Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə16/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   12   13   14   15   16   17   18   19   ...   159

51

Kitab yüklü eşşək

Sədiya, hübbi-vətən gərçe hədisist cəhih,

Nətavan mord be səxti ke mən inci zadəm.

1

Haşiyə

“Təfərrüd və ictimai

2

  məsələsi dünyanın mühüm, dəqiq 



və  çətin inkişaf edən məsələlərindən biridir. Ey əziz cavan 

ağam, qərara gəlmişəm ki, öz həyat sərgüzəştimi danışmaqla 

bərabər, mənim eşşəkvari ağlım çatdığı qədər Sizi bəzi mət-

ləblərdən xəbərdar edim. Bunu başa düşmək lazımdır ki, aya 

siz bəşər övladı dünya xilqətinin başlanğıcından təcrid olun-

muş idiniz və yaxud icma halında yaşayırdınız? İnsan övla-

dının növləri və onların təbiətlərini öyrənən alimlərdən bə-

zisi (avropalılar bunları “antropolojist” adlandırırlar) yolunu 

azaraq deyir ki, insanlar xilqətin başlanğıcında vəhşi halda və 

tənha yaşayırdılar, öz həmnövləri ilə ünsiyyət və yaxınlıqları 

yox idi. Daş baltalarla və ucu çaxmaq daşından olan oxlarla 

ovu vurub güzəranlarını  keçi rir dilər. 

Mən bunun əksini düşünürəm. Doğrudur, ilk insanlarda 

elm və sənət ibtidai şəkildə idi, tərəqqi yox idi. Lakin icma 

ha lında yaşamağa meyil, habelə tək-tənha hərəkət etməmək, 

elliklə qəbilə və ailə şəklində yaşamaq hər növ canlının, si-

zin həmcin siniz olan nitqli heyvanların, bizim həmcinsimiz 

kimi zahirən dilsiz olan başqa heyvanların təbii zərurətidir. 

Son dərəcə lov ğalıqla özünü əşrəfi -məxluqat hesab edən insan 

özünün heyvan cinsindən, həm də başqa heyvanlardan daha 

1

  Sədi  Şirazinin Vətən məhəbbəti haqqında dediyi məşhur bir beytdir. 



Tərcüməsi:

Vətənin eşqi müqəddəs bir hədisdir, Sədi,

Ölmək olmaz ki, bu yerdə məni doğmuşdur anam.

2

  Təfərrüd və ictimai – “təfərrüd”  ərəbcə “tək olma”, “yalnız qalma”, 



“ictimai” isə “bir yerə toplanmış”, “yığışma” deməkdir. Burada söhbət 

ilk insanların tənha və ya icma halında yaşamalarından gedir.




52

Mirzə Əbdürrəhim Talıbov

aciz və zəif oldu ğunu inkar edə bilməz. Deməli, yeriyən və 

uçan lardan  tutmuş bütün heyvanlar sürü halında yaşamağa 

meyilli olduqları kimi ilk insan da məcburən icma şəklində 

yaşamağa meyilli idi. Nəhayət, siz nitqli varlıqla biz dilsiz 

heyvanın bir fərqi vardır. O da bundan ibarətdir ki, biz icma 

halında yaşa dıqda aramızda bərabərlik olur: siz isə lovğalıq 

və xud pə sənd liyin  şiddəti üzün dən bir fayda, bir mənfəət du-

yan kimi bəra bərliyə, qarşılıqlı köməkliyə riayət etməyirsiniz; 

o faydanı inhi sara almağa və təkcə özünüzə məxsus etməyə 

səy göstərirsiniz. Hamısını  təklikdə  mənimsəyib, başqasına 

zülmkarcasına təcavüz etməkdə üstünlük qazanmağa, qonşu-

nu və öz həmcinsini məh rum  etməyə çalışır sınız”. 

Bu fi kirlərə dalmış halda xoşbəxtcəsinə gəzib otlayırdım. 

Birdən başa düşdüm ki, çəməndə ot azalmışdır, qışın yaxın laş-

ması ilə vəziyyət bir az da çətinləşə bilər. Yavaş-yavaş meşə 

ağaclarının yarpaqları töküldü. Sular günəş çıxandan bir müd-

dət sonraya qədər buzlu, gecələr yatmalı olduğum yer rütubət-

li idi. “Necə görəcək günlərim varmış? – deyə özüm-özümə 

fi kirlə şirdim. – Əgər bir müddət də bu vəziyyətdə qalsam, ac-

lıqdan, su suzluqdan öləcəyəm. Bəs haraya gedim və nə edim? 

Görəsən, elə bir adam tapılarmı ki, mən qəribi saxlasın?”

Neçə gün fi kir-xəyaldan sonra bir çarə tapdım. Meşədən 

kənara çıxıb yaxındakı kiçik bir kəndə getdim. Kəndin kəna-

rında balaca bir daxma tapdım. Daxmanın qabağında bir qa-

rının otur duğunu gördüm. O, günəşin hərarətindən isinir, yun 

əyirirdi. Ya vaşca arxa tərəfdən gəlib, qarı hiss etmədən başı-

mı onun alnına qoydum, qarı bərk diksindi və qorxmuş halda 

mənə baxdı. 

Mən qulaqlarımı  aşağı salladım, gözlərimi yerə dikərək 

ye rim dən tərpənmədim. Qarı özünə  gələndən sonra mənə 

yaxın laşdı, əlini başıma, boynuma çəkdi:

– Yazıq, dilsiz heyvan! Deyəsən, acı günlər ona yamanlı-

ğı unutdurub. Sakitdir, nadinc deyil. Sahibi çıxmasaydı, yaxşı 




53

Kitab yüklü eşşək

olar dı. Qəfi l ölümü ilə sinəmə dağ çəkən öz qoduğumun əvə-

zinə tu marlayardım. O da mənim yükümü mənzilə, malımı 

bazara apa rardı. Əfsus ki, bu ölkədə xərtəbiət adamlar çoxdur. 

Və sahibsiz eşşək heç yoxdur.

Qarının bu söhbəti əsnasında mən mülayimliyimi və məh-

zunluğumu artırır, gözaltı baxır və dodağımı tərpədərək, özü-

mü istədirdim. Bu vaxt evdən bir uşaq səsi eşidildi.

– Nənəcan, kiminlə danışırsan?

– Gözüm-canım, mən başını alnıma qoyan bir eşşəklə 

söhbət edirəm, – deyə nənə cavab verdi. – Çox mehribanca-

sına mənə baxır. Mən elə daşürəkli deyiləm ki, onu incidib 

evdən qovum.

Uşaqcığaz evdən eşiyə tullanıb, yüyürərək bizə tərəf gəl-

di. O, yeddi yaşında bir uşaqdı. Paltarı köhnə olmasına bax-

mayaraq, təmiz idi. Nənəsinə dedi:

– Olarmı, mən də onun baş-qulağına əl çəkim?

– Olar, ancaq gözlə ki, səni dişləməsin, təpiyilə vurmasın.

Uşaqcığaz mənə yanaşdı, yavaş-yavaş boyun-qulağıma 

əl çəkdi. Qorxub qaçmasın deyə mən yerimdən tərpənmədim. 

Yal nız dilimi ağzımdan çıxardaraq uşağın əlini yaladım. Tarı-

verdi adlı bu uşaq mənə aşiq olmuşdu, hey nənəsinə deyirdi:

– Nənəcan, bu çoşşa qoy mənim olsun!

Qarı ona belə söylədi:

–  Əvvəlcə, kənd içindəki karvansaraya get. Ətrafdan 

gələn kəndlilər orada əylənirlər. Soruş gör, dünən gecə, yaxud 

bu gün ulağını itirən bir yolçu buradan keçibdirmi?

Uşaq kənd içinə getdi. Mən də həyətdən eşiyə çıxıb onu 

izlədim. O, harada dayanırdısa, mən də dayanırdım; nə cürə 

hərəkət edirdisə, mən də o cürə hərəkət edirdim. Tarıverdini 

öz rəftarımın vurğunu etmişdim.

Nəhayət, karvansaraya çatdıq. Karvansaraçı Tarıverdidən 

soruşdu:

– Tarıverdi, nə istəyirsən?




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə