Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə25/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   21   22   23   24   25   26   27   28   ...   159

82

Həmzə Fəthi Xoşginabi

çıxdı. Qapıdan bir neçə addım o tərəfdə bir qaraltı gözə çarpır-

dı. Zöhrə özünü qaraltıya çatdırdı. O əyildi, üzüqoylu yıxılmış 

adamın çiyinlərindən yapışdıqda sağ əlinin barmaqlarında bir 

istilik duydu. Həmin adamın çiynindən qan axırdı...

– Səid! Səid! – deyə Zöhrə diz çökdü, onun başını yuxarı 

qaldırdı. – Canım sənə qurban!

Zöhrə qalxdı və baş tərəfdən qollarını yaralının qoltuqları 

altına keçirdi. Onu qaldırmaq çətin olsa da, qız özündə çətin-

lik anlarına məxsus bir güc duyurdu. Yaralını sürüdükcə o, 

dalı-dalı çəkilir, bəzən nəfəsini oğurlayır, bəzən də tövşüyür-

dü. Yaralını sürüyürdü. Cəsəd qar üstündə qeyri-müntəzəm 

bir cığır açmışdı. Nəhayət, Zöhrə yaralını lap həyət qapısının 

ağzına qədər çəkib gətirdi. Qız bərk tərləmişdi. Ayaqları baş-

maqların içində üşüyür dü.

Bir dəqiqəliyə olsa da, dincini alması qızın bir az qüvvə 

yığmasına səbəb oldu. İndi yaralını içəri gətirə bilərdi. Lakin 

indi daha da ehtiyatlı olmalı, çalışmalı idi ki, onun başı pil-

lələrə və dalanın daş döşəməsinə toxunmasın...

...Səidi otağa gətirib kürsünün başında uzatdıqda qız büs-

bütün taqətdən düşdüyünü hiss etdi. Yaralının sifəti ağappaq 

idi. Gözləri qapanmışdı. Onun bu vəziyyətini gördükdə Zöh-

rə daha artıq təşvişə düşdü. Oturdu. Yaralının qara güzəmdən 

toxunan paltosunun, sürməyi pencəyinin yaxasını açdı. Onun 

sağ çiyinindən və kürəyindən iki güllə  dəymişdi. Zöhrə qa-

naxmanın qarşısını alsın deyə, yorğan-döşəyin içində olan 

mələfəni götürdü və onu parçalayaraq yandırdı. Parçanın kü-

lünü yaraların üstünə basdı. Mələfənin o biri parçası ilə yara-

ları bağladı.

– Səid, gözlərini aç, danış, qardaşım! – deyə qız sızıltı və 

təşviş dolu bir səslə dilləndisə də, cavab ala bilmədi. Yaralı 

huşunu itirmişdi. Onu bu vəziyyətdə qoymaq olmazdı. Həkim 

gətirmək lazım idi. Yubanmaq olmazdı. Zöhrə neyləsin? Bu 

gecəyarısı haraya getsin? Kimdən yardım dilənsin? Firqəçilər 




83

Bir gecənin son saatlarında

buraya ancaq səhər gəlməli idilər. O vaxta qədər oturub göz-

ləmək olmazdı.

Zöhrə yatağa uzadılmış və palto-pencəyi çıxarılmış Səidə 

baxırdı. Onun iri, qara gözlərindən axan yaş ağ, yumru sifə-

tinə yuvarlanırdı. Qız getdikcə daha artıq başa düşürdü ki, 

fürsəti fövtə vermək olmaz. Lakin nə qədər fi kirləşdisə də nə 

edəcəyini bilmədi.

Gəlib pəncərənin dalında dayandı. Həyətə baxmağa baş-

ladı. Lakin buzlu naxışlarla örtülmüş şüşələrin ardından həyə-

ti görmək mümkün deyildi. “Bəlkə Mehdinəjadgilə gedim” 

– deyə öz-özünə düşündü. Mehdinəjad onun tanıdığı yeganə 

fi rqəçi bir həkim idi. Ancaq o, uzaqda yaşayırdı. Yaxında olan 

həkimlərə isə müraciət etməkdən qorxurdu.

Səid özünə  gəlməsəydi, bütün işlər korlanacaq, demok-

ratların çoxdan bəri çəkdikləri nəqşə puça çıxacaqdı. Çünki 

hər şey indi bu bir neçə saatdan, bu bir neçə saat içərisində tu-

tulan son təsmimdən asılı idi. Səid dilə gəlməlidir. Səid danış-

masa, demokratların əli bağlanacaq və bu həlledici dəqiqələr-

də hər bir fəaliyyət imkanından məhrum olacaqlar.

Bütün bunları xatırlayan Zöhrə birdən hönkürtü ilə ağla-

mağa başladı. O, beləliklə sanki özünə təsəlli verməyə, ağırlı-

ğı ilə onu əzən müsibəti yüngülləşdirməyə can atırdı. Lakin o 

ağlayarkən özünün əlacsızlığını daha dərindən başa düşərək

daha artıq mütəəssir oldu.

Yaralının zəif iniltisi eşidildi. Zöhrə özünü ona yetirdi.

– Səid, Səid! Başına dönüm, dilinə qurban, danış! Bizə 

rəh min  gəlsin, danış! Danış! Allah xatirinə susma! De görüm, 

zindana hücum olsun, ya yox? Axı, yoldaşlar sənin verəcəyin 

xəbəri gözləyirlər...

Yaralı  nə dindi, nə  də gözlərini açdı, Zöhrənin inilti və 

yalvarışla dolu səsini də eşitmədi.

– Zindana hücum olacaq?



84

Həmzə Fəthi Xoşginabi

Yenə də sükut! Axı, Zöhrənin fi rqə yoldaşları indi səbir-

sizliklə bu xəbəri gözləyirdilər. Məhbusların da yeganə ümidi 

onlaradır. Bu dəhşətli intizar nə ilə sona çatacaq? İyirmi yeddi 

nəfər məhbus zabitin xilas edilməsi, yoxsa səhər erkən onların 

güllələnməsi ilə?

Yaralının susduğunu görən qız məhbuslar barəsində fi kir-

ləşir, eyni zamanda baxışını Səidin saralmış sifətindən, quru-

muş və ağarmış dodaqlarından ayırmırdı.

Çoxlu fi kir, həyəcan və tərəddüddən sonra Zöhrə qonşu-

lardan kömək istəmək qərarına gəldi.

* * *


Elə bu gün şahın Təbrizə gəlməsi şəhər əhalisini böyük 

təşvişə salmışdı. Onun gəlməsindən sonra şəhərin xeyirxah 

ağsaqqalları, tacirləri Hacı Məmməd ağanın evinə toplandılar. 

Onların içərisində heç bir zaman heç bir işə qarışmayan, hər 

bir hadisəyə xüsusi bir sakitliklə baxan adamlar az deyildi. 

Lakin iyirmi yeddi nəfərin və zabitin edam ediləcəyi xəbə-

ri hamını həyəcana gətirmişdi. Elə buna görə idi ki, tacirlər-

dən bir dəstəsi buraya toplanıb, şahın yanına iltimasa getmək 

məsələsini müzakirə etmək qərarına gəlmişdi. Bunların ara-

sında ortabab tacirlərlə bərabər varlılardan da vardı.  Onlar-

dan heç birinin demokratlarla əlaqəsi yox idi. Demokratları 

sevməyən, onlara ancaq vaxtilə hüsn-rəğbət bəsləyən, onlar-

la tamamilə qeyri-müəyyən bir münasibətdə olan bu müxtə-

lif adamlar indi sakit oturmağı vicdansızlıq hesab edirdilər. 

Bunlar o qəbil adamlardan idilər ki, vətənə böyük bir müsi-

bət üz verəndə özlərinin, məşrutə dövründəki ata-babalarının 

vətənpərvərliyini unuda bilmir, həmvətənlik hissləri cuşa gə-

lir, vicdan hökmündən boyun qaçıra bilmirlər. Onlar şəhərdə 

hökm sürən həyəcan və təşvişdən kənar qalmağa qadir deyil-

dilər.



Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə