163
Gül dəstəsi
GÜL DƏSTƏSİ
1366-cı ilin baharı
1
idi. Darıxma mənə əl verdiyindən
qəsə bənin ətrafına gəzməyə çıxmışdım. Qat-qat ucalan sıra
dağların qoynunda yerləşən “Müzəffər” qalasının təbiət
gözəlliyi insanın ruhunu oxşayırdı. Dağların ətəyindən şırıltı
ilə axıb insan ömrü kimi gedən çayların həmhəməsi hər tərəf-
də qaynayıb qalxan duru bulaqların zümzüməsi, həzin-həzin
əsən yeldən rəqsə gələn yarpaqların pıçıltısı, azad quşların bu-
daqdan-budağa sıçrayaraq sevinclə dolu şirin nəğmələri məni
öz qəm, xəyal dünyamdan ayırmış, gül-çiçəklərin ətri tutqun
şərab tək məni məst etmişdi. Hər tərəfə üz döndərsən, təbiət
öz gözəlliyi ilə insanın üzünə gü lürdü.
Gəzə-gəzə gəlib İldırım bulağının başına yetişdim. Yo-
rul muş dum. Əl-üzümü yudum. Bulağın kənarında oturub
yerin si nə sindən göz yaşı kimi qaynayıb qalxan duru suya
tamaşa et məyə başladım. Nədənsə yenidən qəm ləşgəri mənə
hücum etdi. Ürəyim dolğun bulud kimi doldu. Öz el-obam,
vətənim yadıma düşdü. İndi orada da təbiət öz donunu dəyi-
şib. Düzlər-yamaclar al-yaşıla bürünüb, hər gülün üzərində
bir bül-bül cəh-cəh vurur. Çöllərdə qoyun sürüləri, quzular
mələşir. Çobanın çaldığı yanıq lı tütək səsi dağ-dərələrə yayı-
lır. Bahar hər yerdə bahardır. An caq mənim vurğun könlüm
vətənimin yazını arzulayır. Axı, mən onun qoynunda böyü-
yüb boya çatmışam. Torpağının hər addı mın da sevgi, sevinc,
kədərlə dolu xatirələrim vardı. Hər şeydən üstün sevgilim də
oradadır. O, gözü yolda məni gözləyir. Ayrılıq dərdini kim
bilmir?..
Ürəyim tufana tutulmuş dəniz kimi təlatümə gəlmişdi.
Da ha təbiət gözəlliklərini görmürdüm. Ruhum quşu vətən
1
Miladi tarixi ilə 1947-ci il
164
Gəncəli Səbahi
diyarında pərvaza gəlmişdi. Onun xəyalı gözümün önündə
canlanırdı. O da mənim kimi pərişan, solğun, tutqun, dolğun
görünür, o da hicran odunda yanırdı. Aman allah... Nə qədər
dözülməzdir!..
İki əlim ilə başımı tutdum. Sanki bununla beynimdə əmələ
gəlmiş fırtınanı sakit etmək istəyirdim. Son görüşümüzdən
altı ay keçirdi. Ayrılıq dəqiqələrində üz verən həyəcan, göz
yaşları, ümidsiz baxışlar bir-bir gözümün önündə canlandı.
Bütün varlı ğı mı sarsıtdı.
Belə böhranlı bir halda ikən məhəbbətlə dolu incə bir səs:
– Ağa, salam, – deyə mənim dadıma çatdı. Qorxunc yuxu-
nun vəhşətindən oyanan adam kimi özümə gəldim. Qarşımda
on-on iki yaşlarında qıvrım saçlı, ayaqyalın bir lor qızı gör-
düm. O, əlində bir dəstə gül qabağımda dayanmışdı. Qara iri
gözlə rin də mehr-məhəbbətlə dolu vəhşi bir baxış var idi.
– Mən bu gülü sənə dərmişəm, – deyə gül dəstəsini mənə
uzatdı.
Mən şaşqın bir halda gülü aldım. O sevinərək güllərlə bə-
zən miş otları yararaq dəli ceyran sıçrayışları ilə uzaqlaşdı.
Mən onu tanıdım. Əlimdəki gül dəstəsinə tamaşa etməyə
başladım. Nərgiz, bənövşə və sairə rəngarəng güllərin ara-
sında yer ləş dirilmiş iki dənə lalə gülü bu dəstənin gözəlliyini
tamam la mışdı.
Bu gül dəstəsi məsum bir qəlbə çiçəklənən pak bir eşqin
tə rənnümü, qədirdanlığın ifadəsi idi.
Gül dəstəsinə tamaşa etdikcə onun al, sarı, qırmızı bənöv-
şə çiçəklərinin yarpaqları xatirə dəftərimin varaqlarına çev-
rildi.
* * *
Bugünkü kimi yadımdadır. Qış idi. Qar əzəmətlə ucalan
dağları tutsa da, hələ Əlşütür dağlarına ağ örpəyini sərə bilmə-
mişdi. Bəhmən ayının üçü idi. Axşam tərəfi birdən ağ qalın
165
Gül dəstəsi
buludlar rəqsə gələrək göy üzünü tutdu. Soyuq sazaq qarşısına
gələni qamçılayıb qovurdu. Hava qaraldıqca soyuq daha da
özünü göstərir, qar-borandan xəbər verirdi. Biz də dörd nəfər
yoldaş qalanmış divar buxarısının dövrəsinə yığılmışdıq. Bi-
zim ixtiyarımıza verilmiş bu otaq hər şeydən artıq kiçik bir
kəndli töv ləsinə oxşayırdı. Divarları tüstüdən qaralmışdı. Qa-
pısı qırıq, pəncərəsi də yox idi. Çala-çuxur döşəməsində yurd
salmış birə lər çövlanda idi.
İnsanın üzü bərk olar. Əgər az da olsa, ümid nuru qəl-
binə işıq salmış olsa, hər çətinliyə dözər. Biz iki aydan bəri
bu otaqda günləri bir-bir yola salırdıq. Hamımız bir dərdli
idik. Buxarının tüstüsü içərini doldurmuşdu. Axışan yaşarmış
gözlərimizi hər dən silərək, Novruz kişinin söhbətinə qulaq
asırdıq. O, hamı mız dan yaşlı, dünyagörmüş, ölkələr gəzmiş,
ruzigarın isti-soyuğunu dadmış şirin söhbətli bir adam idi.
Ucaboylu, enlikürək, saç-saq qalı ağarmış bu adamın üzü, alın
qırışları söylədiyi dastanları kimi hekayələr tərənnüm edirdi.
O, bu gün bizə öz eloğlusu Sət tarxanın dastanını söyləyirdi.
O, söhbətini qurtararkən ocaqdakı odunlar yanıb qurtarmışdı.
Qırmızı közlərin üzünü kül qatları ört müşdü. Eşiyin soyuğu
qapının çatlarından özünü içəri vuraraq otağın havasını so-
yutmaqda idi. Yataq yerlərimizi düzəltdik. Af tafa götürüb geri
qayıdanlar büzüşmüş bir halda:
– Qar yağır.
– Borandır, – deyə özlərini içəri salırdılar.
Hər kəs yorğanını başına çəkib öz nəfəsi ilə yerini qızdır-
mağa çalışırdı. Bu da insan ömründən bir gün idi, keçdi...
Səhər işığı qapının çatlarından keçərək daxmanın qaranlı-
ğı nı boğmuşdu. Yerimdən qalxıb paltarımı geyindim. Çay
qoy maq üçün su yox idi. Dolçanı götürüb eşiyə çıxdım.
Hər yeri qar örtmüşdü. Günəşin zərli saçaqları qarşı dağ-
ların zirvəsinə yayı laraq onları teatr səhnəsində üzünə pro-
jektor salınmış gözəl bir hünərmənd üzü kimi cilvələndirir-
Dostları ilə paylaş: |