Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə54/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   50   51   52   53   54   55   56   57   ...   159

182

Səməd Behrəngi

Çömçəquyruqlar səsləndilər: 

– Deməli biz nadanıq? 

– Nadan olmasaydınız başa düşərdiniz ki, hər kəs üçün öz 

təhər-tövrü xoşdur. Allaha şükür, sizin heç adınız da özünü-

zün kü  deyil. 

Çömçəquyruqlar əvvəl əsəbiləşdilər. Sonra Balaca Balı-

ğın haqlı olduğunu görüb sözlərini dəyişdilər. 

– Sən özünü nahaq yerə yorursan, – dedilər, – biz səhər-

dən axşama qədər dünyanı gəzirik, amma özümüzdən, ata və 

ana mızdan, saysız-hesabsız balaca qurdlardan, böcəklərdən 

başqa heç kəsi görmürük. 

Balaca Balıq soruşdu: 

– Siz ki, gölməçədən qırağa çıxa bilmirsiniz, dünyanı gə-

zib dolanmaqdan necə dəm vura bilərsiniz? 

Çömçəquyruqlar təəccübləndilər: 

– Məgər gölməçədən başqa da özgə dünya var? 

– Bəs necə? Özünüz fi kirləşin, görün yaşadığınız su hara-

dan axıb və sudan kənarda nələr var?

 – Sudan qıraqda da yer olar? Biz indiyə qədər sudan başqa 

heç yeri görməmişik. Ha, ha, ha! Sən dəli olubsan, nədir?! 

Balaca Qara Balığı da gülmək tutdu. Fikirləşdi ki, çöm-

çəquyruqları başa salmadan çıxıb getsin. Sonra belə  qərara 

gəldi ki, onların anaları ilə də bir-iki kəlmə danışsın. 

– Ananız haradadır? 

Bu zaman Qurbağanın gur səsi onu diksindirdi. Qurbağa 

gölməçənin qırağındakı, iri daşın üstündə oturmuşdu. Suya 

baş vurdu, gəlib Balığın qarşısında dayandı: 

– Mən buradayam, – dedi, – qulluq?! 

– Möhtərəm xanım, salam!

– Ey əsl-nəcabətsiz vücud! Nə  əllaməlik edirsən? Bun-

ları uşaq görüb axmaq-axmaq danışırsan? Bir belə ömür elə-

mişəm, görmüşəm ki, dünya elə bu gölməçədən ibarətdir. 



183

Balaca Qara balıq

Yaxşı olar ki, işinin dalısınca gedəsən, mənim uşaqlarımı yol-

dan çıxarma ya san. 

– Yuz il də ömür eləsən, yenə geri qalmış, nadan qurbağa 

kimi qalacaqsan! Qurbağa hirsləndi və Balaca Qara Balığın 

üstünə cumdu. Bu zaman gölməçənin dibi bir-birinə qarışdı. 

Balaca Balıq aldığı təkandan dığırlandı, özünü dərədən axan 

enli arxda gördü. Dərə əyri-üyrü idi. Dağın başından baxan-

da dərənin suyunu enli, ağ ipə oxşatmaq olardı. Dərənin bir 

yerində dağdan qopub arxa düşmüş iri bir daş suyu iki yerə 

bölürdü. İri bir kərtənkələ də qarnını daşa söykəmişdi. Günə-

şin hərarətindən ləzzət alır, suyun tərkində ovladığı qurbağanı 

yeyən iri, yumru Xərçəngə tamaşa edirdi. Elə bu an oradan 

üzüb keçmək istəyən Balaca Balığın gözləri Xərçəngə sataşdı. 

O, bərk qorxdu və uzaqdan Xərçəngə salam verdi. Xərçəng 

Balaca Balığı görüncə: 

– Nə ədəbli Balıqsan, – dedi, – gəl qabağa. Balaca, gabağa gəl! 

Balaca Balıq: 

– Mən dünyanı gəzməyə gedirəm, – deyə Xərçəngə cavab 

verdi, cənabınızın yeminə çevirilmək istəmirəm! 

Niyə belə bədbinsən, qorxaqsan, Balaca Balıq? 

– Nə bədbinəm, nə də qorxaq. Gördüklərimi deyirəm. 

– Çox yaxşı, indi de görüm gözlərin nə gördü və ağlın nə 

kəsdi ki, səni ovlayacağımı xəyalına gətirdin? 

– Özünü bilməzliyə vurma! 

– Bilirəm, Qurbağanın hərəkətlərinə  işarə edirsən. Lap 

uşaqsanmış ki, baba! Qurbağalarla aram olmadığı üçün on-

ları ovlayıram. Onlar elə  xəyal edirlər ki, dünyanın yeganə 

məxluq larıdılar və hamıdan xoşbəxtdilər.  İstəyirəm onları 

başa salam ki, dünya kimin əlindədir. Sən isə qorxma, qadası! 

Gəl qabağa. Qorxma, gəl! 

Xərçəng bu sözləri deyib yanlarını basa-basa Balaca Balı-

ğa tərəf yeridi. Xərçəng elə gülməli yeriyirdi ki, Balığı ixti-

yarsiz olaraq gülmək tutdu.




184

Səməd Behrəngi

 – Ay yazıq, – dedi, – sən heç yeriməyi də bacarmırsan. 

Haradan bilirsən dünya kimin əlindədir?! 

Balaca Balıq Xərçəngdən aralandı. Bu zaman suyun üzə-

rinə kölgə düşdü. Gözlənilməz zərbədən Xərçəng səndə ləyə-

səndələyə suyun dibinə batdı. Xərçəngin bu halını görən Kər-

tənkələni gülmək elə tutdu ki, az qaldı sürüşüb suya düşsün. 

Xərçəng isə artıq suyun üzünə çıxa bilmədi. 

Balaca Balıq gördü ki, suyun kənarında balaca bir çoban da-

yanıb ona və Xərçəngə tamaşa edir. Qoyun-keçi sürüsü də suya 

yaxınlaşdı. “Mə-mə! Bə-bə!” səsləri dərəni başına götürdü.

Balaca Balıq sürü su içib qurtarana qədər gözlədi. Sürü 

gedəndən sonra Kərtənkələni səsləyib: 

– Kərtənkələcan, – dedi, – mən arxın qurtaracağını axtar-

mağa gedən Balaca Qara Balığam. Sən bilikli, zəkalı heyvan-

san. Buna görə də səndən bəzi şeyləri soruşmaq istəyirəm. 

– Xətrin hər nə istəyir, soruş. 

– Yolda məni Nərə balıqla,Saqqa quşu ilə, Balıqudan quşla 

çox qorxudublar. Bunlar haqqında bir şey bilirsənsə mənə de! 

Kərtənkələ dedi: 

– Nərə balıqlar və Balıqudanlar bu tərəfl ərdə tapılmaz-

lar. Xüsüsilə, Nərə balıqlar. Çünki onlar dənizdə yaşayırlar. 

Amma Saqqa quşuna elə bu həndəvərdə rast gəlmək olar. Ça-

lış aldanıb kisəsinin içərisinə girməyəsən. 

– Kisə nədir? – Balaca Balıq onun sözünü kəsib soruşdu. 

– Saqqa quşunun boğazının altında xeyli sututan kisə var. 

Bəzən təcrübəsiz, xam balıqlar suda üzən quşun kisəsinə girib 

bir başa qarnına gedirlər. Saqqa quşu tox olanda balıqları kisə-

sin də ehtiyat saxlayır. 

– Deməli, onun qarnına gedəndən sonra xilas olmaq üçün 

çarə yolu yoxdur? 

– Yoxdur. Kisəni parçalamaqdan başqa heç bir yol yox-

dur. Sənə bir xəncər verərəm. Saqqa quşunun çənginə düşən-

də dedi yim kimi edərsən. 




185

Balaca Qara balıq

Kərtənkələ qayadakı yarığa sürünüb xəncərlə qayıtdı. Ba-

laca Balıq xəncəri alıb dedi:

– Kərtənkələ, sən çox mehribansan, bilmirəm sənə necə 

təşəkkür edim?

– Canım, təşəkkür nəyə lazımdır, mənim belə xəncərim 

çoxdur, sənin kimi ağıllı balıqlara bağışlayıram.

– Məgər məndən qabaq da buradan keçən olub? 

– Çoxları keçib. İndi onlar özləri üçün böyük dəstə düzəl-

diblər… 


Kərtənkələ bunları deyib qulağını daşdakı yarığa dayadı: 

– Di, sağ ol, – dedi, – balalarım yuxudan ayıldığı üçün 

getməliyəm. 

Kərtənkələ yarığa girdi. Balaca Balıq isə çarəsiz qalıb 

yola düşdü. Hey öz-özünə sual verirdi: “Doğrudanmı arx də-

nizə tökülür? Saqqa quşun gücü elə mənə çatsın?! Balıqudan 

quşun bizimlə nə düşmənçiliyi var?” 

Balaca Balıq üzə-üzə gedir və  fi kirləşirdi. Yolboyu təzə 

şeylər görür, öyrənirdi. Şəlalənin başı üstə axmasından həzz 

alır, yenidən üzürdü. Kürəyində günəşin hərarətini hiss edir 

və möh kəm lənirdi. 

O, sonra elə bir yerə çatdı ki, burada dərə enlənir, su isə 

kolluqların arasından axıb gedirdi. Balaca Balıq suyun çoxal-

masından ləzzət alırdı. Xeyli gedəndən sonra o, çoxlu balığa 

rast gəldi. Anasından ayrılandan bəri balıq görməmişdi. Bir 

neçə Rizə balıq onu dövrəyə aldı və soruşdu: 

– Elə bil qəribsiniz? 

– Bəli, qəribəm. Uzaq yerdən gəlirəm. 

Rizə balıqlar dedilər: 

– Hara getmək fi krindəsən? 

– Arxın qurtardığı yeri tapmağa gedirəm. 

– Hansı arxın? 

– Biz buna arx yox, çay deyirik. 

Balaca Balıq heç nə demədi. Rizə balıqlardan biri dilləndi: 




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə