Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə17/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   13   14   15   16   17   18   19   20   ...   159

54

Mirzə Əbdürrəhim Talıbov

Bilmək istəyirəm, – deyə Tarıverdi söylədi, – mənim 

yanımdakı ulaq kimindir?

Karvansaraçı dedi:

– Biz çox eşşək görmüşük, hər gün, hər saat, hər dəqiqə 

də görürük. Amma sənin yanındakı eşşək nə mənimdir, nə də 

onu görmüşəm.

Tarıverdi bu cavabdan çox sevincək oldu. Arxayınlıqla 

belimə atıldı, evə tərəf qayıtdıq. Dörd nala və yortma qaçaraq, 

Tarıverdini tələsik evə çatdırdım. Nənəsini görən kimi uzaq-

dan qışqırdı:

– Bu heyvan heç kimin deyil! Yəqin ki, göydən yerə bi-

zim üçün düşübdür!

Nənə  uşağın sözündən  şad oldu. O gecə  məni tövləyə 

salıb  əvvəlki eşşəkdən miras qalan yonca-samanı qabağıma 

tökdülər. Gecəni isti və yumşaq yerdə rahatlıqla səhər etdim. 

Sübh tezdən məni tövlədən çıxarıb su verdilər. Başıma noxta 

saldılar, belimə bir palan qoydular. Yəni, yük daşımaqdan ötrü 

mənə rəsmi paltar geyindirdilər. O qədər də ağır olmayan iki 

səbət göyərtini belimə yüklədilər. Tarıverdi də belimə mindi. 

Məni o yerin mərkəzi və  şənbə bazarı olan Qəssan qəsəbə-

sinə sürdülər. Tarıverdinin əmisi o qəsəbənin sakini və orada 

dükançı idi. O, göyərtiləri yaxşı qiymətə sataraq, pulunu Tarı-

verdiyə verdi. Axşamüstü sağ-salamat və çoxlu pulla evə qa-

yıtdıq. Mən bu səmimi və mehriban təzə sahiblərim üçün şad 

idim; digər tərəfdən, onlar üçün gözlənilməz nemət olduğuma 

görə, nənə və nəvə məndən çox xoşhal idilər.

Əziz və böyük ağa, dörd il tamam bu evdə yaşadım. Öz 

vəzifəmi layiqincə yerinə yetirdim. Bir adamı da zəhmətə sal-

mır, incitmirdim. Tarıverdini və  nənəsini bəyənirdim. Məni 

nə yo rurdular, nə də kötəkləyirdilər. Mənə kifayət qədər yem 

verir dilər. Bir də ki, biz eşşəklər siz insan tayfası kimi qa-

rınqulu və müxtəlif xörək aludəsi deyilik: yayda qovun-qarpız 

qabığı, at-öküzə verilən təzə otların tör-töküntüsü bizim üçün 




55

Kitab yüklü eşşək

kifayətdir. Qışda saman və quru yonca, bəzən arpa bizim ən 

yaxşı yemi mizdir. 

Bu dörd il müddətində yalnız bir şeydən incikliyim vardı. 

O da bundan ibarət idi ki, yaz-yay fəsillərində bəzən məni ki-

rayəyə verirdilər. Özlərininki olmadığım və icarəyə götür dük-

ləri üçün üstümə minən adamlar hər gün məni həddindən artıq 

yorub incidirdilər. Məsələn, belə vaxtlardan birində baş verən 

bir hadisəni Sizə nağıl edim.

Dördüncü fəsil

Qəssan qəsəbəsində bağ-bağat sahibi olan Toğanbəy adlı 

bir varlı yaşayırdı. 

Qəsəbədən bir ağac məsafədə bir ziyarətgah vardı. Cümə 

axşamları arvadlı-kişili oraya gedərdilər. Bir cümə axşamı To-

ğanbəyin nökəri iyirmi ədəd qara pul gətirərək Tarıverdinin 

nənəsinə verib, məni bir günlüyə kirayəyə götürdü. Belimə 

mindi və biz Toğanbəyin evinə gəldik. Dal həyətin bağçasında 

sıra ilə bağlanmış altı baş öz həmcinsimdən gördüm. Onları 

təkəbbürlə süzüb özümə də bir nəzər saldım. Gördüm ki, kök-

lükdə və qüvvətdə, bəlkə də gözəllikdə və məlahətdə onların 

altısından da başam. Özümü öydüm. Məndə lovğalıq və qürur 

əmələ gəldi. Öz gözəl səsimi ucaldıb bir neçə dəfə anqırdım. 

Həmcinslərim də məni təqlid edərək, avazlarını ucaltdılar. Bu 

hay-küydən az qalırdı ki, Toğanbəyin evi uçulsun. 

Bu vaxt ev sahibinin üç balaca uşağı yanımıza gəldi. Əl-

lərindəki qovun-qarpız qabıqlarını bölüb bizə verdilər. Mən 

ye məklə  məşğul olduğum vaxt, böyük oğlanın mənə  işarə 

edərək dediyi sözləri eşitdim:

– Bu eşşəyə mən minəcəyəm.

O biri iki uşaq ona belə cavab verdilər:



56

Mirzə Əbdürrəhim Talıbov

– Sən yaşca bizdən böyük olduğun üçün bizə haqsızlıq et-

mək istəyirsən? Yox, yaxışısı budur ki, babanın yanına gedək, 

qoy bizim hər birimizin miniyimizi o özü müəyyən etsin.

Hər üçü evə qayıtdı. Çox keçmədən, Toğanbəy öz arvadı, 

böyük oğlu, gəlini, həmin üç uşaqla birlikdə yanımıza gəldilər. 

Gah zarafatla və gah da ciddi şəkildə miniklərin bölüşdürül-

məsi barədə söhbət etdilər. Ərköyün tələblər və uşaqların hər 

birinin təkidi, valideynlərin öz övladlarına olan məhəbbəti işi 

çətinləşdirdi. Toğanbəyin böyük oğlu dedi:

– Püşk ataq.

Anası hirslənərək dedi:

– Ay axmaq, bu yeddi heyvanı bir kisəyə qoyub, bir-bir 

bayıra çıxartmaq mümkündürmü? Püşk atmaq nədir? Nə üçün 

çətin iş görək?

Toğanbəy arvadının hirslənməsinə gülərək dedi:

– Oğlum düz deyir. Eşşəkləri bir kisəyə doldurub birbəbir 

çıxarmadan da püşk atmaq olar. Kömürlə hər eşşəyə müəyyən 

bir  əlamət yazarıq; sonra onların oxşarını kağız parçalarına 

ya  zıb, kisəyə tökərik. Bizim hər birimiz əlimizi kisəyə uzadıb 

bi rini  götürərik. Hansı əlamət kimin əlinə gəlsə, həmin eşşək 

onun dur.

Toğanbəyin bu tədbiri bəyənildi. Onun oğlu kömürlə bi-

zim bədənimizə müxtəlif naxışlar çəkməyə başladı. İlk əvvəl 

mən dən başladı. Naxışı birinci olaraq mənim böyrümə  çək-

diyi üçün azacıq hərəkət etməklə divara sürtünüb onu sildim. 

İkinci eşşək də məni təqlid edərək bir balaca tərpəndi və ikin-

ci əlamət də pozuldu. Sonrakılar da belə etdilər. Toğanbəyin 

oğlu əlamət ləri pozduğumuzu başa düşən kimi belindəki qam-

çını çəkərək birinci növbədə mənim üstümə cumdu və mənə 

bir neçə şallaq vurdu. O biri həmcinslərim də paylarını aldılar. 

İkinci dəfə əla mətləri təzələməyə başladılar. Bu dəfə şal lağın 

qorxusundan sa kit dayanmışdıq.



57

Kitab yüklü eşşək

Nəhayət, püşk atıldı. Bizim hər birimiz onların birinin pa-

yına düşdük. Toğanbəyin böyük oğlu mənə qismət oldu. Mən 

ürəyimdə ona kin bəslədiyim üçün, şallaqların əvəzini çıxma-

ğı səbirsizliklə gözləyirdim.

Ailə üzvləri ilə ziyarətgaha yola düşdük. Toğanbəyin 

oğlu öz adəti üzrə mənə bir biz batırdı, hər iki tərəfdən ləngər 

kimi salladığı ayaqlarını böyürlərimə döydü. Mən onun üzünə 

qabar madan, heç nəyi vecimə almadan qaçırdım. 

Yolumuzun üstündə dərin, sulu bir çala vardı. Onun üzə-

rində taxtadan salınmış körpücük çox köhnəlmişdi. Belim dəki 

adamdan fərqli olaraq, mən körpücüyün çürük və davamsız 

ol duğunu uzaqdan duymuşdum. Ehtiyatlı  hərəkət etmək və 

yavaş ca  keçmək lazım idi. O vicdansızın şallaqları və şıltaq-

lığı üzün dən məndə doğan kin insafımı və ağlımı əlimdən al-

mışdı. “Xu daya, ğərğəş kon, mən həm be cəhənnəm”

1

 – deyə 


sürətlə kör püyə çapıb qəribə bir qiyamət qopardım. Körpünün 

bir tərəfi  sın dı. Hər ikimiz yıxılıb qolboyun halda suya düş-

dük.

Yeri gəlmişkən,  əziz ağama məzəmmətlə yox, zərurət 



üzün  dən ərz edim ki, bu məsələyə siz necə baxırsınız; bizi qa  bi-

liyyətsizlikdə, dərrakəsizlikdə məşhuri-cahan və zərbi-məsəl 

etmişsiniz. Biz isə oxumadan, təlim görmədən üzmə yi  bilirik 

və öz çulumuzu sudan çıxarırıq. Bizlərdən yaxşı tayfa olan 

siz əş rəfi -məxluqat və şan-şöhrət sahibləri isə suya düşdükdə, 

əgər üz mək öyrənməmişsinizsə, gilə batmış eşşək kimi suyun 

altında məhv olursunuz.

Toğanbəyin oğlu özünü suda bir az saxlaya bilmədi ki

ağzımla onun əlindən yapışam. Mən üzərək bir tərəfdən qu-

ruya tullandım. O isə çapalaya-çapalaya suya batdı. Ata-anası 

1

  Dini bir hekayət ilə əlaqədar zərbi-məsəldir. Bir qrup pis adamın başına 



gələn bəlanın içərisində olan bir yaxşı adam bu zərbi-məsəli deyib, 

özünün də  bəlaya düşməsini istəyir. Tərcüməsi: “Ey Allahım! Qərq et 

bizi, mən də cəhənnəm!”



Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə