Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə19/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   15   16   17   18   19   20   21   22   ...   159

61

Kitab yüklü eşşək

öyrənirsiniz; bir ibadətgaha daxil olduqda ağ layırsınız; bü-

tün bunlar təmiz yalan və yalan təmizlikdir! Salam verdiyiniz 

adamın əgər bir müddət sonra ölüm xəbərini sizə çat dırsalar, 

kədərlənmirsiniz. Əgər bir adamla görüşmək üçün dö nə-dönə 

təkid edir və onu təkrar gəlişə dəvət edirsinizsə, o adam al-

danıb təzədən sizin evə gəlsə, elə bil ki, sizi ilan sancır. Bir 

neçə adamı evinizə  dəvət edib onlar üçün yaxşı süfrə aç-

dığınız vaxt, ürəkdə onları lənətləyir, onlara pislik istəyirsiniz. 

Qonaq lığa, çağırılan bir yerə getdiyiniz vaxt ev sahi binə öz 

razılığınızı bildirmək  əvəzinə, orada oturduğunuz müd dətdə 

sifətinizi süni surətdə  şad göstərirsiniz, batində ev sahibinə 

lənət edir, söyüş yağdırır, ürəyinizdə deyirsiniz ki, kaş özü-

mün xarabamda rahat oturmuş olaydım. Gülürsünüz, halbuki, 

qəlbi niz də ağlayırsınız. Rast gəldiyiniz adama özünüzü həd-

siz səmi mi  göstərirsiniz, la kin qəlbinizdə onu söyürsünüz. 

Qonaq sahi binə mehribanlıq edib, onun məhəbbətindən xə-

calətli olduğu nuzu bildirirsiniz. Amma batində: “Nə üçün bi-

zim belə qonaqlıq etməyə şərait və imkanımız yoxdur?” deyə 

həsəd aparırsınız. 

Əgər həmin qonaq lıq gecəsinin səhərisi o ev sahibi sizi 

görməyə gəlsə, mənzili ni zin  qapısını onun üzünə açmaz, da-

lınca min söyüş yağdırarsınız. Qətiyyən görüşmək istəmədi-

yiniz ada mın evinə gedərsiniz. Bayram günlərində bayram-

lıq verər, lakin bu bayramın banisi olan Cəmşid

1

  haqqında 



donquldanırsınız. Daldada pislədiyiniz adamla rastlaşdıqda, 

üzünə yaltaqlanar sı nız. Bir-birinizlə görüşdükdə, qarşınızda-

kının pis günə qalma ğını, zəlil olmasını istəyərsiniz. Məhz 

ehtiras və şəhvani hisslər üçün belə yaşayışı keçirirsiniz. Öz 

həmcinslərinizin hər hansı birindən  şəxsi fayda ummadıqda 

onunla  əsla ülfət etməzsiniz. Rast gəldiyiniz adama ya ona 

görə yaltaqlanırsınız ki, haminiz olsun, ya da ona görə ki, xe-

1

  Cəmşid – rəvayətə görə  qədim  İranda Pişdadilər sülaləsinin dördüncü 



padşahı.


62

Mirzə Əbdürrəhim Talıbov

yir görməkdən naümid olub heç olmazsa, şərindən uzaq ol-

maq istəyərsiniz. Əgər bir qonaqlığa, ziyafətə, yaxud hədiyyə 

və bəxşiş verməyə malınızı və vaxtınızı sərf edirsinizsə, bu öz 

həmcinslərinizdən birinə pislik etmək, onun hörmətini  əlin-

dən alıb vəzifəsinə sahib olmaq üçündür. Ya da bu imtiyazı 

əldə etməkdə bir dəstə həmcinsinizi qüssəyə, həsədə salmaq 

fi krindəsiniz. Zəhmət çəkir, rahatlıq bilməyib mal-dövlət əldə 

edirsiniz, bütün bunlar isə ali qəsrlər tikmək, bəzəkli xalılar 

döşəmək, qızıl-gümüş qablar düzəltmək,  şan-şöhrətin bütün 

vasitələrinə yiyələnmək və bununla da öz həm cinslərinizdən 

üstün olmaq istəyirsiniz. İlahi nemət üçün əziyyət çəkib iba-

dət edir, göz yaşı töküb ağlayır, yalvar-yaxar edirsinizsə – 

şəxsi xeyriniz üçündür. Gözlərinizi yaşardır, həmcinslərinizi 

öldürmək üçün barıtınızı qurudursunuz. Siz bəşər övladını hə-

mişə xəstə, əlil və bədbəxt edən də məhz bu lovğalıq və xud-

pəsəndlikdir. Bundan xəbəriniz yoxdur ki, bizdən fərqli ola-

raq, siz öz həm cinslərinizə daha çox möhtacsınız, mədəniyyət 

və bərabərlik alə minə qədəm qoymayınca yırtıcıların ən zəlili 

və ən bəd bəx tisiniz.  Bir-birinizə ehtiyacınız, zəruri tələbatınız 

və asılı lığınız olduğu halda düşmənçilik etməyiniz, hər yerdə 

və hər cəhətdən xəyanətə əl atmağınız necə böyük bir xəbis-



lik, necə böyük bir pozğunluqdur!

Farscadan tərcümə: Mirəli Mənafi 


63

SEYİD CƏFƏR PİŞƏVƏRİ

Seyid Səfər Pişəvəri (1892-1947) Güney Azərbayca-

nın Xalxal mahalının Zeyvə kəndində yoxsul kəndli ailə-

sində ana dan olmuşdur.  İlk təhsilini doğulduğu kənddə 

almışdır. 1905-ci ildə Bakı şəhərinə mühacirət etmiş, öz 

təhsilini burada davam etdirmişdir. 1913-1917-ci illərdə 

Xırdalan qəsəbəsində müəllim lik  etmişdir. Dərin mütaliə-

si sayəsində ictimai elmləri öyrənmiş və siyasi fəaliyyətə 

başlamışdır. Həmin illərdə Bakıda nəşr olu nan “Açıq 

söz” qəzetində  məqalələrlə  çıxış etmiş,  İran xalqla rı nın 

ağır vəziyyətini əks etdirən siyasi yazılar yazmışdır.

1919-1920-ci illərdə “Hürriyyət” qəzetinin redakto-

ru ol muş, həmçinin İran Ədalət Firqəsi Mərkəzi Komitə-

sinin xarici bölməsinin katibi kimi fəaliyyət göstərmişdir.

1920-ci ilin may ayında İrana dönmüş, inqilabi qüv-

vələri birləşdirmək üçün siyasi fəaliyyətini canlandırmış-

dır.1921-1922-ci illərdə İran Həmkarlar İttifaqının orqa-

nı olan “Həqiqət” qəze tinin redaktoru olmuşdur. 


64

Seyid Cəfər Pişəvəri

1930-cu ildə siyasi fəaliyyətinə görə həbs olunmuş və 

11 il Qəsri-Qacar zindanında məhbus həyatı yaşamışdır. 

Həbsdən azad olduqdan sonra, 1941-ci ildə  İran Xalq 

Partiyasının yaran masında fəal iştirak etmiş, “Acer” qə-

zetini (1943) təsis etmişdir.

1944-cü ildə Pişəvəri Azərbaycandan İran parlamen-

tinə seçilsə  də,  İran irticası onun deputatlığını  rədd et-

mişdir. 

Onun rəhbərliyi altında yaranan Azərbaycan De-

mokrat Firqəsi 1945-ci il dekabr ayının 12-də (21 Azər) 

Azərbaycan Mil li Hökumətini yaratmışdır. O, hökumətə 

mövcud olduğu bir il ərzində baş nazir kimi rəhbərlik et-

mişdir.

Azərbaycan Milli Hökumətinin süqutundan sonra, 

1946-cı ilin dekabr ayında Quzey Azərbaycana mühacirət 

etmişdir. 1947-ci il iyul ayının 11-də  Yevlax şəhəri yaxın-

lığında müəm malı şəkildə maşın qəzasında həlak olmuş-

dur. Məzarı Bakı şəhərində Fəxri Xiyabandadır.

S.C.Pişəvəri daha çox publisist kimi fəaliyyət göstər-

miş, həmçinin bir sıra nəsr əsərləri yazmışdır. O, sənədli 

üslubda qə ləmə alınmış “Zindan xatirələri dəftərindən” 

memuarının, “Na dirə” və “Məhinbanu” romanlarının 

müəllifi dir. Müəllifi n bə dii  əsərləri onun sağlığında nəşr 

olunmamışdır.


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə