Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə31/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   27   28   29   30   31   32   33   34   ...   159

102

Həmzə Fəthi Xoşginabi

qorxu, həyəcan və təşviş onu tabdan salmışdı. Qız oturdu... 

İndi bağırırdısa da, səsi çıxmırdı.

...Bəli, həmin kəndin barəsində düşünərkən Lyuda bü-

tün bunları xatırlayırdı. Hər tərəfdən atəş açan alman-faşist 

tankla rının gurultusu yenə  də onun qulağında səslənirdi. 

Ucaboylu Hansı, atasının qatili olan o rəhmsizin almacıqları 

qabarmış arıq sifəti, dəhşətli görkəmi Lyudanın hafi zəsində 

həkk olunmuşdu. O, Hansın qəzəbli bağırtılarını, kinlə dolu 

balaca göy gözlərini, anasını vurarkən sifətinin necə qorxunc 

bir görkəm aldığını indi unutmamışdı. Bütün bunları yadına 

saldıqda isə dəhşətlərin kə dər li,  ağır təəssüratı xəyalında yeni-

dən canlanırdı. Lyudanın qəl bi  acı və sarsıdıcı hisslərin təsiri 

ilə aramsızcasına döyünürdü. O, hələ o zaman and içmişdi ki, 

atasının intiqamını alsın. Lakin Lyuda alman-faşist tankçısını 

bir daha görməmişdi. Bəlkə Hans da haradasa, kimin əliləsə 

həlak olmuşdu!..

Müharibə çoxdan qurtarmışdı. Hərbin dəhşətləri uşaqlar 

və yeniyetmələr üçün bəlkə də nağıla, əfsanəyə, kino ekran-

larında nümayiş etdirilən dastanlara çevrilmişdi. Lakin mü-

haribənin zül məti içərisindən işıqlığa çıxan, vətənə vurulan 

yaraları öz gözləri ilə görən adamlar indi çiçəklərlə örtülmüş 

olan doğma torpağın hər bir qarışının müdafi əsi uğrunda ve-

rilən qurbanları necə unuda bilərdilər?! Yox, bu mümkün de-

yildi! Elə bunun üçün də Vera Pavlovna heç bir şeyi unutma-

mışdı. Oğlu Volodya onun üçün Stalinqrad qəhrəmanlarının, 

xəbərsiz itkin düşən, sinələri ilə vətəni qoruyan döyüşçülərin 

ölməz, unudulmaz simvoluna çevrilmişdi.

* * *

Evdən çıxdıqdan sonra Lyuda hələ öz küçələrinin birinci 



döngəsinə çatmışdı ki, onu səslədilər. Baxanda qızın gözləri, 

Al fredin  nədənsə bir qədər bozarmış üzünə düşdü. Oğlanın 

gözləri bütün gecəni yuxusuzluq çəkmiş bir adamı xatırladır-



103

Məhəbbət və nifrət

dı. Lyuda yerindəcə donub qaldı. Ürəyi şiddətlə döyündü. O 

yavaşcadan “ilahi!” – deyə pıçıldadı. Yenə də ona yaxınlaşan 

oğlana baxdı.

– Salam! – deyə Alfredin titrək səsi eşidildi.

– Alfred, əzizim!

Bu səs Alfredə həyəcanlı bir qəlbin iniltisi təsiri bağışladı. 

Onların heç biri artıq danışmaq iqtidarında deyildilər. Alfre-

din dizləri titrəyirdi. Ürəyi çırpınırdı. O keçən gecəni səhərə 

qədər yatmamışdı. Ümumi yataqxananın bir tərəfi ndə çarpa-

yıda uzan dığı halda gah bu böyrü, gah da o biri böyrü üstə 

aşırdı. Uşaqlıq röyaları kimi şirin və əlçatmaz olan yaxın bir 

keçmişlə vidalaş dığını təsəvvür edərək, Alfred qəlbinin dərin-

liklərində dözülməz ağrılar hiss edirdi. O cəmi bir həftə idi ki, 

Lyudadan ayrı düş müşdü. İlk məhəbbətin ona bəxş etdiyi xoş-

bəxtlik duyğuları isə bütün ömrü boyu unudulmayan nakam-

lıq iztirabları ilə əvəz olunmuşdu... Toy ediləcək günün səhəri 

baş verən bir hadisədən sonra Lyuda ərə getməkdən imtina 

etmişdi. O bunun səbəbini izah etmədi. Alfredə söylədi ki, bir 

daha onu görməyə can at masın. O gündən bəri Alfred əzabve-

rici bir məchuliyyət zülməti içərisində qalmışdı. Keçən gecə 

də o, bu haqdakı fi kirlərdən ayrıla bilmədi. Nəhayət, belə qə-

rara gəldi ki, axırıncı dəfə olaraq Lyuda ilə görüşsün, danışsın. 

Alfred, eyni zamanda, Vera Pav lovnanın dediyi bu sözləri də 

xatırlayırdı: “Allah xatirinə, çıxın gedin, bizi narahat eləmə-

yin. Toy barəsində söhbət belə ola bil məz!”

“Axı, nəyə görə?” – deyə Alfred düşünür, bu suala nə özü 

cavab verə bilir, nə də ki, Lyudadan bir söz qopara bilirdi.

İndi isə küçədə üz-üzə dayanmışdılar. Alfred nə desin? 

Sözə necə başlasın? Ürək döyüntüsü, həyəcan, anlaşılmaz-

lıqdan doğan çaşqınlıq, küsü və kin danışıq iqtidarını onun 

əlindən al mışdı. Alfredin bir məqsədi vardı: Lyudadan onun 

sevgisindən belə gözlənilmədən imtina etməsinin səbəbini 

bilmək! Beş il idi ki, onlar bir-birlərini sevirdilər.




104

Həmzə Fəthi Xoşginabi

Lyuda da az həyəcan keçirmirdi. Axırda o, iradəsini top-

layaraq:

– Mənə bir sözün vardır? – dedi. Qızın səsində saxta bir 

ciddilik duyulurdu. Onun sifəti qızardı, burnunun pərələri 

köp dü:


– Lyudacan, – deyib Alfred udqundu, yalvarış dolu nəzər-

lərini ona dikdi. Oğlanın dodaqlarında ümidsizlik ifadə edən 

bir təbəssüm vardı. – Lyuda, yalvarıram sənə. Mənə qulaq as. 

Bir başa sal görüm nə üçün...

– Bəsdir... Biz hər şey barəsində danışmışıq! – deyib Lyu-

da onun sözünü kəsdi. Üzünü o tərəfə çevirdi. O sanki dodaq-

larındakı titrəyişi Alfreddən gizlətmək istəyirdi. Qız Alfredlə 

danışmaq, hətta qolunu onun boynuna salmaq, ağlamaq, onu 

öp mək üçün özündə sonsuz bir meyil hiss etdisə də, iradəsi-

ni top layıb həyəcan içərisində dayandı. Az sonra isə ürəyinin 

qeyri-iradi və ağrılı bir kinlə dolduğunu duyaraq, əsəbiləşdi, 

barmaq la rını ovcunun içinə  sıxaraq, alt dodağını gəmirdi.

– Yox, danışmalıyıq! Mən bu gün yola düşürəm. Bilet al-

mışam. Ola bilsin ki, biz heç bir zaman görüşməyəcəyik. Mən 

bircə şeyi bilmək istəyirəm...

– Sus! Allah xatirinə, sus! Heç bir şey soruşma, – deyə 

Lyuda sarsılmış bir halda kədərli səslə dilləndi.

Həsrətlə dolu baxışı ilə  oğlanı bir anlığa süzdü, başı-

nı  aşa ğı saldı  və birdən sürətli addımlarla uzaqlaşdı. Alfred 

isə donub muş kimi yerindəcə qaldı. O uzaqlaşan və döngədə 

qeyb olan Lyudanın ardınca baxırdı...

* * *


Lyuda ilə Alfred beş il əvvəl Moskvada, Mendeleyev adı-

na İnstitutda tanış olmuşdular: 9 May – Qələbə günü müna-

sibəti ilə  təşkil olunan gecədə Lyuda nəğmə oxudu. Nəğmə 

oxuyan qızlar içərisində o, bir çoxlarının nəzərini daha artıq 

cəlb etdi. Lakin bu müvəffəqiyyət onun hamıdan gözəl olma-



Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə