Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə27/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   23   24   25   26   27   28   29   30   ...   159

89

Bir gecənin son saatlarında

İbrahim sakit səslə tələsmədən dedi:

– Düzdür, gecənin bu son saatlarında hər bir dəqiqə bizim 

üçün qiymətlidir. Ancaq təşkilatın icazəsi olmadan heç bir iş 

görə bilmərik. Hücum bu gecə zindandakı vəziyyətdən asılı-

dır, yoldaşlar. Bunu da təşkilat öyrənməlidir. Axı, bəlkə heç 

hücum etmək lazım olmadı.

– Bəs oturub baxaq?

– Hücum etməsək, məhkumları güllələyəcəklər. Lüzum-

suz hücum eləsək, həm özümüz, həm də zindandakı başqa 

yoldaş larımız təhlükəyə düşəcəklər.

– Canım sizə  ərz eləsin ki, bizim qanımız heç də zin-

dandakı yoldaşlarımızın qanından qırmızı deyildir, – bayaq-

dan bəri sakit oturan Məşədi Qulamhüseyn əsəbi bir səslə dil-

ləndi və daha danışa bilmirmiş kimi bir neçə dəfə udqundu.

– Zindanda iki yüz məhbus var, – deyib Kürd Həsən sinə-

si ni  irəli verdi və  əlini ağ saçlarına çəkdi. – Hamısı hücum 

gözlə yir.

– Onlar silahsız bir iş görə bilməzlər.

– Yoldaşlar, hücum vaxtına hələ saat yarım qalıb, səbr 

eləyək! – İbrahim qəti bir səslə dilləndi.  Əsəbi halda siqar 

alış dırdı.

Mübahisə bəlkə də qızışacaqdı. Lakin elə bu zaman küçə 

qapısına tanış  zərbələr vuruldu. Aşağı başda oturan Məşədi 

Qu lamhüseyn  ayağa qalxdı.

– Gəldi! Səid gəldi! – Eyni zamanda bir neçə səs birdən 

eşidildi. Hamı  vəcdə  gəlib, həyəcanlandı  və bütün baxışlar 

ota ğın girəcəyinə yönəldi.

Bir az sonra doktor Mehdinəjad otağa girdi. O, qardan 

ağappaq ağarmış paltosunu çıxarmadan, ayaqqabılarının qarı-

nı təmizləmədən otağa girmişdi.

Bəd xəbər gətirmişəm, yoldaşlar! – Mehdinəjad qısaca 

dil ləndi. Ürəklər  şiddətlə döyünür və hamı  təşviş içərisində 

Meh dinəjada baxırdı.




90

Həmzə Fəthi Xoşginabi

– Səid bərk yaralanıb.

– Bəs biz...

– Dayanın! Onsuz da hücum olunmayacaq.

Mehdinəjad əhvalatı söylədi.

Səid huşa gəldikdən sonra demişdi ki: “Hücum olunma-

sın. Firqənin üzvü olan növbətçini axşam harasa çağırmış və 

başqa növbətçi göndərmişdilər. Zindanın mühafi zə qüvvələri 

bir neçə qat artırılmışdı. Hücum büsbütün faydasız olacaq-

dı...”


Hamının qolu yanına düşdü. Hamının nitqi kəsildi. Adam-

lar sanki biri-biri ilə danışmaqdan belə qorxurdular. İbrahim 

isə dodaqlarını ovcunun içində sıxırdı...

* * *


Zindana getməzdən əvvəl sərhəng Darabi bu gecəki mə-

muriyyəti barəsində fi kirləşirdi. Şəhər əhalisinin bir çox təbə-

qələrinin, o cümlədən əsnaf və tacirlərin nümayəndələri ilti-

mas üçün şahın hüzuruna getməyi xahiş etmişdilərsə də, bu 

mümkün olmamışdı. Ancaq Azərbaycan valisi bu xahişləri 

şaha çatdır dığını və şahın məhkumları əfv etmək əzmində ol-

duğunu təntənə ilə bildirmişdi.

Əhalinin tələbinə görəmi, yoxsa başqa mülahizələr üzün-

dənmi şah bir neçə nəfər zabitin əfv edilməsilə razılaşdı. An-

caq bu şərtlə ki, bağışlanmaq istəyən hər hansı bir zabit əfv 

edil məsi barəsində  ərizə  və demokrat fi rqəsinə qarşı nifrət-

namə yaz mış olsun. Belə bir məmuriyyəti yerinə yetirmək işi 

isə məhbus zabitlərin bir çoxu ilə keçmişdə tanış olan sərhəng 

Darabiyə tapşırılmışdı.

Məhbus zabitlərdən bir neçəsi ilə onun keçmişdə tanış-

lığı, dostluğu olmuşdu. Bir neçəsi ilə birlikdə hərbi məktəbi 

və zabitlik daneşgədəsini qurtarmışdı. General Əzimi vaxtilə 

onun müəllimi olmuşdu. Mürtəzəvi onun olduğu dəstənin fər-

mandehi idi və bir müddət qoşunda qardaş kimi olmuşdular. 



91

Bir gecənin son saatlarında

Qasimi ilə də o, çağdan tanış idi. Daha sonralar isə Darabi ilə 

bütün bu kimi tanış zabitlər arasında bir uçurum yaranmışdı. 

Məfkurə uçuru mu! Onun bu dostları başqa yolla getmiş, Da-

rabi isə köhnə əqi dələrindən əl çəkməmişdi. Buna baxmaya-

raq o bəziləri ilə şəxsi dostluğunu uzaqdan-uzağa olsa da, bir 

müddət davam etdir mişdi.

Şah ordusu Azərbaycana basqın elədikdən sonra Darabi 

də Təbrizə göndərildi. O, şahın etimad bəslədiyi və arxalandı-

ğı zabitlərdən biri idi.

Darabi belə  qərara gəldi ki, məhbus zabitlərlə bir dost 

kimi görüşsün, onlara nəsihət versin, yola gətirsin və eyni za-

manda, özünü onların xilaskarı kimi cilvələndirsin. Hər necə 

olursa olsun, o bir neçə zabitə Demokrat fi rqəsinə qarşı nifrət-

namə yazdırmağa nail olmalıdır. Onun məmuriyyətinin əsas 

məqsəd və məzmunu da elə bundan ibarət idi.

* * *

Məhbuslar çıxarılan qərarın nə demək olduğunu bildilər: 



Ölüm! Güllələnmə!

Ölümdən də  dəhşətli olan hal isə – ölümqabağı  həyə-

canlara dözmək, keçmiş  həyatın bütün lövhələrini göz qa-

bağında canlandırmaq, sarsıdıcı, ümidli, kədərli düşüncələrə 

dalmaqdır. Bunun üçün hələ vaxt vardır. Vaxt dözülməz dərə-

cədə ağır keçirdi. Vaxt sanki dayanıb durmuşdu. Vaxt özünün 

bütün dəh şətini hiss etdirirdi. Vaxt insan ürəyində  nələr ya-

ratmağa qadir olduğunu sübut etmək qərarına gəlmişdi. Vaxt 

məhbuslardan sanki intiqam almaq fi krində idi. Bütün bunlar-

la bərabər o, eyni zamanda, özünün nə qədər qiymətli olduğu-

nu da hiss elətdirirdi. Məhkumlar ilk dəfə idi ki, keçən, lakin 

onların nəzərində dur ğunluqdan, hərəkətsizlikdən və  əbədi 

bir yeknəsəqlikdən ibarət olan vaxtın sarsıdıcı ağırlığına qarşı 

müqavimət göstərmək üçün öz iradələrini, son güclərini, qü-

rur və mənliklərini səfərbərliyə almışdılar.



92

Həmzə Fəthi Xoşginabi

Zabitlərlə bir yerdə iki gündən bəri zindana salınmış və 

ölümə məhkum edilmiş bir fədai birdən bağırtı ilə:

– Durun qapını sındıraq!  – dedi. – Biz toyuq-zad deyilik 

ki, gözlərimiz baxa-baxa başımızı kəssinlər. Onsuz da öləcə-

yik. Qoy bu itlərdən də bir neçəsini öldürək!

Divara söykənmiş  və dirsəyini dizinə dayamış olan ağ-

saçlı general Əzimi qışqıran adama baxaraq dodağını dişlədi. 

Onun sifətində öz həyəcanını gizlətməyə çalışan bir adamın 

sifətindəki ifadə vardı. Əzimi bu ağır anların adamlarda bu-

raxdığı təsiri çox yaxşı dərk edirdi. O, üzünü fədaiyə tutub:

– Əzizim, sakit ol! – dedi. – Qapını sındıraq, bəs sonra 

ney ləyək?

– Nə qədər gücümüz var, nə qədər ki, nəfəsimiz gəlir, vu-

ruşarıq, tutub onları boğarıq!

– Biz bu sakit dəqiqələrdə məgər vuruşmuruq? Bizi bu-

radakı zindanbanlar ölümə  məhkum eləməmişlər ki, biz də 

on ları öldürək. Sakit ol, oğlum!

– Biz ölümü mərdliklə qarşılamalıyıq, – Cövdət sakit bir 

səslə dilləndi. – Bu, bizim son silahımızdır. Ədalət və azadlıq 

yolunda həlak olmaqdan daha böyük bir iftixar ola bilməz!

Bu danışıqları eşitmirmiş kimi Qasimi atasına məktub ya-

zırdı. Onun cavan sifətində mənalı bir görkəm vardı. Sanki o 

bu zindanın divarları arasından qoca atasını görür və hər bir 

atanın belə bir oğul boya-başa çatdırmaqla iftixar edəcəyini 

duyurdu.


Şahın gəlməsindən heç kəsin xəbəri yox idi. Ancaq zin-

danda ümumi əfv barəsində qəsdən şayiələr yaymışdılar.

– Qəribədir! – deyə Mürtəzəvi Əzimiyə müraciət etdi. – 

Bu cəlladlar hələ də ümid edirlər ki, biz onlardan əfv istəyə-

cəyik. Zindan rəisini gördün? Necə də yağlı-yağlı danışır, de-

yirdi ki, əlahəzrət hamının mehriban atasıdır, bəlkə də bizi əfv 

elədi.

Kamerada yenə də sakitlik hökm sürməyə başladı.




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə