Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə52/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   48   49   50   51   52   53   54   55   ...   159

173

Ovçu

Bunu da deməliyəm ki, həmin günlərdə bizim kənd, elə-

cə də ətraf kəndlərdə bir pələng tapılmışdı. Mal, heyvanları 

yırtıb dağıtmaqla xalq arasında sonsuz bir vəhşət doğurmuş-

du, hər yer də söhbət onun xətərindən gedirdi. Heç kəsdə cürət 

yox idi ki, bir yırtıcının şərini el-obadan sovuşdursun. Kəndin 

ağsaqqalları bu pələngin ölümünə caizə  də  təyin etmişdilər. 

Amma heç kəsdə öz canını bu qumara qoymağa cürət yox idi.

Qaplan ilə mənim yolumda dağ və seyrək meşəlik olmaq-

la, sıldırım qayalıqlar da var idi. Diqqətlə  ətrafımıza baxa-

baxa dağın bu kəsiklərinə doğru hərəkətdə idik. Bu anda mə-

nim ürə yimdən keçən ancaq maralın balasını tapıb, ona nicat 

vermək idi. O ölərkən həyəcan və  həsrətlə balasını axtaran 

gözlərindəki halət hələ də gözümün önündə idi. 

Mən beləcə dalğın (dəf fekre foru rəfte)

1

  fi kirdə ikən 



Qap lan  qabaqdakı dikdən çıxıb özünü mə nim arxama verdi. 

Qorxaq hürüşlərlə gəldiyi tərəfə hürməyə başladı. Qaplanda 

qorxu  gö rün məmiş bir iş idi. Xətər qarşısında olduğunu yəqin 

etdim. Tü fəng  əlimdə dikə  çıxdım.  İri bir qayanın dibində 

uzanmış heyvə rə bir pələng gördüm. O, qabarmış bir halda 

xuruşa gəlib yerin dən qalxdı. Qorxudan bədənimdə tüklərim 

biz-biz oldu. Çox qorxmuşdum. Başını əyri tutub, gözlərini 

çəp-çəp mənə zillə miş di.  Ağır addımlarla mənə doğru irə-

liləyirdi. Vəhşət bütün bədə nimi  bürümüşdü. Ölüm-dirim 

ayağında idim. Ata-anam, qoca nənəm, eləcə də bütün qo-

humlar bir anda gözümün önündən keçdi. Heç kəsdən mənə 

hay olmadığını xatırladım. Elə bil mənə hay vurdular: “Kişi 

ol! Vaxtı fövtə vermə”. Özümü yığışdırıb pələngi nişan al-

dım. Güllə açılanda o hərəkət etdiyi yerdəcə  fır lanıb yerə 

dəydi. Qıvrılıb birdən ilan kimi açıldı. Dəhşətli bir nə rilti  ilə 

mənə doğru hücuma keçdi. O yığışıb özünü düzəldənə kimi 

mən ikinci atəşi açmağa amadə idim. Ölümlə üz-üzə dur-

1

 Xəyala dalmış (farsca)




174

Gəncəli Səbahi

muşdum. O öz qanlı gözü, kəskin dişləri ilə üstümə atılarkən 

ikinci gülləm açıldı.

Daha nə olduğunu bilmədim. Mən özümdən getmişdim. 

Gözlərimi açanda üç-dörd addımlığımda pələngin nəhəngə 

oxşar iri gövdəsini gördüm.

Günortadan üç-dörd saat keçmişdi. Qaplanla kəndə qayıt-

dım. Mən pələngi vurduğumu nəql etdikdə hamı güldü. Heç 

kəs inanmaq istəmirdi. Mən leş düşdüyü yeri onlara nişan ver-

dim. Günbatana yaxın onun ölüsünü məscidin qabağında yerə 

qoydu lar.  Hamı tamaşasına yığışmışdı.

O, söhbətini qurtardı. Mən yenə sükutu pozdum.

– Bəs maralın balası nə oldu? – deyə sual verdikdə o:

– Ovçular onu tapıb gətirmişdilər, – dedi. – Ağsaqqalla-

rın pələng üçün təyin etdikləri caizə bir ov tüfəngi, bir də bir 

qoç idi. Tüfəngi maralın balasını tapıb gətirənə verdim. Qoçu 

da xə tərdən qurtardığım üçün nənəm qurbanlıq kəsdirib ətini 

payladı lar.  Mən isə o gündən ovçuluğu yerə qoydum. Məhəb-

bətimi ma ralın balasına saldım. Onu böyütdüm. O dağlar ya-

raşığını dağla ra ötürdüm, özüm isə boş vaxtlarımı dağlarda, 

dağların zirvələ rin də, vərzişdə keçirtdim, – deyib sözünü ta-

mamladı.



175

SƏMƏD BEHRƏNGİ

Səməd Behrəngi (1939-1967) Güney Azərbayca-

nın Təb riz  şəhə rində fəhlə ailəsində anadan olmuşdur.

İlk təhsilini Təbrizdəki Tərbiyyət məktəbində almış, 

sonra Təbriz Pedaqoji Tex nikumunu bitirmişdir. Daha 

sonra Təbriz Universitetinin ingilis fi lologiyası bölməsin-

də təhsil almışdır (1956-1961). 

Əmək fəaliyyətinə Azərşəhr (Tufarqan) mahalı-

nın Mama ğan, Gögan ibtidai məktəbində müəllim kimi 

başlamışdır. Müəllim işlədiyi illərdə Azərbaycan nağıl-

larını toplayaraq fars dilinə çevirmiş və həmkarı Behruz 

Dehqani ilə birlikdə nəşr et dirmişdir. Eyni zamanda, fars-

cadan Azərbaycan dilinə çevirdiyi tərcümələri mətbuatda 

yayınlanmışdır.

Bədii yaradıcılığa tələbəlik illərində başlamış, ilk he-

kayə lə ri 1959-cu ildə dərc olun muşdur. 

“Balaca Qara balıq” hekayəsi  İtaliyanın Bolon-

ya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl 


176

Səməd Behrəngi

medala layiq görül müş, italyan, fransız, ingilis, türk dil-

lərində nəşr edil mişdir. 

Səməd Behrəngi 1967-ci il avqustun 31-də, 28 yaşında 

Gü ney  Azərbayca nın  Xu mar lı ya şayış  məntəqəsi yaxınlı-

ğında  Araz çayında müəmmalı şəkildə boğulmuşdur.

Kitabları dünyanın bir çox dillərinə tərcümə oluna-

raq nəşr edilmişdir.


177

Balaca Qara balıq

BALACA QARA BALIQ

Çillə axşamı idi. Qoca Balıq dəryanın dibində nəvə-nəti-

cələrini ətrafına toplayıb onlara nağıl danışırdı: 

– Biri var idi, biri yox idi, bir Balaca Qara Balıq var idi. O 

anası ilə birlikdə kiçik bir arxda yaşayırdı. Arxın suyu dərəyə 

axırdı. Balaca Qara Balıqla anasının bir qara daşın dalında, 

yosunların arasında evləri var idi. Ana və bala səhərdən axşa-

ma qədər bir-birinin dalına düşüb üzür, hərdən başqa balıqlara 

qoşulub sürətlə balaca bir yerdə gəzişir və geri qayıdırdılar. 

Qara Balıq anasının bircəsi idi. 

Bir neçə gün idi ki, o, fi krə dalır, az danışırdı. könülsüz 

və  tənbəl-tənbəl o tərəf-bu-tərəfə gedir, geri qayıdırdı. Çox 

vaxt anasından xeyli geri qalırdı. Anası əvvəlcə elə bilirdi ki, 

sadəcə olaraq balasının kefi  yoxdur, bu kefsizlik tezliklə keçib 

gedə cəkdir. Lakin… Demə, Balaca Balığın dərdi varımış… 

Bir gün səhər tezdən, günəş doğmamış, Balaca Balıq ana-

sını yuxudan oyadıb: 

– Anacan, – dedi, sənə bir neçə kəlmə sözüm var. 

– Eh, sən də vaxt tapdın! Danışmağı sonraya saxla. Yaxşı 

olar ki, gəzməyə çıxaq, – deyə Ana Balıq gözlərini ovuşdurdu 

və əsnədi. 

–Yox, anacan, mən daha belə gəzməyi istəmirəm. Gərək 

buradan gedəm, deyə Balaca Balıq etiraz etdi. 

Anası heyrətlə ona baxıb soruşdu: 

– Doğrudan getmək istəyirsən?

– Bəli, anacan, hökmən getməliyəm! 

– Axı, alaqaranlıqda hara getmək istəyirsən? 

– İstəyirəm, gedim görüm, arx harada qurtarır. Bilirsənmi, 

anacan, uzun müddətdir ki, fi kirləşirəm, görəsən arx harada 

qur tarır? Amma indiyə qədər bir nəticəyə gələ bilməmişəm. 

Dünən gecədən gözümü yummayıb hər  şeyi götür-qoy et-



Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə