Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə28/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   24   25   26   27   28   29   30   31   ...   159

93

Bir gecənin son saatlarında

Ürəklərə hakim kəsilən həyəcanları, bu kimi anlara məx-

sus düşüncələri necə təsvir etmək olar? İyirmi yeddi mübariz 

insan özlərinin bütün keçmişlərini xatırlayır, gələcəyi nəzərlə-

rində canlandırır, həyatın ən kiçik təfərrüatı dəfələrlə onların 

gözləri qarşısından bir kino pərdəsi kimi keçir və düşüncələr 

müəyyən bir nöqtədə dayanıb qala bilmirdi. Bu fi kirlərlə bir-

likdə hamı gecənin son saatlarının sona çatmaqda olduğunu 

bilir, vaxtın isə sanki dayanıb durduğunu bir daha hiss edir və 

elə bil ki, bir çoxları səhərin açılmasına tələsirdi.

* * *

Kameranın qıfılı səsləndi. Zindanban qapıda göründü. O 



dinmədən, kimi isə axtarırmış kimi məhbuslara baxdı, sonra:

– Ağayi Mürtəzəvi! – dedi. – Buyurun, zindan rəisinin 

otağına, sizinlə görüşməyə gəlmişlər.

Mürtəzəvi təəccüb andıran bir baxışla zindanbanı süzdü 

və yoldaşlarına baxdı. Zindanban müntəzir halda dayanmışdı.

Kameradan çıxdıqda Mürtəzəvi iki silahlının koridor-

da dayandığını gördü. Onların müşayiəti ilə zindanın ümu-

mi həyətinə çıxdı. Həyətin ətrafı kameralardan, bir tərəfi  isə 

uca divardan ibarət idi. Bu həyətdən balaca və möhkəm bir 

qapı vasitəsi ilə o biri həyətə, keşikçilərin, zindan işçilərinin, 

mətbə xin  və zindan rəisinin otağının yerləşdiyi həyətə  gəl-

dilər.


Zindan rəisinin otağına aparılması Mürtəzəvi üçün o qədər 

də qeyri-adi və gözlənilməz bir iş deyildi. Bu məhbuslardan 

bir çoxunu dəfələrlə oraya aparmışdılar. Təklif etmişdilər ki

Ame rika,  ingilis  müxbirlərilə müsahibə etsinlər. Lakin zindan 

rəislə rinin ümidi hər dəfə puça çıxmış, məhbuslar zərrə qədər 

də çəkinmədən amerikalıların İranda apardıqları siyasəti ifşa 

etmiş və öz ürək sözlərini söyləmişdilər.

Zindan rəisinin otağına girdikdə, enli kürəyi qapıya sarı 

olan zabiti gördükdə Mürtəzəvi bu adamın kim olması barə-



94

Həmzə Fəthi Xoşginabi

sində fi kirləşdi. Otaqdakı zabitin bir neçə dəfə böyük görünən 

kölgəsi bütün bir divarı tutmuşdu. Az sonra isə Mürtəzəvi hə-

min zabiti tanıdı. Ürəyi döyündüyü halda yerindəcə dayandı. 

Zindan rəisi qalxıb:

– Ağayi Mürtəzəvi, buyurun əyləşin, – deyəndə, arxası 

qapıya tərəf olan zabit də yeni adamın gəlməsini indicə bi-

lirmiş kimi geri döndü. Onun dodaqlarında süni bir təbəssüm 

vardı. Bir an içərisində Mürtəzəviyə yaxınlaşdı, onu qucaq-

layıb öpdü. Sonra kənara çəkilib yenə də gülümsədiyi halda 

Mürtəzəvinin iri gözlərinə, saqqallı sifətinə, uca boy-buxu-

nuna baxmağa başladı  və bütün bu vəziyyətdən son dərəcə 

mütəəssirmiş kimi kədərli bir görkəm aldı.

Mürtəzəvi soyuqqanlılıqla:

– Ağayi Darabi, bu qarda-küləkdə nə əcəb məni görmək 

fi krinə düşmüsünüz? – dedi.

Bu zaman Darabi zindan rəisinin otaqdan çıxmasına işarə 

etdi. Darabi Mürtəzəvinin qolundan tutub mizin başına gətirdi.

Onlar oturdular. Vaxtilə hərbi məktəbdə, daha sonra hərbi 

daneşgədədə bir yerdə təhsil alan, bir yataqxanada yatan və 

illərlə bir skamyada oturan bu adamlar bir-birlərinə nə qədər 

də yad görünürdülər. Sonra onların həyat yolları bir-birindən 

ay rılmışdı. Mürtəzəvi həyatını  vətəninin səadətinə, xalqın 

azadlı ğına həsr etmişdi. Darabi şahlıq üsuli-idarəsinin keşik-

çilərindən biri idi.

Darabinin söz tapmaq üçün sükut etdiyini görən Mürtə zəvi:

– Hop tutmağa gəlməmisən ki! – dedi. – Yəqin ki, bir 

mət ləb üçün gəlibsən, danış!

Mürtəzəvinin dodaqlarında istehzalı bir təbəssüm vardı.

– Mən səni görməyə gəlmişəm, Mahmud, – deyə Darabi 

səsinə səmimi bir ahəng verməyə çalışdı.

– Necə oldu ki, birdən-birə bu qədər ayrılıqdan sonra sə-

nin yadına düşdüm? – Mürtəzəvi Darabini birinci dəfə görür-

müş kimi diqqətlə nəzərdən keçirdi və:




95

Bir gecənin son saatlarında

– Dərəcəni də ki, artırmışlar, – dedi. – Bu qədər böyük fü-

tuhatdan, Azərbaycanı belə qəhrəmanlıqla fəth etdikdən sonra 

yəqin ki, bir çoxlarının dərəcəsi artırılmışdır!

Darabinin gözünün altında bir damar səyridi. Lakin o 

özünü o yerə qoymadı və Mürtəzəvinin bu acı, kinayəli sözlə-

rini başa düşmürmüş kimi dedi:

– Biz səninlə ömürboyu dost olmuşuq, Mahmud! Sənin 

tutduğun yolun haraya gəlib çıxdığını indi özün görürsən. An-

caq mən bu ayaqda sənə əlimdən gələn köməyi əsrgəməyə-

cəyəm. Dayan, qulaq as, tək sənin xatirinə yox, özüm vicdan 

əzabı  çək məmək üçün! Tehrandan gələndə anam dedi ki, 

Mahmudu tap...

– Sən isə bu sözlərinlə məni itirmək istəyirsən, Mənuçöhr! 

Açıq danışaq. Mən indi elə bir vəziyyətdəyəm ki, uzun müqəd-

dimələrə qulaq asa bilmərəm. Yoldaşlarım məni gözləyirlər.

Mürtəzəvi bir an sükutdan sonra əlavə etdi:

– Əsas mətləbə keç!

– Hansı əsas mətləbə? – deyə Mənuçöhr Darabi bir qədər 

pərt halda dilləndi.

– Sən bəlkə  əlahəzrətin mərhəmətinə ümidvar etməklə 

məni sevindirmək istəyirsən?

– Səni bu kökdə görmək bilirsən ki, mənim üçün nə qədər 

ağırdır.


– Belə məğlublar sırasındamı? – deyə Mürtəzəvi “məğlub-

lar” sözünü xüsusi ahənglə tələffüz etdi.

– Mənim nəsihətlərimə qulaq as...

– Demək istəyirsən ki, əlahəzrətdən əfv istəyim?

– Ancaq bununla xilas ola bilərsən. Mən heç kəsin ölü mü-

nə razı deyiləm. Şeytan atından düşün!

– Ancaq müqəssirlər əfv istəyə bilərlər. Müqəssir isə biz 

deyilik. Vaxt gələcək ki, sizin əlahəzrət millətdən əfv istəməyə 

məcbur olacaqdır.

– Sən heç bir şey başa düşmək istəmirsən, Mahmud!




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə