Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə35/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   31   32   33   34   35   36   37   38   ...   159

114

Həmzə Fəthi Xoşginabi

* * *


Evə qayıtmayacağını yazıb mizin üstünə qoyduqdan sonra 

Lyuda küçədə Alfredə rast gəldikdə hansı bir hissin təsirindənsə 

onun yanında dayana bilmədi. Elə bil ki, nənəsinin dediyi söz-

lər ona indi, Alfredlə üz-üzə gəldiyi zaman təsir etmişdi. Elə 

bil ki, o öz sevgisini nənəsinin qəlbində yaşayan nifrətə qurban 

vermək qərarına gəlmişdi. Alfreddən uzaqlaşan Lyuda pərişan 

düşüncə lərə daldığı halda haraya getdiyini özü də bilmirdi.

O, Moskvanın küçələri ilə addımlayır, heç kəsin üzünə 

baxmır, kirpiklərinin lap kökündə axmağa hazır olan göz 

yaşla rını güclə saxlayırdı. Vacib bir işi fövtə gedəcəkmiş kimi 

tələ sir di.  Nəhayət, “Kolxoz” meydançasına çatdı. Yolun sol 

tərəfi ndə döngədə olan kitab mağazasının qabağında dayan-

dı. Sonra heç bir məqsədi olmadan içəri girdi. O, kitabları 

gözdən keçirdisə də, kitablardan birinin belə adını oxumadı. 

Təzədən küçəyə  çıx dı. Yolun sağ  tərəfi ni keçib oradakı ko-

misyon mağazasının qar şısında dayandı, vitrinlərdəki gözəl, 

bəzəkli çini qablara, metal heykəllərə, yan tərəfdən asılmış 

balaca ipək gəbəyə nəzər saldı. Sonra üzünü bu tərəfə çevirib

gəldiyi yolu nəzərdən keçirdi. Elə bil ki, lap indicə Alfredin 

elə bu gün gedəcəyini xatırladı. Əllə rini  ovuşdurduğu halda 

bir anlıq tərəddüd içərisində dayandı və birdən geri dönərək, 

yeyin addımlarla 2 və 9 nömrəli trolleybus ların dayanacağına 

gəldi. İndi o, Alfredlə danışmadığına təəssüfl  ənirdi.

Lyuda Alfredi əvvəlki yerində tapmadı. “Yataqxanaya ge-

dim”, – deyə düşündü... Yataqxana isə uzaqda, Sokolnikidə idi. 

Oraya gedib çatıncaya qədər Lyuda nə qədər də iztirab çəkdi. 

Alfredin orada da olmadığını gördükdə isə Lyuda hər  şeyin 

məhv olduğunu təsəvvür edərək çaşıb qaldı. Saatına baxdı. 

Ber lin  qatarının hərəkətinə o qədər də qalmırdı. Qız yüyür-

məyə baş ladı... Metroya çatanda onun ürəyi yerindən qopmaq 

istəyirmiş ki mi şiddətlə döyünürdü. Qızın sifətindən tər axırdı. 



115

Məhəbbət və nifrət

Gözləri acı şırdı. İndi hər bir dəqiqə, hər bir saniyə Lyuda üçün 

əziz idi. Vaxtı itirmək olmazdı. Bəzən bir dəqiqə, hətta bir neçə 

saniyə belə böyük bir xoşbəxtliyin məhv edilməsinə və ya insa-

na nəsib olmasına səbəb ola bilər. Çünki insan vaxt içərisində 

yaşayır. İn san da, səadət də ancaq vaxt içərisində mövcud ola 

bilər. Vaxt, insanın həyatını təşkil edir və heç bir zaman geri qa-

yıtmayan sa niyələrdən təşkil olunduğu üçün də həssas anlarda 

o özünü bütün qüdrəti ilə nümayiş və hiss etdirir.

Belorusskaya vağzalına çatıncaya qədər intizar anları 

Lyu danı taqətdən salmışdı. O, köks ötürür, məqsədsiz nəzər-

lərlə adamları gözdən keçirir, barmaqlarını ovcunun içərisin-

də sıxır, dodağını dişləyirdi.

Belorusskaya vağzalına çatanda isə Berlin qatarının hərə-

kətinə üçcə  dəqiqə qalırdı. Lyuda adamların arasından sü-

rüşərək, özünü platformaya yetirdi. Lakin burada da o, vaxt 

itirməli oldu: qatarın hansı platformadan hərəkət edəcəyini 

aydınlaşdırıncayadək bir qədər keçdi.

Lyuda vaqonların pəncərələrinə baxır, irəliləyirdi. Al-

fred görünmürdü... Axırda Lyudanın gözü uzaqdan öz institut 

yoldaş  larına sataşdı.

– Alfred! Alfred! Alfred! – deyə çığıra-çığıra özünü yed-

dinci vaqona çatdırdı. Alfred başını  pəncərədən çıxarıb onu 

yola salmağa gələn dostlarına baxırdısa da, olduqca narahat 

görü nür dü.  İzdiham içərisində o sanki kimi isə axtarırdı.

Lyuda özünü vaqona saldı, Alfredin qarşısında dayan-

dı... Onu qucaqlamaq istəyirmiş kimi Alfred də qollarını açdı. 

Qata rın axırıncı  nərəsi eşidildi. Lyuda Alfredin çamadanını 

götürdü, onun sol əlindən tutub öz arxasınca bayıra çəkdi...

– Gedək! Gedək! – deyə o, həyəcanlı bir səslə təkrar edirdi.

Onlar artıq yerindən tərpənmiş olan qatardan tullandılar. 

Lyuda onun əlindən bərk tutmuşdu. “Gedək! Gedək!” – de-

yirdi. Hamı bu rus qızı ilə alman oğluna baxırdı. Alfred isə 

çamadanı Lyudanın əlindən alıb götürməyi belə unutmuşdu...




116

PƏNAHİ MAKULU

Pənahi Makulu (1902-1971) Güney Azərbaycanın 

Maku şəhərində tacir ailəsində doğulmuşdur. İlk təhsilini 

Xoyda almış dır. Atasına təsərrüfat işlərində kömək etdi-

yindən onunla birlik də Azərbaycanın və Qafqazın müxtə-

lif bölgələrində olmuşdur.

Milli azadlıq hərəkatında iştirak etdiyinə görə 1935-

ci ildə  şah hökuməti məmurları  tərəfi ndən həbsə alınıb 

Zəncana sürgün olunmuşdur. 1941-ci ildə rus sovet or-

dusu  İrana daxil olanda həbsdən azad edilərək Təbrizə 

dönmüşdür. Bir müddət Xoy və Maku şəhərlərində sovet 

ordusunu ərzaqla təmin etmək işində çalışmışdır.

Azərbaycan Demokrat fi rqəsinin fəaliyyətində yaxın-

dan iş ti rak  etmişdir.

Azərbaycan Milli Hökumətinin süqutundan sonra – 

1946-cı ilin dekabrından siyasi mühacir kimi Bakıya gəl-

mişdir. Azərbaycan Elmlər Akademiyasının  Əlyazmaları 

Fondunda kiçik elmi işçi vəzifəsində çalışmışdır.


117

Bakıda vəfat etmiş və burada da dəfn olunmuşdur.

Pənahi Makulu ədəbi yaradıcılığa şeirlə başlamışdır. 

İlk qə ləm təcrübələrindən biri olan “Pərişan” povestini 

1923-cü ildə Tifl isdə çıxan “Yeni fi kir” qəzetində dərc et-

dirmişdir. Sonralar “Təbriz gecələri” (1950), “Mübariz-

lər” (1952), “Səttarxan” (1957), “Gizli zindan” (1964), 

“Xiyabani” (1979), “Heydər Əmioğlu” (1985) və başqa 

hekayə, povest və romanlardan ibarət kitabları nəşr olun-

muşdur.

Azərbaycan ədəbiyyatında daha çox tarixi romanlar 

müəl lifi  kimi tanınır.


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə