Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə60/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   56   57   58   59   60   61   62   63   ...   159

204

Qulamhüseyn Səidi

– Alo, haradır? – deyə soruşurdu.

Həmişə dəstəyi götürən Məlihə deyirdi:

– Ata, sənsən? Salam!

Sərhəng deyirdi:

– Hə, mənəm. Salam, salam! Sən kimsən?

Mən özüməm, ata.

– Bilirəm, kimsən? Məlihə, yoxsa Mələqa, hansınızsınız?

– Mən Məlihəyəm, ata. Halın necədir?

– Mələqa haradadır? Orada deyil?

– Niyə “papa”, buradadır.

– Neyləyirsiniz? Niyə sizdən xəbər yoxdur? Nigarançılıq-

dan öldüm axı!

– Biz yaxşıyıq, çox yaxşı. Xanımın halı necədir, yaxşıdır?

– Niyə məktub yazmırsız?

– Ata, çatdıra bilmirik, səhərdən axşama kimi iş görürük.

– Niyə, nə xəbərdir? Sizi kim pul dalınca göndərir? Adam 

həmişə cavan olmur, nə üçün özünüzü incidirsiniz, hə? Nə qə-

dər işləsəniz də, sizi başa düşən olmayacaq. Bu məmləkətdə 

işlə mə yin  faydası yoxdur, adamı qocaldıb yazıq eləyir.

– Ata, narahat olma, bizim üçün çox da çətin deyil.

– Mələqa oradadır? Ver mənimlə danışsın.

Məlihə dəstəyi Mələqaya verdi, Mələqa dedi:

– Salam, “papa”.

– Salam, əzizim, halın necədir?

– Yaxşıyıq, ata. Siz necəsiz?

– Səsin niyə tutulub, soyuq dəyib?

– Yox, ata, səsim yaxşıdır, telefon yaxşı deyil.

– Mənim səsim yaxşı gəlir?

– Hə, “papa”, yaxşıdır.

– Sənin səsin nə üçün belədir? Olmaya, xəstəsən, məndən 

gizlədirsən?

– Yox, ata, arxayın ol.

– Mənijə necədir?




205

Sonsuz səfər

– Yaxşıdır, mənim yanımda oturub. İstəyirsən, verim, da nış.

– Niyə, ver, danışım.

Məlihə qulağını telefona yaxınlaşdırdı, o biri tərəfdən 

Mə ni jənin zərif və incə səsi eşidildi:

– Salam.


– Salam. Halın necədir?

– Sağ ol, yaxşıyam, siz necəsiniz?

– Şəklinizi göndərməli idiniz, nə oldu?

– Özümüz nəyik ki, şəklimiz nə olsun.

– Məni aldatma, səsindən bəllidir ki, gözəlsən.

Mənijə tutqun səslə:

– Yox, elə deyil, – dedi, – amma sizin şəkliniz məndə var, 

çox gözəlsiniz.

– Elədir. Yaxşısınız? Necəsiniz? Bizə baş çəkmək istəmir-

siniz?


– Niyə, inşallah, gələcəyik.

– Unutmayın.

– Yaxşı, ayrı işiniz yoxdur?

– Yox. Atamı qoyma çox darıxsın.

Baş üstə, sağ olun.

– Sağ ol.

Telefon danışığı sona çatdı. Sərhəng Mənijədən soruşdu:

– Yaxşı, nə danışdınız?

Mənijə cavab verdi:

– Heç nə.

Sərhəng soruşdu:

– Nə üçün gülürdü?

Mənijə dedi:

– Elə-belə.

Sərhəng dedi:

– Elə-belə olar? Yəqin, bir söz vardı.

Mənijə dedi:

– Mənim şəklimi istəyirlər.




206

Qulamhüseyn Səidi

Sərhəng dedi:

– Yaxşı, onlar üçün göndər də.

Mənijə dedi:

– Üzüm gəlmir.

Sərhəng dedi:

– Üzüm gəlmir nədir? Gec-tez onlar səni görəcəklər. Belə 

utanmaq yaxşı deyil. Mən evlənmək istəyəndə onlara bunu 

yaz dım, onlar da mənə tapşırdılar ki, cavan və gözəl bir qadın 

alım. Onlar yazdılar ki, qoca və çirkin qadın alsam, dərimə sa-

man tə pəcəklər. Neyləməli, onlar məni sevirlər, – bir müddət 

sonra al bomu stolun altından götürüb, – şəklə baxmaq istə-

mirsən? – de yə soruşdu və albomu vərəqlədi.

Bununla da ev əşyaları bağlandı, hərəkət başlandı. Ancaq 

birdən-birə ağır bir yorğunluq Sərhəngi bürüdü. Bütün həyə-

can və sevinci məhv olub getdi. Mənijə heyrət içərisində do-

nub qal mışdı.

Beləliklə, bir neçə gün ötdü. Hava tutuldu, yağış yağ-

dı, sonra yandırıcı günəş çıxdı. Sərhəng isə ruhi dəyişikliyə 

bürün dü.  Parçalanmış köhnə məcəllələri bir yana atıb, üz-gö-

zünə ye tişdi. Sonra satdığı toyuqçuluq əşyalarına baş çəkib, 

onları alan adamı  təəccübləndirdi. Mənijəni isə gedib-get-

məmək düşüncələ rindən qurtardı. Onlar zəng etdilər. Tanışlar, 

dostlar, qonşular on ları yola salmağa gəldilər. Sərhəng pil-

lələrlə sevincək aşağı endi. Mənijə yaşlı gözlərlə sağollaşdı.

Yayın parça-parça buludları havanı tutdu. Onların namə-

lum və sonsuz səfərləri başladı.

Fars dilindən tərcümə edəni: 

Hüseyn Vahidi



207

TAĞI FAZİLİ

Tağı Fazili Mir Məhəmməd oğlu 1931-ci ildə Zənca-

nın Şoqu məhəlləsində dünyaya göz açmışdır. O, ibtidai 

təhsilini molla xanada almış, daha sonra isə Zəncandakı 

“Səadət” adlı orta məktəbi bitirmişdir. Orta təhsilini ta-

mamladıqdan sonra Tehran da dördillik Amerka İnstitu-

tunu bitirərək ingilis dili və ədəbiy yatı ixtisasına yiyələn-

mişdir.

Təhsilini bitirəndən sonra bir müddət Astarada məh-

kə mə  işlərində çalış mışdır. Ancaq çox keçmədən  siyasi 

baxışlarına görə işdən çıxarılaraq həbs edilmiş və iki il 

məhbus həyatı yaşa mışdır. 

Bədii yaradıcılığa şeirlə başlayan Tağı Fazili 1953-ci 

ildən etibarən nəsr  əsərləri yazmış  və  tərcümə ilə  məş-

ğul olmuşdur.  Əsərlərini fars və türk dillərində  qələmə 

alan yazarın “Tünd qırmızı boya” (şeirlər), “Qaranlıq-

da qalan üz” (roman, farsca), “Kəbinli arvad” (roman, 

farsca), “Yollar və tikanlar” (xatirələr), “Tarixi yöndən 


208

Tağı Fazili

fəlsəfə” (araşdırma, farsca), “Alovdan tonqala” (roman, 

türkcə), “Tərlan”(roman, türkcə) və başqa əsərləri var-

dır. Müəllifi n əsərlərinin bir qismi siyasi baxışlarına görə 

indiyə dək nəşr edilməmişdir. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə