunla-

rın da lınca yeriyən cavan oğlanı kənd camaatından bir nəfər 

də ol sun tanıya bilməmişdi. Mir Heydər ilə  Əşrəfi n  həyətə 

girdiyini görüb özünü camaat arasında gizlətmək istəyən 

jandarm Mustafa arzusuna müvəffəq ola bilmədi. Bir ildən 




152

Pənahi Makulu

yuxarı həbs də qalan bu iki nəfərin gözləri alıcı bir tərlanın iti 

gözü kimi bunları seçdi. Mir Heydər hənuz sözə başlayaraq 

öz məqsədlərindən Təzəkənd əhalisini xəbərdar etməmişdi ki

Əşrəf jandarm gizləndiyi tərəfə dönərək onun qulağından tu-

tub camaat arasına gətirdi və:

– Niyə tülkü kimi gizlənirsən? – dedi, – Söylə, yoldaşın 

ha radadır?

Əşrəf jandarmın yalvarmasına baxmayaraq yanında du-

ran cavana tərəf dönərək dedi:

– Toqay bacı, bu xain və bişərəfi  təhvil ver uşaqlara.

Əşrəfi n məzkur cavanı Toqay bacı deyə çağırmasını görən 

kənd adamları, xüsusən qadınlar bunun mərhum Əzizin arva-

dı Toqay olduğunu və öz əhdinə vəfa edərək əri Əzizin inti-

qamını almaq üçün qiyam etdiyini anladılar. Toqay jandarmı 

bayırda du ran yoldaşlarına təhvil verib geri döndüyü zaman 

Bağır bəyin hə yətindən özünü küçəyə atan ala çadralı bir qa-

dınla qarşılaşdı. Bu qadının Zeynəb olduğuna heç bir şübhə 

yox idi. Buna görə    də  əlindəki balaca bir tüfəngin lüləsini 

qadının kürəyinə dayayıb dedi:

– Daha qurtara bilməzsən!

Toqay, “Məni bağışla”, – deyə onun ayaqlarına yıxılan 

qa dına məğrur-məğrur baxıb gülümsəyərək dedi:

– İntiqam dəstəsinin qətnaməsinə görə, xainlər kim olur 

ol sun, öz cəzalarına çatdırılacaqlar.

Toqayın bu sözündən sonra kənarda duran tüfənglilərdən 

biri qabağa gəldi, qadının qışqırıb yalvarmasına baxmayaraq 

onu da arxada duran yoldaşlarının yanına apardı.

Bu zaman Mir Heydər uca bir yerdə durub, əvvəl özləri-

nin nə cür qaçdırlarını, bu az müddətin içərisində jandarmlar 

və baş qa  azadlıq düşmənlərindən necə intiqam aldıqlarından 

müxtəsər bir surətdə danışdıqdan sonra kəndliləri zülm əley-

hinə birləşmə yə dəvət etdi, yaxın gələcəkdə milli hökumətin 

daha əsaslı, daha möhkəm bir surətdə təşkil tapacağı ətrafında 




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə