Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə51/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   47   48   49   50   51   52   53   54   ...   159

170

Gəncəli Səbahi

Gözümü açanda özümü yorğan-döşəkdə, qohum-qəbiləni 

başımın üstündə gördüm. İlk qulağımda dalğalanan nənəmin 

səsi idi.

– Sən ağacın başında nə  qələt edirdin ki, yıxılaydın, – 

deyə məni suala tutdu. Özümü doğruldub başıma gələni oldu-

ğu kimi onlara söylədim.

– Mən demədim ki, o quşların qarğışı səni tutacaq. Sən 

gördüyün həqq quşu imiş. Quşların intiqamını səndən almağa 

gəlmiş imiş. Allah anana rəhm edib, – dedi.

Anam başımın üstündə idi. Dolmuş gözlərini sıxdı, halqa-

la nan damlalar yanağına axdı. Bununla nə qədər ürək çırpın-

tısı çəkdiyini mənə anlatdı. Qıçım yaralanmış, bədənim də bir 

az əzilmişdi. On beş gün evdən eşiyə çıxa bilmədim. Mən sö-

zünün arasına girdim.

– Demək, ovçuluğu da o gün yerə qoydun, eləmi? – deyə 

sual verdikdə o gülümsədi.

– Yox, – dedi, – o gündən quş ovunu yerə qoydum. Ov-

çuluğu yerə qoymadım. Mən sözümün ilkində dedim, ovçu-

luqdan təmiz və yaxşı əyləncə tapa bilməzdim. Həm də mə-

nim üçün qiymətli bir vərdiş idi.

Dostumun yaşı yetmişi aşsa da, saç-saqqalı təzəcə çallan-

mışdı. Tökmə, sağlam bədəni, alıcı baxışlarını görən ona əl-

lidən artıq yaş verə bilməz idi. Onun belə sağlam qalmağına 

mənim qıdığım gəlirdi. Axı, mən ondan cavantəhər olduğum 

halda, ba şımda bir dənə də qara tük tapılmazdı. Qocalıq ni-

şanələri bütün vücudumu qaplamışdı. Ona görə də bir gün za-

rafata salıb:

– Hamı yaşını gizlədəndə, sən yaşının üstünə artırırsan, 

görünür ki, sarımısan, – dedikdə, o güldü.

– Deyəsən, mənim cavan qalmağımın rəmzini bilmək 

istə yirsən. Çox gözəl, deyərəm: “Arsızlıq”, – deyib üzümə 

baxdı. Sanki bu sözün məndə necə təsir buraxdığını gözlərim-

dən oxu maq istəyirdi. Mən dayana bilmədim.




171

Ovçu

– Burada özünə böhtan deyirsən. Sən heç vaxt arsız olma-

mısan! – dedim.

– Arsız olmasam da, qeyrətim də olmayıb. Farslar demiş-

kən “hər çe piş ayəd, xoş ayəd”

1

 demişəm, hər rəzalətə bo-



yun  əymişəm, – deyib dayandı. Cibindən bir siqar çıxardıb 

alışdırdı. İki dodaqları arasında möhkəm sümürdü. Ciddi bir 

hal almışdı. Fikri haralarda gəzdiyini anlamaq çətin idi. Yenə 

sözə başladı:

– Arsızlıq cavanlığın birinci rəmzidir. Bunu qəbul etməli-

sən. Ancaq məni saxlayan, yaşımı gizlədən o qartallar oyla-

ğı uca dağlar, pələng seyrangahı olan qalın meşələr, dağların 

ətəyindən qaynayıb-qalxan duru, buz kimi sərin sular, bir də 

vərziş olub dur, – dedi. Bu sözləri o qədər qürurla söylədi ki, 

elə bil keçmiş cavan lıq günlərinə qayıdıb. – Ona görə də mən 

vətənimə, doğma  yur du ma,  Qaradağa minnətdaram, – deyib 

susdu.


Dalğın baxışları uzaqlarda bir nöqtəyə zillənmişdi. Mən 

onu cummuş olduğu fi kir dənizindən ayırdım.

– Ovçuluqdan niyə  əl çəkdiyini demədin, – dedikdə, 

alnın da  yığışmış qırışıqlar açıldı. Qəddini düzəltdi.

– Bu söhbətlər məni ömrümün qayğısız, o azad günlərinə, 

həyatımın ilk baharına, cavanlığımın coşqun günlərinə qay-

tardı, – deyib yenə susdu. Ancaq bu sükut çox çəkmədi:

– Dediyim kimi o gündən mənim quşlarla işim olmadı. 

Dağ keçisi, ceyran, maral ovuna girişdim. Dağlarda, sıldırım 

qa yalıqlarda, çöllərdə qurd kimi pusquya durub ov güdürdüm. 

Sa atlarla,  qaçırdığım ovun dalınca bəzən günlərlə sürünür-

düm, – deyib dərin bir ah çəkdi:

– Gözəl günlər! Ey cavanlıq, hardasan? Qayadan-qayaya 

atılar, dağdan-dağa ov dalınca qaçardım, yorulmaq bilməz-

dim. Qabanlarla qarşılaşar, canımı xətərə salardım. Ancaq evə 

1

 Qarşına nə gələrsə, xoş gələr.




172

Gəncəli Səbahi

əliboş qayıtmazdım, bunu demədim, həmişə  məndən qabaq 

gedən və fa lı bir yoldaşım da var idi. Ov itim Qaplan idi. O öz 

işində o qə dər ayıq və mahir idi ki, çox vaxt öz gördüyü işləri 

ilə məni hey rətə salardı. Hətta bir neçə dəfə məni ölümdən də 

qurtar mış dı.

Birini qoyub o birinə keçsəm söz uzanar. Bir gün nahara 

yaxın idi. Göydə uçuşan buludlar sanki günəşlə baş-başa qoy-

muşdular. Qara parçalarla onun üzünü örtməyə çalışır, günəş 

isə onu dağıdaraq öz şüalarını cahana yaymağa can atırdı. Hə-

zin-həzin  əsən külək dağların döşündə açılmış gülləri, yaşıl 

otları, axan suları, hətta mənim tellərimi belə oxşayırdı. Bir 

dəstə qarğa qarıldaşa-qarıldaşa başımın üzərindən keçdi. Elə 

bu anda Qap lanın hürmək səsi dərələrə yayıldı. Mən tüfən-

gi sinəmə basdım. Barmağımı atəş yerində hazır saxladım. 

Hürüş səsindən anladım ki, girə saldığını mənə doğru gətirir. 

Qarşıma çıxan iri bir maral idi. Mən onun döşünü nişan aldım. 

Güllə açılanda elə  bil  hey va nı göyə götürüb yerə vurdular. O 

çapaladığı yerdə bütün qüvvə sini  toplayıb dağın yüksəklərinə 

doğru yönəldi. Yaralı insan kimi nalə etməyə başladı. Ay-

dın hiss etmək olurdu ki, öz canının ha yın da deyil, mən ona 

yaxınlaşdıqda ana olduğunu anladım. Za val lı ananın döşləri 

dolu idi. Canı ağzından çıxana qədər nigaran və dərdli baxış-

larını dağlardan ayırmadı. Bu anda o, başsız qal mış balasını 

düşünürdü. Onun halına çox acıdım. Balalı olduğu nu  bilsəm

əsla ona atəş açmazdım. Ürəyim kövrəldi, gözlərim doldu. 

Onun ölüsü ilə əhd-peyman bağladım ki, balasını tapıb, özüm 

bəsləyib böyüdüm. Ona analıq edim. Elə də etdim.

Kəndin ovçularını toplayıb, cərəyanı olduğu kimi onlara 

söy lədim. Axı, onların təcrübəsi məndən çox idi. Çox götür-

qoy dan sonra dağların canına düşdük. Yenə  də Qaplan mə-

nimləydi. O, kəşfi yyatçılar kimi həmişə qabaqda gedir, bəzən 

dayanıb dörd tərəfi  umsulayırdı, hərdən də bir mənim yanıma 

baş vurub, yenə götürülürdü. Biz axtarmaqda olaq.




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə