Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə21/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   17   18   19   20   21   22   23   24   ...   159

68

Seyid Cəfər Pişəvəri

– Bəli, Hacı ağa! 10 min manatdan əlavə bu gün hər bir 

manat üçün 3 qran aldım. Yəni 10000 tümən bir, 2500 tümən 

bir, iki dəfə 4000 tümən və  qənd tələbindən 4000 çıxmaqla 

yenə də ondan 11000 tümən tələbimiz var. O, cari ayın içində 

bu borcun çox hissəsini ödəməlidir. Borcu ödəmək üçün bu 

ayın sonunadək vaxt istəyirdi, amma icazəm olmadığı üçün 

söz ver mədim. İşi elə də ürəkaçan deyil, qorxuram getdikcə 

vəziyyəti daha da pisləşə. Hətta bir neçə  nəfər tələbkarı da 

əliboş qaytarıb. Yalnız israrla rus pullarını ala bildim. 

O gecə Hacı Qasım söhbətcil və səmimi adam təsiri ba-

ğışlayırdı. Mirzə Ələmdarın cavabında belə dedi:

 – Ələmdar, pulları almağın çox yaxşı oldu. Axmaq qərb-

pərəst kişi sonda mütləq müfl isləşəcək və öz intizamsızlığının 

cəzasını çəkəcək. Axmaq elə bilir ki, İran da Avropa kimidir. 

Zavod və müxtəlif müəssisələr, o cümlədən avtomobil parkı 

və ofi s açır. Cürbəcür xidmətçilər işə götürür. Doğrudan da, 

ax mağın biridir. Mirzə, de görüm daha nə xəbər var? 

Mirzə Ələmdar: 

– Bu gün teleqram almışam. Mirzə Mehdi İsfahandan çı-

xıb. Teleqramda yazır ki, bacısı oğlu Əhmədağa üçün möhlət 

is təyir. Sabah yox o birisi gün gəlib çatar. 

Hacı Qasım: 

– Bu hiyləgər və soysuz adam haradan tapıldı?! Mirzə, 

onun barəsində nə fi kirləşirsən? 

Ələmdar:


 – İndiyədək haqq-hesabı düz olmuşdur. Amma bildiyiniz 

kimi, camaat arasında xətir-hörməti yoxdur. Əlbəttə, Siz onu 

hamıdan yaxşı tanıyırsınız. 

Hacı Qasım: 

– Ələmdar, mən Mirzə Mehdini yaxşı tanıyıram. Çox bic 

və hiyləgər adamdır. Baxmayaraq ki, bu günlər işləri yaxşı 

gedir, lakin qardaşlarının hamısı şarlatan və natəmiz adamlar-

dır. İndiyədək onlardan doğru-düzgün bir söz eşidilməmişdir. 




69

Nadirə

Hər gün bir cildə girib çörəyi gün hesabına yeyən adamlardır. 

Onlar günəbaxan cinsidirlər. Neçə il bundan əvvəl  Ərəb və 

Ənsar (pey ğəmbərin köməkçiləri) tayfasından olduqlarını id-

dia edir dilər. Am ma bir müddətdən sonra özlərini ərdəbilli və 

ya isfahanlı kimi göstərirdilər. İndi eşitmişəm ki, özlərini rus 

vətəndaşı, qafqazlı hesab edirlər. Hər halda kim olduqlarını 

görəcəyik. Biz də  uşaq və cahil adam deyilik. Mirzə, daha, 

nə eşidibsən? Mən də bu gün hücrəyə (ticarət mərkəzi) gedə 

bilmədim. 

Ələmdar: 

– Günortaya yaxın bir gövdəli adam gəlib sizi soruşaraq 

dedi ki, Hacı ilə işim var. Fikrimcə, adı da Hacı Əbdülsəməd 

Rəşti idi. 

Hacı Qasım: 

– Aha! Tanıdım, kök və gövdəli adam... Yəqin ki, siqaret 

də çəkir, yaxud bir şey yeyirdi. Gülmürdü ki?

 Ələmdar: 

– Təsadüfən hər üç işi də görürdü. Oturan kimi siqaret 

çək di.  Hər sözdən sonra gülürdü. Gedəndə də ağzı işləyirdi, 

elə bil, nəsə yeyirdi. 

Hacı Qasım: 

– Rəşt əhalisinin bəziləri axmaq adamlardı. Xüsusilə, yaş-

lı, qərbpərəst hacıları nəzərdə tuturam. Yaşlarının bu vaxtla-

rında qalstuk taxmaqdan və ətir vurmaqdan xoşları gəlir. Yax-

şı, nə de yirdi? 

Ələmdar: 

– Sizinlə vacib işi olduğunu dedi. Xarici İşlər Nazirliyinin 

işçisi Cəmşid xanın evində qaldığını söylədi. Dedi ki, nə vaxt 

istəsəniz ona telefon aça bilərsiniz. Telefon nömrəsi... 

Hacı Qasım: 

– Çox yaxşı, sabah səhər tezdən ona zəng vurub deyər-

sən ki, gəlib məni görsün. Axmaq olduğuna baxmayaraq, pis 

adam deyil. İşləri də yaxşı gedir. Daha nə xəbər? 




70

Seyid Cəfər Pişəvəri

Ələmdar: 

– Hacı ağa! Manatın qiyməti on şahı aşağı düşüb, camaat 

qorxu içindədir. Deyirlər ki, Rusiyanın vəziyyəti düzələn de-

yil. Bütün manatlar bazara çıxarılıb. 

Hacı: 


Ay Mirzə, sən ki, bu qədər sadəlövh adam deyildin? 

O böyüklükdə dövlət heç vaxt pulunun etibardan düşməsinə 

icazə verməz. Bunların hamısı almanların uydurmalarıdır. Sa-

bah nə qədər manat ala bilsən, al. 

Ələmdar:

 – Almağına alaram. Amma bu işin axırını yaxşı görmü-

rəm.  Ərzaq mövzusu da mühüm mövzulardandır. Təbriz, 

Xora san  və Şirazdan yazırlar ki, ərzaq qıtlığı yaranıb və qiy-

mətlər gün dən-günə bahalaşır. Nə təklif edirsiniz? 

Hacı:


 – Bunu bilirdim. Bu gecə yubanmağımın səbəbi də bu-

dur. Onlara söylə ki, nə qiymətə olursa-olsun ərzaq almaqdan 

çəkin məsinlər. Amma bizdən xəbərsiz bir qram da satmasın-

lar.  Əh məd ağada olan tələbdən də  nə  qədər ala bilirsən, al. 

Amma elə etmə ki, özünü yerə vurub müfl isləşdiyini söyləsin. 

Hələlik sə ninlə işim yoxdur, ola bilsin ki, sabah günortadan 

sonraya qə dər hücrəyə gələ bilməyim. Ərzaq və əsginas işini 

yaddan çıxarma. 

Hacıdan tapşırıq alan Mirzə Ələmdar bir qədər rahat nəfəs 

aldı. Çünki söz-söhbət bitmədən heç vaxt Hacının sonuncu 

gös tərişlərini verməyəcəyini o, yaxşı bilirdi. Elə belə də oldu. 

Hacı bu tapşırıqdan sonra yerindən qalxıb getməyə hazırlaşdı. 

Belə liklə, Mirzə Ələmdar da getmək üçün tədarükə başladı. 

Hacı qa pı ağzında yenidən qayıdıb təbəssümlə dedi: 

Doğrudan, Ağa Mirzə! Eşitmişəm Allah sənə daha bir 

qız uşağı da bəxş etmişdir. Qədəmləri xeyir-bərəkətli olsun, 

in şal lah. 

Mirzə Ələmdar utancaq halda cavab verdi:




71

Nadirə

 – Bəli, kənizlərinin sayının biri də artdı. Allah sizi uzun 

ömürlü eləsin. 

Hacı: 


– Eybi yoxdur! Nigaran olma. “Diş verən, çörəyin də ve-

rər”, – demişlər. Mən qızının qədəmlərini bərəkətli görürəm. 

Onun gəlişi üçün bu aydan sənin maaşına iki tümən artırıram. 

Allah böyükdür. 

Ələmdar: 

– Allaha şükür edirəm ki, Hacı kimi sahibkarım və bö-

yü yüm var. Allah sizin kölgənizi üstümüzdən əskik eləməsin. 

Be ləliklə, sahibkar və mirzənin söhbətləri başa çatdı. Hacı, 

Ələm darın səmimi-qəlbdən təşəkkürü müqabilində  səxavətə 

gəl di  və ikinci dəfə qalın və qara dodaqlarında təbəssüm gö-

ründü. Bu isə Ələmdar üçün çox qiymətli bir töhfə idi. Ələm-

dar bu göz lənilməz nemətdən çox sevinərək yenidən hacıya 

təşəkkürünü bildirdi və onunla vidalaşaraq evinə  tərəf yola 

düşdü. Həmçinin o, maaşının artırılmasını nəzərə alaraq qar-

daşından da yaxın olan Mirzə  Nəsrullanın mağazasından 

uşaq ları üçün bir qədər şirniy yat  və çərəz alıb evə apardı. 



Ziyafət gecəsi

Qiymətli kaşılar,  əlvan  şüşəli pəncərələr, antik çini gül-

dan və qab-qacaqlar, İranın qədim əl xalçaları, çox nadir və 

qiymətli  əşyalar sayılırlar. Bunlar münasib şəraitdə mühitin 

gözəlliyini daha da artırır və ev sahibinin cah-cəlalını nümayiş 

etdirir. Hacı Qasımın evində bu əsərlərin yoxluğu onun evini 

bir xaraba zarlığa, yaxud bir əski məbədə və ya ən yaxşı halda 

köhnə bir məqbərəyə çevirmişdi ki, bu da insanların zehnində 

o məkan lardakı xatirələrini canlandırmağa səbəb olurdu. Ev 

sahibinin, yəni Hacı Qasımın geri qalmış fi kir və səliqəsinin 

ruhu bu əşya ların içinə hoparaq onların təravət və zərifl iyini 

aradan aparırdı. Beləliklə, ordibehişt ayının (yazın ikinci ayı) 




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə