Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə55/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   51   52   53   54   55   56   57   58   ...   159

186

Səməd Behrəngi

– Xəbərin var ki, Saqqa quşu yolu kəsib? 

– Xəbərim var, bilirəm… 

Başqa bir Rizə balıq soruşdu:

– Onu da bilirsən ki, Saqqa quşunun nə geniş kisəsi var? 

– Onu da bilirəm. 

– Bunları bilə-bilə yenə getmək fi krindəsən?

– Bəli, bütün bunları bilirəm və getməliyəm. 

Balıqlar arasında səs yayıldı ki, uzaq yollardan gəlmiş Ba-

laca Qara Balıq çayın qurtaracağını tapmaq istəyir və Saqqa 

quşundan da qorxmur. 

Rizə balıqlardan bir neçəsi Balaca Qara Balıqla getmək 

istədi, lakin böyüklərin qorxu sundan səslərini çıxartmadılar. 

Hətta onların bir neçəsi Balaca Qara Balığa yanaşıb qımıldandı.

 – Saqqa quşu olmasaydı, biz də səninlə gedərdik… 

Çayın qırağında bir kənd var idi. Kəndin qadınları və qız-

ları çayın içində qab-qacaq və paltar yuyurdular. Balaca Balıq 

onların səs-küyünə bir xeyli qulaq asdı və uşaqların islanmış 

bədənlərinə tamaşa etdi, sonra yola düzəldi. O qədər getdi ki

axşam oldu. Balaca bir daşın altına girib yatdı. Gecəyarı ayıl-

dı və gördü ki, Ay suya düşüb, hər yeri işıqlandırır. 

Balaca Balıq ayı çox istəyirdi. Gecələr Ay suya düşəndə 

yuvadan çıxıb onunla bir neçə kəlmə danışmaq həsrətindəydi. 

Amma hər dəfə anası ayılıb onu yuvasına dartar və yenidən 

yatırdardı. Bu dəfə Balaca Balıq Ayın qarşısına çıxdı: 

– Salam, ey mənim göyçək Ayım! 

Ay da Balaca Qara Balığı mehribanlıqla qarşıladı: 

– Salam, mənim Balaca Qara Balığım! Sən hara, bura hara? 

– Dünyanı səyahətə çıxmışam. 

– Dünya çox böyükdür, sən hər yeri gəzə bilməzsən.

– Eybi yoxdur, bacardığım yerə qədər gedəcəyəm. 

Ürəyim çox istəyirdi ki, səhərə  qədər yanında qalam, 

amma böyük bir qara bulud mənə tərəf gəlir. Qorxuram işığı-

mın qabağını kəssin. 




187

Balaca Qara balıq

– Ey qəşəng Ay, sənin işığını çox sevirəm. Ürəyim istəyir 

ki, nurun həmişə yoluma işıq saçsın. 

– Mənim Balığım, düzünü axtarsan, mənim işığım yox-

dur, işığı mənə Günəş verir, mən də onu yerə saçıram. Bilir-

sənmi ki, adamlar yaxın gələcəkdə uçmaq, gəlib mənim üzə-

rimə düşmək arzusundadırlar?

– Bu mümkün deyil! 

Doğrudur, bu çox çətin işdir, ancaq insan öz istədiyinə… 

Ay sözünü qurtara bilmədi. Qara bulud gəlib onun üzü-

nü örtdü, yerə qaranlıq çökdü. Qara Balıq yenə də tək-tənha 

qaldı. Bir neçə dəqiqə heyrət içərisinə qaranlığa baxdı. Sonra 

daşın altına çəkilib yatdı… Subh tezdən ayılanda başının üs-

tündə pıç-pıçla danışan bir neçə Rizə balıq gördü. Onlar Qara 

Balığın yuxudan ayıldığını görüb dedilər:

– Sabahın xeyir! 

Qara Balıq onları tanıdı:

– Sabahınız xeyir olsun! – dedi. – Nəhayət, ardımca gəlib, 

mən deyən yola düşdünüz? 

Rizə balıqlardan biri: 

– Bəli,– dedi,– ancaq hələ də qorxu canımızdan çıxmayıb. 

Bir başqa balıq: 

– Saqqa quşunun fi kri bizi rahat buraxmır, – deyə diləndi. 

Balaca Qara Balıq: 

– Siz çox fi kirləşirsiniz. Hər şeyə fi kirləşmək, özü də bir 

dəfəyə fi kirləşmək düz deyil. Yola düşən kimi qorxu bizi tərk 

edəcəkdir, – deyə cavab verdi. 

Birlikdə yola düşmək istədilər. Gördülər ki, dövrələrin-

dəki su yuxarı qalxdı, başları üzərinə örtük çəkildi. Hər yer 

qaranlıq laşdı, qaçmağa imkan qalmadı. Balaca Qara Balıq o 

saat başa düşdü ki, Saqqa quşunun kisəsinə düşübdür. 

Balaca Qara Balıq dedi:

 – Dostlar, biz Saqqa quşunun kisəsinə düşmüşük, lakın 

xilas olmaq üçün yol var. 




188

Səməd Behrəngi

Rizə balıqlar ağlayıb ah-zar etməyə başladılar. 

– Artıq bizim qaçmağa yolumuz yoxdur! Təqsir səndədir. 

Bizi yoldan çıxardın! 

– İndi bizim hamımızı “qurt” eləyib udacaq. İşimiz bitdi.

Qorxunc bir qəhqəhə səsi eşidildi. Bu Saqqa quşu idi, gü-

lürdü və gülə-gülə deyirdi: 

– Rizə balıqlar necə  də girimə keçib! Ha! Ha! Ha! Ha! 

Si zin  halınıza yanıram, heç ürəyim gəlmir, sizi “qurt” eləyib 

udum. Ha! Ha! Ha! Ha! 

Rizə balıqlar yalvarmağa başladılar: 

– Həzrəti-ağayi Saqqa quşu, sənin tərifi ni çoxdan eşitmi-

şik, lütf edib mübarək dimdiyinizi bir qədər aralasaydınız bu-

radan xilas olub mübarək vucudunuza duaçı olardıq. 

Saqqa quşu dedi: 

– Mən hələ bu saat sizi “qurt” eləyib udmaq fi krində də-

yiləm. Kisəmdə ehtiyat balıqlar var, bir qarnımın altına baxın. 

Kisənin aşağı hissəsində iylənmiş bir neçə Rizə balıq var 

idi. Rizə balıqlar bir səslə dedilər: 

– Həzrət-ağayi Saqqa quşu, bizim günahımız yoxdur, bu 

Balaca Qara Balıq bizi yoldan çıxardıb… 

Balaca Balıq:

 – Qorxaqlar! – dedi. 

Siz elə xəyal edirsiniz ki, yalvarmaqla bu hiyləgər rəhm-

dillik edib sizi buraxacaq? 

Rizə balıqlar qorxuya düşüb dedilər: 

– Heç nə danışdığını da bilmirsən. İndi görərsən ki, həz-

rəti-ağayi Saqqa quşu bizi necə bağışlayacaq və  səni necə 

“qurt” eləyəcək! 

Saqqa quşu dilləndi: 

– Doğrudur, sizi bağışlayıram, ancaq bir şərtlə! 

– Şərtinizi buyurun, qurban! 

– Azadlığınızı bu boşboğaz balığı öldürməklə  əldə edə 

bilərsiniz. 




189

Balaca Qara balıq

Balaca Qara Balıq bir qədər dala çəkilib Rizə balıqlara: 

– İnanmayın, – dedi, – bu hiyləgər bizi bir-birimizin canı-

na salmaq istəyir, mənim başqa fi krim var!…

Rizə balıqlar azadlığa çıxmaq istəyi ilə Balaca Qara Balı-

ğın dediklərinə qulaq asmadılar, qalxıb onun üstünə düşdülər. 

Ba laca  Balıq yavaş-yavaş arxaya çəkilib: 

– Qorxaqlar! – dedi, – Hər halda girə düşmüsünüz, qaç-

mağa da yolunuz yoxdur. Mənə də ki, gücünüz çatmaz! 

– Biz azadlığa çıxmaq istəyirik, onun üçün də səni öldür-

məliyik! 

– Ağlınızı başınıza yığın! Məni öldürsəniz də qaçmaq 

üçün yol tapa bilməyəcəksiniz. Hiyləgər quşa inanmayın! 

– Sən əsla bizim fi krimizi çəkmirsən, bu sözləri öz canını 

qurtarmaq ücün deyirsən! 

– Elə isə qulaq asın, sizə nicat yolu göstərim. Mən özümü 

ölülüyə vurub ölü balıqların içərisində gizlənəcəyəm. Görək 

Saqqa quşu sizi azad edəcəkdirmi?! Əgər sözümə qulaq asma-

sanız bu xəncərlə hamınızı qıraraq, quşun da kisəsini parçala-

yıb çıxaram. Siz isə... 

Rizə balıqlardan biri onun sözünü kəsib: 

– Daha bəsdir! – dedi, – Mən bu sözlərə inanmaq istə-

mirəm. – O bu sözləri deyə-deyə ağlamağa başladı. 

Balaca Qara Balıq onun ağladığını görüb dedi: 

– Bu anasının naz-naz balasını niyə yanınıza salıb gətiribsiniz? 

O, xəncərini çıxarıb balıqların üstünə cumdu. Rizə balıq-

lar çarəsiz qalıb Balaca Qara Balığın təklifi ni qəbul etdilər. 

Yalan dan  bir-birləri ilə dalaşmağa başladılar. Balaca Qara Ba-

lıq özünü ölülüyə vurub uzandıqda onlar yuxarı qalxdılar: 

– Həzrəti-ağayi Saqqa quşu, – dedilər, – boşboğaz Qara 

Balığı öldürdük. 

Quş güldü: 

– Çox yaxşı iş gördünüz, – dedi, – bunun əvəzinə sizin ha-

mı nızı diri-diri udacağam, qarnımda istədiyiniz qədər gə zər siniz. 




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə