Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə20/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   16   17   18   19   20   21   22   23   ...   159

65

Nadirə

NADİRƏ

(romandan parça)



Ata, oğul, Mirzə

Hacı Qasım adəti üzrə bir neçə dəfə öskürdükdən sonra 

otağa daxil oldu. Mirzə Ələmdar onu görən kimi ayağa qalxıb 

hörmətlə təzim etdi və təzədən masanın arxasında oturub hə-

mişəki kimi idarə işləri ilə məşğul olmağa başladı. Bir neçə 

dəqiqə keçəndən sonra ucaboylu, gözəl və yaraşıqlı bir oğlan 

içəri girib gətirdiyi büllur qəlyanı masanın üstünə – Hacının 

qabağına qoydu. Sonra iki-üç addım geri çəkilərək əlini əlinin 

üstünə qoyaraq, onun əmrini gözlədi. 

Hacı qəlyanı götürdü və dedi: 

– Sağ ol, Həsənağa, bu işin xoşuma gəldi. Fikrimcə, artıq 

səhv və yanlış işləri buraxıb ticarətlə məşğul olmaq istəyirsən. 

Sənin üçün münasib bir iş nəzərdə tutmuşam. Qardaşın kimi 

sənin də həyatında geniş meydan açılacağını istəyirəm. 

Həsənağanın fi kri tamamilə başqa yerdə idi. O, Hacı Qa-

sımın gözlənilməz lütf və  təbəssümünə  məhəl qoymayıb, 

göz altı qozbel Hacıya və Mirzə Ələmdarın bədheybət heykə-

linə baxırdı. Özünü elə göstərirdi ki, guya atasının sözlərinə 

diqqətlə qulaq asır. Halbuki o ancaq Hacının əlindən qurtar-

maq barədə düşünürdü. Çünki başqa yerdə onu səbirsizliklə 

gözləyən zərif və incə bir məxluq var idi. Həsənağa da onun 

görüşünə tələsirdi. Lakin Hacı Qasımın sözlərinin müqabilin-

də onun sükut etməkdən başqa çarəsi yox idi. Hacı Qasım isə 

oğlunun sükutunu onun üçün nəzərdə tutduğu işə razılıq ver-

məsi kimi başa düşürdü. Belə güman edirdi ki, onu istədiyi işə 

sövq etdirə biləcək. Bu səbəbdən də sözünə davam etdi: 




66

Seyid Cəfər Pişəvəri

– Oğul, idxal və ixrac üçün sənə bir ticarət mərkəzi aç-

mağı nəzərdə tutmuşam. Bu işin öhdəsindən gələ biləcəyinə 

əminəm. Bilirəm ki, belə bir iş sənin zövqünə uyğun olacaq. 

Əvvəla, öyrəndiyin xarici dili unutmazsan, ikincisi, sənin 

işinə kimsə müdaxilə etməz. Sərbəst və azad bir insan olarsan. 

Həsənağa atasının sözünü cavabsız qoymasın deyə, ədəb 

və nəzakətlə əyilib təzim etdi və dedi: 

– Siz necə buyurursunuz, elə  də olacaq. Əmin olun ki, 

keçmiş xasiyyətlərimin hamısını tərk etməyə və onları unut-

mağa çalışıram. O əlçatmaz arzular və xəyallardan birdəfəlik 

daşın mışam. Mən indi bir tacir oğlu kimi düşünürəm. Bütün 

fi kir və düşüncələrim ancaq bu mövzu ətrafında dolaşır. Siz 

təklif etdiyiniz işin yaxşı bir iş olduğunu deyirsiniz. Əmin 

olun ki, göstərişinizə əməl edəcəyəm. 

Oğlunun ikibaşlı danışığını başa düşməyən Hacı xoş əh-

val-ruhiyyə ilə onu ruhlandırmaq üçün dedi:

 – Əlbəttə, bunu səndən gözləyirdim. Məni ümidvar etdin. 

Əvvəlki uşaq hərəkətlərin üçün nigarançılığıma səbəb qalma-

dı. Afərin! Oğul, gedə bilərsən. Bu gecəni istirahət elə, sabah-

dan yeni işinə başla. 

Həsənağa bir də təzim edib otaqdan çıxdı. Amma Hacı-

nın tapşırığına əməl etmək əvəzinə, tələsik görüş yerinə tərəf 

yürü dü. 

Hacı da qəlyanın müştüyünü dərindən sümürərək Mirzə 

Ələmdarın arıq barmaqlarına baxa-baxa özü-özünə dedi: 

– Deməli, Həsən də yola gəldi. Böyük oğlum Heydərəli 

öz işlərində gözüaçıq və diqqətli olsa da, etiraf etməliyəm ki, 

işin bütün ağırlığı bu eynəkli qocanın çiynindədir.  Əgər bu 

kişi ol masa, bütün işlərim bir-birinə qarışar. Camaat nə qədər 

boşbo ğaz lıq edir-etsin, mən keçmiş ata-baba adət-ənənələ-

rindən  əl çəkməyəcəyəm. Mirzə  Ələmdarın bu rəngli qələ-

mi, mürək kəb qabısı  və soğan rəngli cildli dəftəri mənə xe-

yir-bərəkət gətirir. Mən bu arıq əba-qəba geymiş adamın bir 




67

Nadirə

tükünü minlərlə qərb pərəst qalstuklu cavanlara dəyişmərəm. 

Qoy onlar gəlinciklər kimi bəzənib saçlarını tumarlasınlar. 

Qoy bu qərbpərəstlər boş başlarını üç, yaxud altı aylıq və ya 

illik intizamsız hesabat dəf tərlərinin içərisində itirsinlər. Mən 

Mirzə  Ələmdarın işini bə yənib və onun hesabat dəftərlərini 

müqəddəs sayıram. İndi deyin görüm, onların müxtəlif dəftər-

lərindəki yazılarından baş açmaq olar? Halbuki tez bir zaman-

da Mirzə  Ələmdarın dəftərindən hər cür hesabatı öyrənmək 

olar.  İşlərinin ləng olmasına baxmayaraq, onların maaşları 

yüksək olur. Amma Mirzə Ələmdar on beş tümən maaşla həm 

katiblik, həm hesabat işlərimi görür və həm də idarənin xid-

mətkarıdır. Deməli, mən gərək o qədər ağılsız olum ki, onun 

qızıldan qiymətli barmaqlarının qədrini bilmə yim. 

Camaat deyir ki, Ələmdar ağılsızdır. Amma mən ondan 

ağıllı işçi tapa bilmirəm. On beş il sərasər bu peşədə işləməsi 

və mənim kimi adamın etibarını qazanması onun ağıllı olma-

sına dəlalət edir. 

Mirzə Ələmdar dərin savadlı və mütəfəkkir bir şəxs ol-

masa da, barmaqlarının sürətli hərəkəti Hacını özünə cəlb et-

mişdi. Bu əsnada  əgər Mirzə  Ələmdar başını qaşımaq üçün 

qələmini yerə qoymasaydı, bu xüsusda Hacının düşüncələri 

saatlarla davam edəcəkdi. 

Amma Mirzə  Ələmdar, nəhayət ki, işini qurtarıb başını 

qa şımaq üçün qələmi yerə qoydu və Hacıya müraciət edərək 

dedi: 


– Hacı ağa, məni bağışlayın! Əhmədağanın işləri ilə məş-

ğul idim. Sizə məlumdur ki, bu işin tez bir zamanda bitməsi 

vacib olduğu üçün gecikdirmək olmazdı. Hacı müştüyü ağ-

zından çıxarıb mülayim səslə cavab verdi: 

– Hə! Yadıma saldığın üçün sağ ol. Əvvəla, de görüm 

onun işləri nə vəziyyətdədir? İkincisi, bu gün onu görüb möv-

zu barədə söhbət edə bildinmi? Mirzə Ələmdar hesab maki-

nası kimi hər bir suala cavabı hazır olduğu üçün dərhal dedi: 




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə