Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə18/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   14   15   16   17   18   19   20   21   ...   159

58

Mirzə Əbdürrəhim Talıbov

minik lərindən düşüb çox çətinliklə öz oğullarını boğulmaqdan 

xilas etdilər. Sonra artıq dərəcədə ehtiyatla körpüdən keçdilər.

Mən çalanın qırağında əl-ayağımı yerə möhkəm dirəyərək, 

özümü silkələdim. Su damlaları  bədənimdən  ətrafa çiləndi. 

Bir dövrə vurub nərə  çəkməyə başladım. Bu anqırmaqla o 

cavan oğlana anlatmaq istəyirdim ki, belə acizlikdə elə xud-

pəsəndlik nə deməkdir?

Toğanbəyin böyük oğlu daha mənə minməyə cəsarət et-

mədi. Məni onun on iki yaşlı xoşxasiyyət və xoşsifət kiçik 

qar daşının ixtiyarına verdilər. Karvan ahəstə yola düşdü. 

Yolda söhbət edirdilər. Toğanbəyin arvadı belə deyirdi:

– Mən bu pirə gələrkən halım dəyişir. Çünki qəbiris tan lıq-

dır, burada ölülər basdırılıb.

– Sənin qorxun nədəndir? – Toğanbəy soruşdu. – Burada 

basdırılmış ölülərdən qorxursan?

– Yox, – deyə arvadı cavab verdi. – Ölülərdən qorxmuram. 

Ürəyimə gəlir ki, bir gün məni də bu qəbiristanlıqda basdıra-

caq sınız. Sən də dərhal qonşumuzun qızı Bibini alacaqsan.

Toğanbəy arvadına gülüb, onunla zarafatlaşırdı.

Nəhayət, pirə çatıb həyətin qapısından içəri girdik. Girə-

cək dən pir məzarına qədər olan yer qəbiristan idi. Elə o cürə 

– eşşəklərin üstündə qəbiristana daxil oldular. Mənim üstüm-

dəki oğlan qəfl ətən:

– Bu yazıq uşaq qəbrin üstündə nə edir? – deyə qışqırıb 

üs tümdən yerə atıldı.

Görünüşündən təzəliyi bilinən qəbrin üstündə üç yaşlı 

uşa ğın uzanıb ağladığını gördüm.

– Burada nə edirsən? – deyə ondan soruşdular.

O belə cavab verdi:

– Mənim nənəm dünən öldü. Onu buraya gətirdilər. Mən 

də onunla gəldim. Diri olduğum üçün, məni onunla qəbirə 

qoy  madılar. Mənim başqa saxlayanım yoxdur. Yalnız nənəm 



59

Kitab yüklü eşşək

məni saxlayırdı. Buna görə, məni onun qəbrinin yanında qo-

yub get dilər. Dünəndən indiyə kimi ac-susuz qalmışam.

Toğanbəy, arvadı, böyük oğlu və digərləri uşağı dövrəyə 

aldılar. Onun halına təəssüfl əndilər. Özlərinin gətirdikləri aza-

cıq yeməkdən bir qədər uşağa verdilər. Uşaq özünə gəldikdən 

sonra ondan soruşdular:

– Necə olub ki, ata-ananı itirib yetim qalıbsan?

Hələ çox şeyi bilməyən üç yaşlı uşaqcığaz bacardığı bir 

tərzdə məlumat verdi. Aydın oldu ki, ata-anası bir az əvvəl öl-

müş, bu yazığı qoca nənəsi saxlayırmış; qoca arvad yoxsulluq 

və çətinliklə qoyun-keçi südü alaraq, axırıncı nəfəsinə qədər 

həmin uşağı saxlamışdır. Uşağı dinləyənlər çox kədərləndilər, 

ona rəhm ləri gəldi.

Toğanbəy uşağı saxlamağı öhdəsinə götürdü. 

O müqəddəs yeri ziyarət etdikdən sonra, yetim uşağı To-

ğan bəyin belimə minən kiçik oğlunun tərkinə qoyub evə apar-

dılar.


Mən Toğanbəyin bu kişiliyindən və qəlbi yumşaqlığından 

nəhayət dərə cədə  şadlandım. O vaxta qədər insan haqqında 

təsəvvürlərimin əksinə olaraq, insanlıq mənasına bir xüsusi fə-

sil də əlavə etdim. Hərçənd ki, əvvəlki əqidə dəyəm, Toğanbə yin 

bu mərhəmətini qeyri-adi iş və nadir hadisələrdən biri bili rəm. 

“Əln-nadir kəlmədum”

1

 Çünki siz insan övladı xüsusi xa  siy-



yətinizlə başqa heyvanlardan alçaq və ləyaqətsizsiniz. Əv vəla, 

alçaq təbiətiniz və ziddiyyətli xasiyyətinizlə, törəndi yi niz,  ana 

vətəniniz olan dünyanı iztirab və həyəcan ocağı bilərək, onun 

sərvətlərini, müxtəlif nemətlərini özünüzə bənd və tələ, bəlkə də 

eynən cəhənnəm və cəhənnəm odu etmişsiniz. Dünya siz bəşər 

övladı üçün böyük bir xəstəxanaya bənzəyir, hər biriniz müx-

təlif, ağır və ya yüngül xəstəliyə mübtəlasınız. Əgər inanmır-

sınızsa, bir şəhərdən başqa şəhərə gedin, o şəhərdə məhəllə və 

1

  Ərəbcə atalar sözüdür. Tərcüməsi: “Nadir yox kimidir”. Yəni, bö yük 



şəxsiyyətlər, dahilər çox az olur.


60

Mirzə Əbdürrəhim Talıbov

küçələrdən keçin. O küçələrdə hər hansı bir evə girsəniz, evdəki 

hər bir adamdan ayrı-ayrılıqda soruşun: “Bu evdə səadət və ri-

fah vardırmı? Rahat və xoşbəxtsinizmi?” Hamıdan eynən bu 

sözləri eşidəcəksiniz: “Sizin dedikləriniz bizdə yoxdur”. 

İkincisi, sizin təbiətinizə  zəruri olan, özünüzə eyş-işrət 

üçün əsas şərt bil diyiniz yalan dolu həyatınız öz təbii təravə-

tindən kənara çıxaraq, nəhayət dərəcədə natəmiz və üfunətli 

olmuşdur. Bu üfunətli mühitdən qurtarmağınız qeyri-müm-

kün dür. Siz ya lanla doğul dunuz, yalan mühit içərisində böyü-

dünüz, yalan içə risində də hə yat  sürdünüz.  Adətinizi necə tərk 

edə bilərsiniz? Danışıq larınız başdan-ayağa yalandır, dedik-

ləriniz düşündük lərinizin əksinədir. Buna görə də yalan sizin 

üçün ikinci təbiət olmuşdur. Pis xa siyyət bir adamın təbiətinə 

ki otur du... 

Nicat yolunuzu, mahiy yətinizi hiylə və riyakarlıqda görür-

sünüz. Əgər sizlərin arasında bir nəfər düzgün hərəkət etsə, 

ikinci təbiətinin ziddinə getsə – təhlükələrə doğru getmiş olar. 

Nə üçün? Onun üçün ki, o, düzgünlüyün qarşısında yalandan 

başqa bir şey görməz. Yolu yalandan gedirsiniz, məclislərə 

ya landan daxil olursunuz, ibadəti yalandan edirsiniz. Salam-

dan məq səd nədir? Heç də onun salamatlığını və rahatlığını 

arzu eləmək deyildir. Evinizə bir adam gələndə şad olduğu-

nuzu bildirirsiniz, hələ getmək fi krinə düşməmiş, dönə-dönə 

yenə  də qalmasını istəyir siniz.  Gedən vaxt təkidlə: “Bu bir 

gəlmək ol madı, sizin yenə də gəlməyinizi gözləyirik” deyirsi-

niz. Qonaq lıq edirsiniz, kef üçün hər cürə şərait yaradırsınız; 

bir adama hədiyyə və bəxşiş ve rirsiniz; bir nəfərə qüssə və kə-

dərli bir hadisə üz verəndə təsəlli verməyə onun hüzür yerinə 

gedirsiniz; bir adama fərəh və şadlıq qismət olsa, onu təbrik 

etməyə cu mursunuz; bir tanışı azca gör mədikdə, onu görmək 

və görüşü təzələmək üçün evinə gedir siniz; bir dostdan bir 

müddət xəbər tutmadıqda halını soruşur, xəstə və ya sağlam 

olduğunu, yaxud sizin köməyinizə ehtiyacı olub-olmadığını 




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə