Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə53/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   49   50   51   52   53   54   55   56   ...   159

178

Səməd Behrəngi

mişəm. Belə qərara gəlmişəm ki, özüm gedib arxın qurtaraca-

ğını tapım. Bil mək istəyirəm başqa yerlərdə nə var, nə yox…

 – Mən də uşaq olanda belə fi kirlərə düşmüşəm, balacan! 

Arxın nə əvvəli var, nə axırı. Elə gördüyün nə varsa odur. Arx 

həmişə axır və qurtarmır. 

– Yox, anacan, belə deyil. Hər şeyin axırı var. Məsələn, 

gecə sona çatır, həftə, ay, il… Məgər bunların sonu olmur? 

Balaca Qara Balığın qızışdığını və dil ağıza qoymayıb da-

nışdığını görən Ana Balıq dedi: 

Boş-boş sözləri bir kənara qoy, dur gəzməyə çıxaq. İndi 

danışmaq yox, gəzib dolanmaq vaxtıdır.

 – Yox, ana, mən belə  gəzintilərdən yorulmuşam. Burdan 

uzaqlaşmaq və başqa yerlərdə nələr olduğunu bilmək istəyirəm. 

Birdən elə bilərsən ki, bunları mənə kimsə öyrədib, yox, ana, çox-

dan bu fi krə düşmüşəm. Əlbəttə, ondan-bundan çox şeylər öyrən-

mişəm. Məsələn, bunu başa düşmüşəm ki, balıqların çoxu həyat-

larını boş-boşuna keçirdiklərindən gileylənirlər. Daim ah-nalə edir, 

hər şeydən şikayətlənirlər. Bilmək istəyirəm görüm həyat elə bir 

qarış yerdə o yan-bu yana gedib qayıtmaqdanmı, qocalıb heç nə 

görməməkdənmi ibarətdir, yoxsa başqa dünya da mövcuddur? 

– Balaca, dəli olubsan? Dünya! Dünya! O başqa dünya nə 

deməkdir? Dünya elə həmin dünyadır ki, biz yaşayırıq, həyat 

da ki, elə gördüyün yaşayışdan ibarətdir! 

Bu zaman iri bir balıq onların evinə yaxınlaşdı:

 – Qonşu, – dedi, – uşaqla nəyin üstündə belə höcətləşir-

sən? Deyəsən, bu gün gəzmək fi kriniz yoxdur? 

Ana Balıq qonşunun səsini eşidib cavab verdi: 

– Gör, zəmanə necə dəyişib?! Uşaqlar öz analarına cip-cip 

öyrətməyə başlayıblar. 

– Necə məgər? – deyə qonşu iri Balıq soruşdu. 

– Gör bu cırtdan haralara getmək istəyir?! Hey deyir ki, 

istəyirəm gedim görüm dünyada nələr olur? Nə bilim, ax-

maq-axmaq sözlər! 




179

Balaca Qara balıq

Qonşu iri Balıq: 

– Balaca, – dedi, – de görüm sən nə vaxtdan belə fi losof 

və alim olubsan ki, bizim xəbərimiz yoxdur? 

Balaca Balıq dedi:

 – Xanım, mən bilmirəm siz alim, fi losof nəyə deyirsi-

niz? Hər gün təkrar olunan cansıxıcı gəzintilərdən cana doy-

muşam. Belə yorucu həyatı daha davam etdirmək istəmirəm. 

İstəmirəm ki, bir də gözümü açanda görüm sizin kimi qocal-

mışam, özü də göz-qulaqları bağlı balıqlar kimi qalmışam. 

Qonşu Balıq: 

– Vay, –  dedi, –  gör bu nələr danışır?! 

Ana Balıq dilləndi: 

– Heç düşünməzdim ki, bir dənə  uşağım ola, o da belə 

çıxa! Bilmirəm, balamın qulağını kim doldurub… 

Balaca Balıq dedi:

 – Heç kəs mənim qulağımı doldurmayıb. Anlamaq üçün 

mənim özümün ağlım, görmək üçün də gözüm var! 

Qonşu Balıq Balaca Balığın anasına dedi: 

– Bacı, o pıç-pıç danışan İlbiz yadındadırmı?

–Yaxşı yadıma saldın, yadımdadır! Tez-tez uşağımın ya-

nına gələrdi. Görüm onu gorbagor olsun! 

Balaca Balıq dedi: 

– Bəsdir, ana! O, mənim dostum idi! 

– Balıqla İlbizin dostluğunu eşitməmişdik, bunu da eşit dik! 

Balaca Balıq: 

– Mən də balıqlarla İlbizin düşmənçiliyini eşitməmişdim! 

Amma siz o biçarənin başını yediniz! – dedi. 

Qonşu dilləndi: 

– Bu, keçmişin söhbətidir. 

– Keçmişi siz özünüz yada saldınız! 

Anası dedi: 

– Elə ölməli idi! Məgər oturub-durub nələr danışdıqları 

yadından çıxıb?!




180

Səməd Behrəngi

 – Onda məni də öldürün! Çünki mən də onun dediklərini 

deyirəm, – deyə Balaca Balıq gileyləndi. 

Axır ki, nə başınızı  ağrıdım, səs-küyün sədası başqa 

balıq ları da oraya çəkib gətirdi. Balaca Balığın sözləri hamını 

əsəbi ləşdirmişdi. Qoca balıqlar bir-bir söhbətə qarışıb Balaca 

Balığa acıqlandılar: 

Elə düşünürsən ki, sənə rəhm edərik?! 

– Bir qulaqburması bəsdir! 

Balaca Qara Balığın anası onlara müqavimət göstərdi: 

– Kənara çəkilin! Uşağıma toxunmayın! 

Bu zaman balıqlardan bir başqası Balaca Balığın anasına 

dedi:

 –Xanım, uşağa lazımınca tərbiyə vermədiyin üçün əzab 



çəkməlisən! 

Qonşu Balıq sözə başladı: 

– Sizinlə qonşu olduğuma xəcalət çəkirəm! 

Başqa bir balıq dilləndi: 

– Nə qədər ki, bu məlunun işi… Göndərək qoca İlbizin ya nına. 

Balıqlar Balaca Balığı tutmaq istədilər. Dostları onu təh-

lü kə dən uzaqlaşdırdılar. Anası baş-gözünə döyür, ağlayır və 

de yir di: 

– Allah, sən saxla! Uşağım əlimdən gedir. Nə edim? Başı-

ma haranın daşını salım? 

Balaca Balıq dedi: 

– Anacan, mənim üçün ağlama, geridə qalmış bu qoca ba-

lıq ların halına ağla. 

Balıqlar yerbəyerdən çığırdılar: 

–Təhqir eləmə! 

– Get! Sonra peşman olsan, daha bizdən incimə! 

– Bunlar cavanlıq əlamətidir. Getmə! 

– Buraların nəyi pisdir?! 

– Başqa dünya yoxdur! Dünya elə gördüyün bu dünyadan 

ibarətdir. Qayıt! 




181

Balaca Qara balıq

– Ağlını başına yığıb getməkdən imtina etsən, onda bilə-

rik ki, doğrudan da başa düşən bir balıqsan!

 – Biz sənə öyrəşmişik, getmə! 

Ana Balıq doluxsunaraq dilləndi: 

Mənə rəhmin gəlsin, bala! Getmə!

 Balaca Balıq onların dediklərinə etina etmədən uzaqlaş-

dı. Həmyaşıdlarından bir neçəsi onu arxın gölməçəyə tökülən 

yerinə qədər ötürüb geri döndülər. Balaca Balıq dostlarından 

ayrılarkən dedi: 

– Görüşənə qədər, dostlar! Məni unutmayın! 

Dostlar: 

– Heç unudarıqmı? Sən bizi qəfl ət yuxusundan oyatdın. 

Bi zə elə şeylər öyrətdin ki, heç yuxumuza da girməzdi. Görü-

şənə qədər, ağıllı və cəsur dost! – dedilər. 

Balaca Balıq şırrımnan aşağı sürüşüb arxa nisbətən suyu 

çox olan gölməçəyə düşdü. Əvvəlcə özünü itirdi. Sonra üz-

məyə və gölməçədə dolanmağa başladı. Balaca Balıq bu vax-

tadək bu qədər suyun bir yerə yığışdığını görməmişdi. Suda 

minlərlə çöm çəquyruq gəzişirdi. Balaca Balığı görən kimi 

onu məsxərəyə goydular: 

– Bir bunun təhər-tövrünə bax! Sən nə məxluqsan?! 

Balaca Balıq ani olaraq fi kirləşib: 

– Xahiş edirəm, təhqir etməyin, – dedi, – mənim adım 

Balaca Balıqdır. Siz də adınızı deyin, tanış olaq! 

Onlardan biri dedi: 

– Biz bir-birimizi “Çömçəquyruq” çağırırıq. 

O biriləri yerbəyerdən dedilər: 

– Əslimiz, nəcabətimiz var. 

– Dünyada bizdən gözəli tapılmaz! Sənin kimi yöndəmsiz 

deyilik! 

Balaca Balıq onlara belə cavab verdi: 

– Sizin bu qədər xudpəsənd olduğunuzu bilmirdim. Amma 

nadanlıq üzündən belə danışdığınız üçün sizi bağışlayıram. 




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə